Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə4/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   2   3   4   5   6   7   8   9   ...   73

 Abid  Tahirli



 

12



 ~ 

 

illüstrasiyalı  «Aləmi-nişvan»  nəşr  olunmuşdur.  Yeri  gəlmişkən 



qeyd  edək  ki,  «Tərcüman»a  qədər  İsmayıl  bəy  10-dək  dövri  nəşr 

çap  etmişdir  («Tonguç»,  «Şəfəq»,  «Kəmər»,  «Ay»,  «Ulduz», 

«Günəş», «Həqiqət», «Tərəqqi» və s.). 

«Tərcüman» İsmayıl Qaspiralının taleyi, tərcümeyi-halı, şah 

əsəridir,  başqa  sözlə,  «Tərcüman»  İsmayıl  Qaspiralı,  İsmayıl 

Qaspiralı «Tərcüman»dır. 

Fikrimizcə,  «Tərcüman»  Rusiyada  baş  verən  ictimai-siyasi 

proseslərə,  islahatlara,  islam  aləmində  baş  verən  dəyişikliklərə 

uyğun  olaraq  3  mərhələdə  araşdırılmalıdır:  1883-1905-ci  illər, 

1905-1914-cü  illər  və  1914-1918-ci  illər.    Həmin  mərhələlər 

İ.Qaspiralının  dünyagörüşündə,  mücadilə  taktikasında  baş  verən 

dəyişiklikləri də parlaq əks etdirir. 

 

Cəhalətə zərbə – yeni məktəb 

 

Böyük  xalq  xadimi  İ.Qaspiralının  fəaliyyəti  çoxşaxəli 



olduğu qədər də faydalı və zəngin olmuşdur. Məktəbi millətin nicat 

yolu  kimi  qəbul  edən  Qaspiralı  1884-cü  ilin  yanvarında  ənənəvi 

məktəblərdən  fərqlənən  təhsil  ocağı  açdı.  Yeni  üsulla  fəaliyyət 

göstərən  bu  məktəbdə  tətbiq  olunan  təcrübə  özünü  doğrultdu  – 

şagirdlər qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular. 

İ.Qaspiralının təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və 

«üsuli-cədid»  -  yəni  «yeni  üsul»  adını  aldı.  Bu  sistem  Rusiya 

müsəlmanları  arasında  savadsızlığın  hakim  kəsildiyi  bir  cəmiyyət 

üçün ən səmərəli üsul sayılırdı. 2 illik məktəblərdə 9 aylıq tədris ili, 

6 günlük tədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs 

də 45 dəqiqə keçirilirdi. 



 Bütün türklərin tərcümanı



 

13



 ~ 

 

İlk  baxışda  sadə  və  aydın  görünən  bu  sistem  və  onun 



gətirdiyi  yeniliklər  əslində  cəmiyyətdə  mədəni  bir  inqilaba  bərabər 

idi.  Ən  əvvəl,  bu  köhnənin  alt-üst  edilməsi,  inkarı  idi.  Dövrünün 

böyük təhsil islahatçısı bu qənaətdə idi ki, ilin 6 ayının, hər günün 3 

saatının  nəzarətsiz,  imtahansız,  nizam-intizamsız  olan  köhnə  təhsil 

sistemi 15-20 il ömür istəyir və nəticədə nə ərəb dili xeyir verir, nə 

də  türk  dili  bir  kamillik.  Biliklərin  imtahanlarda  yoxlanılmaması, 

təhsilə  yiyələnmənin  dərəcəsinin  müəyyənləşdirilməməsi  təhsilin 

ərəb dilinin, islam qanunlarının öyrənilməsi ilə məhdudlaşdırılması, 

tədris ilinin 6 aydan ibarət olması, şagirdlərin məişət problemləri ilə 

ziyadə  məşğulluğu,  onların  zəkat  və  sədəqəyə  alışdırılması, 

müəllimlərin  maaşının  azlığı  «mədrəsə  təhsilinin  lazımi  səviyyədə 

olmaması»na dəlalət edir ki, bu da nəticə etibarı ilə  «islam əhlinin 

geriləməsinə»  səbəb  olurdu.  Maarif  fədaisi  İ.Qaspiralı  «Bəs  çarə 

nədir?»  - deyə sual  edir  və bu çətin, həlli  müşkül məsələyə  də  özü 

əlac tapırdı: islahatların keçirilməsi. Yuxarıda da gördüyümüz kimi, 

o,  nəzərdə  tutduğu  islahatları  dilə  gətirməklə  kifayətlənmir, 

ideyalarını praktik olaraq həyata keçirirdi. Tarixə  «cədizm» adı ilə 

düşən təhsil islahatı, ictimai-siyasi hərəkat XIX əsrin sonlarında çox 

populyarlıq  qazanmış  və  Krımdan  Volqaboyuna,  Urala,  Qafqaza 

sürətlə yayılmış, Orta Asiyada, hətta Hindistanda özünə tərəfdarlar 

tapmışdı. 1913-cü il 12 sentyabra qədər belə məktəblərin sayı təkcə 

Rusiyada 700-ə yaxın idi. 

 

Birlik – ideyadan əmələ 

 

Məktəb islahatını uğurla həyata keçirən «Tərcüman»ın nəşri 



ilə  Rusiya  müsəlmanlarının  –  türklərin  təfəkkür  tərzində  bir 

dəyişiklik yaradan, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan 




 Abid  Tahirli



 

14



 ~ 

 

İ.Qaspiralı  din  və  dil  qardaşlarını  birləşdirmək,  onların  problem-



lərini  birgə  müzakirə  etmək,  çarəsini  birgə  axtarmaq  üçün  əvvəlcə 

Rusiya  müsəlmanlarının,  daha  sonra  dünya  müsəlmanlarının 

qurultayını  keçirmək  təşəbbüsünü  irəli  sürdü,  bu  ideyaları  inadla, 

israrla, fədakarlıqla reallaşdıra bildi. 1905-ci ildə Nijni-Novqorodda 

keçirilən  Rusiya  müsəlmanlarının  I  qurultayında  sədrlik  edən 

İ.Qaspiralı  millətin  birləşməsi,  maddi-mənəvi  tərəqqisi  üçün  bu 

toplantıdan sonra bu işin davamlı təşkili üçün də səy göstərmişdir. 

Rusiya  müsəlmanlarının  II  (12-23  yanvar,  Sankt-Peterburq)  və  III 

(29 avqust – 3 sentyabr 1903, Nijni-Novqorod) qurultayından sonra 

İ.Qaspiralı Misirdə Dünya müsəlmanlarının da məclisini keçirməyə 

nail olmuşdur (1907). 

 

Mücahid Qaspiralı 

 

İ.Qaspiralını  təqdir  edənlər  də,  tənqidçiləri  də  onun 



fəaliyyəti  haqqında  rəy  formalaşdırmaq  üçün  dilin  imkanlarından 

gen-bol  istifadə  etməyə  çalışmışlar.  Bu  vaxta  kimi  İ.Qaspiralı 

aşiqləri  onun  ünvanına  «millətin  atası»,  «müsəlman  ədəbiyyatının 

ruhi-piranisi»,  «böyük  ustad»,  «mühərriri-əzəm»,  «dahi»,  «Turanın 

əmsalsız  mədəni  qəhrəmanı»,  «müsəlman  ziyalılarının  başçısı», 

«tərəqqi  ordusunun  ələmdarı»,  «millət  karvanının  rəhnüması», 

«rühül-millət»,  «Rusiya  müsəlmanlarının  ən  böyük  adamı»,  «türk 

yurdunun  yolbaşçısı»,  «Rusiya  müsəlmanlarının  çırağı»,  «təkcə 

Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan məşhur», 

«millətin  fəxri»,  «böyük  və  sevgili  adam»,  «hünər  sahibi»,  «ustad 

publisist»,  «qüdrətli  fikir  və  ideya  rəhbəri»,  «xalqın  maddi  və 

mənəvi  keşiyində  dayanan  bir  insan»,  «istənilən  avropalının  həsəd 

apara biləcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə