Азярбайжан Республикасы Мцдафия Назирлийи



Yüklə 226 Kb.
səhifə15/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   ...   11   12   13   14   15   16   17   18   19
M-1təzə

Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda isə əsas rabitə növü kimi istifadə edilir.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən, motosikletlərdən və digər nəqliyyat vasitələrindən, bəzi hallarda isə hətta piyada çaparlardan da istifadə edilə bilər.
Səyyar rabitə vasitələri – böyük miqdarda lazımi sənədlərin ünvana çatdırılmasına imkan verir, əlbəttə bu halda məlumatın kodlaşdırılmasına vaxt itirilmir, ancaq elə etmək lazımdır ki, məlumat rəqib əlinə keçməsin. Burda istifadə edilən nəqliyyat vasitələrində onun hərəkətinə üstünlük verən xüsusi tanınma nişanları olmalıdır.
Siqnallı rabitə vasitələri –həm xəbərdarlıq üçün, həm də Mülki Müdafiənin sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən, işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir.
Siqnal vasitələri – qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi görünən siqnal raketlərindən, tüstü verən şaşkalardan, fanarlardan, bayraqlardan, səsli sirendən, fitdən və zəngdən istifadə olmaqla həyata keçirilir.
Mülki müdafiə siqnalları və əhalinin davranış qaydaları.
Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı, bundan sonra isə müvafiq «Hava həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», «Kimya həyəcanı qurtardı», «Radiasiya təhlükəsi» və «Radiasiya təhlükəsi qurtardı» siqnalı elan edilməlidir.
«Hamının diqqətinə!» siqnalı verildikdə dərhal radio və ya televizorlar işə salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini gözləyirlər. «Hava həyəcanı» siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində, müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenaları vasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə (evdə və ya işdə) elektrik xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa getməlidir.
«Hava həyəcanı qurtardı» siqnalı (radiotranslyasiya şəbəkəsi ilə sözlərlə verilir) verildikdə əhali sığınacaqları tərk edir və hər kəs öz vəzifələrini yerinə yetirirlər. «Kimya həyəcanı» siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş (siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər.
«Radiasiya təhlükəsi» siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş (siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar.
Daim təhlükə potensiallı obyektlərdə isə, lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsəd – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.



Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə