Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 22. Epizootiya əleyhinə fövqəladə komissiyanın təşkili



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

Maddə 22. Epizootiya əleyhinə fövqəladə komissiyanın təşkili  

22.1. Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində, heyvanların yoluxucu və digər 

kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, 

hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək üçün 

müvafiq icra hakimiyyəti orqanları

 epizootiya 

əleyhinə fövqəladə komissiyalar yaradırlar. 

22.2. Fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısınınalınması və ləğvinə yönəldilmiş 

epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən nəzərə alına bilinməyən 

hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır. 

22.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydaları 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən bu Qanuna müvafiq olaraq tənzimlənir. 



Maddə 23. Baytarlıq normativləri  

23.1. Baytarlıq normativləri (baytarlıq (baytarlıq-sanitariya) və ya zoogigiyena normaları) əhalinin və 

heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) 

amillərini xarakterizə edən kəmiyyət və keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir. 

23.2. Baytarlıq normativləri obyektiv və əsaslandırılmış epizootik monitorinq keçirmək, baytarlıq 

(baytarlıq-sanitariya) sağlamlığına nail olmaq üçün baytarlıq tədbirlərinin həcmini və xarakterini 

planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi, yayılması və ləğv edilməsi imkanlarını 

proqnozlaşdırmaq üçün əsasdır. 

23.3. Baytarlıq normativləri baytarlıq qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar əsasında 

baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyyələri nəzərə alınmaqla müəyyən edilir 

və 

müvafiq icra hakimiyyəti orqanı



 tərəfindən təsdiq edilir. 

23.4. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli 

məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və 

fiziki şəxslər üçün məcburidir. 



Maddə 24. Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən ziyanın ödənilməsi  

24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanlar, onlardan 

alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq, qanunla müəyyən olunmuş qaydada 

götürülməli, məhv edilməli və ya qanunla təsdiq etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi 

zərərsizləşdirilməli, emal və ya təkrar emal edilməlidir. 

24.2. Heyvanların və əhalininn sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların 

və xammalın, baytarlıq preparatlarını, yem və yem əlavələrinin götürülmədən zərərsizləşdirilməsi, emalı 

və ya təkrar emalı ilə nəticələnən heyvan xəstəliklərinin siyahısı 

müvafıq icra hakimiyyəti orqanı

 

tərəfindən müəyyən edilir. 



24.4. Heyvanlarının və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, 

heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzini 




hüquqi və fiziki şəxslər 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi qaydada və şərtlərlə almaq 

hüququna malikdirlər. 

24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının 

alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir. 

24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən, əmlakından və 

ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyən 

etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi ziyanın əvəzini almaq hüququna malikdirlər. 

24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin 

zərərsizləşdirilməsi və ya məhv edilməsi 

müvafiq icra hakimiyyəti orqanları

 ilə razılaşdırılaraq, 

müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir. 

Maddə 25. Heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması  

Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan 

məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin 

sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydaları 

müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

Maddə 26. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması, 

emalı və satışı obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin identikləşdirilməsi  

26.1. 


Müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi qaydada heyvan xəstəliklərinin diaqnostikası və 

profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı 

və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının qanunvericiliklə 

müəyyən edilmiş qaydada identikləşdirilməsinin aparılması məcburidir. 

26.2. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış 

obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə 

uyğunluğunun uçotunu aparmaq üçün onların identikləşdirilməsi 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. 



V fəsil. Qeyri-dövlət baytarlıq xidməti 

Maddə 27. Qeyri-dövlət baytarlıq xidmətinin quruluşu  

27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baytarlıq sahəsində 

sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq təbabəti və əczaçılığı müəssisələri, hüquqi şəxs yaratmadan 

fərdi baytarlıq təbabəti praktikası və baytarlıq əczaçılığı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslər daxildir. 

27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə bilməz. 



Maddə 28. Özəl baytarlıq təbabəti müəssisələrinin fəaliyyəti  

28.1. Özəl baytarlıq təbabəti müəssisələri və bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslər dövlət 

baytarlıq nəzarətinin səlahiyyətinə aid olan məsələlərdən başqa, qanunvericiliklə müəyyən edilmiş 

qaydada baytarlıq təbabəti sahəsində digər fəaliyyət növləri ilə məşğul ola bilərlər. 




Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə