Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

93 
 
fəslində belə bir epizod da vardır. Məclisi, Seyyid ibn Tavusun 
rəvayətinə əsasən yazır ki, imam Hüseyn (ə.) Kufə 
camaatından 
onun
 hakimiyyətinin qəbul edilməsi ilə bağlı 
kağız («ərizə») aldıqdan sonra Bəsrənin bir neçə nüfuzlu 
şəxsinə də məktub göndərərək ona tabe olmalarını təklif edir. 
Həmin şəxslər imamın təklifini böyük ehtiramla qəbul edirlər. 
Bundan xəbər tutan Übeydullah onları dar ağacından asdırır 
və səhərisi Kufəyə yola düşür. Təxminən bir səhifə 
həcmində olan bu rəvayət «Riyazül-qüds»də yoxdur.  
Onu da qeyd edək ki, Müslim bin Əqil haqqındakı 
hadisələrin hamısı: ahunun ovlanmasından tutmuş Müslimin 
vəsiyyətinədək, lakin bir qədər fərqli  şəkildə Füzulinin 
«Hədiqətüs-süəda»sında da vardır və burada ayrıca bir babda 
verilmişdir (bax: 29,177-178,182-200). 
«Cəlaül-üyun»un sonrakı - on dördüncü fəsli əvvəlki 
fəslin məntiqi davamıdır. Məkkədə qaldığı təqdirdə Yezid 
tərəfindən öldürüləcəyini bilən imam Hüseyn (ə.) ailəsi və 
yaxınları ilə birgə İraqa yola düşür. İmam (ə.) hələ yolda ikən 
Müslim bin Əqilin şəhid olması xəbərini eşitsə də, 
qərarından dönmür və yolunu davam etdirir. İmamın (ə.) 
dəstəsi Kərbəlaya çatmamış 1000 nəfərlik bir qoşunla üzləşir. 
Qoşun başçısı Hürr bin Yezid, İmama (ə.) bildirir ki, Kufə 
valisi İbn Ziyadın əmri ilə onu valinin yanına aparmaq üçün 
bura göndərilibdir. İmam (ə.) onun əmrinə tabe olmur. Hürr 
imamla (ə.) söhbət etdikdən sonra onun dəstəsinə qoşulur. Bu 
xəbəri eşidən İbn Ziyad Kərbəla tərəfə 4000 nəfərlik başqa bir 
qoşun göndərir. Ömər bin Sə'din başçılıq etdiyi bu qoşun 
məhərrəm ayının 8-də Kərbəlaya çatır və imamın (ə.) 72 nəfərlik 
(32 süvari və 40 piyada) kiçik dəstəsi ilə üz-üzə dayanır. Ömər 
bin Sə'd imama (ə.) bildirir ki, Yezidə tabe olmasa, qətlə 
yetiriləcəkdir. İmam (ə.) Yezidə tabe olmayacağını bildirir və 
şəhidliyə üstünlük verir. Məhərrəm ayının 10-da - Aşura 
günü (ərəb mənşəli «aşura» sözü «onuncu» deməkdir) Kərbəla 
düzündə 
imamın
 (ə.) dəstəsi ilə Ömər bin Sə'din qoşunu arasında 


94 
 
qanlı döyüş baş verir. Əsasən təkbaşına döyüş şəklində olan bu 
hadisədə ilk şəhid Hürr bin Yezid olur. Daha sonra isə dəstənin 
digər üzvləri qətlə yetirilir və sonda imamın (ə.) özü 
döyüş
 
meydanına atılaraq şəhadət zirvəsinə yüksəlir.  
Qısaca məzmununu verdiyimiz bu hadisələrin hamısı, 
demək olar ki, eynilə «Riyazül-qüds»də də təsvir edilmişdir və 
məzmun baxımından onlar tam üst-üstə düşür. Bununla belə, 
A.Bakıxanov «Cəlaül-üyun»da bu fəsildə cərəyan edən 
hadisələri iki bölümdə - VII və VIII fəsillərdə vermişdir. VII 
fəsildə imam Hüseynin (ə.) İraqa yola düşməsindən bəhs 
edilir (41a-48a), VIII fəsil isə başdan-başa Aşura günündə - 
məhərrəm ayının 10-da baş verən qanlı faciənin təsvirinə, 
imam Hüseynin (ə.) dəstəsindəki yaxın adamlarının, 
qohum-əqrəbasının və özünün şəhid olmasının təsvirinə 
həsr olunmuşdur (48a-67a). 
A.Bakıxanovun «Riyazül-qüds»ün quruluşunda etdiyi bu 
kiçik, lakin incə dəyişikliyi başa düşmək olar. O, «Riyazül-
qüds»də şəhidlik məsələsini daha da qabartmış, baş mövzuya 
çevirmişdir. Məhz buna görə də müəllif-mütərcim imamın (ə.) 
şəhadəti hadisəsinə ayrıca bir fəsil ayırmışdır. «Cəlaül-
üyun»da olduğu kimi, «Riyazül-qüds»də də bu fəsil həcmcə ən 
böyükdür. A.Bakıxanov bu fəslin xüsusi əhəmiyyətini nəzərə 
alaraq, ona qəmli məzmun daşıyan çoxlu şeir parçaları daxil 
etmişdir. Bu da təbiidir, çünki məqtəl kitabları daha çox 
məhərrəm ayında, xüsusilə də Aşura günü təşkil olunan təziyə 
məclislərində oxunurmuş və aydındır ki, belə məclislərdə şeirin 
emosional təsiri nəsrə nisbətən daha güclü və effektli olmuşdur. 
Beləliklə, hər iki əsərdəki ayrı-ayrı fəsillərin məzmunları 
üzərində aparılan müqayisəli təhlil də «Riyazül-qüds»ün 
«Cəlaül-üyun»dan  sərbəst və yaradıcı şəkildə tərcümə olunması 
fikrini təsdiqləyir. 
 
 
 


95 
 
2.4. «Cəlaül-üyun» və «Riyazül-qüds»: fərqli cəhətlər 
 
«Cəlaül-üyun»la «Riyazül-qüds» arasında, təbii ki, bir 
sıra fərqli cəhətlər, üst-üstə düşməyən incə məqamlar da 
yox deyildir. Maraqlıdır ki, bu məsələdə də ilk növbədə 
hər iki 
əsərin
 quruluşlarında olan fərqli xüsusiyyətləri qeyd 
etmək lazım gəlir. Belə ki, «Cəlaül-üyun»un mətni bütövlükdə 
yalnız nəsr şəklində olduğu halda,  «Riyazül-qüds»də isə 
bütün əsər boyu nəsr arasında nəzm parçaları da verilmişdir. 
Bu baxımdan hər iki əsərin nəsr hissələrində də müəyyən fərqli 
cəhətlər vardır ki, bu da dil-üslub məsələsi ilə bağlıdır: 
«Cəlaül-üyun», əsasən, nəsrlə yazılmışdır, Məclisi yalnız nadir 
hallarda səc'ə də əməl etmişdir; «Riyazül-qüds»ün nəsri isə, 
demək olar ki, başdan-başa qafiyəli nəsrlə (səc'lə) qələmə 
alınmışdır. Bu fərq isə, təbii ki, öz-özlüyündə onlar arasında 
digər incə fərqli xüsusiyyətlər də doğurur, çünki səc'in tələbinə 
görə qafiyə yaratmaq xatirinə A.Bakıxanov istər-istəməz mətnə 
müəyyən kiçik əlavələr də etməli olmuşdur. 
«Cəlaül-üyun»la «Riyazül-qüds» arasındakı daha bir 
incə fərqli xüsusiyyət də elə bilavasitə yuxarıdakı məsələ ilə 
bağlıdır. «Cəlaül-üyun» bütövlükdə götürdükdə bədii əsər 
nümunəsi sayıla bilər. Bununla belə, onda tarixi-sənədli və ya 
bədii-publisistik əsərlərə xas olan cəhətlər də müəyyən 
mənada özünü göstərir. Belə ki, Məclisi əsərdə bir sıra 
hallarda müəyyən məsələdən bəhs edərkən ilk öncə mövzu ilə 
bağlı qaynaqlardan söz açır və onlara öz münasibətini bildirir. 
Bunu nəzərə aldıqda «Cəlaül-üyun» sənədli-bədii əsər kimi də 
dəyərləndirilə bilər. Məhz bu xüsusiyyətinə görə də əsərdə 
bədiilik ön plana çəkilməmişdir. A.Bakıxanov isə 
«Riyazül-qüds»də əksinə, başlıca diqqəti fikrin bədii şəkildə 
ifadəsinə yönəltmişdir. 
Bu baxımdan
 «Riyazül-qüds» ilk 
növbədə yüksək sənətkarlıq xüsiyyətləri ilə seçilən bədii 
əsər təsirini bağışlayır, daha doğrusu, sırf bədii əsərdir. 
Başqa sözlə 
desək
, «Cəlaül-üyun» bədii və elmi üslubların 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə