40
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2012
UOT 82; 82-1
MİLLİ İSTİQLAL PROBLEMİ B.VAHABZADƏNİN
POETİK İŞIĞINDA
A.R.M
İRZƏYEVA
Bakı Dövlət Universiteti
Zalova-Aida@ mail.ru
Məqalədə Bəxtiyar Vahabzadənin yaradıcılığında milli istiqlal problemi təhlil obyekti-
nə çevrilmişdir. Yazıda şairin “Köləliyə sədaqət”, “Azadlıq”, “Əsarət-azadlıq”, “Vətən mar-
şı”, “Azərbaycan”, “Unudulsun unutqanlıq”, “İlk və son dərdim -Vətən”, “Siz böyüyün ey
bö
yüklər”, “Şər şeytana, xeyir Allaha”, “Atatürk”, “M.Ə.Rəsulzadənin xatirəsinə”, “Ye-
niləşmiş ittifaq”, “Öz-özünü tanımaq”, “Əgər qorunmasa istiqlalımız”, “Nəvəm-istiqlalım”
və digər şeirləri bəhs olunan problem fonunda araşdırılmışdır. Həmçinin şairin yaradıcılığı
ilə bağlı tədqiqat aparan müəlliflərin araşdırmalarından da yeri gəldikcə istifadə olunmuşdur.
Açar sözlər: B.Vahabzadə, istiqlal, poeziya,azadlıq, ədəbiyyat, vətən, müstəqillik
Azərbaycanın istiqlaliyyəti məsələsi Bəxtiyar Vahabzadəni daim düşün-
dürmüşdür. Şairin «Köləliyə sədaqət», «Azadlıq», «Əsarət-azadlıq», «Vətən
mar
şı», «Azərbaycan əsgəri», «Azərbaycan», «Unudulsun unutqanlıq», «İlk və
son dərdim –Vətən», «Siz böyüyün, ey böyüklər», «Şər - şeytana, xeyir -
Allaha», «Ata
türk», «M.Ə.Rəsulzadənin xatirəsinə», «Yeniləşmiş ittifaq»,
«Öz-
özünü tanımaq», «Əgər qorunmasa istiqlalımız», «Nəvəm -istiqlalım» və
digər şeirləri bu problemin müxtəlif aspektlərinə həsr olunmuşdur.
Ədib «İstiqlal günü» (1992) adlı məqaləsində yazırdı: «İyirminci illərdən
üzü bəri bütün yazıçı və şairlərimiz, tarixçi alimlərimiz xalq Cümhuriyyətimizi
zülm və istismar dövləti, yaradıcılarını isə xalq düşməni, vətən xaini adlandı-
ranlar bir anlıq da olsa öz vicdanlarından niyə utanmadılar? Axı, onlar həqiqəti
bilirdilər. Həqiqəti yaza bilmədilər, heç olmasa susaydılar…Yetmiş ildə həm
şeirimiz, həm nəsrimiz, həm dramaturgiyamız, həm də tənqidi fikrimiz bu
respublikanı damğalamaqla məşğul olmuşdur. İndi isə bu günün zirvəsindən
həmin əsərlərə baxanda adamı dəhşət götürür» (8, 64).
«Köləliyə sədaqət» (1991) adlı şeirində şair Sovetlər Birliyinin dağılma-
sı ərəfəsində Azərbaycana rəhbərlik edənlərin imperiya cəlladlarına arxa, da-
yaq olmala
rını, milli azadlıq uğrunda mübarizəyə qalxan xalqın qarşısına sipər
çəkmələrinı köləlik kimi dəyərləndirir. Şair dünyada cərəyan edən siyasi
prosesləri layiqincə dəyərləndirməyən, buna görə də öz xalqına düşmən kə-
41
silən bu cür başçıları sərt şəkildə ittiham edir:
Daşmaq vaxtı çatıbdır, biz nə qədər qaynayaq?
Mərkəzin çaldığına yenədəmi oynayaq?
Nə vaxt biləcəyik biz
Mütilik –
millətləri dəfn edir diri-diri,
Mütilik –
hər məqamda azadlığın zənciri! (7, 47).
Bütün yaradıcılığı boyu «azadlıq mövzusunu dilə gətirmiş», «azadlığı
həyatının başlıca idealına çevirmiş» (3, 27) Bəхtiyar Vahabzadənin «Azadlıq»
ad
lanan şeirində Azərbaycanın uzun illərdən sonra yenidən istiqlaliyyət əldə
etməsi milli dəyər kimi səciyyələndirilir:
Azadlıq, azadlıq! Ömrüm boyunca,
Sənin acın oldum, möhtacın oldum (9, 209).
«Azad
lıq» şeirinin sonrakı misralarında şair azadlıq məfhumunun yalnız
si
yasi anlamda deyil, həmçinin şəxsi mənada da mühüm əhəmiyyət kəsb etdi-
yini söyləyir:
Azadlıq eşqilə qol-qola çatdıq,
Azadlıq naminə bayraq ucaltdıq.
Səpdik qanımızı qədəmlərinə,
Baha başa gəldin bizə sən, baha.
Azadlıq! Nəhayət qovuşduq sənə,
Amma deyəmmədik: «Şükür Allaha» (9, 209).
Göründüyü kimi, müəllif şeirdə azadlıq anlayışının geniş məzmun daşı-
dığını qabardaraq, azadlığa bütünlüklə qovuşmadan xoşbəxt olmağın qeyri-
mümkünlüyü qənaətinə gəlir.
Tənqidçi-ədəbiyyatşünas Mürşüd Məmmədli görkəmli şairin anadan
olma
sının 80 illik yubileyinə həsr edilmiş «Ustad» adlı məqaləsində: «Bəx-
tiyar Vahabzadə bütöv bir istiqlalçı nəslin ideoloqu, tərbiyəçisi və ustadı olub.
Onun imzası olmadan millətin istiqlal hərəkatı yarımçıq görünərdi» (4) -
tezisini irəli sürür. Şübhəsiz ki, vətəndaş şairin yaradıcılıq yolu bütün bu
deyilənlərin doğruluğuna oxucunu tam inandırır.
Bəxtiyar Vahabzadə «Azərbaycan əsgəri» (1992) adlı şеirində Vətən sər-
hədini qoruyan əsgərlərə üz tutaraq torpaqlarımıza göz dikmiş qəddar, zalım
düşməndən intiqam almağa çağırır.
Başımızın üstündədir üç rəngli bayraq,
Əvvəlimiz, axırımız bu ana torpaq.
Bu torpağın keşiyində əzm ilə durmaq
Bu millətin oğlu üçün şöhrət, şərəf, şan (7, 52).
«Azərbaycan» (1991) adlanan şеirində isə müəllif doğma yurdun azadlı-
ğı uğrunda qurban gedən şəhid oğulların хatirəsinin hеç bir zaman xatirələrdən
silin
məyəcəyi qənaətini ifadə edərək yazır:
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız (7, 61 ).
Şairin «Günahdan günahdır» (1995) adlı şeirində isə müstəqil Azərbayca-
42
nın üçrəngli, aylı-ulduzlu bayrağı sovet hakimiyyəti dövrünün oraq-çəkiçli, qır-
mızı rəngli bayrağı ilə müqayisə olunur. Şair müstəqil Azərbaycanın bayrağını
«halal», so
vet Azərbaycanının bayrağını isə «haram» epiteti ilə dəyərləndirir.
Üç rəngim, ulduzum, bir də hilalım, -
Mənim öz bayrağım, doğmam, halalım.
Oraqlı-çəkicli o al bayrağın
Bizə gətirdiyi – köləlik, qərəz.
O haram bayraqdan halal bayrağın
Fərqini bilməyən qədrini bilməz (7, 147).
Təqdim olunan misralarda poetik obraz kimi düşünülmüş «bayraq» bu
əsərlərin ictimai-siyasi siqlətini artıran bədii faktor kimi şərtlənməkdədir.
Müəllifin qənaətincə, «Bayraq (kulturoloji, idеoloji, dövlətçilik) bir rəmz ola-
r
aq, türkün qürur və müəyyənlik nişanəsinin gələnəyi kimi həm millilik, həm
də Vətənçilik şüur və məfkurəsinin yaşamı olaraq ifadə olunmaqdadır. Bayraq
və ona münasibət də mеntal dəyər olub çağdaş fikir və düşüncənin mərkəzində
siyasi-
idеoloji dərk, fərdi anlayış və tərbiyə mənbəyi kimi tərənnüm еdilmək-
dədir. Sənətkarlar bayrağa sözün sinirlərindən, hücеyrələrindən gələn sirayəti
ilə bütün hallarda dövlətçilik, müstəqillik rəmzi kimi süslü münasibət bildir-
mişlər» (2, 197). Bu mənada şairin «bayrağa» şərti-simvolik obraz kimi yanaş-
ması təsadüfi sayılmamalıdır.
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq – öz yurduma öz hakimliyim (7, 224).
«Bayraq» (1998) adlı şeirdən örnək gətirdiyimiz bu parçada şair bayrağı
Vətənin, millətin gələcəyi, varlığı, mövcudluğu kimi dəyərləndirir. Şairin bay-
ra
ğa bu dərəcədə əhəmiyyət verməsi, onu ilahiləşdirməsi qan yaddaşından,
türkçülük
məfkurəsindən, əcdadlarının azadlıq, hürriyyət uğrunda aparmış ol-
du
ğu mübarizələrdən qaynaqlanır.
Professor Yavuz Axundlu «İstiqlal şairləri» adlı tədqiqatında yazır:
«1988-
ci ildə Azərbaycan xalqının milli-azadlıq hərəkatının alovlanması,
müstəqillik uğrunda aparılan mübarizə Bəхtiyаr Vahabzadənin də yaradıcı-
lığında yeni bir mərhələnin başlanğıcı oldu. İstiqlal mövzusu onun poeziya-
sında ən əsas mövzuya çevrildi. Bunu isə təsadüfi saymaq olmaz. Çünki
Bəхtiyаr Vahabzadə ömrü boyu xalqının, millətinin istiqlalını arzulamış, bu
amal yolunda təqiblərdən, hətta təhqirlərdən belə çəkinməmişdir. Nəhayət, elə
bir vaxt gəlib çatır ki, o, ürəyindən keçənləri açıq şəkildə xalqa çatdırır və
şeirləri ilə milli müstəqillik uğrunda mübarizənin önündə addımlayır» (1, 32).
«Vətən marşı» (1992) adlı şeirində Bəxtiyar Vahabzadə azadlığın, hür-
riyyətin hər bir vətən övladının təbii haqqı olduğuna diqqəti çəkərək yazır:
43
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi qızlar Vətəni.
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapınar haqqa və insanlığa haqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz,
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz (7, 60).
Bəxtiyar Vahabzadənin «İlk və son dərdim –Vətən» adlı şeiri də azadlıq
motiv
ləri ilə zəngin poetik örnəklərdən biri kimi maraq doğurmaqdadır.
Qürbətdə yaşayan bəstəkar Adil Bəbirova həsr olunmuş bu şeirdə müəllif
vətən, yurd həsrəti fonunda azadlıq arzularına ifadə etməyə çalışmışdır.
Şairin «Siz böyüyün, ey böyüklər» (1990) adlı şeirində köləliyə, müs-
təmləkəçiliyə qarşı etiraz ruhu qabarıq şəkildə bədii təcəssümünü tapmışdır.
Millətin önündə gedənlərə müraciətlə yazılmış bu şeirdə şairin azadlıq, hür-
riyyət, istiqlal arzuları ifadə olunmuşdur:
Köləliyi özümüzə qoruq bildik,
Böyü
klərin qabağında
hey süründük dizin-dizin.
Elə bildik köləliklə
Hörmətini qazanırıq
Mərkəzdəki böyüklərin.
Biz bilmədik əyildikcə
«hələ azdır» deyəcəklər.
Daha artıq əyəcəklər (7, 18-19).
Şeirdə təlqin olunan fikrə görə, millətin öndə gedən ziyalıları, dövləti
ida
rə edən şəxslər müstəmləkəçi imperiya cəlladları önündə əyildikcə, köləli-
yin ömrü uzanacaqdır. Xalqın böyükləri millətə söykənməli, millətlə birlikdə
ucalmalı, yüksəlməli, əsarətdən xilas olmalıdır.
Siz millətə söykənsəniz
Arxanızda millət durar.
Qorxunuzdan əyilsəniz,
Qarşınızda daha böyük zillət durar.
Millət ilə siz birsiniz.
Qorxunuzdan əyiləndə
Milləti də əyirsiniz (7, 19).
Şairin «Şər - şeytana, xeyir - Allaha» (1991) adlı şeirində yetmiş ildən
artıq sovet əsarətinə boyun əyməyə məcbur olan Azərbaycan xalqının var-
lığına çökmüş ətalət, köləlik, zülmə, haqsızlığa dözüm göstərmək, özünə,
taleyinə biganəlik və s. kimi mənfi keyfiyyətlər tənqid olunur. Şeirdə müəllifi
narahat edən əsas məsələ uzun illərin əsarət tarixinin xalqın mənəviyyatına yo-
luxdurmuş olduğu qul psixologiyasıdır.
Əriyir astaca ətalət buzu,
Millətlər haqqını dərk edir artıq.
44
Açılıb qapının otuz doqquzu,
Qırxıncı qapının kandarındayıq (7, 25).
Şeirdə əksini tapan pessimizm əhvali-ruhiyyəsi də məhz burdan qaynaq-
lanır. Belə ki, şair gələcəyə nə qədər ümidlə baxır-baxsın, o millətin taleyindən
narahatlığını gizlədə bilmir. Azərbaycanın dövlət müstəqilliyini əldə etmə-
sindən bir qədər əvvəl yazılmış bu şeirdə eyni zamanda şairin illərdən bəri
həsrətində olduğu istiqlal arzuları da bədii əksini tapmışdır.
Qonşuda səslənən azad ünlərin,
Əksi bizim elə heç gələmmədi.
Bəs nə vaxt gələcək bizim günlərin
Ağ atlı igidi, Məlik Məmmədi? (7, 26).
Şairin «Şər - şeytana, xeyir - Allaha» adlı şeirdə qaldırılan problem bir qə-
dər fərqli səpkidə «Biri-birimizə atdığımız daş» (1995) şeirində də bədii təcəs-
sümünü tap
mışdır. Müəllif əsrlər boyu millətin ruhuna, varlığına nüfuz edən
əsarət, köləlik duyğusunun hələ də yaşamaqda olduğuna diqqəti çəkmişdir.
Qandal açılsa da qollarımızdan,
Köləlik hələ də beynimizdədir.
Bir böyük mətləbi unuduruq biz;
Birdir vətənimiz, birdir elimiz.
Biri-
birimizə atdığımız daş
Vətənə, millətə dəyir, a qardaş (7, 139).
Şairin digər şeirlərində də bu və ya buna bənzər motivlər bədii təcəssü-
mü
nü tapmışdır. Məsələn, «Neçin» (1998) adlı şeirdə müəllif uzun illərin
əzablarından sonra qazanılan istiqlaliyyətdən sonra da millətin dərd və əzab-
lardan xilas olma
dığına diqqəti çəkir. Ədibin qənaətincə, istiqlal elə böyük bir
sərvətdir ki, o sərvət bütün millətin firavan həyat sürməsini təmin etməlidir.
Şair yeri gəldikcə milli istiqlalı layiqincə dəyərləndirməyənlərə, müstəqil
dövlətimizin qurulmasına baxmayaraq hələ də imperiya illərini həsrətlə xa-
tırlayanlara, nə zamansa keçmiş günlərin təkrar olacağı ümidi ilə yaşayanlara,
«saatını Moskva vaxtı ilə» quraraq «nicat yolunu» şimalda arayanlara kəskin
etira
zını bildirmişdir.
Ana birsə, vətən də bir a bala,
İstiqlala dal çevirib əsnəmə.
Nə dikmisən gözlərini şimala?
Ürəyində iki vətən bəsləmə (7, 294).
Sosial-
siyasi məzmunu ilə seçilən «Unudulsun unutqanlıq» (1992) şei-
rin
də Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli mentalitetində, qan yad-
da
şında özünə dərin kök salmış, bir çox tarixi faciələrimizin təməlində daya-
nan unutqanlıq məsələsinə diqqəti yönəltməklə insanları bu mərəzdən xilas ol-
ma
ğa, çarə aramağa səsləyir. Şeirdən hasil olan qənaətə görə, tarixdə baş verən
heç bir hadisə yaddan çıxarılmamalıdır. Əksinə, baş verən hadisələr öyrənil-
məli, ciddi şəkildə təhlil edilməli, səhvlərdən ibrət dərsi götürülməlidir. Adı
çəkilən şeirdə müəllif oxucunun diqqətini1920-ci ilin 28 aprelində Azərbaycan
45
Xalq Cümhuriyyətinin XI rus ordusu tərəfindən işğalına yönəldir. Şair, həmin
fa
ciənin bir daha təkrarlanmaması üçün məğlubiyyətimizin səbəblərini ara-
mağa çağırır.
O bəd günün,
rəzil günün xatirəsi
İniltiylə dindirilsin.
Hərəkəti dayandıraq,
Yaddaşları oyandıraq:
Bilək niyə endirildi bayrağımız.
Niyə bizim başımızda
çatladı öz çanağımız (7, 325).
Ədibin Azərbaycanın istiqlalına həsr etdiyi poetik örnəklər içərisində
«Nəvəm istiqlalım» (1995) adlı şeiri də diqqəti çəkir. Şeirin maraq doğuran
cəhətlərindən biri müəllifin onu balaca nəvəsinə müraciətlə qələmə almasıdır.
Azərbaycanın istiqlalının nəvəsi ilə yaşıd olduğunu vurğulayan şair bu fakta
rəmzi məna verir. Onun fikrincə, sovet əsarətini görmüş insanların hələ də
ruhunda köləlik, məhkumluq duyğusu yaşamaqdadır, yeni doğulan gənc nəsil
isə müstəqil bir ölkənin vətəndaşı kimi yetişib tərbiyələndiyi üçün onlar ruhən,
mənən azaddırlar.
Oğullar, nəvələr qoruyar, yəqin,
Babalar qazanan bu istiqlalı.
Bu bayraq altında böyüyənlərin
Ruhu da özütək azad olmalı (7, 358).
Bəxtiyar Vahabzadənin türk dünyasının və Azərbaycanın ayrı-ayrı tarixi
şəxsiyyətlərinə həsr olunmuş şeirlərində də milli istiqlal problemi bədii təcəssü-
münü tap
mışdır. Bu mənada şairin «Atatürk», «Xəyalpərəst», «Zindanda», «Mao-
bit», «M.Ə.Rəsulzadənin xatirəsinə», «Haqqa heykəl qoyuldu» və digər şeirləri
maraq doğurur. «Atatürk» (1992-1998) şeirində müəllif Türkiyə Cümhuriyyətinin
quru
cusu, İstiqlal savaşının qəhrəmanı Mustafa Kamal Atatürkün şəxsiyyətini
canlan
dırmağa çalışmış, sadə bir ailədə böyümüş bu insanın türk millətinin atası
məqamına yüksəlməsinin səbəblərini açmağa çalışmışdır. Şairin ən böyük arzusu
itirilən yurd yerlərinin qaytarılması, parçalanmış Vətənin birləşdirilməsi üçün
Azərbaycanda belə bir qəhrəman insanın dünyaya gəlməsidir. Türküstanın istiq-
lalı yolunda canını qurban vermiş Ənvər Paşanın xatirəsinə həsr olunmuş «Xəyal-
pərəst» (1999) şeirində şair türk dünyasının azadlığının Turanın birlyindən keç-
diyi fikrini vurğulamışdır. «M.Ə.Rəsulzadənin xatirəsinə» adlanan şeirdə isə mü-
əllif 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin
quru
cusu və ideoloquna dərin sevgisini ifadə etmişdir.
Borclu ikən Vətən sənə, xalq sənə
Hər şey döndü tərsinə.
Bu torpaqdan verəmmədik
Bir məzarlıq yer sənə (7, 15).
Şair M.Ə.Rəsulzadənin Vətən yolunda canından keçdiyi halda, məzarı-
46
nın qürbətdə olmasına dərin kədər hissi ilə təəssüf edir. O, eyni zamada, sovet
dönəmində doğma Vətəni yadlara satanlara, məmləkəti talayıb-sökənlərə
ucaldılan heykəllərə də bir vətəndaş şair kimi etirazını bildirir:
Riyalara, boyalara,
yetmiş ildir uymuşuq,
G
örün, kimin əvəzinə
kimə heykəl qoymuşuq (7, 16).
Böyük Azərbaycan şairi Hüseyn Cavidə həsr olunan «Haqqa heykəl qo-
yul
du» (1997) adlanan şeirdə sovet siyasi rejimi dönəmində Azərbaycan ziya-
lılarının başına gətirilən faciə və müsibətlərin bədii mənzərəsi yaradılmışdır
(VI, s.388-
389). «Molla Nəsrəddin» ədəbi məktəbinin yaradıcısı, böyük satira
ustası Cəlil Məmmədquluzadəyə ithaf edilən «Mirzə Cəlil» (1958) adlı şeirdə
Bəxtiyar Vahabzadə ədibin tərcümeyi-halının Vətən tarixi, xalqın ağrı və
iztirabla
rı ilə həmahəng olduğunu nəzərə çatdırır. Bu qüdrətli fikir sahibinin
dünyaya kiçik bir daxmadan pərvazlandığına heyrətini gizlədə bilməyən şair
elə məhz bu məqamı da qabartmağa çalışmışdır.
Balaca bir daxmanın önündə baş əyirəm,
Öz-
özümə deyirəm:
Bu
qaranlıq daxmadan
Bizim ana Vətənə işıq düşdü bir zaman (6, 284).
Müəllifin İkinci dünya savaşında alman faşistlərinin həbs düşərgəsində
qəhrəmancasına həlak olmuş görkəmli tatar şairi Musa Cəlilə həsr etdiyi «Zin-
danda» və «Maobit» (1957), adlı şeirləri, habelə «Uçun nəğmələrim» (1966)
po
eması da azadlıq ruhu ilə yoğrulmuş bədii örnəklərdəndir. Ədib düşmənlərə
əsir düşən bu qəhrəman şairin böyük qüdrət və iradə sahibi kimi bir an olsun
belə mübarizədən vaz keçmədiyini, ölüm düşərgəsində məhbəs həyatı yaşadığı
zaman qələmi ilə doğma xalqına, vətəninə əlindən gələn xidməti əsirgəmə-
diyini poetik şəkildə ümumiləşdirə bilmişdir.
Ey əsarət yuvası! Sən bildinmi sinəndə,
Yarandı ən möhtəşəm azadlıq nəğmələri?! (6, 225), -
deyə düşməni ittiham edən müəllif qəhrəman şairin ölümün gözlərinə cəsarətlə
bax
ması ilə xalqının azadlıq simvoluna çevrildiyini açıb göstərmişdir. Ədibin
ori
jinal yazı üslubunun məhsulu olan «Uçun nəğmələrim» (1966) poeması da
azadlıq, hürriyyət ideyaları ilə zəngindir.
Ümumiyyətlə, Quzey Azərbaycanın istiqlaliyyəti məsələsi Bəxtiyar Va-
habza
dənin yaradıcılığından qırmızı xətt kimi keçir. Şairin bir çox əsərlərində
qaldırılan müxtəlif səpkili problemlərin arxasında belə məhz doğma yurdun
azadlıq və istiqlaliyyəti məsələsi durur.
Azərbaycanın müstəqillik əldə etməsindən sonra sovet imperiyasının
dağılmasıyla barışmayan Rusiyanın Müstəqil Dövlətlər Birlyi (MDB) adı al-
tında imperiyanı yenidən bərpa etmək niyyəti ölkənin bir çox vətənpərvər qə-
ləm sahibləri kimi Bəxtiyar Vahabzadəni də dərindən hiddətləndirmişdi. Şairin
bu münasibətlə yazmış olduğu «Yeniləşmiş ittifaq» (1991) adlı şeir milləti
47
ayıq olmağa, düşmən hiyləsinə aldanmamağa çağırır:
Bilək, «yeniləşmiş ittifaq» nədir?
Bu da başqa tələ, başqa hiylədir.
Nədir yeniləşmək?
Vaxtın, zamanın
Kor gözün üstünə təzə sürməsi,
Görən gözlərəsə kül üfürməsi (7, 32).
İstiqlal məfkurəsinin orijinal ifadə şəkli ilə seçilən «Öz-özünü tanımaq»
(1992) adlı şeirdə şair Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfin-
dən tanınmasını bir vətəndaş kimi alqışlayır. Müəllif öz ölkəsinin istiqlaliyyətə
qo
vuşmasını böyük sevinc, fərəh və fəxr duyğusu ilə geniş oxucu kütlələrinə
bəyan edir.
Bu gün yüz beş ölkə tanımış bizi
Yenicə yaranmış dövlətimizi.
Artıq yer üzündə öz yerimiz var,
Qarşıda işıqlı günlərimiz var (7, 39).
Lakin bu sevincin içərisində şairi narahat edən bir məqam diqqəti çək-
məkdədir ki, o da dünya dövlətlərinin bizi tanıdığı halda, özümüzün-özümüzü
tanımamağımızdır.
Əvvəlcə özünü tanımayan kəs
Özünü dünyaya tanıda bilməz (7, 39)
Bəxtiyar Vahabzadənin «Əgər qorunmasa istiqlalımız» (1992) şeirində
Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən sonra ölkənin xarici və
daxili siya
sətində qarşıya çıxan problemlərin yarada biləcəyi çətinliklərə diq-
qət yetirilmişdir. Şeirdə şair azadlığı, istiqlaliyyəti böyük bir səadət, millətin
təbii haqqı kimi səciyyələndirir, onun böyük qurbanlar hesabına əldə edildiyini
vurğulayır:
Azadlıq, səadət haqqımdır mənim,
Allah çox görməsin bu haqqı bizə.
İstiqlal yolunda qurbanlar verib
Axır yetişmişik istəyimizə (7, 41).
Şeirin sonunda uzun illər əsarət həyatı yaşayan xalqımızın yenidən müs-
təmləkəçilik boyunduruğuna düşə biləcəyindən ehtiyatlanan şair dövləti idarə
edənləri ayıq-sayıq olmağa, düşmənin məkrli hiylələrinə uymamağa çağırır.
ƏDƏBİYYAT
1.
Aхundlu Yavuz. İstiqlal şairləri. Bakı: Еlm, 1998, 126 s.
2.
ХХ əsr Azərbaycan ədəbiyyatı məsələləri (məqalələr toplusu). I kitab. Bakı: Еlm, 2006, 428 s.
3.
Mayadağlı Hüsniyе B. Vahabzadеnin еsеrlеrindе sеtiraltı ifadеlеr, «Türk Еdеbiyatı»
dеrgisi, şubat, 1994, s.26-29
4.
Məmmədli Mürşüd. Ustad, «Yеni müsavat» qəzеti , 2001, 23 avqust.
5.
Türk dünyasının Bəхtiyarı, I hissə, Bakı: «Təfəkkür NPM», 2002, 364 s.
6.
Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, I c., Bakı: Elm, 2008, 612 s.
7.
Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, VI c., Bakı: Elm, 2008, 738 s.
48
8.
Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, XI c., Bakı: Elm, 2009, 826 s.
9.
Vahabzadə Bəхtiyar. İstiqlal. Bakı: Gənclik, 1999, 496 s.
10.
Yusifli Vaqif. Poeziyanın yolları və illəri (1960-2000-ci illər). Bakı: Mütərcim, 2009, 404 s.
НАРОДНО-ОСВОБОДИТЕЛЬНЫЕ ПРОБЛЕМЫ В ПОЭЗИИ
БАКТИЯРА ВАГАБЗАДЕ
А.Р.МИРЗОЕВА
РЕЗЮМЕ
В статье анализируются народно-освободительные мотивы творчества Б.Вагабза-
де. В тексте на фоне рассматриваемой проблемы исследуются следующие стихи поэта:
«Рабская преданность»,
«Свобода», «Неволя - свобода», «Марш отчизны», «Азербайджанский солдат»,
«Азербайджан», «Забыть забвение», «Первое и последнее несчастье-Родина», «Вырас-
тайте, взрослые», «Зло дьяволу-добро Аллаху», «Ататюрк», «Памяти М.Э.Расулзаде»,
«Обновленное объединение», «Узнать себя», «Если не беречь свободу», «Мой внук - моя
свобода». В том числе проводятся исследования творчества поэта другими авторами.
Ключевые слова: Б.Вагабзаде, освобождение, поэзия, литература, свобода,
Родина, независимость
NATIONAL INDEPENDENCE PROBLEM IN
BAKHTIYAR VAHABZADEH POETRY
A.R.MIRZAYEVA
SUMMARY
The main object of analyses in this article is the theme of national liberty in Bakhtiyar
Vahabzadeh’s creative activity. The poems such as: “The loyality to slavery”, “Liberty”, “The
Servitude”, “Let the forgetfulness be forgotten”, “Motherland- my first and last grief”,
“Azerbaijan”, “Grow up! You seniors!”, “Evil to Demon, Blesssings to God!”, “Atatürk”,
“Servitude-Liberty”, “To the memory of M.R.Rasulzadeh”, “The renewed union”, “To know
oneself”, “İf our liberty is not protected” by B.Vahabzadeh are investigated on the background
of the same problem. The article refers to the research works by the authors who investigated
the literary activities of the poet as well.
Key words: Bakhtiyar Vahabzadeh, independence, poetry, literature, freedom,
Motherland, liberty
Dostları ilə paylaş: |