51
A b d u l l a h G ü l: Sağ olun. Təşəkkür edirəm.
Hörmətli qardaşım İlham Əliyevin
dəvəti ilə bu səfəri
həyata keçirməkdən böyük bir məmnunluq hissi duyuruq.
Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın
arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq, qar-
daşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna
bağlılığımız hər şeydən əhəmiyyətlidir.
Bugünkü təkbətək görüşümüzdə bütün bunları nəzərdən
keçirdik, məsləhətləşdik. Siyasi-iqtisadi məsələləri, regionla
bağlı təhlükəsizlik məsələlərini
Sizinlə bərabər müzakirə
etmək çox faydalı oldu. Bu mövzularda Sizinlə vaxtaşırı fikir
mübadiləsi aparmışıq. Türkiyə ilə Azərbaycan arasında
münasibətləri adi protokol münasibətlərindən kənar görü-
rük. Tez-tez görüşməyimizin, vaxtaşırı müzakirələr aparma-
ğımızın həm xalqlarımız üçün böyük faydası olacaq, həm də
bütün bölgəmizdə hər kəs görəcəkdir ki,
Türkiyə ilə Azər-
baycan daim hər sahədə çiyin-çiyinədir. Bu baxımdan bu
səfərin çox faydalı olacağına inanıram.
Belə isti avqust ayında bu səfəri həyata keçirdik. Qışda
da Azərbaycana çox səfər etdik. Xəzərin küləkli, dalğalı
olduğu vaxtlarda da yığıncaq keçirdik, görüşdük. Amma
bugünkü görüşümüzün, nazirlərimizin öz aralarındakı görüş-
lərinin çox faydalı olacağına inanıram.
53
AZƏRBAYCAN VƏ TÜRKİYƏ
PREZİDENTLƏRİNİN MƏTBUAT
KONFRANSINDA BƏYANATLARLA
ÇIXIŞLARI
Prezident sarayı
16 avqust 2010-cu il
Avqustun 16-da sənədlərin imzalanması mərasimi başa
çatdıqdan sonra Azərbaycan və Türkiyə prezidentlərinin birgə
mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli
cənab Prezident, əziz qardaşım!
Hörmətli qonaqlar!
Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmi-
miyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Sizin
səfərinizin çox böyük əhəmiyyəti vardır. Bu səfər nəticəsində
əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı
dostluq, qardaşlıq münasibətlərinin inkişafı üçün çox mü-
hüm rol oynayacaqdır.
Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keç-
mişi vardır. Əsrlər boyu xalqlarımız
bir yerdə, dostluq, qar-
daşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuş-
lar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviy-
yədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələ-
rimiz bütün sahələri əhatə edir – siyasi, iqtisadi, mədəni sa-
hələrи. Bütün sahələrdə aramızda çox ciddi işbirliyi, əmək-
daşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.
54
Sizinlə təkbətək görüşdə və nümayəndə heyətlərinin iş-
tirakı ilə keçirdiyimiz görüşdə bütün bu məsələləri geniş
müzakirə etdik, ikitərəfli münasibətlərimizi bir daha təhlil
etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və
bir
daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında,
qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tə-
rəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük ta-
rixi əhəmiyyətə malik olan sənəddir. Bu müqavilə gələcək
fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ər-
zində Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq
münasibətlərini müəyyən edəcəkdir.
Bu gün biz Sizinlə iqtisadi
və siyasi sahədəki əməkdaş-
lığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə–Azərbaycan
biznes - forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir
hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq,
eyni zamanda, üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu
haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu
sahədə yaxşı nəticələr ola bilər.
Neft-qaz sahəsindəki əməkdaşlığımızın böyük tarixi var-
dır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft-qaz
kəmərləri uğurla fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyət
daha da geniş olacaqdır. Bu mühüm
layihələr yeni vəziyyətin
yaranmasına gətirib çıxarıbdır. Həm bölgədəki vəziyyətə
müsbət təsir göstərir, həm də gələcək çoxtərəfli regional
əməkdaşlıq üçün mühüm şərt kimi mövcuddur.
Bu gün bərabər həyata keçirdiyimiz dəmiryol layihəsi
üzərində işləyirik. Bu yol Türkiyəni Azərbaycanla, Avropanı
Asiya ilə birləşdirəcəkdir. Həm siyasi, həm
iqtisadi maraq-
larımız tam şəkildə təmin olunacaqdır. Buna bənzər digər
layihələr danışıqlar mövzusudur və iki xalqın ortaya qoy-
duğu iradə sayəsində biz məqsədlərimizə çatacağıq.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr türkdilli öl-
kələr arasındakı əlaqələrə ciddi təsir göstərir. Keçən il
Naxçıvanda keçirdiyimiz zirvə görüşü və o görüş zamanı əldə
edilmiş razılaşmalar artıq reallaşır. Yaxın zamanlarda Tür-