Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   4   5   6   7   8   9   10   11   ...   164

 
17 
yazılmışdı.  Əsərdə  xanlıqlar  dövrünün  sosial-iqtisadi  vəziyyəti,  əhalinin 
silki 
tərkibi, torpaq mülkiyyəti formaları məsələlərinə toxunulmuşdur.     
Üçüncü  qrupa  aid 
edilən əsərlər sovet tarixşünaslığına daxil edilən 
əsərlərdir.  Qeyd  etmək  lazımdır  ki,  çar  Rusiyası  dövründə  köçürmələr 
nəticəsində  keçmiş  İrəvan  xanlığı  ərazisində  etnik  baxımdan  çoxluğa  nail 
olan 
ermənilər, onun varisi Sovet İttifaqı dövründə Moskvanın köməyi ilə 
müstəqil respublika yaratmağa nail oldular. İrəvan xanlığı ərazisində dövlət 
yaradan 
ermənilər  onun  keçmişini  unutdurmaq  və  bu  xanlığı  Şərqi 
Ermənistan  ərazisi  kimi  tədqiq  edərək,  tarixini  saxtalaşdırmağa  başladılar. 
Onlar  uzun 
illər  heç  bir  tarixi  mənbəyə  əsaslanmadan  İrəvan  xanlığının 
ərazisini,  yer  adlarını,  əhalinin  etnik  və  say  tərkibini,  qəhrəmanlıq 
mübarizəsini  açıq-açığına  təhrif  etmiş,  bütün  hadisələri  erməni  xalqının 
adına çıxmışlar. Buna «xalqlar dostluğu», «beynəlmiləlçilik» mövqeyindən 
çıxış edən sovet tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür.  
Sovet 
tarixşünaslığında  Azərbaycanın  xanlıqlar  dövrü  tarixinin  bir 
sıra  problemləri  şərqşünas  alim  İ.P.Petruşevskinin  tədqiqatlarında 
işıqlandırılmışdır.  Onun  ayrı-ayrı  əsərləri  (230; 231; 232; 233; 234) 
Azərbaycan,  o,  cümlədən  xanlıqlar  dövrü  tarixinin  müxtəlif  məsələlərinə-
siyasi,  iqtisadi,  torpaq 
mülkiyyəti  formaları,  əhalinin sosial-silki tərkibinə, 
vergi 
və  mükəlləfiyyət  formalarına  həsr  edilmişdir.  Lakin  müəllif  erməni 
konsepsiyasından  kənara  çıxmayaraq  bəzi  əsərlərdə  İrəvan  xanlığının 
tarixini 
Ermənistan  tarixi  kimi  qələmə  almış,  bu  xanlığın  ərazisində  baş 
verən  hadisələri  erməni  xalqının  adına  çıxmışdır.  Əslində  müəllifin  qeyd 
etdiyi 
ərazi  Azərbaycanın  qədim  ərazisi  olan  İrəvan  xanlığının  ərazisidən 
başqa  bir  şey  deyildir.  Belə  ki,  tədqiqatçı  İrəvan  xanlığını  erməni  dövləti 
kimi 
qələmə  verməsinə  baxmayaraq,  əsərlərin  məzmununa  baxdıqda 
görmək  olar  ki,  ermənilərlə  bağlı  bütün  hadisələr  Eçmiədzin  kilsəsindən 
kənara çıxmır və qarşıya qoyulan bütün məsələlər bu kilsə və ona məxsus 
mülkiyyətlə bağlıdır. Lakin buna baxmayaraq, İ.P.Petruşevskinin əsərlərinin 
İrəvan xanlığının tarixinin öyrənilməsində misilsiz yeri vardır. 
Azərbaycanın  XVIII  əsr  tarixinə  aid  ən  mükəmməl  əsər  yazan 
müəlliflərdən  biri  V.N.Leviatovdur.  Onun  «XVIII  əsrdə  Azərbaycan 
tarixindən  xülasələr» (187) adlı  əsəri  mövzunun  tədqiqində  mühüm  yeri 
tutur. 
Əsərdə konkret İrəvan xanlığından bəhs edilməmişdir. Lakin müəllifin 
xanlıqların  hakimiyyət  quruluşu,  inzibati-ərazi  bölgüsü,  sosial-iqtisadi 
vəziyyəti,  əhalinin  silki  tərkibi,  torpaq  mülkiyyəti  formaları,  vergi  və 
mükəlləfiyyətləri haqqında verdiyi ümumi məlumatları İrəvan xanlığına da 
şamil etmək olar. 


 
18 
Rus sovet tarixçisi O.P.Markova 
əsərində (192) XVIII yüzilliyin 50-
90-ci 
illərdə  Cənubi  Qafqazda  iri  dövlətlərin  mənafeyinin  toqquşduğu  bir 
vaxtda 
İrəvan  xanlığının  Kartli-Kaxetiya  çarlığı,  Rusiya,  İran  və  Osmanlı 
dövlətləri ilə siyasi münasibətlərinə də müəyyən yer vermişdir. Qeyd etmək 
lazımdır  ki,  əsərdə  İrəvan  xanlığı  ilə  bağlı  hadisələrə  müəllifin  nisbətən 
obyektiv 
münasibəti  diqqəti  cəlb  edir.  Lakin  O.Markova  da  İrəvan 
xanlığının  ərazisini  Ermənistan  torpağı  olduğunu  qəbul  edir.  Məsələn,  o, 
İ.Eminin  fəaliyyətini  erməni  ənənəsinə  uyğun  olaraq  Ermənistanın  azad 
edilməsi kimi dəyərləndirir.      
Sovet 
tarixçilərindən A.Ş.Milmanın XIX-XX yüzilliyin əvvəllərində 
Azərbaycanın  siyasi  qruluşundan  bəhs  etdiyi  monoqrafiyası  (197)  da 
mövzumuzun 
tədqiqində istifadə olunmuşdur. Əsərdə əsas tədqiqat obyekti 
kimi 
işğaldan  sonra  rus  müstəmləkə  idarə  etmə  mexanizminin  forma  və 
üsulları,  inzibati  orqanların  və  məhkəmələrin  fəaliyyəti  təsvir  olunmuşdu. 
Lakin 
əsərin  birinci  fəsilidə  XVIII  yüzilliyin  ikinci  yarısında  Azərbaycan 
xanlıqlarının siyasi quruluşu da öz əksini tapmışdı. Təəssüf ki, Azərbaycan 
ərazisində  yaranan  xanlıqların  adını  çəkən  A.Milman  erməni  ənənəsinə 
yuğun  olaraq  İrəvan  xanlığını  bu  siyahıya  daxil  etmir.  Buna  baxmayaraq, 
monoqrafiyada 
təsvir edilən xanlıqların siyasi quruluşu ilə bağlı məsələləri 
İrəvan xanlığına da şamil etmək olar.      
H.
İbrahimbəylinin  1969-cu  ildə  Moskvada  nəşr  olunmuş  əsərində 
(161) 
isə  XIX  yüzilliyin  birinci  otuzilliyində  Azərbaycan  xanlıqlarının 
Rusiya 
dövləti tərəfindən işğalı tədqiq edilmişdir. Əsərdə həm birinci, həm 
də ikinci Rusiya-İran, Rusiya-Osmanlı müharibələri dövründə Azərbaycan 
ərazisinin  işğalı  öz  əksini  tapmışdı.  Burada  qısa  da  olsa  İrəvan  xanlığı 
ərazisində  gedən  döyşlərə  də  toxunulmuşdu.  Lakin  müəllif  bir  çox  sovet 
tədqiqatçıları kimi İrəvan xanlığını Azərbaycan xanlıqlarından ayırır və bu 
xanlığı Ermənistan dövləti kimi təqdim edir.     
Mövzunun 
tədqiqində  erməni  müəlliflərinin  əsərlərindən  də  istifadə 
olunmuşdur.  İlk  dəfə  İrəvan  xanlığının  tarixini  tədqiq  etməyə  cəhd  edən 
erməni müəlliflərindən V.R.Qriqoryanı xüsusi qeyd etmək lazımdır. Onun 
1958-ci 
ildə  erməni  dilində  nəşr  etdirdiyi  əsəri  (130)  xüsusi  əhəmiyyətə 
malikdir. 
Ermənistanın  mərkəzi  arxivi  olan  Matenandaranda  saxlanılan 
sənədlər  əsasında  yazılan  bu  əsər  İrəvan  xanlığının  1780-1800-cü  illər 
tarixini 
əhatə  edir.  Monoqrafiyada  İrəvan  xanlığının  siyasi,  sosial-iqtisadi 
vəziyyəti, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, təbii sərvətləri, vergi və 
mükəlləfiyyətləri,  əhalinin  etnik  tərkibi  haqqında  müəyyən  məlumatlar 
verilmişdir.  Lakin  o,  əsərində  İrəvan  xanlığının  tarixini  kifayət  qədər 
saxtalaşdırmışdı.  Monoqrafiyada  İrəvan  xanlığının  Şərqi  Ermənistan  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə