Baba-zad ə Mehmanxana təsərrüfatı


dünyanın 50 ölkəsində  bu



Yüklə 12,63 Mb.
Pdf görüntüsü
səhifə12/98
tarix28.11.2023
ölçüsü12,63 Mb.
#137554
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   98
Mehmanxana teserrufati

dünyanın 50
ölkəsində 
bu
tipli 85 otel 
yayılmışdı. Sonralar «Pan American» öz mehmanxana şəbəkəsini 
«Saisan Japaneese Corporation» şirkətinə, o da, öz növbəsində, bu 
mehmanxana şəbəkəsini «Grand Metropelitan» şirkətinə satmışdır.
Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən 
ilk liderlərdən biri idi. O, 1948-ci ildə San Xuanda (Puerto-Riko) 
«Caribe Hilton» otelinin idarəçiliyini ələ keçirir. Hilton öz rəqiblərini 
qabaqlayaraq bu müqaviləni bağlayır. Bu işdə ona ispan dilini bil məsi 
də kömək etmişdir. Artıq 1974-cü ildə Hilton 31 dövlətdə yerləşən 61 
(23 263 nömrə) mehmanxanaya rəhbərlik edirdi. Hazırda «Hilton 
International» Böyük Britaniyanın «Ladbroks Group PLC» şirkətinə 
məxsusdur.
«Sheraton Hotel Corporation İTT» şirkətinin dünyanın 62 
ölkəsində 422 mehmanxanası var. Bu mehmanxanalarda nömrələrin 
sayı 131 007-dir. Öz əməliyyatlarına görə Şeraton yalnız Fransanın 
«Group Accor» şirkətindən geri qalır. ABŞ mehmanxana şəbəkələri 
sistemindən başqa, dünyanın mehmanxana şəbəkələrinə aşağıdakı 
şirkətlər daxildir:
«Accor» (Fransa) - 80 000 nömrəsi olan 700 mehmanxana;
20
«Trunsthouse Fort» (Böyük Britaniya) - 70 000 nömrəsi olan 
800 mehmanxana;
«Club Meditrans» (Fransa) - 61 000 nömrəsi olan 243 meh­
manxana;
«Qrupp Sol» (İspaniya) - 34 000 nömrəsi olan 133 meh­
manxana və başqaları (cədvəl 1).
Son onillikdə mehmanxana sənayesinin inkişafı meylinə aşa ğı- 
dakıları aid etmək olar:
- mehmanxana təklif və tələblərinin dərindən ixtisas laşması;
- beynəlxalq mehmanxana şəbəkələrinin yaranması;
- kiçik müəssisə şəbəkələrinin inkişafı;
- mehmanxana sənayesində müasir kompüter texnologiyasının
istifadəsi.
Beynəlxalq Mehmanxana Assosiasiyası mehmanxana şəbəkə­
lərini 3 qrupa bölür:
1) Kooperativ şəbəkələr - çoxsaylı müəssisələrə sahib olan 
mehmanxana şirkətləri;
2) Müstəqil müəssisələr şəbəkəsi - bu müəssisələr birləşərək 
vahid bronlaşdırma, reklam, marketinq və s. xidmətlər 
siyasəti yeridir;
3) idarəedici xidmətlər göstərən mehmanxana şəbə kələri.
Müxtəlif mehmanxanaların xidmətlərinin eyniliyi, qonaqlar üçün
əlverişli qiymətlərin, xidmətlərin keyfiyyəti, komfort nömrələr və s. 
mehmanxana şəbəkələrinin müvəffəqiyyətinin əsas göstəriciləridir.
Mehmanxana şəbəkəsinə daxil olan hər bir müəssisə şəbəkə 
nişanı altında fəaliyyət göstərir. Öz firma nişanlarına cid di əməl edən 
mehmanxanaların üstünlüyü ondan ibarətdir ki, eyni nişanlı müəssi­
sələrin müştərilərinin bu mehmanxanalarda (hansı ölkədə yerləşməsin­
dən asılı olamayaraq) təqdim olunan xidmətlər haqqında kifayət qədər 
təsəvvürləri olur. Bu sistem şəbəkələrə imkan verir ki, yeni mehman - 
xanalar fəaliyyətə başlamazdan əvvəl onların reklamını həyata keçirsin 
və əvvəlcədən sifariş qəbul etsin.
2 1



Yüklə 12,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə