Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə16/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

 Abid  Tahirli



 

48



 ~ 

 

İ.Qaspiralının  türk-islam  dünyası  xalqlarına  xitab  etdiyi  «Dildə, 



fikirdə, işdə birlik» ideyasından qaynaqlanır… 

İ.Qaspiralının  türkçülüyü  nəzəriyyə  ilə  məhdudlanmır,  bu 

hərəkət proqramı idi ki, onun reallaşmasında o özü fəal və hərtərəfli 

iştirak edirdi… 

XX əsrin əvvəllərindən azərbaycanlılar pantürkizmi çox fəal 

şəkildə  təbliğ  edirdilər.  1907-ci  ildə  «Füyuzat»  jurnalında 

Azərbaycan  milli 

dirçəliş  proqramını  Əlibəy  Hüseynzadə 

«Türkçüləşmək, 

islamlaşmaq 

və 

avropalaşmaq» 



şəklində 

formalaşdırdı.  Türkçülüyün  bu  üçlükdə  ilk  yerdə  olduğu 

diqqətçəkəndir». 

(«Rusiya 

imperiyasında 

pantürkizm 

və 

panislamizm» məqaləsindən). 



 

 

AMEA,  Şərqşünaslıq  İnstitutunun  elmi  işçisi  Möhübbi 



Əhmədov:  «Rusiya  müsəlmanlarının  ictimai  fikir  tarixində  yeni 

cığır açan İ.Qaspiralı görkəmli maarifçi və publisist kimi XIX əsrin 

sonu və XX əsrin əvvəllərində türk xalqlarının milli ideologiyasında 

silinməz 

izlər 

  buraxmışdır».  («İsmayıl  bəy  Qaspiralı» 



məqaləsindən, «Azərbaycan müəllimi» qəzeti, 10 aprel 1991). 

 

 



Prof.dr.  Aybəniz  Kəngərli:  «…mənim  qəti  inamıma  görə, 

İsmayıl  bəy  son  150  ildə  türklüyün  dünyaya  verdiyi  ən  böyük 

şəxsiyyətlərdən  biri  olaraq  qalır».  («İsmayıl  bəy  Qaspiralı,  yaxud 

ölümü  ilə  türk  millətini  birləşdirən  adam»  məqaləsindən,  «Xalq 

qəzeti», 28 yanvar 2004). 

 

 




 Bütün türklərin tərcümanı



 

49



 ~ 

 

«Sədayi-həqq» qəzeti: «İsmayıl bəy tamam ömrünü, tamam 

istirahət və nikbəxtliyini, tamam bəzaizi-dünyaiyyəsini millətinə və 

həmdinlərinə fəda edib getdi. 

İndi  növbə  həmin  millətindir  ki,  onu  təqdir  etməklə 

millətimizin  ən  möhtac  olduğu  tazə  İsmayıl  bəylər  yaratsın.  Bizcə, 

İsmayıl  bəy  üçün  millətimiz  hər  nə  qədər  nişangahlar,  abidələr 

qoyub,  hər  nə  qədər  məktəblər  və  məktəblilərə  təqaüdlər  təsis 

etsələr  də,  onun  zəhmətinin  əvəzini  ödəməmiş  olacaqdır.  Lakin 

İsmayıl  bəy  əsl  əvəzinin  daima  yolunda  mücahidat  etdiyi 

islamiyyətdən çatacağına əminiz». (14 sentyabr 1914-cü il, № 211). 

 

 



«İqbal»  qəzeti:  «İsmayıl  bəy  mərhumun  cənazə  mərasimi 

«Yıldız»  mühərriri  Hadi  əfəndi  Maqsudi  Qasprinski  həzrətlərinin 

cənazə mərasimi haqqında aşağıdakıları teleqraf veriyor: 

«İsmayıl bəyin cənazə mərasimində 4 minə qədər kişi hazır 

oldu.  Matəm  əlaməti  olaraq  flaqlar  qaldırıldı.  Çiçək  dəstələri 

qoyuldu. Çox nitqlər söyləndi. Hər tərəfdən pək çox vəkillər gəlmiş 

idi». 

Başqa  birisi  də  «Yıldız»da  belə  məlumat  verir:  Şərq 



dünyasında bu kimi cənazə mərasimi olduğunu heç vaxt görmədim. 

Cənazə  mərasimində  3  mindən  artıq  əhali  iştirak  edirdi.  Matəm 

iştirakçılarının çoxusu milli qara bayraqlar ilə gəzirdilər. Məqbərədə 

söylənən  nitqlər  o  qədər  təsirli  idi  ki,  ağlamayan  qalmadı».  (3 

oktyabr 1914-cü il, № 754). 

 

 



Hacı İbrahim Qasımov:  «Aləmi-islamı cəhalət bürüyən bir 

zamanda,  müsəlmanları  qaranlıq  dəhşətlə  əhatə  etdiyi  bir  anda 




 Abid  Tahirli



 

50



 ~ 

 

minlərlə mikroblar millətin yaralı bədəninə sarıldığı bir vaxtda tək-



tənha  meydana  çıxan,  bu  bədbəxt  millətə,  bu  xeyri  ilə  şərini 

bilməyən, bu yaralı bədənə müalicəyə başlayan böyük bir həkim, ali 

bir insan, dahi ədib vəfat elədi. 

Ah, nə qara xəbər! 

Mən sizə «həkim» deyə xitab edirəm, ey dahi! 

Bizim bir çox həkim, təbiblərimiz var, onlar bədəni müalicə 

edirlər. Sən də həkim idin  və lakin ümum millətin  ruhunu müalicə 

eləyirdin. 

Get rahat yat qəbr evində. 

Əmin  olunuz  ki,  sən  kimi  bir  həkimin  35  illik  müalicəsi 

səmərəsiz qalmaz. 

Əmin  ol,  sənin  balaların  səni  yaddan  çıxarmazlar,  sənin 

qədrini bilib, sənə şükürlər edərlər. Sənin müəllimanə tövsiyələrini, 

sənin  atalıq  nəsihətlərini  heç  bir  halda  yaddan  çıxarmazlar». 

(«İqbal» qəzeti, 1914, 15 sentyabr, № 738). 

 

 



Müəllimə  Şəfiqə  xanım  Əfəndizadə:  «Neçə  günlərdir 

həpimiz  ağlıyoruz,  sızlıyoruz!  Nə  üçün?  Mərhumun  üzərimizdə 

böyük həqqi olduğu üçün vaxtsız ölümü bizi atəşləndirir. 

İsmayıl  bəyin  etdiyi  hesaba  gəlməz  yaxşılıqların, 

xidmətlərin  biri  də,  hələ  bəlkə  ən  böyüyü  də  biz  qadınların 

hüququnu mühafizə etməsidir. Əvvəllər də hər şey və hər şey kişilər 

üçündü.  Qanunlar,  şan,  şərəf,  sərbəstlik,  qüvvət,  bütün  hüquqi-

insaniyyə kişilərə aiddir – etiqad belə idi… 

Halbuki kişilər üçün hər zəhmətə qatlaşan, onların  rahət  və 

asayişlərinə  vaxtını,  ömrünü  sərf  edən  qadınlardır.  Millətin 

dirilməyinə,  çocuqların  xoşbəxt  və  bədbəxtliyinə  də  elm  və  maarif 



 Bütün türklərin tərcümanı



 

51



 ~ 

 

zühurlardan artıq qadınlara əlzəmdir. Çünki cahat meydanında nisa 



tayfası pək böyük mövqe tutmuşdur. 

Möhtərəm  atamız  İsmayıl  bəy  bunları  dərin  düşünəndən 

sonra qızların oxuyub yazı öyrənməsinə sədd çəkmiş olan ən böyük 

hücumlara qarşı gəldi. 

Buna də qənaət etməyib «Aləmi-nisvan» adında bir məcmuə 

nəşrinə  başladı.  Heyif  ki,  bu  məcmuə  bir  çox  zamanlar  davam 

edəmədi, bununla belə  yenə xeyli faidələr bəxş elədir. Bu təşviqlər 

sayəsində  hər  tərəfdə  qız  məktəbləri  açdırmağa  müvəffəq  oldu». 

(«İqbal» qəzeti, № 750, 29 sentyabr 1914-cü il). 

 

 



«İqbal»  qəzeti:  Qaspiralı  İsmayıl  bəy  mərhumun  vəfat 

xəbəri Şamaxı şəhərinə yetişdikdə həmən sentyabrın 12-si günü saat 

11  radələrində  məscidlər  minarələrində  minadilər  inşa  etməklə 

üləma  və  əhaliyi  məscidi  cameyə  cəm  olub  əvvəl  dəfə  mərhum 

məğfurun  ruhipozfutuhu  üçün  «Qurani-şərif»  xətm  olunub.  Dua 

etdikdən  sonra  məşhur  üləmamızdan  Əbdülxalıq  Əfəndizadə  şu 

nitqi  ilə  buyurdu:  «Cəmaət,  bugünkü  gündə  bizi  buraya  cəm  edən 

bizim  milli  atamız  olan  ədibe-möhtərəm,  mühərrire-əzəm  İsmayıl 

bəy  həzrətlərinin  vəfatı  münasibətidir.  İsmayıl  bəy  kim  olduğu  və 

onun  millət  naminə  etdiyi  xidməti  –  qiymətdar  və  məsdaiye-

bişümari hər kəsə məlum olduğundan burada dübarə tedad və təkrar 

etməyi artıq biliyorum». (24 sentyabr 1914-cü il, № 743). 



 

 

Tanınmış  şərqşünas  Vamberi:  «Tərcüman»ın nəşri… daha 

yüksək  və  daha  ümidli  vədlər  verir.  Bu  qəzet  Krım  xaricində 

gündən-günə  daha  çox  yayılmaqda  və  təqib  etdiyi  milli,  dini 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə