Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
1   2   3   4   5   6   7   8   9   10

14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına 

yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən 

xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə 

sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən 

təsərrüfatlardan götürüldükdə yol verilir. 

14.3. Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən 

baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal 

edən, lazım gələrsə tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilir. 

14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində (götürüldükləri 

təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) daşınması idxal və ixrac edən ölkələrin 

birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir. 

14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına yalnız o halda yol 

verilir ki, ixrac edən ölkənin dövlət baytarlıq orqanı həmin məhsulların insanların istifadəsi üçün yararlı 

olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi 

nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin. 

14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə edilməsi məqsədilə 

heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın 

tövsiyəsinə uyğun hazırlanmış müvafiq beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidirlər. 

14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən və alan ölkələrin 

müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. 

14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli məhsulların və 

xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin daşınmasına yalnız baytarlıq nəzarəti 

məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin 

yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla 

müvafiq icra hakimiyyəti 

orqanı


 tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 

14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra hakimiyyəti 

orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri 

törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən 

məlumatlar almaqla həyata keçirilir. 

Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti  

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına 

baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və 

respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir. 

15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün 

dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına 

beynəlxalq müqavilələrdə nəzərdə tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) 

qaydalarına əməl edildikdə icazə verilməsini; 



15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən 

heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun daxil olduğu və 

çıxdığı məntəqələri göstərməklə müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini; 

15.2.3. tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri 

ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq 

müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı 

keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)



15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun 

törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi 

müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən 

yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin 

heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında 

qərar qəbul edilməsini; 

15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması haqqında idxal edən ölkənin 

məlumatlandırılmasını. 

15.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına 

baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 

15.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət baytarlıq 

müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini; 

15.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının 

müvafiq icra hakimiyyəti 

orqanı


 tərəfindən müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə 

qanunvericiklə müəyyən edilmiş qaydada razılaşdırılmasını; 

15.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin 

(konteynerlərin) beynəlxalq müqavilələrin tələb və tövsiyələrinə uyğun hazırlanmasını və istifadə 

olunmasını. 

15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən 

Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən 

edilmiş qaydada və müddətdə gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidirlər. 

15.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində 

daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla, 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti  

16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın 

ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məcburidir. 

16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası 

laboratoriyaları həyata keçirirlər. 

16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir: 




Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə