"Xural" qəzetinin hazırda BİT-da saxlanılan baş redaktoru Əvəz Zeynallı Azərbaycan prezidentinə müraciət ünvanladı



Yüklə 8,17 Kb.
tarix24.02.2018
ölçüsü8,17 Kb.
#27633

“Xural” qəzetinin hazırda BİT-da saxlanılan baş redaktoru Əvəz Zeynallı Azərbaycan prezidentinə müraciət ünvanladı

Azərbaycan Respublikasənın Prezidenti İlham Əliyev cənablarına

Surəti Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərova

Surəti: Azrbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə

AR CM-nin 213.1, 306.2, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələrilə saxta və siyasi ittihamlarla mühakimə olunan və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu Zeynalov Əvəz Tapdəq oğlu tərəfindən MÜRACİƏT

Hörmətli Prezident!

Saxta və qondarma maddələrlə ittiham olunuram. Ramiz Mehdiyev-Əli Həsənov guruhu məni öz deputatları vasitəsilə şərləyərək həbs etdiriblər. 7 ay sürən uzun və əsassız istintaqdan sonraartıq 5-ci aydır ki, işimə sifarişli məhkəmədə baxılır. Əsassız süründürməçiliklə məhkəmə prosesini uzadan hakimlər heyəti prosesi açıq şəkildə qərəzli və ədalətsiz aparırlar. Ramella Allahverdiyevanın sədrlik etdiyi proses hüquq adına ləkədən başqa bir şey deyil. Ramella Allahverdiyeva üzümə duran deputat və məmurlar qarşısında özünü itirir, onların “vəkil”i qismində çıxış edir və prosesi onların xeyrinə istiqamətləndirməyə çalışır. Bu il iyulun 2-də keçirilən proses də elə oldu. Gülər Əhmədovanın məhkəmədə təxribat törətmək üçün gətirdiyi “qoçu”larabir şey deyə bilməyən hakim, nədənsə elə həmin gün Gülər Əhmədovanı tələsik dindirməyə çalışır və onun bir daha məhkəməyə gəlməməsi üçün dəridən-qabıqdan çıxırdı. Amma mənə cinayət işinin materialları vaxtında verilmədiyindən öz müdafiəmi belə qura bilməmişdim. Hakim həmin gün deputatın gələcəyi barədə məlumatı gizlətmiş və mənim prosesə hazır olmamağıma süni şərait yaratmışdı. Bu baxımdan israrla deputata vəkillik edən hakimin qanunsuzluqlarının qarşısını almaq üçün vəkilim Elçin Sadıqovdan prosesi tərk etməsini tələb etdim. Vəkil də mənim istəyim və tapşırığımla prosesi tərk etdi. Bu təbii olaraq hakim Ramella Allahverdiyevanın əvvəlcədən nəzərdə tutduğu planlarını pozdu və vəkilin bu addımını təhdidlə qarşıladı. Məhkəmə zalında bəyan etdiyi kimi Elçin Sadıqovdan Vəkillər Kollegiyasına əsassız olaraq şikayət etdi. Aldığım son məlumata görə, Vəkillər Kollegiyası R.Allahverdiyevanın məktubunu əsas gətirərək, vəkilim Elçin Sadıqov haqqında intizam hərəkətlərinə başlayıb.

Vəkillər Kollegiyasının bu addımıni birbaşa müdafiə hüququma əngəl hesab edirəm. Onsuz da Ramella Allahverdiyevanın sədrlik etdiyi heyət özümü lazımı formada müdafiə etmək üçün heç bir şərait yaratmır. Hələ də cinayət işinin lazım olan zəruri sənədlərinin surətini almamışam, heç bir vəsatətim qəbul olunmur, hakim dövlət məmurlarının qarşısında təntiyir, dili həyəcandan topuq çalır, özünü dövlət məmurlarının vəkili kimi aparmaqdan çəkinmir. Bütün bunlar haqqında dəfələrlə əlaqədar qurumlara müraciət-şikayət etmişəm, hakimlərə etiraz etmişəm, amma təəsüf ki, heç bir faydası olmayıb.

Hakim məni müdafiə edən vəkilə təsir göstərir və vəkilimin mənim yox, onun tapşırıqlarını yerinə yetirməsinə müdaxilə edir. O zaman bütün bu “məhkəmə şouları”na nə ehtiyac var? Elə gözlədiyim kimi, siyasi sifarişlə hökm oxunsun, saxta ittihamları zorla üzərimə qoyub, daha artıq həbs cəzası kəssinlər.

Bu ölkənin dövlət başçısı, prezidenti olaraq baş verənlərin qarşısını almağınızı, Azərbaycanda məhkəmələri ədalətə dəvət etməyinizi, vəkilim Elçin Sadıqova qarşı məni müdafiə etdiyi üçün başlanan təzyiq kampaniyasını dayandırmağınızı xahiş edirəm.



Təqsirləndirilən şəxs Zeynalov Əvəz Tapdıq oğlu

27 avqust 2012-ci il
Yüklə 8,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə