21
Cənab Ali Baş Komandan!
Sizin 2005-ci il dekabrın 27-də təsdiq etdiyiniz «Azərbay-
can Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006–
2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı»nın
müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasında
müstəsna əhəmiyyəti vardır. İcrası yaxın müddətdə yekunla-
şan Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət
Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya
bazaları, «Sərhədçi» İdman Olimpiya Mərkəzi, Şüvəlan
qəsəbəsində hərbi hissə, «Sərhədçi» istirahət mərkəzi, Xudat
şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və
Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda
katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu,
Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mər-
kəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komen-
dantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində
589 bina inşa edilərək xidməti istifadəyə verilmişdir. Bakı
şəhərində sərhədçi zabitlər üçün 264 mənzilli üç yaşayış
binasının inşası yaxın müddətdə yekunlaşacaqdır. Tikinti-
quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silah-
lar, avadanlıq, uçuş və üzmə vasitələri tətbiq edilməkdədir.
Dövlət Sərhəd Xidmətinə həvalə etdiyiniz digər xüsusi
tapşırıqların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Möhtərəm Prezident!
Hazırda Ali Baş Komandanın qarşısında duran hər bir
sərhədçinin ən böyük arzusu və niyyəti təqdim etdiyiniz döyüş
bayrağını şərəflə qorumaq, Prezidentinə, Vətəninə, xalqına
ləyaqətlə xidmət etməkdir. Bu döyüş bayrağı altında sədaqət
andı içən kursantların sərhədçi zabit kimi formalaşmaları
üçün akademiyada tam şərait yaradılmış, güclü elmi-tədris
bazası və yüksəkixtisaslı hərbi pedaqoji heyət formalaşmışdır.
Diqqətinizlə şərəfləndirdiyiniz Azərbaycan sərhədçiləri
adından Sizə minnətdarlığımızı bildirir və göstərdiyiniz
yüksək etimadı xidmətimizlə hər zaman doğruldacağımıza
əmin edirəm.
22
AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI
QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI
İLHAM ƏLİYEVİN NİTQİ
10 avqust 2010-cu il
Əziz sərhədçilər, sizi Dövlət Sərhəd Xidməti Akade-
miyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Vətən
uğrunda xidmətinizdə uğurlar diləyirəm!
Akademiyanın yaradılması böyük nailiyyətdir. 3 il əvvəl
akademiyanın yaradılması haqqında imzaladığım sərəncam
bu gün artıq reallığa çevrilib. Bu əzəmətli, möhtəşəm binada
bizim gələcək sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və
peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün
şərait yaradılıb. Ən müasir avadanlıq, ən gözəl, keyfiyyətlə
tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq üçün
bütün şərait vardır. Akademiya qısa müddətdə və yüksək
keyfiyyətlə tikilibdir və bu gün fəaliyyətə başlayır. Şübhə
etmirəm ki, akademiyada oxuyan kursantlar gələcək fəa-
liyyətləri üçün lazım olan bilikləri burada alacaqlar. Bizə
bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.
Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə böyük diq-
qət göstərilir. Minlərlə məktəblər tikilir, ali məktəblər təmir
olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil
bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli,
savadlı və vətənpərvər olsunlar. Dövlət Sərhəd Xidməti
Akademiyasının yaradılması bu məqsədləri güdür.
Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn
kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur.
Sərhəd Xidmətinin formalaşması işində ulu öndər Heydər
Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhəd-
23
lərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əv-
vəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdıl-
mışdı. Sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin
rəhbərliyi altında qısa müddətdə bütün sərhədlərimizdə
tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə
infrastrukturu yaradılmışdır və bu proses uğurla davam
etdirilir. Qəbul edilmiş proqram əsasında tikinti işləri, de-
mək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi
səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar
fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün isti-
qamətlərdə – quruda və dənizdə lazımi səviyyədə qorunur.
Bu məsələyə biz böyük diqqət göstəririk. Mən bütün sər-
hədlərdə dəfələrlə olmuşam, şəxsi heyətlə görüşmüşəm, və-
ziyyətlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki,
sərhədlərimiz lazımi səviyyədə qorunur.
Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edil-
məsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi üçün
bütün tədbirlər görülür. Bu gün həm texniki vasitələr, həm
mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd
Xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin
maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndi-
rilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür,
avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımın-
dan bizdə heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə
vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə görülsün.
Mən görürəm ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli
şəkildə istifadə olunur. Sərhədçilərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istira-
hət mərkəzləri, idman qurğuları yaradılır.
Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti
bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və
Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiy-
yətlərə çatıbdır.
Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi
istiqamətində çox böyük işlər görülübdür və bu gün Sərhəd
Dostları ilə paylaş: |