Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
18 
dilini  tənqid  atəşinə  tutmuş,  onu  məna,  vəzn  və  qafiyəcə 
də müdhiş, qorxunc bir şeir adlandırmışdır (43, 23-24). Bu 
kəskin tənqiddən  sarsılan gənc Ə.Cavad isə «İqbal»  qəze-
tində    ona  sərt  bir  cavab  yazmışdır:  «Bəy  əfəndi,  siz 
məndən  artıq  əminsiniz  ki,  o  çəkdiyiniz  cizgilər  –  ya 
anlamadığınızdan,  yaxud  anlamaq  istəmədiyinizdəndir» 
(43,  24).  Tənqidçi  etikasından  bəhs  edən  Ə.Cavad  nəzəri 
baxımdan  əhəmiyyətli  olan  fikirlə  davam  edir:  «Halbuki, 
türk  ədəbiyyatının  diktatorları  sayılan  Nacilər,  Əkrəmlər, 
Səffətlər,  Nəzihilər  belə  təpədən  dırnağa  qədər  tənqid 
etdikləri  hər  şeyin  yanına  bir  «zənnimcə  böylə  olsa 
gərək!»    qeydi  qoymuşlar.  Fəqət  siz  boynunuzu  əymir-
siniz»  (43,  25).  Məqalədə  Ə.Cavad  X.X.Səbribəyzadəyə 
kəskin  cavab  verməklə  bərabər,  həm  də  yeniyetmə  vax-
tında  belə  şeir,  sənət  qaydalarını,  Türkiyə  ədəbiyyatını, 
sənətkarlarını  yaxşı  bildiyini,    Türkiyədəki  ədəbi  tən-
qiddən  xəbərdar  olduğunu  xatırlatmışdır.  Müəllif  onun 
«adlı-sanlı  şairlərimizə»,  xüsusilə  «bir  üfürüklə  yıxmağa 
qalxışdığınız  həssas  şairimiz,  müəllimim»  (43,  25)  deyə 
bəhs  etdiyi H.Cavidə  yanlış  münasibətinə  də  etinasız  qala 
bilmirdi.  X.X.Səbribəyzadəyə  «üzünüzü  yenilik  qibləsinə 
çevirməyinizi  tövsiyyə    edirəm»    deyərək  onu  «dil  aris-
tokratı», «mühafizəkar» adlandırırdı  (43, 29).  
Ümumiyyətlə,  Türkiyə  sevgisi,    türkçülük,  turançılıq 
ruhu  və  amalı  Ə.Cavadı  ömür  boyu  tərk  etmədi.  Yara-
dıcılığının ilk dövründən bu sahədə əməli iş gördü, əsərlər 
yazdı.  Türkçülüyə,  türk  qövmünün  tərəqqisinə  və  istiq-
lalına,  Turan  dünyasına  maraq  və  məhəbbət,  ona  xidmət 
Cavadı  düşündürən  əsas  vəzifələrdən  oldu.  Elə  bu 
duyğular və amallar da gənc şairi Balkan müharibəsinin ən 
qaynar nöqtələrinə aparıb çıxartdı. 
Osmanlı  dövləti  böyük  bir  coğrafiyanı  əhatə  edirdi. 


 
 
19 
Avropanın  dünyanın  siyasi  həyatında  getdikcə  böyük  rol 
oynamağa  başlayan  imperialist  dövlətləri  bu  vəziyyətlə 
barışa  bilmirdilər.  Onların  Şərq  siyasətinin  qarşısında  bu 
qədim və böyük Türk dövləti ciddi bir maneə kimi dayan-
mışdı.  Ona  görə  də  onlar  Osmanlı Türkiyəsini  həm daxil-
dən, həm də xaricdən sarsıtmaq məqsədilə cürbəcür tədbir-
lərə  əl  atırdılar.  Belə  fitnəkar  tədbirlərdən  biri  də  1912-ci 
ildə  Balkan  yarımadası  ətrafında  müharibənin  başlanması 
idi. Balkan müharibəsinin əsas məqsədi Osmanlı Türkiyə-
sini  Şərqi  Avropadakı  dayaqlarından  məhrum  etmək  idi. 
Təbii ki, bu müharibədə Rusiyanın da öz maraqları var idi.  
Balkan savaşının Türk dünyasının gələcək taleyinə bir 
qəsd kimi başlandığını qabaqcıl görüşlü və ayıq düşüncəli 
adamlar  aydın  başa  düşürdülər.  Həmin  müharibəni  türk 
xalqları və Osmanlı Türkiyəsi üçün uduzulmuş  bir istiqlal 
mübarizəsinin  özünəməxsus  təzahürü  hesab  edən  tarixçi 
alim,  professor  Tarık  Zəfər  Tunaya  bu  barədə  yazırdı: 
«Çeşidli  fikir  cərəyanları  həmən-həmən  ittifaq  halında, 
Balkan hərbinin Avropanın maskasını atan xristiyanlıqdan 
başqa bir şey olmadığını irəli şürmüşlər» (197, 30).  
Avropanın  işğalçı  güclərinin  və  rus  imperializminin 
Türk-müsəlman  dünyasına  qarşı  yeritdiyi  siyasətin  qeyri-
sağlam,  dini  və  milli  şovinizm  əsasları üzərində  qurulma-
sının  geniş  ictimaiyyətə  aydın  olması  Azərbaycanda  da 
türklük  və  milliyətçilik  duyğularının  xeyli    güclənməsinə 
səbəb  oldu.  Ona  görə  də  qeyrətli,  hümanist,  vətənsevər 
insanlar  səfərbər  olaraq  türk  dünyasını  qorumaq  üçün 
ayağa  qalxdılar.  Yerlərdə  cürbəcür    yardım  cəmiyyətləri 
yaradılır,  gənclər  Türkiyə  ordusunda  savaşmaq  üçün 
Qafqaz  könüllü  hissəsinə  yazılmağa  başlayırlar.  Həmin 
hərəkata qoşulanların  öncülləri  sırasında gənc şair Əhməd 
Cavad  da  var  idi.  O,  digər  həmvətənləri  və  məsləkdaşları 


 
 
20 
ilə  birlikdə  silaha  Sarılaraq  könüllülər  sırasında  Balkan 
müharibəsi  cəbhəsinə  yola düşdü. Onun Balkan  savaşında 
olmasında,  cəbhədə  əsgərlərlə  bir  sırada  vuruşmasında, 
şübhəsiz ki, gimnaziya müəllimlərinin vətən, yurdsevərlik 
və  türkçülük  haqqındakı  söhbətləri  da  müəyyən  rol 
oynamışdır. Hüseyn Baykara özünün «Azərbaycan istiqlal 
mübarizəsi  tarixi»  kitabında  yazdığı  kimi:  «Əhməd 
Cavad...  türk  xalqının  dərdlərilə  dərdlənmiş,  sevinclərilə 
də sevinmişdir» (22, 175).  
Ə.Cavadın  Türkiyədə,  Trakya  cəbhəsində  Abdulla 
Şaiqlə  bərabər  vuruşduğunu  qeyd  edən  H.Baykara  sözlə-
rinə  davam  edərək  yazırdı:  «Balkan  müharibəsi  qurtar-
dıqdan sonra Yusif Akçura oğlu hər iki Azərbaycan şairinə 
(Ə.Cavad  və  A.Şaiq  nəzərdə  tutulur  –  A.M.)  Azər-
baycanda  onlara  daha  çox  ehtiyac  duyulduğunu  və  öz 
doğma  yurdlarına  dönərək  xalqına  xidmət  etmələrini 
tövsiyə  edir.  Bu  tövsiyədən  sonra  hər  iki  ədib  Azər-
baycana  dönürlər»  (22,  175-176).  Buradan  aydın  olur  ki, 
Əhməd  Cavad  Balkan  müharibəsində  sadəcə  bir  əsgər, 
döyüşçü kimi iştirak etməmiş, gənc olmasına baxmayaraq, 
eyni zamanda, fikir və əqidə adamları, istiqlal mücahidləri 
ilə  bir  sırada  dayanmış,  onlar  tərəfindən  həmkar,  tərəfdaş 
kimi qəbul olunmuşdur.  
Elə  buradaca  bir  məsələyə  də  öz  münasibətimizi 
bildirməyi  lazım  bilirik.  Yuxarıda  H.Baykaradan  gətir-
diyimiz  sitatda  Balkan  müharibəsinə  Ə.Cavadla  birgə 
gedən  başqa  Azərbaycan  ədib  və  istiqlal  mücahidinin 
A.Şaiq  olduğu  göstərilmişdir.  Ancaq  Abdulla  Şaiq 
haqqında  heç  bir  qaynaqda  belə  bir  fakta  rast  gəlmədik 
(94, 75, 88 və s.). A.Şaiqin türkçülük duyğuları ilə əsərlər 
yazması  bəlli  olsa  da,  onun  hər  hansı  döyüşə  qatılması 
inandırıcı  deyil.  Həmin  dövrdə  A.Şaiq  daha  çox  bədii  və 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə