Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
  1   2   3   4   5   6   7   8   9   ...   60



 
AZƏRBAYCAN  RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKI  DÖVLƏT  UNİVERSİTETİ  
 
 
 
 
 
TÜRK 
FİLOLOGİYASI 
 
№ 

 
Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу 
няшрлярин  рейестриня  дахил  едилмишдир.  Рейестр 
№4037. 
 
 
 
 
 
 
 
 
 
«Елм вя тящсил» 
Бакы – 2016 


 
 

 
 
 
 
Jurnalın təsisçisi: f.e.d., prof.Rüfət Rüstəmov  
 
 
 
 
 
Redaksiya  heyyəti:  akademik  Vasim  Məmmədəliyev,  AMEA-nın  müxbir  üzvü  Möhsün 
Nağısoy,  AMEA-nın  müxbir  üzvü  f.e.d.,  prof.Nizami  Cəfərov,  f.e.d.,  prof.Qəzənfər 
Kazımov,  f.e.d.,  prof.Əbülfəz  Rəcəbov,    f.e.d.,  prof.,  (redaktor  müavini)  Əsgər  Rəsulov, 
f.e.d.,  prof.Nadir  Məmmədli,  prof.Elxan  Əzizov,  f.e.d.,  prof.Aqşin  Babayev,  f.e.d., 
prof.Jalə  Əliyeva,  f.e.d.,  prof.Məmmədəli  Novruzov,  f.e.d.,  prof.Qara  Məşədiyev,  f.e.d., 
prof.Abıyev  Aydın,  f.e.d.,  prof.Tofiq  Məlikov,  f.e.d.,  prof.İsmayıl  Kazımov,  f.e.d., 
prof.Sayalı Sadıqova,  f.e.d., prof.İsmayıl Məmmədli,  f.e.d., prof.Ramiz Əsgər, dos.Cəmilə 
Rüstəmova,  dos.Aydan  Xəndan,  dos.Aynel  Məşədiyeva,  dos.Kəmalə  Əhmədova, 
dos.Aynur Qasımova, dos., (elmi katib) Şükufə Qədimova, dos.Aytən İbrahimova. 
 
 
 
 
 
 
 
Redaktor, f.e.d., prof.Rüfət Rüstəmov 
Türk filologiyası. Bakı, 2016, №1. 
İSSN2224-9257 
© «Elm və təhsil» nəşriyyatı 2016 


 
 

ƏSGƏR RƏSULOV 
filologiya üzrə elmlər doktoru, professor 
 
QOHUM DİLLƏRDƏ YALANÇI EKVİVALENTLƏR PROBLEMİ 
 
Uzaq  dildən  fərqli  olaraq,  qohum  dildən  tərcümə  edən  mütərcim  öz  üzərində 
“hazırlıqlı” oxucu nəzarəti hiss edir. Belə ki, qohum dili ümumi şəkildə olsa da (günlük 
danışıq, məişət leksikası və s. səviyyədə) hamı başa düşür. Başqa sözlə, öz tərcüməsini 
iki  dili  bilən  oxucuya  ünvanlayan  tərcüməçi  tam  və  ya  qismi  bilinqvizm  şəraitində 
işləyir. Müqayisə üçün deyək ki, məsələn, Çin, ispan, yaxud yapon dilindən mütərcimin 
belə  bir  “oxucu  nəzarəti”  xofu  yoxdur.  Yeri  gəlmişkən,  qeyd  edək  ki,  uzaq  dillərin 
mütəxəssisi  olmayan  birinin  həmin  dillərin  orijinalından  bədii  əsəri  dilimizə  tərcümə 
etməsi  faktı  ilə  qarşılaşmaq  mümkün  olmadığı  halda,  Türkiyə  türkcəsi  mütəxəssisi 
olmayan xeyli insan var ki, bu dildən azərbaycancaya tərcümələr edirlər. 
Qohum  dildən  tərcümə  mətnin  əslindən  edilir  (təbii  ki,  vaxtilə  türkcə  əsərlərin 
ruscaya,  daha  sonra  bu  dildən  dilimizə  çevirildiyini  unutmuruq),  yəni  sətri  tərcümə 
tamamilə ortadan qalxır, üçüncü bir dil üzərindən tərcüməyə ehtiyac qalmır. Təbiidir ki, 
orijinaldan  tərcüməyə  imkan  verən  qohumluq  müsbət  cəhətdir.  Leksik-frazeoloji 
tərkibin  böyük  ölçüdə  ortaqlığı,  morfoloji-sintaktik  ümumilik  tərcümənin  öz  əslinə 
adekvat  olmasına  imkan  verir.  Bu  müsbət  cəhət  özünü  poetik  tərcümələrdə  xüsusilə 
göstərir.  Tərcümə  prosesində  şeirin  forma,  misra,  beyt,  bənd  kimi  komponentlərinin 
bütünlüklə  orijinala  uyğunluğunu  saxlamaq,  qafiyə  cütlərinin  qarşılıqlarını,  əksər 
hallarda, tam mühafizə etmək mümkün olur. Məsələn, Türkiyənin tanınmış şairlərindəm 
Kamaləddin Kamu Kaminin dilimizə çevrilmiş “Qürbət” şeirinə baxaq: 
 
Gurbet o kadar acı, 
Ki, ne varsa içimde
Hepsi bana yabancı, 
Hepsi başka biçimde. 
Eriyorum gitgide, 
Elveda her ümide, 
Gurbet benliyimi de, 
Bitirdi bir biçimde. 
 
Ne arzum, ne emelim, 
Yaralanmış bir elim, 
Ben gurbette değilim
Gurbet benim içimde. 
 
Bu  şeirin  birinci  və  ikinci  bəndləri  cüzi  əl  gəzdirilməklə  dilimizə    transliterasiya 
edilmişdir.  Tərcümədə  leksik  vahid,  ritm,  bölgü,  qafiyə  cütlükləri  eynilə  mühafizə 
olunmuşdur  ki,  bu,  dillərimizin  yaxın  qohumluğunun  ən  bariz  göstəricisidir.  Lakin 
şeirin üçüncü bəndinin ilk iki misrasının tərcüməsində qeyri-dəqiqlik  nəzərə çarpır ki, 
nə  qədər  qəribə  olsa  da,  bu  səhv  də  dillərimizin  qohumluğundan  qaynaqlanır.  Belə  ki, 
şəxs  (xəbərlik)  şəkilçiləri  ilə  mənsubiyyət  şəkilçiləri  türkcədə  üst-üstə  düşdüyü  halda, 
dilimizdə  fərglidir  (Müqayisə  et:  türkcə  ben  müdürüm,  benim  müdürüm;  Azərbaycan 
dilində  mən  müdirəm,  mənim  müdirim).  Buna  diqqət  edilməməsi  tərcümədə  məna 
təhrifinə yol açmışdır: 
Nə arzu, nə əmələm, 
Yaralanmış bir eləm. 


 
 

Mən qürbətdə deyiləm
Qürbət mənim içimdə.(4) 
 
Mütərcim emelim və elim kəlmələrindəki mənsubiyyət şəkilçilərini I şəxs (xəbər) 
şəkilçiləri ilə vermiş, ismi xəbərin değilim inkarının sonundakı şəxs (xəbər) şəkilçisi ilə 
qafiyə  cütlüyünü  qorumağa  cəhd  etmiş,  məna  təhrifinə  yol  açmışdır.  Orijinalda  lirik 
qəhrəmanın nə arzusu, nə  bir əməli qalıb, Vətəni, eli yaralıdır, özü qürbətdə olmasa da, 
bu  sıxıntılar  –  arzusuzluq,  həvəssizlik,  ölkəsinin  düşmən  tərəfindən  işğalı, 
parçalanmışlığı  ona  öz  Vətənində  qürbətçilik  hissi  yaşadır.  Tərcümədə  isə  sanki  lirik 
qəhrəmanın özü nə arzu, nə əməldir, o özü yaralanmış bir eldir. Yeri gəlmişkən, bəzən 
buradakı  el sözünü səhvən əl şəklində işlədirlər. 
Dil qohumluğu tərcümənin yalnız linqvistik tərəfini təşkil edir. Unutmayaq ki, bu, 
hərfi  və  ya  sətri  tərcümə  deyildir  və  qohum  dillərin  poeziyasındakı  ekvimetriklik  və 
ekviritmiklikdən,  qohumluğun  vermiş  olduğu  bu  imtiyazdan  bacarıq  və  məharətlə 
istifadə etmək lazımdır. Lakin, təəssüf ki, türkcədən tərcümə edilən nəsr nümunələrinin 
bir  çoxuna  saxta  ekvivalentlikdən  qaynaqlanan  xətalar,  tərcümə  formalizmi,  poeziya 
nümunələrinə  isə  eyni  zamanda    məna  və  üslub  təhriflərinə  yol  açan  həddən  ziyadə 
orijinala yaxınlıq – hərfilik problemi xarakterikdir. 
Тürkiyə  türkcəsi  və  Azərbaycan  dilinin  genealoji  qohumluğu,  qrammatik 
quruluşlarının və əsas lüğət fondlarının ümumiliyi bəzən belə bir səhv təsəvvür yaradır 
ki, bu iki dil tamamilə eynidir və hər bir azərbaycanlı türkcəni xarici dil kimi öyrənmə 
ehtiyacı    duymadan  bu  dildə  sərbəst  danışa,  türkcədən  əslinə  adekvat  şifahi  və  yazılı 
tərcümə  edə  bilər.  Bu  düşüncə  Azərbaycan  dilinə  münasibətdə  Türkiyə  türklərinə  də 
hakimdir. Halbuki yaxın qohumluqlarına, hətta əkiz qardaşlıqlarına baxmayaraq, müasir 
Türkiyə türkcəsi və Azərbaycan dilinin müasir sinxron vəziyyətlərinin müqayisəli təhlili 
göstərir ki,  həmin dillər  arasında mühüm  fərqlər  vardır. Bu fərqlərin meydana  çıxması 
və bugünkü səviyyəyə gəlib çatmasının ən mühüm səbəbi həmin dillərin daşıyıcısı olan 
xalqlarımızın  son  beş  yüz  ildə  müxtəlif  bayraqlar  altında  və  dövlətlər  şəklində,  fərqli 
tarixi, psixoloji, sosial-iqtisadi, ədəbi-mədəni, ictimai-siyasi məkan və şəraitdə yaşamış 
olmalarıdır. 
Bu fərqlər sadəcə hər iki dilin leksik-frazeoloji layları ilə əlaqədar deyil. Belə ki, 
bu  fərqlərdən  irəli  gələn  problemlər  özünü  yalnız  bu  dillərin  günlük  danışıq,  məişət 
leksikası səviyyəsində, şifahi tərcümədə yox, həm də yazılı tərcümələrdəki morfoloji və 
qrammatik problemlərdə, funksional üslub məsələlərində göstərir. 
Bu  fərqlər  iki  dildəki  fərqli  danışıq  səsləri  və  bunların  yazıdakı  işarələri  olan 
hərflərdən  tutmuş  hər  iki  dilin  orfoepiyasına  (vurğu,  intonasiya,  ritm,  pauza), 
orfoqrafiyasına və durğu işarələrinə qədər uzanır. 
Bu  fərqlər  dillərimizin  leksikasını,  söz  və  termin  yaradıcılığını  əhatə  edir. 
Morfoloji və morfemoloji fərqliliklərdə bariz şəkildə ortaya çıxır, felin fərqli  zaman və 
şəkillərində,  analitik  (təsviri)  fel  tərkiblərində,  qrammatik  şəkilçilərdə  özünü  göstərir. 
Subyektiv  modallığın  fərqli  ifadə  formalarında,  sintaktik  konstruksiyalarda,  müxtəlif 
tərkiblərin  (məsdər,  feli  sifət,  feli  bağlama)  cümlədə  işlənmə  tezliyi  və 
cümləyaratmadakı  rolunda  meydana  gəlir.  Cümlə  quruluşunda,  sual  cümlələrinin 
meydana  gətirilməsi  üsullarındakı  fərqlərdə,  tabeli  mürəkkəb  cümlələrdə  və  onun 
komponentlərini əlaqələndirən bağlayıcıların istifadəsində və s. və i. məsələlərdə ortaya 
çıxır.(9) 
Məsələn,  Azərbaycan  dili  ilə  müqayisədə  türkcədə  tabeli  mürəkkəb  cümlələrin, 
xüsusilə  də  ki  bağlayıcılı  tabeli  mürəkkəb  cümlələrin  işlənmə  tezliyi  çox  azdır.  Budaq 
cümləli  tabeli  mürəkkəb  cümlələr  yerinə,  türkcədə  sadə  və  genişləndirilmiş  sadə 
cümlələrə üstünlük verilir. Bu zaman türkcədə cümlemsi adı verilən məsdər, feli sifət və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə