Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

 
83 
daxildir. 
17. 
Kobalt 
Jo 
0.0002 
B
12
-nin 
tərkibinə 
daxildir. 
Eritrositlərin 
inkişafında 
iştirak edir. 
18. 
Bor 

1.10
-3
 
Bitkilərdə 
böyüməyə  təsir 
edir.  Tənəffüsü 
aktivləşdirir. 
19. 
Sink  
Zn 
5.10
-4
 
Müxtəlif 
fermentlərin və 
karbon 
turşuların 
tərkibinə 
daxildir. 
Hormonların 
sintezində 
iştirak edir. 
20. 
Flüor 

5.10
-4
 
Dişlərin 
üst 
qatında 
və 
sümüklərin 
tərkibinə 
daxildir.  
 


 
84 
Elementlərin  dövri  sistemində  məlum  olan  109 
elementdən  60-ı  hüceyrə  tərkibində  tapılmışdır. 
Hüceyrədə  elə  bir  element  tapılmayıb  ki,  o  ancaq 
hüceyrəyə xas olsun. Belə ki, hüceyrənin tərkibi  cansız 
təbiətin elementlərindən  təşkil olmuşdur. 
Hofmeystr  hüceyrədəki  molekulların  miqdarını 
hesablamış  və  onun  hesablamasına  görə    bir  qaraciyər 
hüceyrəsində  molekulların  təxmini  miqdarı  aşağıdakı 
kimidir (cədvəl 2). 
Cədvəl 2 
Zülallar 
53000

10
6
 
Yağlar 
166000

10
6
 
Kiçik molekullar 
2900000

10
6
 
Su 
225000000

10
6
 
 
Bu  rəqəmlər  göstərir  ki,  hüceyrədə  müxtəlif 
molekulların  miqdarı  olduqca  çoxdur.  Lakin  təkcə 
hüceyrədə  molekulların  miqdarı  hüceyrənin  fəaliyyəti 
haqqında    məlumat  vermir.  Həmin    molekulların  hər 
birinin  hüceyrədə    müəyyən    mövqeyi  var.  Onlar  
hüceyrədə elə qanunauyğun, ardıcıllıqla yerləşmişlər ki, 
onların  idarə  etdiyi  proseslər  də  o  qədər  qanunauyğun, 
ardıcıl,  biri  digərini  tamamlamaqla  yerinə  yetirilir.  Bu 
proseslər ağlasığmaz  dərəcədə sürətlə gedir. 1 saniyədə 
hüceyrədə milyonlarla parçalanma və sintez reaksiyaları 
gedir. Onların gedişini fermentlər  sürətləndirir. 


 
85 
Hüceyrə tərkibindəki elementləri miqdarına görə 3 
qrupa  bölürlər:  I  qrupa  4  element  –  oksigen,  hidrogen, 
azot,  karbon  aid  edilir.  Bu  elementlər  orqanogen 
elementlər adlanır və bütün  hüceyrə  tərkibinin 98%-ni 
təşkil  edir.  II  qrupa  –  kalium,  kalsium,  maqnezium, 
natrium,  fosfor,  kükürd,  dəmir,  xlor  daxildir.    Bu 
elementlər hüceyrə tərkibinin Cəmi 1,9%-ni təşkil edir. 
III  qrupa  bütün  qalan  elementlər  daxildir  ki,  onlar  da 
0,01% təşkil edirlər. 
Hüceyrədəki  kimyəvi  birləşmələrin  miqdarı  3-ci 
cədvəldə  verilmişdir. 
Cədvəl 3 
Hüceyrədəki kimyəvi birləşmələrin miqdarı 
(yaş çəkiyə görə faizlə) 
Su 
75-85 
Zülallar 
10-20 
Yağlar 
1-5 
Karbohidratlar 
0,2-2,0 
Nuklein turşuları 
1-2 
ATF  və  digər  aşağı  molekullu  üzvi 
birləşmələr 
0,1-0,5 
Qeyri-üzvi maddələr 
1,0-1,5 
 
Orqanizmin  hüceyrələrindəki  maddələr  və  onların 
həyat  fəaliyyəti  məhsullarında  xüsusi  karbonlu 
birləşmələr  var  ki,  onlar  ancaq  üzvi  aləmə-canlı 
orqanizmə  xasdır.  Bununla  belə  orqanizmdə  elə 


 
86 
maddələr  də  var  ki,    onlara  qeyri-üzvi  təbiətdə  də  rast 
gəlinir. Məsələn, su, bir çox duzların məhlulları və s. 
Hüceyrələrdəki 
maddələr 
aşağıdakı 
kimi 
qruplaşdırılır: 
1.Hüceyrənin qeyri-üzvü maddələri  
2.Hüceyrənin üzvü maddələri 
Qeyri-üzvü  maddələrə  su,  mineral  duzlar,  üzvi 
maddələrə  isə  zülallar,  yağlar,  karbohitratlar,  nuklein 
turşuları, ATF və s. daxildir. 
 
QEYRİ   ÜZVİ   MADDƏLƏR 
SU 
Miqdarına  və  faizinə  görə  hüceyrədəki  bütün 
maddələr  içərisində    ən  çox  rast  gələni  sudur. 
Hesablamalar  göstərmişdir  ki,    hüceyrədə  1  molekul 
zülala 40.000-50.000 su molekulu düşür. Ümumiyyətlə. 
hüceyrə  çəkisinin  2/3  hissəsini  su  təşkil  edir.  Suyun 
miqdarının hüceyrədə çox olması onun həyat fəaliyyəti  
proseslərinin  normal  getməsini  təmin  edən  şərtlərdən 
biridir.  Hüceyrədə  suyun  miqdarı  nə  qədər  çox  olarsa, 
maddələr  mübadiləsi də o qədər sürətlə gedir. Odur ki,  
bütün  hüceyrələrdə    suyun  miqdarı  eyni  olmur.  İbtidai 
orqanizmlərdə  hüceyrədəki  suyun çox hissəsinin itməsi 
onlarda  həyat    fəaliyyətinin  kəskin    zəifləməsinə  – 
anabioza səbəb olur. Belə hüceyrələrə su yenidən daxil 
olduqda onlar öz fəaliyyətini bərpa edir. 
Suyun  miqdarının  azalmasına    ali  orqanizmlər 
daha  həssasdırlar.  İnsan  və  heyvanlar  susuzluğa 
nisbətən  aclığa    daha  dözümlü  olurlar.  Susuzluğa  qarşı 
davamlılıq  təkamül  prosesində  orqanizmlərin  yaşama 


 
87 
şəraitinə  olan  uyğunlaşmalardan  biridir.  Belə  ki, 
orqanizmin 
çəkisinə 
bərabər 
miqdarda 
suyun 
orqanizmdə    dəyişməsi  orqanizmlərin  uyğunlaşdığı 
xarici  mühitdən    asılıdır.    Məsələn,  amyöba    -  7  gün, 
insan – 4 həftə, dəvə – 3 ay, tısbağa – 1 il, maldili – 29 
il  ərzində  öz  çəkisi  miqdarda  suyu  dəyişdirir.  Suyun 
molekuldaxili quruluşunun öyrənilməsi göstərmişdir ki, 
su  molekulunda    hər  iki    hidrogen  atomu  oksigendən 
eyni  məsafədə    yerləşmişdir  və  hidrogenlər  arasındakı 
bucaq  105
⁰-dir.  Və  hər  bir  hidrogen  atomu  oksigenlə 
güclü  kovalent rabitə ilə birləşmişdir. Ümumiyyətlə,  su 
molekulu    elektrik  yükü  cəhətdən  neytral  olmasına 
baxmayaraq, 
 
molekul 
daxilində 
 
bərabər 
paylanmamışdır.  Hidrogen  atomu  tərəfindən    müsbət 
elektrik  yükü,  oksigen  molekulu  tərəfindən  isə  mənfi  
elektrik  yükü  çoxdur.  Beləliklə  su  molekulu  dipol 
xüssusiyyətlidir.  Elə  bu  xüssusiyyətin  nəticəsidir  ki,  
elektrik  yükü  olan  müxtəlif    molekulları  özünə  çəkir, 
onlarla  birləşir  və  hidratlar  əmələ  gətirərək  həlledici 
rolunu  oynayır.    Su  hüceyrə  kütləsinin  75%-ni  təşkil 
edir. 
Sitoplazma  tərkibindəki  su  sərbəst  və  birləşmiş 
halda  olur.  Sərbəst  su  mineral  duzlar,  amin  turşuları, 
karbohidratlar, zülallar və digər maddələr üçün həlledici 
olub,  dispersiya  rolunu  oynayır  və  fermantativ 
reaksiyaların çoxunda iştirak edir. İnsan və  heyvanların 
daxili  mühitinin  (qan  plazması,  limfa,  toxuma  mayesi) 
tərkibinə daxil olan sərbəst suyun sayəsində hüceyrələrə 
qidalı  maddələr  çatdırılır  və  parçalanma  məhsulları  
hüceyrədən  kənar  edilir  (Şəkil  28).  Sərbəst    su 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə