Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
 
82 
köməyə getmişdi.  
Bütövlükdə,  Ə.Cavadın  yas  mərasimindəki  çıxışı 
böyük  türkçüyə      gənc  türkçü  şairin  ilk  ürək  sözləridir. 
Şair  çıxışdan  sonra  oxuduğu    «Qasprinski  üçün»  şeirində 
kədərini və arzularını daha emosional şəkildə bildirirdi:  
 
Milli sazlar çalır matəm… müsibət…  
Başdan-başa qan ağlayır bir millət!  
 
Dağlarına çökmüş matəm havası,  
Baxdım ağlar türkün bağı-bağçası (42, 125).   
 
Ə.Cavad haqlı olaraq bu itkini tək Azərbaycan və Tür-
kiyə üçün deyil, bütün Türk  dünyası üçün böyük müsibət 
sayırdı.   
Qafqaz İslam Ordusunun Bakını düşmənlərdən təmiz-
ləməsi,  Cümhuriyyətin  paytaxtının  Gəncədən  Bakıya 
köçürülməsi ədəbi mühitdə bir canlanma yaratdı. Bu möv-
zuda  ədəbiyyatımızda  ilk  dəfə  C.Cabbarlının,  M.B.Məm-
mədzadənin,  A.Aşurbəylinin  və  başqalarının  pyesləri 
meydana gəldi, səhnədə oynanıldı, silsilə şeirlər yazıldı.  
Maraqlı bir hadisə  də Türkiyədən ədəbiyyat və maarif 
xadimlərinin,  şairlərin,  ziyalıların  Bakıya  gəlişi  idi.  Onlar 
ədəbiyyat  və  maarif  məsələlərinin,  milli  məktəblərin, 
dərsliklərin  yaranmasına  və  inkişafına  yardım  göstərir, 
yeni  əsərləri  ilə  «Açıq  söz»,  «Azərbaycan»,  «İstiqlal», 
«Bəsirət» kimi  mətbuat orqanlarında çıxış edirdilər. Onlar 
həm  də  ziyalılarla,  ədəbiyyat  xadimləri  ilə  görüşlər, 
tədbirlər  keçirir,  Türkiyə-Azərbaycan  münasibətləri 
tarixində  açılan  bu  yeni  səhifənin    əhəmiyyətindən,  iki 
xalqın  tarixindən,  ədəbiyyatından  söhbətlər  aparırdılar. 
Bütün  bunlar  yeni  ədəbi  mühitin  yaranmasını  da 
şərtləndirir, Ə.Abid (Gültəkin), Ümgülsüm, Əli Şövqi, Əli 


 
 
83 
Yusif,  İbrahim  Şakir,  Bədrəddin  Seyidzadə,  Ə.Dai, 
Yaycılı  Kərim  və  başqa  gənc  istiqlal  şairlərinin 
yetişməsinə  də  şərait  yaradırdı.  Türkiyədən  Azərbaycana 
gələn  Rövşən  Əşrəf  (Ünaydın),  A.Ü.Qaraosman  və  
başqaları 
Azərbaycan 
mətbuatında 
ölkəmizin 
müstəqilliyini, istiqlalını tərənnüm edirdilər. «Zəfər yolun-
da»  (M.Ə.Yurdaqul),  «Gül  və  sevin»  (A.Ü.Qaraosman), 
«Həsən  dayi»,  «Lalə»  (R.Əşrəf)  belə  əsərlərdən  idi. 
«Bunlar  yeni  tipli  ədəbiyyatın  yaranmasına  çalışan 
istiqlalçı Azərbaycan ziyalıları üçün həm də bir növ örnək 
idi» (112, 170).  
O  dövrdə  Azərbaycan-Türkiyə  ədəbi  əlaqələrini,  qar-
şılıqlı  münasibətlərini  öyrənmək  baxımından  Ə.Cavadın 
məqalələri də qiymətli material verir. Belə məqalələrindən 
biri «Rövşən Əşrəf bəy»dir.  
Rövşən  Əşrəf  bəy  Ə.Cavadı  hələ  Balkan,  Birinci 
Cahan  savaşı  illərindən  tanıyırdı.  Onun  məqalə  və 
şeirlərini oxumuşdu. Onun Ə.Cavada «Dəyirman» adlı şeir 
də həsr etdiyi söylənilir. 1918-ci ildə, oktyabr ayının 20-də 
isə  onlar Bakıda görüşdülər. «Yeni  gün» qəzetinin yazarı, 
şair Rövşən Əşrəf bəyi qarşılayan aydın arasında Ə.Cavad 
da  var  idi  və  o  bu  tədbirdə    nitq  söyləyib,  görüş    haqda 
ayrıca məqalə də yazmışdı.  
Məqalə  belə  başlayır:  «Əsrlərdən  bəri  bir-birindən 
uzaq düşmüş bir nənənin övladları olan Osmanlı türklərilə 
Azəri  türkləri,  həmd  olsun,  bu  gün  pək  uzun  sürən  bir 
ayrılığın pəncəsindən yaxayı qurtardılar» (43, 84). 
İstiqlala  qovuşmaqla  «babalarımızın  ruhunu  şad 
etdik»  deyən  şair  inamla  bildirirdi  ki,  «tutacağımız  bu 
yolda yavaş-yavaş da olsa yürüyoruz (yeriyirik – A.M.) və 
bu  yürüşümüzlə  sevgili  Turana,  mövcud  cənnətə 
yaklaşdığımızı  (yaxınlaşdığımızı  –  A.M.)  hiss  etdiyimiz 


 
 
84 
üçün köksümüz daha da qabarıyor»    (43,  84).  
Maraqlıdır  ki,  müəllif  bu  məqaləsində  də,  şeirlərində 
olduğu  kimi,  türkçülüyə  sadiqliyini,  Turana  çatmaq  arzu-
sunu  vurğulayırdı.  Odur  ki,  Allaha  üz  tutub  deyirdi:  «Ey 
böyük  Tanrı!  Türklər  sənin  himayənə  sığındılar.  Lütfünü 
görüb,  mərhəmətini  təcrübə  etdilər  (istiqlala  çatdılar  – 
A.M.).  Göndərdiyin  dinin  uğrunda  tökülən  şəhidlərimizin 
qanı hörmətinə olsun, bizləri məyus etmə!»  (43, 84). 
İstiqlalın,  müstəqil  Azərbaycanın  qorunması  uğrunda 
hər  şeyə  hazır  olan  Ə.Cavadın  bu  günümüz  üçün  də  çox 
aktual  səslənən  «bu  dövlətin  yeganə  hamisının  Osmanlı 
türkləri  olduğunu  söyləməyə  hacət    (ehtiyac  –  A.M)  yox!» 
fikri  də  Azərbaycan-Türkiyə    münasibətlərinin  yeni  mər-
hələyə  qədəm  qoyduğunun  təsdiqi kimi   əhəmiyyətlidir (43, 
84).  
Bununla  belə, gənc Ə.Cavad  məqalədə  bir   ədəbiyyat 
xadimi,  türk  oğlu  kimi  özünün  tənqidi  fikirlərini 
deməkdən  də  çəkinmir.  O,  Azərbaycan-Türkiyə  müna-
sibətlərində iki istiqamətin canlandırılmasını vacib sayırdı. 
«İstanbulda  bizim  bir  heyətin  bulunduğu  kimi,  onların  da 
bizdə  siyasi  nümayəndələri  yox  deyildir»,  söyləyən 
müəllif  haqlı  olaraq  əlaqələrin  gərəyincə  olmadığını 
nəzərə    çatdırır  və    yazırdı:  «Biz  zənn  etdik  ki,  ordunun 
arxasınca Osmanlının İstanbulu, İstanbul gəncliyi qafilələr 
və  dəstələr  ilə  Türkiyəyi  bizə,  bizi  də  Türkiyəyə  bir  an 
əvvəl  tanıtmaq  üçün  şitab  edəcək.  Osmanlı  qəzetə 
mühərrirləri yurdumuzu hörümçək  ağı (toru – A.M.) kimi 
sarıb  Azəri  türkünün,  Qafqaz  müsəlmanının  səmimi 
səlamlarını Osmanlı əfkari-ümumiyyəsinə bildirəcək,  ara-
sıra  ictimai, elmi ehtiyaclarımızdan bəhs  etməklə, onların 
təmini  yolunda  bizə  mənəvi  bir  yardımda  bulunacaqdır» 
(43,  85).  Ancaq  müəllif    belə  olmadığından,  «bu  gün    nə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə