Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə8/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

 Abid  Tahirli



 

24



 ~ 

 

bizi böyük yas və heyrətə saldı. Biz onun ölməyini gözləmirdik və 



doğrusunu  desək,  onun  ölümünə  inanmırdıq.  Bizim  xəyalımıza  və 

fikrimizə  də  gəlməzdi  ki,  İsmayıl  bəy  kimi  adam  ölə  bilər.  Böyük 

və  sevgili  adamın  ölməyi  insanı  heyrətə  salır,  bir  müddət  onun 

əqlini şaşırır, ruhunu və hisslərini hərəkətdən salır. Cənab Rəsulun 

vəfatı  xəbərini  Abdulla  ibn  Ənis  və  Həzrəti  Ömər  eşitdikdə 

inanmadılar və İbn Xəttab qılıncını siyirib məscidin qapısında durdu 

və  dedi:  -  Hər  kim  ki,  «Həzrəti  peyğəmbər  fot  oldu»  -  desə,  bu 

qılınc ilə onu belindən iki biçərəm!»  

İmperator 

Pyotr 


Kəbirin 

vəfatı 


xəbərini 

onun 


müqərriblərindən  bəziləri  eşitdikdə  inanmadılar  və  «Pyotr  Kəbir 

ölməz» - deyib iddia etdilər. Tarixdə bunun əmsalı çoxdur. Ana öz 

istəkli  balasının  ölümünə  bavər  etməyib  «Mənim  balam  ölməz»  - 

deyib nalə və fəryad edər. 

Bizim  yəqinimizdir  ki,  sevgili  ustadımızın  vəfatı  xəbəri  bu 

minval çoxları əvvəl dəfədə cəsəd biruh halına salıb mat və məbhut 

qoyacaqdır  və  çoxları  bu  qara  xəbərə  inanmayıb  şəkk  və  şübhədə 

qalacaqlar». 

F.Köçərli  bu  acı,  ağır  xəbərin  sarsıdıcı  zərbəsini  oxucu  ilə 

bölüşdükdən sonra səmimi etiraf edir ki, «Tərcüman» bizi ayıltdı, o 

vaxta kimi biz kim olduğumuzu bilmirdik. O, 1890-cı ildə müəllim 

Səfərəli  bəy  Vəlibəyovla  Baxçasaraya  –  İ.Qaspiralını  ziyarətə 

getdiyini,  onlarda  qonaq  qaldıqlarını,  yeni  üsullu  məktəblə, 

«Tərcüman»ın  mətbəəsi  ilə  tanış  olduqlarını  məmnunla  xatırlayır, 

eyni  zamanda,  Smirnov  kimi  qatı  islam  əleyhdarının  timsalında 

ustadın  kimlər  ilə  cəng  və  cidalda  olduğunu  da  orada  ikən 

öyrəndiyini yazır. 

İlk  dəfə  İsmayıl  bəyi  1880-ci  illərdə  –  məktəbin  son 

siniflərində oxuyarkən  ailəsinin abunə olduğu  «Tərcüman»  vasitəsi 



 Bütün türklərin tərcümanı



 

25



 ~ 

 

ilə tanıdığını yazan Xəlil Xasməmmədli (İsmayıl Qaspiralıya aid bir 



xatirə.  «Azərbaycan  yurd  bilgisi»  jurnalı,  №  16,  aprel  1933) 

sonralar 

–  Moskva  Darülfünunun  tələbəsi  ikən  özünün 

«Tərcüman»a  abunə  olduğunu  qeyd  edir.  1895-ci  ildə  Xəlil 

Xasməmmədliyə  bir  xoş  təsadüf  sayəsində  İ.Qaspiralı  ilə  şəxsən 

tanışlıq  şərəfi  nəsib  olur.  Onlar  Fətəli  Xan  Xoyski  ilə  birlikdə 

Moskvadakı  islam  toplumunun  İ.Qaspiralının  şərəfinə  verdiyi 

ziyafətdə  iştirak  edirlər.  Sonralar  Dumadakı  islam  fraksiyionuna 

daxil  olan  X.Xasməmmədli  Peterburqda  da  dəfələrlə  İsmayıl  bəylə 

görüşdüyünü  xatırlayır  və  İsmayıl  bəyin  fəaliyyətinin  bütün 

müsəlman  parlamentarlar  üçün  «bir  siyasi  mücadilə  məktəbi» 

olduğunu qeyd edir. Yazının sonunda müəllif İsmayıl bəyin fikir və 

düşüncələrinin bu gün də əhəmiyyətini itirmədiyi və günün həlledici 

məsələləri olduğunu vurğulayır, «böyük və əzmkar türk qəhrəmanı» 

ilə bağlı xatirənin onun üçün çox qiymətli olduğunu yazır. 

M.Ə.Rəsulzadə  İ.Qaspiralı,  onun  nəşr  etdiyi  «Tərcüman» 

barədə  bəhs  edəndə,  onlara  layiq  olduqları  hörməti  təmin  edə 

bilməməyimizə  görə  təəssüfünü  gizlətmir  və  «Tərcüman»a  və 

böyük  İsmayıl  bəyə  layiq  ən  dəyərli  sayğı,  ən  münasib  xatirə»ni 

düşmən  əlində  çeynənən  Vətəni  xilas  etmək  naminə  səyləri 

sıxlaşdırmaqda,  mücadiləni  gücləndirməkdə  gördüyünü  yazır. 

M.Ə.Rəsulzadə  məğlub  olmamaq  üçün  birlik  ideyasını  yayan 

İ.Qaspiralının  sadəcə  bu  fikri  təbliğ  etməklə  kifayətlənmədiyini, 

türkcə  oxumağı,  yazmağı  sadələşdirmək  üçün  «üsuli-cədid» 

hərəkatının geniş vüsət almasına nail olduğunu, «dildə, fikirdə, işdə 

birlik»  şüarının  türk  xalqlarının  taleyində,  tarixində  böyük 

əhəmiyyət  kəsb  etdiyini  vurğulamışdı.  M.Ə.Rəsulzadəyə  görə 

«Tərcüman»  kimi  dəyərlərə  malik  bir  vətənin  övladı  istiqlal  və 

hürriyyət  nemətindən  məhrum  edilə  bilməz.  O,  Krım  tatar 



 Abid  Tahirli



 

26



 ~ 

 

mücahidlərinə  xitabən  yazır  ki,  «Tərcüman»  sizin  olduğu  qədər, 



bilirsiniz  ki,  bizimdir  də,  bütün  türklərindir,  xüsusi  ilə  əsir  türk 

ellərinindir.  «Tərcüman»ın  bayram  qeyd  etdiyimiz  ildönümü  də 

təkcə Krımın deyil, bütün türklərindir. Hamımıza məxsus ortaqlı bir 

gündür (ətraflı bax: «İstiqlal» qəzeti. Berlin, № 32, 15 aprel 1933). 

Azərbaycanın  istiqlalı  uğrunda  ideoloji  mücadilə  aparan 

parlaq  simalardan  biri,  məşhur  türkoloq,  İstanbul  Universitetinin 

professoru,  «Azərbaycan  yurd bilgisi» jurnalının  redaktoru  Əhməd 

Cəfəroğlu İ.Qaspiralının türk xalqı qarşısındakı xidmətləri haqqında 

bəhs edərkən onun xidmətlərinin  «əzəmətli məfkurəsi ilə, meydana 

qoyduğu  əsərləri  ilə,  bütün  türk  ellərinə  səpdiyi  toxumları  ilə 

ölçmək  lazım  olduğunu  qeyd  edir  və  o  böyük  türkün  ruhunun 

qəlbimizdəki  mənəvi  məzarı  önündə  diz  çökərək  salamlayır. 

Ə.Cəfəroğlu  İ.Qaspiralının  ünvanına  sağlığında  olduğu  kimi,  vəfat 

etdikdən sonra da «haqsız və hörmətsiz ittihamlar yağdırıldığını, rus 

missionerləri,  millətçiləri  kimi,  bolşeviklərin  də  onu  əfv 

etmədiklərini  yazır və  göstərir ki,  İsmayıl bəy onlar üçün nə  qədər 

muzır  (zərərli  –  T.A.)  idisə,  bizim  üçün  o  qədər  əziz,  hörmətli  və 

müqəddəsdir. 

«Azərbaycan  yurd  bilgisi»nin  «Tərcüman»ın  50  illiyi 

münasibəti  ilə  buraxılan  nömrəsində  krımlı  Abdullah  oğlu  Həsən 

bəyin  də  məqaləsi  verilmişdir.  Onun  qənaətinə  görə,  İ.Qaspiralı 

Azərbaycan  ədəbiyyatını  digər  türkdilli  xalqların  ədəbiyyatından 

daha  «yüksək  tutar»  və  ona  görə  də  «Tərcüman»ın  səhifələrində 

Azərbaycan türkləri haqqında «uzun boylu yazılar yazardı». 

Mərhum ustad şeiri çox xoşlamazdı. Gül-bülbül, ab-ləb onun 

qəlbini  oxşayacaq  ədəbiyyatdan  deyildi.  Fəqət,  İ.Qaspiralı 

Azərbaycan  şairlərinin  şeirlərini  sevərdi.  Çünki  onlar  «milli 

şairlər»dirlər.  Həsən  bəy  İsmayıl  Qaspiralının  Qasım  bəy  Zakir, 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə