Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

59 
 
(nəzmə çəkən, şair) və ya «müsənnif»  (müəllif) adlandırmışlar. 
Məsələn, XV əsr Azərbaycan tərcümə əsəri «Əsrarnamə»nin 
mütərcimi Əhmədi Təbrizi kitabın bir yerində onu farsdilli 
sufi şairi Fəridəddin Əttarın (514/1120-628/1230) ədəbi 
irsindən seçmə yolu ilə tərcümə etdiyini açıq-aşkar şəkildə 
bildirir, digər bir yerdə isə özünü «nazim»  adlandırır (bax: 58, 
34-38). Eləcə də XVI əsr Azərbaycan tərcümə abidəsi 
«Şühədanamə»nin mütərcimi Nişati kitabın əvvəlində onu 
fars dilindən tərcümə etdiyini bildirməsinə baxmayaraq, sonda 
özünü  «müsənnif»  kimi təqdim edir (bax: 75, 338a). Bunun 
başlıca səbəbi isə orta əsrlərdə tərcümə ədəbiyyatının, 
xüsusilə də poetik tərcümələrin çağdaş tərcümə sənətindən 
kəskin şəkildə fərqlənməsidir. Bu səciyyəvi xüsusiyyətlərinə 
görə orta yüzilliklərə aid bir sıra tərcümə əsərlərinin 
mütərcimləri daha çox həmin əsərlərin müəllifləri hesab 
edilmişlər. Təsadüfi deyil ki, klassik tərcümə ədəbiyyatı 
nümunələrinin bir çoxu elə mütərcimlərin adları ilə tanınır. 
Məsələn: Əhmədinin «Əsrarnamə»si, Nişatinin «Şühəda-
namə»si və s. Bu ənənə nadir hallarda çağdaş dövrümüzdə də 
yaşanır. Məsələn, fılologiya elmləri doktoru Ataəmi 
Mirzəyevin qeyd etdiyi kimi, Xəlil Rza Ulutürkün adı ilə çap 
olunan «Turan çələngi» kitabında şairin fars dilindən etdiyi 
tərcümələr toplanmışdır (bax: 47, 13). 
Məlum olduğu kimi, klassik ədəbiyyatın bir çox 
ənənələri XIX əsr Azərbaycan ədəbiyyatında da davam 
etdirilmişdir. Həmin dövr ədəbiyyatında Füzuli ənənələrinin 
geniş yayılması buna əyani sübutdur. Klassik tərcümə 
ənənələri də bu baxımdan istisna deyil. Belə ki, orta 
əsrlərdə geniş yayılan sərbəst tərcümə nümunələrinə XIX 
yüzillikdə də təsadüf edirik. Məsələn, görkəmli Azərbaycan 
şairi Seyid Əzim Şirvani farsdilli şair Übeyd Zakaninin (öl. 
881/1370-71) «Qorbe və muş» («Pişik və siçan») adlı 
təmsilini farscadan tam sərbəst şəkildə ana dilinə 
çevirmişdir. Belə ki, S.Ə.Şirvəni 159 beytlik bu şeirdən 


60 
 
yalnız 65 beyti sərbəst tərcümə edərək təmsili öz əlavələri 
ilə daha da genişləndirmiş və  ondakı beytlərin sayını 
300-ə  çatdırmışdır (17, 72). «Riyazül-qüds» üzərindəki 
müşahidələrə əsasən deyə bilərik ki, A.Bakıxanov da 
burada sərbəst tərcümələrə xas olan başlıca xüsusiy-
yətlərin (bax: 55, 30-41) təsiri altında olmuş, yəni «Cəlaül-
üyun»un istənilən yerini buraxmış və istədiyi yerdə türkcə 
mətnə öz əlavələrini artırmaqdan çəkinməmişdir. Deməli, 
A.Bakıxanov da sələfləri Əhmədi və Nişati kimi tərcümə 
sənətini bədii yaradıcılığın xüsusi bir növü hesab edərək, 
«Riyazül-qüds»ə müstəqil bir əsər kimi yanaşmış, məhz 
buna görə yuxarıdakı misralarında bu əsərin ərsəyə 
gətirilməsində özünün müəyyən əməyi və payı olduğunu 
diqqətə çatdırmaq istəmişdir. 
A.Bakıxanov «Riyazül-qüds»ün daha bir yerində yenə də 
şeir parçasında dolayısı ilə bu fıkri vurğulayır. İmam 
Hüseyn 
(ə.)
 haqqındakı babda imamın bu dünyadakı həyatının 
son anlarını təsvir edərkən A.Bakıxanov əsərin baş qəhrəmanı 
haqqındakı şeirində yazır: 
 
Novbəhari-«Riyazül-qüds», 
Və pərtovi-«Cəlaül-üyun». (62a) 
 
Fikrimizcə, A.Bakıxanov burada imam Hüseyni (ə.) 
«Riyazül-qüds»ün təzə baharı, «Cəlaül-üyun»un işığı 
adlandırarkən bu iki əsərin 
adlarını
 ayrı-ayrı çəkməklə onların 
hər birinə ayrıca bir əsər kimi yanaşdığını vurğulamaq istəmişdir. 
Əsərin başqa bir yerində isə, o, imam Hüseyn (ə.) haqqındakı 
kitabları sadalayarkən bu siyahıda müstəqil əsərlərin, o cümlədən 
«Cəlaül-üyun»un adını çəkir, «Riyazül-qüds»ün adını isə dilə 
gətirmir: 
Və ətri-dilavəzi-güli-reyhan, 


61 
 
Və mənbəi-«Eynül-büka»
F
*
F

Və «Cəlaül-üyun»i-əhli-cəhan, 
Və pirayeyi-novbəhari-«Rövzətül-vaizin»
F
**
F
. (24a) 
 
A.Bakıxanovun «Riyazül-qüds»ü öz müstəqil əsəri hesab 
etməsi ilə bağlı daha bir məqam - maraqlı faktı qeyd etmək yerinə 
düşər. «Riyazül-qüds»ün sözügedən əlyazmasında əsərin mətni 
91a vərəqində tamamlanır, lakin nüsxədə bundan sonra daha 
üç vərəq vardır.  Həmin vərəqlərdə (91b-94b) katibin öz xətti 
ilə müxtəlif şairlərin (Molla Mehdi Nəraqi, Heyran Rumi, 
Molla Bağır Xoyi, Fərrux bin Məsih Qarabaği-Təbrizi və 
b.) türkcə və farsca növhələri yazılmışdır. Əsasən, imam 
Hüseynin (ə.) böyük oğlu Əli Əkbər haqqında olan bu 
növhələrdən biri də A.Bakıxanovun qələminin məhsuludur. 
 
Əlyazmanın  91a vərəqindəki:  «Rəhm  eylə göz 
yaşimə
, getmə 
bu meydanə, Əli» misrası ilə başlayan on beş beytlik həmin 
növhənin əvvəlində katibin farsca belə bir qeyd vardır: «Əz-
Əbbasquli ağa-ye Qobbei-mosənnəf-e «Riyazol-qods» 
(«Riyazül-qüds»ün müəllifi Abbasqulu ağa Qubalınındır»). Bu 
fakt açıq-aşkar göstərir ki, «Riyazül-qüds»ün əlyazması 
köçürülən vaxt, yəni 1842-ci ildə A.Bakıxanov «Riyazül-
qüds»ün müəllifı kimi tanınırmış. Həmin növhənin indiyə qədər 
nəşr edilmədiyini nəzərə alaraq onu ilk dəfə tam şəkildə diqqətə 
çatdırırıq.  
 
Növhə 
 
Rəhm eylə göz yaşimə, getmə bu meydanə, Əli, 
Heyfdir kakili-mişkin batə al qanə, Əli. 
Qoyma hicrində bəni əşk tökəm həsrət ilə
                                                           
*
 Yuxarıda qeyd etdiyimiz kimi, Məhəmməd Tağı Bürucərdi Kaşaninin 
əsəridir. 
**
 Əbu Əli Məhəmməd Fəttal Nəysəburi əl-Farisinin (XI əsr) əsəridir. 


62 
 
Şəmtək suzi-dilimdən yanə pərvanə, Əli.  
Bilürəm axir əlimdən üzülür vəsl ətəgin, 
Qoy çəkim həsrət ilə zülfünə bir şanə, Əli. 
Məni-sövdazədəni qoyma dutum daməni-dəşt, 
Salma Məcnun kimi Leylayi biyabanə, Əli 
Demə çək daməni-vəslimdən əlin, Nuhsifət 
Verürəm aləmi bir ah ilə tufanə, Əli. 
Ol siyəh türrələrin boynuma zəncir salub, 
Çəkmə, çəkdün bəni Yusif kimi zindanə, Əli. 
Bir tərəf dərdi-qəmin, ol tərəfə hicri-rüxün, 
Bu qədər yaxşı degil zülm bir insanə, Əli. 
Tökmə zülfün yüzünə etmə nihan xallarını, 
Bədnəzər dəfinə lazımdı siyəhdanə, Əli. 
Didə-nəm, qamət-xəm, bəxt-siyəh, tale-kəm
Görsə kafər məni, billah, gəlür imanə, Əli. 
Həzər et əhli-cəfadən, verilür tiri-cəfa, 
Bərgi-gül tab gətürməz dəmi-peykanə, Əli. 
Sən gedərsən dağlur, ceyş olur bərhəm əsas, 
Ceyş lazımdı bu gün bir belə sultanə, Əli. 
Mürği-vəhşi kimi, billah, oluram guşənişin, 
Dutaram bayqu kimi mənzili-viranə, Əli. 
Şanədən nalə yetər guşimə, bu rəmz nədir, 
Hər zaman kim çəkərəm zülfi-pərişanə, Əli. 
Olmaya çərxi-fələk cövr ilə məni-dilzədəni, 
Yandura qürbət ara atəşi-hicranə, Əli. 
Qorxaram ah çəkəm, Qüdsi kimi ahimdən, 
Yana bülbül, düşə od səhni-gülüstanə, Əli. 
 
Yuxarıdakı fikri, 
yəni A.Bakıxanovun “Riyazül-qüds”ü 
özünün müstəqil əsəri saymasını 
sübut edən ikinci və daha tutarlı 
bir fakt isə yenə də 
müəllifin
 dilindədir. Maarifçi sənətkar ən 
məşhur elmi əsəri olan «Gülüstani-İrəm»in sonunda verdiyi 
tərcümeyi-halında bir neçə əsərinin adını çəkir ki, onlar sırasında 
«Riyazül-qüds» birinci yerdədir: A.Bakıxanov burada «Riyazül-


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə