Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli 

məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları 

baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 

19.0.3


. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və 

satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası 

və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-

sanitariya) tələblərinə əməl etmək; 

19.0.4

. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin 



təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə 

baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; 

19.0.5

. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və 



xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada 

identikləşdirilməsi və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək; 

19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət baytarlıq nəzarəti 

orqanlarına vaxtında məlumat vermək; 

19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları 

haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli 

heyvanları təcrid etmək; 

19.0.8


. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən 

heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və 

müddətdə onları təcrid olunmuş halda saxlamaq; 

19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, 

diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə 

yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 

19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları 

baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 

19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli 

məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin 

tələblərini yerinə yetirmək; 

19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən 

və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların 

qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 

satışına və istifadəsinə yol verməmək; 

19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və 

baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul 

olmaq; 


19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun 

tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. 




Maddə 20. Baytarlıq tədbirləri  

20.1. Baytarlıq tədbirləri iki hissədən ibarətdir: 

20.1.1. baytarlıq (baytarlıq-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün 

ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin 

qarşısını almaq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və 

yem əlavələrinin saxlanma şəraitini baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin etmək 

məqsədilə aparılan profilaktiki və baytarlıq (baytarlıq-sanitariya) tədbirləri; 

20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən 

heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin ləğvi və qarşısının alınması üçün 

qanunvericiliklə müəyyən olunmuş karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan 

tədbirlər. 

20.2. Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi 



məcburidir. 

Maddə 21. Karantin və məhdudiyyət tədbirləri  

21.1. Karantin və məhdudiyyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən heyvan və 

insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq 

edilir. 


21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, xəstəlik bir rayonun 

ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda, 

bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin 

təqdimatı əsasında 

müvafiq icra hakimiyyəti orqanının

 qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri 

tətbiq edilir. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

21.3. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə görülməsi zəruri 

olan kompleks baytarlıq tədbirləri bu Qanunun, baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın 

sənədlərinə uyğun aparılır. 

21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, 

həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edən yüklərin daşınması 

ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti qanunla müəyyən edilmiş qaydada müvəqqəti 

dayandırıla bilər. 

21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və 

baytarlıq nəzarəti postları qoyula bilər. Onların sayını və yerləşdirilməsini 

müvafiq icra hakimiyyəti 

orqanı


 müəyyən edir. 

21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata 

keçirildikdən sonra bu ərazidə 

müvafiq icra hakimiyyəti orqanının

 qərarı ilə karantin və ya məhdudiyyət 

tədbirlərinin tətbiqi dayandırılır. Baytarlıq fəaliyyəti üçün qanunvericilikdə nəzərdə tutulan hallarda 

müvafiq icra hakimiyyəti orqanının

 karantinin götürülməsi barədə qərarında müəyyən məhdudiyyət 

tədbirlərinin davam etdirilməsi göstərilə bilər. 



Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə