Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə11/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

 Bütün türklərin tərcümanı



 

33



 ~ 

 

dövlət  öz  vətəndaşlarının  qayğısına  qalmalı,  onların  köçünün 



qarşısını  almalı,  insanlar  da  hər  çətinliyə  sinə  gərərək,  doğma 

Vətəndə  qalmalı,  ona  xidmət  etməlidir.  Bu  haqda  Əhməd 

Özənbaşlının  1975-ci  ilə  Simferopolda  (Ağməscid)  nəşr  edilmiş 

«Çarlıq hakimiyyəti illərində Krım faciəsi və yaxud tatar hicrətləri» 

kitabında ətraflı söhbət açılır. 

Bizim  məqsədimiz  İ.Qaspiralının  mühacirət  problemi  ilə 

bağlı  əsərlərini  təhlil  etmək,  onları  dəyərləndirmək  yox,  mühacir, 

istiqlal  mücahidi  Hüseyn  Baykaranın  «Azərbaycan  istiqlal 

mücadiləsi tarixi» kitabının girişində söylədiyi «tarixin cilvələri və 

sürprizləri  olmuşdur,  yenə  olacaqdır»  -  fikrinin  nə  qədər  sərrast, 

yerində deyildiyini bir daha xatırladaraq, mühacirətin, mühacirlərin 

İ.Qaspiralının  irsində,  belə  demək  mümkünsə,  vəfatından  sonrakı 

taleyində  oynadığı  rolu  vurğulamaqdır.  Bir  vaxtlar  xalqının  doğma 

yurddan  didərgin  düşən  övladlarının  dağılmaması  üçün  sinəsini 

sipər  edən  İ.Qaspiralı  ideyalarını  Sovet  hökumətinin,  senzuranın 

yasağından  sonra  yalnız  mühacirlər  yaşatmağa,  yaymağa  səy 

edirdilər… Mühacirlərin İstanbulda çıxardığı «Krım», «Azərbaycan 

yurd  bilgisi»  məcmuələrində,  Berlində  buraxdıqları  «İstiqlal» 

qəzetində, eləcə də Türkiyə mətbuatında İ.Qaspiralı və «Tərcüman» 

haqqında  xatirələr,  tədqiqatlar  dərc  edilmişdir.  Nur  Rzanın  «Türk 

tarixi»,  Battal  Abdullahın  «Kazan  türkləri»,  A.K.Hatifin 

«Göybayraq altında milli fəaliyyət»… kimi əsərlərdə İ.Qaspiralının 

fəaliyyəti xatırlanmış, yüksək dəyərləndirilmişdir. 

Mühacir nəşrlər və ümumiyyətlə İ.Qaspiralının həyatı və irsi 

ilə  bağlı  tədqiqatlar  sırasında  böyük  mücahid  və  mühərrir  Krımlı 

Cəfər Seydəhmədin  müəllifi  olduğu  «Qaspiralı  İsmayıl bəy  (Dildə, 

fikirdə, işdə birlik)» adlı əsər xüsusi diqqətəlayiqdir. 



 Abid  Tahirli



 

34



 ~ 

 

Fikrimizcə,  məzarı  İstanbulda,  ruhu  Krım  səmalarında 



dolaşan  kitabın  müəllifini  ehtiramla  xatırlayıb,  ruhuna  dua  edib, 

haqqında  qısaca  da  olsa,  məlumat  vermək  yerinə  düşərdi.  Krım 

istiqlal  mücadiləsi  tarixinin  ən  parlaq  nümayəndələrindən  olan 

Cəfər  bəy  1889-cu  il  sentyabrın  1-də  Yalta  şəhəri  yaxınlığındakı 

Qızıldaş kəndində anadan olmuşdur. İstanbulda litsey təhsili almış, I 

Dünya  müharibəsinin  başlaması  səbəbi  ilə  Parisdə  ali  hüquq 

təhsilini yarımçıq qoymuş, Vətənə – Krıma qayıtmışdır. Bu vaxtdan 

Krımın  azadlığı  uğrunda  mübarizəyə  başlamış  C.Seydəhməd  9 

dekabr  1917-ci  ildə  elan  edilmiş  Krım  Xalq  Cümhuriyyətində 

Cələbi  Cahanın  baş  nazir  olduğu  hökumətdə  Hərbi  və  xarici  işlər 

naziri,  bir  müddət  sonra  Süleyman  Sulkiyevin  baş  nazir  olduğu 

hökumətdə  xarici  işlər  naziri  işləmişdir.  Bolşeviklər  Krımı  işğal 

etdikdən,  Krım  Xalq  Cümhuriyyəti  süquta  uğradıqdan  sonra 

C.Seydəhməd  Türkiyədə  məskunlaşmış,  ömrünün  sonunadək  sovet 

rejimi  və  kommunist  ideologiyasına  qarşı  ideoloji  mücadilə 

aparmışdır. 3 aprel 1960-cı ildə İstanbulda vəfat etmişdir. Həyatı və 

fəaliyyəti  ilə  azadlıqsevər  və  qəhrəman  Krım  türklərinin  taleyində, 

tarixində əbədi iz qoymuş mücahidin «İyirminci əsrdə tatar məzlum 

milləti»  (İstanbul,  1911),  «La  Cime»  (fransız  dilində)  (Lozanna, 

1921),  «Krym»  (ləhcə)  (Varşava,  1930),  «Rus  inqilabı»  (1930), 

«Məfkurə və türkçülük» (İstanbul, 1965), «Unudulmaz göz yaşları» 

(İstanbul, 1975), «Nurlu qəbirlər» (İstanbul, 1992), «Bəzi xatirələr» 

(İstanbul,  1993)  və  s.  kimi  əsərləri  həm  müəllifin  həyat  və 

fəaliyyətini,  əqidəsini  öyrənmək,  dəyərləndirmək,  həm  də  əzabkeş, 

sarsılmaz, qüdrətli, dəyanətli, istiqlalsevər Krım türklərinin tarixini 

tədqiq  etmək baxımından bu gün də  aktual və  əhəmiyyətlidir. Yeri 

gəlmişkən  qeyd  edək  ki,  Azərbaycanı  və  Azərbaycan  türklərini  də 

böyük 


məhəbbətlə 

sevən 


C.Seydəhməd 

mühacirətdəki 




 Bütün türklərin tərcümanı



 

35



 ~ 

 

həmvətənlərimizlə sıx əlaqə saxlamış, Azərbaycan mühacir nəşrləri 



ilə əməkdaşlıq etmiş, Vətənimizlə bağlı mövzularda yazılar qələmə 

almışdır. 

Yuxarıda  adını  çəkdiyimiz  kitab  1934-cü  ildə  İstanbulda 

nəşr olunmuşdur. Əsərin üz və titul vərəqlərində tatar yazıçı, tarixçi 

və  ideoloqu  Yusif  Akçuraoğlunun  «Heç  kimsə  İ.Qaspiralı  qədər 

bütün  türklük  qayəsini  vüzuh  (aydın  –  T.A.),  səbat  və  israrla 

nəşriyyatda  təqib,  feliyyatda  tətbiqə  səy  etməmişdir»  və  məşhur 

ədəbiyyatşünas  Fuad  Məmməd  Köprülüzadənin  «Bütün  həyatını 

türklüyün  yüksəlməsinə  sərf  edən  İsmayıl  bəy  türk  xalqının  əbədi 

şükranlarına layiqdir» - kəlamları yazılmışdır. 

İ.Qaspiralı  ilə  bağlı  maraqlı  və  tarixi  fotoların  da  əks 

olunduğu  əsərdə  müəllif  giriş  əvəzi  yazdığı  «İlk  söz»ü  yenə  Yusif 

Akçuraoğlunun  məşhur  fikri  ilə  başlayır:  «İsmayıl  bəy  Qaspiralı 

bəyi mən bütün türkçülük hərəkatının mərkəzi siması saymaq doğru 

olduğuna 

qaniyəm». 

C.Seydəhməd 

İ.Qaspiralının 

məşhur 

kəlamlarından «Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl 



fikir (ideya mənasında – T.A.) lazımdır» - cümləsini xatırladır və bu 

istiqamətdə  İsmayıl  bəyin  xidmətlərinə  (ortaq  dil,  yeni  məktəb, 

xeyriyyə cəmiyyətləri və s.) nəzər salır, dəyərləndirir. C.Seydəhməd 

türk dünyasının parlaq siması İ.Qaspiralı barədə çox sayda məqalə 

dərc  edilsə  də,  hələ  bir  kitab  yazılmadığını  təəssüflə  qeyd  edir,  bu 

məramla əlinə qələm aldığını diqqətə çatdırır. Müəllif səmimiyyətlə 

qürbətin  ağır  şərtləri  altında  ərsəyə  gələn  bu  əsəri  təqdimə  cəsarət 

edərkən  təvazökarlıq  və  ümidlə  bildirir  ki,  bu  tarixi  və  müqəddəs 

mövzunu  dəyərli  türk  övladları  gələcəkdə  daha  əsaslı  şəkildə 

işləyəcəklər. Bu gün  İ.Qaspiralının həyat və  yaradıcılığının kifayət 

qədər  araşdırıldığını  qeyd  etməklə  yanaşı,  hesab  edirik  ki,  onun 

ideyaları  həmişəyaşar,  əbədi  olduğu  kimi  irsinə  tədqiqat  obyekti 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə