Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   ...   164

 
13 
baxımdan  öyrənilməsinə  maraq  artmışdı.  Bununla  əlaqədar  olaraq  rus 
qafqazşünaslığı deyilən bir məktəb yarandı. Lakin rus qafqazşünasları heç 
də  qarşılarına  Azərbaycan  xanlıqlarının,  o  cümlədən  İrəvan  xanlığının 
tarixini 
tədqiq etməyi məqsəd  qoymamışdılar. Onların əsərləri əsasən rus 
qoşunlarının hərbi yürüşlərinə həsr edilmiş, Rusiyanın Qafqazda işğallarına 
haqq 
qazandırmaqla  müstəmləkəçilik  siyasətini  öz  ölkəsinin  mənafeyi 
baxımından  şərh  etməyə  çalışmışdılar.  Lakin  bu  əsərlərdə  Qafqaz 
xalqlarının  siyasi,  iqtisadi  tarixi,  ticarəti,  dövlət  quruluşu,  coğrafiyası, 
etnoqrafiyası,  əhalisi,  əhalinin  sosial,  etnik  tərkibi  və  s.  haqqında 
məlumatlar toplanmışdı. 
 
İrəvan  xanlığına  aid  zəngin  məlumat  işğaldan  sonra, 1836-ci  ildə 
nəşr edilmiş «Obozreniye Rossiyskix vladeniy za Qavqazom» adlı topluda 
öz 
əksini  tapmışdır  (201).  Bu  topluda  Azərbaycanın  ayrı-ayrı  bölgələri,  o 
cümlədən  İrəvan  xanlığının  təbii-coğrafi  şəraiti,  iqlimi,  çayları,  meşələri, 
dağları,  bitki  örtüyü,  yolları,  iqtisadi  vəziyyəti,  kənd  təsərrüfatı,  ticarəti, 
sərhədləri,  inzibati-ərazi  bölgüsü,  əhalisi,  əhalinin  etnik  və  dini  tərkibi, 
şəhər və kəndi haqqında statistik, etnoqrafik məlumatlar toplanmışdır. 
Tədqiq  olunan  mövzu  ilə  bağlı  bəzi  məlumatlar  1850-ci  illərdə 
Tiflisdə nəşr olunmuş «Kavqazskiy kalendar»larda öz əksini tapmışdır (171; 
172).  Bu  topluda 
İrəvan  şəhərinin  tarixi,  təbii  coğrafi  vəziyyəti,  ərazisi, 
şəhərin  quruluşu,  iqtisadi  vəziyyəti,  süni  suvarma  sistemi,  əhalisinin  sayı, 
birinci 
və ikinci İrəvan döyüşləri haqqında məlumatlar var. 
İrəvan  xanlığına  aid  bəzi  məlumatlar  «Sbornik  materialov  dlya 
opisaniya mestnostey i plemen Kavkaza» 
jurnalında tapmaq olur. Çox cildli 
jurnalın I və IV cildlərindən istifadə edilmişdir (395; 396). Jurnalda İrəvan 
xanlığının  siyasi  tarixi,  iqtisadi  vəziyyəti,  xanların  şəcərəsi,  əhalinin  sayı, 
köçürülməsi haqqında xeyli material əldə etmişik. 
1887-ci 
ildə  Tiflisdə  çap  olunmuş  «Svod  materialov…»  toplusunda 
da 
İrəvan xanlığına aid xeyli məlumat toplanmışdır (397). Bu topluda İrəvan 
xanlığının  dövlət  quruluşu,  inzibati-ərazi  bölgüsü,  əhalisi,  əhalinin  sosial 
tərkibi, dini haqqında faktlar vardır.       
Rusiyanın  Qafqazda,  o  cümlədən  Azərbaycanda  işğalçılıq  siyasətini 
ətraflı  təsvir  edən  müəlliflərdən  biri,  rus  hərb  tarixçisi  N.F.Dubrovin 
olmuşdur.  O,  bir  neçə  əsərin  müəllifidir.  Bu  əsərlərdən  1803-1806-cı  illər 
Cənubi  Qafqazın tarixinə həsr edimiş  kitabı  mühüm  yer  tutur  (144).  Əsər 
zəngin  sənədlər  əsasında  yazılmışdır.  Burada  S.P.Sisiyanovun  müxtəlif 
vaxtlarda 
mərkəzə  göndərdiyi  raportları,  ayrı-ayrı  xanlara,  o  cümlədən 
İrəvan  xanı  Məhəmməd  xana  yazdığı  məktubları  göstərilmişdir.  Müəllif 
əsərində  hadisələri  daha  irəli  apararaq  II  İraklinin  ölümündən  sonra  onun 


 
14 
varisləri  arasında  Kartli-Kaxetiya  taxt-tacı  uğrunda  gedən  mübarizələri, 
çarlığın  Rusiyaya  birləşdirilməsi,  bununla  bərabər  Azərbaycana,  eyni 
zamanda 
İrəvan  xanlığına  məxsus  bəzi  ərazilərin  bu  ölkənin  hakimiyyəti 
altına keçməsi, İrəvan xanlığının Qacar İran dövləti ilə siyasi münasibətləri, 
İrəvana  hücum  etmək  üçün  bəhanə  kimi  rus  komandanlığının  Eçmiədzin 
katolikos 
taxt-
tacı  üstündə  Danil-Davud  mübarizəsinə  müdaxilsi, 
S.P.Sisyanovun 
başçılığı  ilə  rus  qoşunlarının  İrəvan  xanlığına  yürüşü, 
ermənilərin  xəyanəti,  yürüş  ərəfəsində  və  dövründə  Məhəmməd  xanla 
S.P.Sisanov 
arasında gedən danışıqlar ətraflı təsfir edilmişdir. 
N.F.Dubrovinin  «Gürcüstan  1802-ci 
ildə» əsəri  (146)  də  mövzunun 
yazılmasında əhəmiyyəti olmuşdur. Əsərdə XIX əsrin əvvəllərində İrəvanın 
siyasi 
vəziyyəti, Qacar təhlükəsi və Pəmbək hadisələri təsvir edilmişdir.  
Mövzunun 
tədqiqində  N.F.Dubrovinin  zəngin  arxiv  materialları, 
müxtəlif  sənədlər  əsasında  yazdığı  digər  altı  cildlik  əsərindən  də  istifadə 
olunmuşdur  (147; 148; 149; 150; 151). Xronoloji  baxımdan  1782-1826-cı 
illəri əhatə edən bu əsərdə Rusiyanın Qafqazda apardığı işğalçılıq siyasətini 
təsvir  etməklə  bərabər,  İrəvan  xanlığının  siyasi  tarixi,  iqtisadiyyatı,  təbii-
coğrafi  vəziyyəti,  təbii  sərvətləri,  əhalinin  sayı,  etnik  və  dini  tərkibi, 
məişəti, adət-ənənəsi haqqında zəngin məlumat toplanmışdır. N.F.Dubrovin 
əsərində İrəvan xanlığının əhalisinin etnik cəhətdən Azəri türklərinin çoxluq 
təşkil  etməsi  faktını  göstərməsi  mövzunun  tədqiqində  xüsusi  əhəmiyyət 
kəsb edir. 
Rusiyanın  Azərbaycanda  işğalçılıq  siyasətini  təsvir  edən 
müəlliflərdən biri də V.A.Pottodur. Onun «Kavkazskaya voyna v otdelnıx 
oçerkax…» 
adlı  beş  cilddən  ibarət  əsəri  İrəvan  xanlığını  öyrənmək 
baxımından  əhəmiyyətlidir  (304).  Əsərdə  1801-1829-illərdə  Rusiyanın 
Qafqazda, o 
cümlədən Azərbaycanda apardığı işğalçılıq siyasətindən ətraflı 
bəhs  edilsə  də,  İrəvan  xanlığınında  baş  verən  siyasi  hadisələr,  İrəvan 
əhalisinin  rus  işğalçılarına  qarşı  qəhrəmanlıq  mübarizəsi,  rus  qoşunlarının 
itkiləri, Gülüstan sülh müqaviləsindən sonra Rusiya ilə Qacar İran dövləti 
arasında  sərhəd  məsələsinin  təyin  edilməsində  İrəvan  xanlığının  rolu  və 
yeri, 
xanlığın  əhalisi,  müharibələr  dövründə  əhalinin  müxtəlif  ölkələrə 
emiqrasiya 
etməsi məsələləri ətraflı təsvir edilmişdir. 
Movzunun 
tədqiqində  V.A.Pottonun  digər  əsərindən  də  istifadə 
olunmuşdur (305; 306). Əsərdə İrəvan xanı Məhəmməd xanla S.P.Sisiyanov 
arasında  aparılan  danışıqlar,  rus  və  şah  qoşunlarının  İrəvan  xanlığına 
hücumu,  birinci 
İrəvan döyüşündə Məhəmməd xanın hər iki ölkə arasında 
manevr 
etməsi,  irəvanlıların  qəhrəmanlıq  mübarizəsindən,  Rusiya-İran 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə