24
daşnak qruplarının bu torpaqlarda türkləri qətl etməsinə
şərait yaradırdı. Belə ağır durumda Azərbaycan öz qan
qardaşlarının yanında idi. Bu məsələdən danışarkən
görkəmli alim Əhməd Qaraca yazırdı: «Türk mil-
lətpərvərliyinin hakim bir cərəyan olmasına görədir ki, bir-
birlərinə canları, qanları və malları bahasına da olsa
yardımdan qaçmamışlar…» (52, 14).
Azərbaycanda 1905-ci ildən fəaliyyətə başlayan «Bakı
Müsəlman Cəmiyyəti-Xeyriyyəsi»nə səsvermə ilə məşhur
Azərbaycan milyonçuları Hacı Zeynalabdin Tağıyev sədr,
Ağamusa Nağıyev isə sədr müavini seçildi. Cəmiyyət
savaşda zərər görən qan qardaşlarına maddi və mənəvi
dayaq olmaq üçün bu dövrdə öz fəaliyyətini Şimali
Qafqaz, Dağıstan, Gürcüstan, İrəvan və işğal olunmuş
Türkiyə torpaqlarına doğru yönəltmişdi. Onun yardımı ilə
Osmanlı qaçqınlarına böyük maddi yardım göstərilirdi. Bu
barədə 1944-cü ildə çıxan «Müxtəsər Azərbaycan
Ədəbiyyatı tarixi»ndə oxuyuruq: «Cahan müharibəsində
Türkiyənin ruslara qarşı müharibə etməsinə baxmayaraq,
Azərbaycanda osmanlılar üçün ianələr yığılır, osmanlı
qaçqınları himayə və təmin olunurdular. Hətta bu sahədə
az səy göstərməyən dövlətlilərdən Musa Nağıyevə, Hacı
Zeynalabdinə Osmanlı hökuməti tərəfindən mükafat
olaraq medal göndərilmişdi» (97, 158).
Türkiyədən olan qaçqın və köçkünlərə yardım etmək
üçün Azərbaycanın vətənsevər oğulları Rusiya höku-
mətindən rəsmi icazə almışdılar. Bu işdə o zaman Rusiya
Dövlət Dumasının üzvü olan Məhəmməd Yusif Cəfərovun
xidmətləri xüsusi qeyd edilməyə layiqdir. Onun
«Müsəlman hərbzədələrinə yardım işi və müsəlman
vəkilləri» məqaləsində göstərildiyinə görə, Dumada bir
çox uzun-uzadı müzakirədən sonra «müsəlman qaçqın-
25
larına müavinət və yardım göstərməyə icazə verildi və bu
məqsədlə əvvəlcə Qars və bir az sonra Batum oblastlarına
sərbəst gəliş-gedişə yol verildi» (81, 104). Əhməd Cavad
verilmiş bu imkanlardan istifadə edərək, «Cəmiyyəti-
xeyriyyə»nin hərbzədələrə yardım şöbəsinin fəallarından
biri kimi döyüş bölgələrinə və sərhəd zonasına tez-tez
gedib-gəlirdi. O, cəmiyyətin xüsusi təmsilçisi və cəbhə
üzrə vəkili Xosrov bəy Sultanovun köməkçisi həm də
məsul katib kimi bölgələri gəzir, hərbzədə qaçqınların
siyahısını tutur, onlara yardım paylayır, eyni zamanda əsir,
yaralı türk döyüşçülərinə baş çəkir, onların ehtiyacları ilə
yaxından maraqlanır, bölgədəki xəstəxanalara, məktəblərə,
məscidlərə, yetimlər evinə gedir, oradakı çatışmazlıqlar
və əhalinin zəruri ehtiyacları haqqında cəmiyyətə yazılı
məlumatlar göndərirdi. Ə.Cavadın bu məlumatları
əsasında Bakı «Cəmiyyəti-Xeyriyyəsi»ndən fəlakət böl-
gəsinə ərzaq, geyim, dərman, yataq ləvazimatı və s. hazır-
lanıb göndərilirdi. Ə.Cavad qəbul etdiyi bu maddi yardımı
əvvəlcədən tutduğu plan əsasında türk hərbzədələrinə və
yerli köçkünlərə çatdırırdı. F.e.d. Əli Saləddin doğru
olaraq yazır ki, Ə.Cavadın «Cəmiyyəti-Xeyriyyə» xətti ilə
cəbhə bölgəsində göstərdiyi bu geniş miqyaslı və əvəzsiz
xidmətləri hələ də öz layiqli qiymətini almamışdır (110,
8).
«Cəmiyyəti-Xeyriyyə»nin Hərbzədələrə yardım şöbəsi
fəaliyyətə başladığı zamandan, yəni 1915-ci ildən etibarən
Ə.Cavad Türkiyənin işğal altındakı bölgələrində, öncə
Qarsda
və
Ərdahanda
olmuşdur.
«Cəmiyyəti-
Xeyriyyə»nin xüsusi nümayəndəsi Xosrov bəy Sultanovun
məqaləsində bu barədə oxuyuruq: «Martın 16-da (1915-ci
il – A.M.) 10 nəfər yardımçıdan (Bakıdan Hüseynov,
İlyasov, Mahmudov, Məhəmmədov, Mirzəcamalov,
26
Vəkilov və Gəncədən Axundzadə (Ə.Cavad – A.M.),
Şahsuvarov və Nəzərəliyevdən) ibarət bir heyət
Səfikürdskiylə bənimlə Qarsa ezam olundu» (81, 110). Bu
adamlar əsl vətənpərvər idilər, işini, hüquq və vəzifələrini
çox gözəl bilirdilər. Ona görə də həm öhdələrinə düşən
vəzifələrini cani-dildən yerinə yetirir, həm də bu zaman
onlara mane olmaq və ya yardımlardan öz məqsədləri
üçün istifadə etmək istəyən qara fikirli adamların qarşısını
lazımi səviyyədə alırdılar. Bu cavan vətənpərvərlərin
uğurlu fəaliyyətləri sayəsində Çaldır və Ərdahanın
bölgə başçıları müsəlmanlardan pul və əşya aldıqlarına
görə məhkəməyə verildilər... Qars valisi Podqorski isə
işdən azad edildi... «Müsəlmanların hüququna təcavüz
edən erməni, yunan və hökumət məmurlarının Rusiya
qanunu hüzurunda məsul olmaları müsəlmanların
başında möhkəm yer tutdu» (81, 111-114).
M.Ə.Rəsulzadənin də yazdığı kimi, «Qars və Ərdahan
fəlakəti Rusiyadakı türklərin bir düşünür, bir türlü hiss edir,
böyük bir vücud olduqlarını isbat etdi» (5).
Ə.Cavadın ünsiyyətcil, insanların dərdləri və prob-
lemləri ilə yaxından maraqlanan, adamların qəlbinə tez yol
tapan bir insan olması həmin dövrdə onunla birlikdə
Batumda işləyən Əli Səbrinin xatirələrindən də görünür
(58, 145-146).
Ə.Cavad qarşılaşdığı müharibə məhrumiyyətlərinin
ürəkparçalayıcı mənzərələri haqqında məlumat və təəssü-
ratları oxuculara «İqbal», «Yeni iqbal», «Açıq söz» qəzet-
lərinə göndərdiyi publisistik məqalələr vasitəsilə çatdırırdı.
Bu
məqalələrdə həm də o oxucuları zərərdidə
soydaşlarının dərdinə şərik çıxmağa çağırırdı.
Ə.Cavadın «Kars heyətinin gördüyü işlərdən» (43,
42-44) başlıqlı məqaləsindən məlum olur ki, həmin il mart
Dostları ilə paylaş: |