Азярбайжан Республикасы Мцдафия Назирлийи


Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi



Yüklə 226 Kb.
səhifə12/19
tarix14.03.2023
ölçüsü226 Kb.
#102457
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
M-1təzə

2. Vəziyyətin (şəraitin) təhlil edilməsi və qiymətləndirilməsi.
Mülki Müdafiə rəhbəri yaranmış vəziyyəti qiymətləndirərkən bu məsələləri araşdırıb dəqiq öyrənməlidir:

    • tapşırılmış işləri hansı şəraitdə (radiasiya və kimyəvi şərait, hava şəraiti, ilin fəsli, gecə və ya gündüz və s.) yerinə yetirmək lazım gələcəkdir və bu şərait işlərin gedişatına necə təsir göstərə bilər?

    • tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti və s.) necədir?

    • hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən ibarətdir?

Beləliklə, Mülki Müdafiə rəhbəri alınan tapşırığı aydınlaşdırdıqdan və vəziyyəti qiymətləndirdikdən sonra müəyyən bir qərara gəlir.
3. Qərarın qəbul edilməsi.
Mülki Müdafiə rəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən aşağıdakıları müəyyənləşdirir:

    • tabeliyindəki qüvvələrin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin həcmi və ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı məsələyə xüsusi diqqət yetirilməlidir və s.);

    • hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;

    • digər qüvvələrlə (qonşularla) qarşılıqlı fəaliyyət qaydası;

    • işlərin təchizatı və təminatı üzrə görüləsi tədbirlər;

    • iş prosesində idarəetmə necə təşkil ediləcək.

Qərar qəbul etmək idarəetmə prosesinin ən çətin və məsuliyyətli mərhələsidir. Obyekt rəhbərinin vəzifə üzrə bilikləri, iş təcrübəsi, təşkilatçılıq bacarığı və liderlik qabiliyyəti təzahürünü məhz bu mərhələdə tapır.
Rəhbər qərar qəbul edəndən sonra icraçıları əməli işə cəlb etmək üçün öz qərarını onlara əmr formasında elan edir.
4. Tabelikdəkilərə tapşırıqların verilməsi.
Vəziyyətdən asılı olaraq tabelikdəkilərə tapşırıqlar əmr və ya sərəncam formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da qərargah vasitəsilə çatdırılır. Mülki Müdafiə rəhbərinin verdiyi bütün şifahi əmr və göstərişlər qərargahda yazılı surətdə rəsmiləşdirilib qeydə alınır.

Yüklə 226 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə