Baba-zad ə Mehmanxana təsərrüfatı


Cədvəl 1 Dünyanın ən iri mehmanxana şəbəkəsi



Yüklə 12,63 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix28.11.2023
ölçüsü12,63 Mb.
#137554
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   98
Mehmanxana teserrufati

Cədvəl 1
Dünyanın ən iri mehmanxana şəbəkəsi
NS
M ehm anxana
şəbəkəsinin adı
M ənzil-qərargahın
ye rlə şd iy i şəhər, ölkə
Nöm rələrin
sayı
Mehman•
xanalann
sayt
1
HFSİNK
Parsippani, ABŞ
490 000
5300
2
Holeday inn 
Worldwide
Atlanta, ABŞ
386 323
2260
3
Best Western 
International
Feniks, ABŞ
295 305
3654
4
Accor
Evri, Fransa
279 145
2465
5
Choice Hotels 
International
Silber Sprinqs, ABŞ
271812
3197
6
Marriott
International
Vaşinqton, ABŞ
251425
1268
7
Itt Sheraton Corp
Boston, ABŞ
130528
413
8
Promus Cos
Memfis, ABŞ
105930
809
9
Hilton Hotels Corp
Beverli Hillz, ABŞ
101000
245
10
Carlson Hospitality 
Worldwide
Minneapolis, ABŞ
91777
437
11
Hyatt Hotels/ Hyatt 
International
Çikaqo, ABŞ
80598
176
12
Inter-Continental
Hotels
London, Böyük Britaniya
69632
193
13
Hilton International
Uatford, Böyük Britaniya
51305
160
14
Grupo Sol Meliq
Palmade, Malyorka, 
İspaniya
47371
203
15
Forte Hotels
London, Böyük Britaniya
46847
259
16
Doubletree Hotels
Feniks, ABŞ
28501
166
17
Westin Hotels & 
Resorts
Sietl, ABŞ
42897
97
18
Club Mediterrance 
SA
Paris, Fransa
37906
133
19
Societe du Louvre
Paris, Fransa
36059
567
20
La Quintrq Inns
San-Antonio, ABŞ
32096
249
Son zamanlarda MDB ölkələrində mehmanxana şəbəkələrinin 
yaradılma meyli inkişaf edir. Belə ki, 1997-ci ilin oktyabrında Moskvada 
Rusiya mehmanxana şəbəkəsi- «Nord-Hotel» yaradılmışdır. Bu şəbəkəyə
22
könüllü olaraq paytaxt Moskvanın şimal-şərq dairəsinin 12 mehman­
xanası daxil olmuşdur. Onlar müxtəlif mülkiyyət formasına malik idilər. 
Bu 
mehmanxanalar 
«Altay», 
«Baykal», 
«Vostok», 
«Zarya», 
«Ostankino», 
«Zolotoy 
Qolos», 
«Turist», 
«Yaroslavskaya», 
«Zvezdnaya» və başqaları idi. Sabiq SSRİ məkan ında ölkədə yeganə 
mehmanxanalar şəbəkəsi «İnturist» Səhmdar Cəmiyyəti idi. O, 1970-ci 
ildə dünyada 23-cü yeri tuturdu. «İnturist» 27 min nömrəyə malik idi. 
Bakıda «İnturist» Səhmdar Cəmiyyətinin üç mehmanxanası var idi. 
Bunlar «Azərbaycan», «Moskva» və «İnturist» mehmanxanaları idi.
Hal-hazırda 
Rusiyada özəl mehmanxana şəbəkəsi yaradılıb. 
Bu, «İnturist-Korona» və «İnturotel-Avroasiya» şəbəkəsidir.
Bakıda fəaliyyət göstərən «Hyatt Regency Baku» (160 nömrə), 
«Hyatt 
Park Baku» (159 nömrə), «Plaza-Bakı» (40 nömrə), 
«Wellington-Bakı» (80 nömrə) müxtəlif mehmanxana şəbəkələrinə 
daxildir.
Mehmanxana şəbəkələrindən fərqli olaraq, dünya tu rizm 
bazarında digər xüsusi birləşmələr, ittifaqlar, assosiasiyalar da aktiv 
fəaliyyət göstərirlər. Bu assosiasiyaların əsas məqsədi məşhur və 
fərqlənmiş mehmanxanaları birləşdirməkdir.
Avropada mehmanxana şəbəkələrinin, müstəqil mehman­
xanalar və restoranlar assosiasiyalarının fəaliyyətinin koordinasiya 
olunması problemləri ilə Avropa iqtisadi Birliyinin Milli Mehmanxanalar 
və Restoranlar Assosiasiyalarının Konfederasiyası (HOTREK) məşğul 
olur.
Təcrübə göstərir ki, təkcə mehmanxana şəbəkələrinin inkişafı 
çoxsaylı turistlərin istək və arzularının ödənilməsini təmin etmir və bu, 
kiçik müstəqil mehmanxanaların yaranmasına səbəb olur.
Bu kiçik mehmanxanalar əsas üstünlüyü təkrarolunmaz xidmət­
lərə, nadirliyə və qeyri-adiliyə verirlər. Məhz bunları mütəxəssislər XXI 
əsrin mehmanxanaları hesab edirlər. Məsələn, kiçik kənd üslubunda 
tikilmiş, əlverişli qiymətlərlə, iş və istirahət üçün bütün şəraiti olan, 
restoranı olmayan (yaxın ərazidə yerləşən restoranda müştərilər 
nəzakətli və yüksək xidmət ala bilirlər) kiçik mehmanxanaların nadirliyi, 
qeyri-adiliyi, 
xidmət 
keyfiyyəti 
bazar 
iqtisadiyyatı 
şəraitində 
mehmanxana sənayesində rəqabətə davam gətirə bilər. Kiçik 
mehmanxanalar adətən müstəqildir, sahiblərinin tam mülkiyyətidir və 
bütün gəlir ona məxsusdur.
23


Avropada nəhəng mehmanxana imperiyaları əvəzinə könüllü 
şəbəkələr yaratmağa daha meyilli olan ənənəvi mehmanxanaların sayı 
üstünlük təşkil edir.
Hazırda dünyada 14 milyon nömrəli (26 mln. yer olan) 350 min 
yüksək səviyyəli komfort mehmanxana var. Son 20 ildə meh manxana 
nömrələrinin sayı 3-4 faiz artmışdır. Bu, turistləri yerləşdirmə 
vasitələrinin dinamikasının artmasına sübutdur. Dünya mehmanxana 
təsərrüfatında Avropa regionu aparıcı yer tutur.
Dünya turist axınının 70 faizi, mehmanxana nömrə fon dunun isə 
45 faizi Avropanın payına düşür. Lakin qeyd etmək lazımdır ki, 
turistlərin yarısı mehmanxanalarda, yarısı isə başqa yerləşdirmə 
müəssisələrində qəbul olunur. Amerika qitəsində dünya mehmanxana 
fondunun 35 faizini təşkil edən 5 milyon nömrə var. Amerika 
mehmanxana bazasının artım sürəti Avropanı qabaqlayır, 90-cı illərdə 
Amerika mehmanxana şəbəkələrinin təsiri daha da güclənir. Onlar 
mehmanxana şəbəkələri siyahısında 1-ci onluğundan Avropanın 
«Travelodge International» və «Master Hosts International» kimi meh­
manxana şəbəkələrini sıxışdırıb çıxarmış və hazırda bu siyahıda yalnız 
«Accor» (Fransa) və «Forte PLC» (Böyük Britaniya) mehmanxana 
şəbəkələri qalmışdır.
Dünya mehmanxana nömrə fondunun 14 %-nə (3 mln. nömrə) 
malik olan Asiya regionu bu sahədə 3-cü yeri tutur. Artım sürəti isə 15- 
20 % olaraq orta dünya tempini 2-3 % qabaqlayır.
Afrika regionunun payına 0,4 milyon nömrə düşür ki, bu, dünya 
nömrə fondunun 3 %-ni təşkil edir.
Avstraliya və Okeaniya regionunda dünya nömrə fondunun 3 
%-ni təşkil edir.
Ayrıca ölkələr arasında dünya mehmanxana sənayesində öz qüd­
rətinə, əzəmətinə görə liderlik ABŞ (3,5 mln.), Yaponiya (1,65 mln.), İtaliya 
(1 mln.), Fransa, İspaniya, İngiltərə, Çin, Avstraliya (0,5 mln.), Avstriya, 
Meksika, Kanada, Yunanıstan (0,3 mln.), Tailand, Rusiya, İndoneziya, 
Türkiyə (0,15-0,23 mln.), İsveçrə, Braziliya, Argentina (0,5 mln.) kimi 
ölkələrə məxsusdur.
Dünya mehmanxana sənayesində mehmanxana fon dunun artı­
mına görə Türkiyə, Çin, Malayziya, Sinqapur, Mərakeş, İspaniya, 
Almaniya, Argentina kimi ölkələr liderliyə çıxıblar.
24
2.3. Dünyanın məşhur, ən yaxşı və qeyri-adi mehmanxanaları
«institutional investor» jurnalında bütün regionlardan olan 100 
bankir arasında keçirilmiş sorğu əsasında dərc edilmiş «Dünyanın ən 
yaxşı mehmanxanaları» məqaləsində bir neçə il ərzində Banqkoqun 
(Tailand) «Oriental» mehmanxanası birinci sayılırdı. Onun ardınca 
Honkonqdakı 
«Regent 
Honq 
Konq» 
və 
Hamburqdakı 
«Vier 
Jahrenzeiten», sonra yenə Honkonqdakı «Mandarin Oriental» və 
Londondakı «Connanqht» qeyd edilmişdi.
1992-ci ildə bu siyahıda bir qədər dəyişiklik baş verir, birinci iki 
yerə «Regent Honq Konq» və «Bel air» (Los-Anceles) layiq görülürlər. 
«Shanqri-La» (Sinqapur) mehmanxanası isə 3-cü yeri tutur.
Beynəlxalq korporasiyanın (1928-ci ildə yaradılmışdır) «Dünyanın 
qabaqcıl otelləri 
kataloqunda 
ən çox fərqlənmiş 
mehmanxana 
müəssisələri haqqında» məlumat verilir. 1997-ci il kataloqunda qabaqcıl 
ən yaxşı mehmanxanaların sayı 308-dir (92 min nömrə). Bu cür otelləri 
yüksək peşəkar müstəqil ekspertlər seçir. Ən yaxşı otellər ABŞ-da 
fəaliyyət göstərir. Onlann sayı 40-dan artıqdır.
Bu cür mehmanxanalar İtaliyada 30, İsveçrədə 23, Al maniyada 
21, Fransa və İspaniyada 15, Hindistanda 12, Yaponiyada 11, 
İngiltərədə 9, Tailandda və Meksikada 8, Çin və Avstriyada 7, 
Portuqaliyada 6-dır.
Bu kataloqda Rusiyanın 2 otelinin adı da dərc edilmişdir. Bun lar 
«Balçuq Kempinski» (Moskva) və «Qrand Otel Avropa» (Sankt-Peterburq) 
mehmanxanalandır.
Dünyanın ən yaxşı otellərini təyin etməklə təkcə «Dünyanın 
aparıcı otelləri» şirkəti deyil, həmçinin 30 ildən çox bu işlə məşğul olan 
«Dünyanın imtiyazlı otelləri və kurortları» («Preferred Hotels and 
Resorts Worldwide») beynəlxalq təşkilatı da məşğul olub. Bu təşkilatın 
təşkil etdiyi ən yaxşı mehmanxanaların sayı 101-dir, bunlardan 69 otel 
Şimali Amerikada yerləşir ki, bu da regionda servisin yüksək 
səviyyəsinə sübutdur. Bu otellərin müştəriləri varlı insanlardır və otel 
sahiblərinin dediyinə görə, onların əksəriyyəti Rusiya və MDB-nin digər 
ölkələrindəndir.
«Tişay otelləri» beynəlxalq assosiasiyası 1968-ci ildən fəaliyyət 
göstərir. Onun mənzil-qərargahı Parisdə yerləşir.
Bu assosiasiyaya daxil olmaq üçün 3 əsas meyar ol malıdır:
25


1) Qonağı təbii və komfort şərait əhatə etməlidir;
2) Müasir tələblərə cavab verən xarakterik görünüşlü, qonaq - 
pərvər, rahat və bəzəkli mehmanxana;
3) Yüksək səviyyəli restoran və mətbəx.
Hal-hazırda 
«Tişay 
otelləri» 
şəbəkəsinə 
Avropada 329 
mehmanxana aiddir.
Dünyanın ən iri mehmanxanası «MGM Grant» (Las-Veqas) 
hesab edilirdi. Onun 5505 nömrəsi var.
Hazırda Las-Veqasın digər mehmanxanası «MGM Grant»ı ötmüş­
dür. Bu, «Sands Hotel»dir (6000 nömrə). «Pur Karlton» və Kanadanın 
«Four Season's» («Dörd mövsüm») mehmanxanalarını adətən ən yüksək 
səviyyəli mehmanxanalar kimi qiymətləndirirlər (cədvəl 2).
Beləliklə, dünyanın ən iri 20 otelindən 14-ü Las-Veqasda 
yerləşir. Las-Veqas dünyanın əyləncə mərkəzi sayılır, şəhərdə 50-dən 
çox kazino var ki, bunların çoxu xüsusi tikilmiş mehmanxanaların 
nəzdində fəaliyyət göstərir. Bu otellərin apartamentləri adi mehman­
xana apartamentindən böyükdür, mini-hovuz, cakuzisi,* böyük ekranlı 
bir neçə televizoru (peyk kanalları ilə), bir neçə hollu, yataq, qonaq 
otağı, bar və s. var. Belə apartamentlər binanın digər hissəsində təcrid 
olunmuş yerdə yerləşir və müstəqil bronlaşdırma və yerləşdirmə 
xidmətləri vardır. Kazinolu otellərin bir çox nömrələri varlı müştərilər 
üçün boş saxlanılır. Bu nömrələrin qiyməti sutkaya 1000- 25 000 ABŞ 
dollarına qədərdir.
1993-cü ildə «Rits Karlton» mehmanxanası «Baldrige National 
Qualitu Awards» mükafatına layiq görülmüşdür. Bu mükafat ABŞ 
Konqresi 
tərəfindən 1987-ci ildə Amerika biznesində ən yüksək 
nailiyyətlərin həvəsləndirilməsi məqsədilə təsis edilmişdir. Bu mükafat 
keyfiyyətin kompleks şəkildə idarə edilməsi istiqamətində bir çox 
səylər göstərmiş mərhum ABŞ ticarət naziri Melkolm Bolbrijin (ABŞ) 
adını daşıyır. ABŞ-da əmtəələrin və xidmətlərin keyfiyyəti uğrunda 
çalışan ən nüfuzlu mükafat hesab edilir. «Pur Karlton» həmişə ən 
dəbdəbəli mehmanxana şəbəkələrindən biri kimi şöhrət qazanmışdır.
* Cakuzi - xüsusi hamam vannası deməkdir
26
Dünyanın iri mehmanxanaları
Cədvəl 2

Yüklə 12,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə