Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq- sanitariya) vəziyyətinin 

təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və 

şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan 

baytarlıq tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini; 

11.2.6. büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə 

alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini; 

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və onların təqdim 

edilməsini; 

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə 

Azərbaycan Respublikasının İnzibati Xətalar 

Məcəlləsində

 nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, 

təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara 

göndərilməsini. 



Maddə 12. Dövlət baytarlıq nəzarəti obyektləri  

12.0. Dövlət baytarlıq nəzarətinin obyektləri aşağıdakılardır: 

12.0.1. heyvanlar və onların genetik materialları; 

12.0.2. heyvan xəstəliklərinin törədiciləri; 

12.0.3. heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri, patoloji 

material və ya diaqnostika, baytarlıq (baytarlıq- sanitariya) ekspertizası üçün onlardan götürülən 

nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri; 

12.0.4. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, baytarlıq (baytarlıq-sanitariya) 

ekspertizası üçün istifadə edilən baytarlıq və zoogigiyena təyinatlı materiallar və atributlar; 

12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ 

qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s; 

12.0.6. hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri obyektlər; 

12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya 

istifadə üçün nəzərdə tutulan istehsal binaları və ərazilər; 

12.0.8. heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş əraziləri; 

12.0.9. öz səlahiyyətləri daxilində baytarlığa dair uçot və hesabat sənədləri, sertifikat, şəhadətnamə, 

arayış, baytarlığın (baytarlıq-sanitariya) rəyi, ekspertiza aktı, dövlət baytarlıq nəzarətində olan yüklərin 

istehsalı, tədarükü, saxlanması, daşınması və emalına aid normativ-texniki sənədlər, baytarlıq sahəsində 

digər normativ sənədlər. 

Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları  

13.1. Dövlət nəzarəti nəticəsində dövlət baytarlıq müfəttişləri öz səlahiyyətləri daxilində aşağıdakı 

məsələlər barədə qərarlar qəbul edirlər: 

13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması; 




13.1.2

. dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika 

müayinələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması; 

13.1.3


. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş 

verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və 

qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə 

dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması; 

13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəsi və digər 

yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin 

fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia 

qaldırılması (iddia qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə qərarı 

qəbul edilənə kimi qüvvədə qalır); 

13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya 

laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla 

müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi 

və yaxud məhv edilməsi; 

13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq olaraq 

tədbirlərin görülməsi; 

13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında baytarlıq 

(baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə 



əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə 

müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi; 

13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin 

tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem 

və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi. 

13.2. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və 

verilməsi qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

13.3. Dövlət baytarlıq müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi 

məcburidir. 

13.4. Dövlət baytarlıq müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət 

göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən məsuliyyət daşıyırlar. 

Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik 

heyvan xəstəliklərindən qorunması  

14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin 

törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata 

keçirmək üçün dövlət sərhədində qanunvericiliklə müəyyən edilmiş qaydada (dövlət sərhədinin buraxılış 



məntəqələrində istisna olmaqla) baytarlıq nəzarəti məntəqələri təşkil edilir. Azərbaycan Respublikası 

dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz 

fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər. 


Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə