Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   5   6   7   8   9   10   11   12   ...   164

 
19 
yaxud Ararat 
ölkəsi kimi təqdim edilməsi, yer adlarının erməniləşdirilməsi, 
etnik 
cəhətdən ermənilərin üstünlük təşkil etməsi və s. məsələlər haqqında 
verdiyi 
məlumatlar müəllifin erməni ənənəsinə sadiqliyini göstərir.              
Erməni müəlliflərindən olan A.R.İoannesyanın (164; 165) əsərlərində 
XVIII 
əsrin 60-80-ci illərində Rusiyanın Cənubi Qafqaz siyasətinə özlərinin 
cəsusluq  fəaliyyəti  ilə  kömək  edən  ayrı-ayrı  erməni  xadimlərinin- 
İ.Lazarevin,  arxiyepiskop  İ.Arqutinskinin,  İ.Eminin  və  başqalarının 
xidmətlərini  erməni  azadlıq  hərəkatı  kimi  təqdim  edərək,  onların  İrəvan 
xanlığı  ərazisində  Erməni  dövləti  yaratmaq  planlarından  bəhs  etmişdir. 
Lakin bu 
əsərlərdə İrəvan xanlığının siyasi, iqtisadi tarixi, əhalisi haqqında 
məlumata  da  rast  gəlmək  olar.  A.R.İoannesyanın  əsərdə  İ.Arqutinskinin 
məktubuna əsasən, İrəvan xanlığında erməni əhalisinin çox az olması fikrini 
təsdiq etməsi bizim xeyrimizə olan faktlardandır. Digər tərəfdən müəllifin 
əsərlərdə təqdim etdiyi arxiv sənədləri mövzumuz üçün çox əhəmiyyətlidir. 
V.A.
Parsamyanın 1972-ci ildə nəşr olunan monoqrafiyası da diqqəti 
cəlb  edən  əsərlərdəndir  (227).  Burada  təsvir  edilən  hadisələr  1801-1900 
illəri əhatə edir.  Əsərin birinci və ikinci fəsilləri İrəvan xanlığının tarixinə 
həsr olunmuşdur. Lakin monoqrafiyanın adından göründüyü kimi müəllif bu 
xanlığın tarixini erməni xalqının tarixi kimi qələmə verərək, oxucunu buna 
inandırmaq  və  həqiqətdən  yayındırmaq  istəyir.  Belə  ki,  əsərdə  İrəvan 
xanlığının  siyasi  tarixi,  dövlət  quruluşu,  inzibati-ərazi  bölgüsü,  şəhər  və 
kənd həyatı, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, əhalinin 
sayı, etnik, dini və silki tərkibi haqqında məsələləri Ermənistan dövlətində 
baş verən hadisə kimi göstərir. İrəvan xanlığını erməni dövləti kimi təqdim 
etməyə  çalışsa  da,  müəllif  əsərində  bütün  yer  adlarının  Azəri  türkçə, 
hakimiyyətdə  olan  xanların  Azəri  türkü,  əhalinin  əksəriyyəti  isə  Azəri 
türklərinin  olmasını  açıq  göstərmişdir.  Digər  tərəfdən,  ermənilərin  İrəvan 
xanlığına  və  Azərbaycanın  digər  ərazilərinə  köçürülməklə  etnik  cəhətdən 
çoxluğa nail olmasını müəllif özü də etiraf etmişdi.  
 
Erməni  müəlliflərindən  T.X.Akopyan  isə  monoqrafiyasında  (62) 
İrəvan  şəhərinin  tarixinə  toxunmuşdu.  Əsərdə  İrəvan  şəhərinin  daxili 
quruluşu, ictimai-iqtisadi həyatı və əhali məsələlərinə yer verilmişdi. Lakin 
İrəvan  şəhəri  erməni  şəhəri  kimi  tədqiq  olunaraq saxtalaşdırılmışdı.  Digər 
tərəfdən əsərdə yeri gəldikcə, İrəvan xanlığının inzibati-ərazi bölgüsünə və 
dövlət quruluşuna da toxunulmuşdu. 
B.M.Arutunyan 
isə  əsərlərində  (73)  əsasən  Eçmiədzin  kilsəsinin 
tarixinə  toxunsa  da,  burada  torpaq  mülkiyyəti  formaları,  vergi  və 
mükəlləfiyyətlər haqqında məlumata rast gəlmək mümkündür.  


 
20 
İrəvan  xanlığının  tarixinin  saxtalaşdırılması  1956-cı  ildə  nəşr 
olunmuş  «Oçerki istorii SSSR» adlı ümumiləşdirilmiş əsərdə də öz əksini 
tapmışdır  (225).  Əsərin  bir  bölməsi  «Ermənistan»  kimi  təqdim  edilir  və 
əslində  burada  İrəvan  xanlığından  bəhs  edilmişdir  (225,736-754).  Bu 
bölmənin müəllifləri olan A.R.İoannesyan və P.T.Arutunyan burada İrəvan 
xanlığını Şərqi Ermənistan kimi qələmə alaraq, onun siyasi, sosial-iqtisadi 
vəziyyəti, sənətkarlıq, ticarət, vergi və mükəlləfiyyətləri, mədəniyyəti və s. 
təsvir etməyə çalışmışlar. Lakin bu bölmədə İrəvan xanlığı erməni dövləti 
kimi 
təqdim  edilsə  də,  diqqət  etdikdə  görmək  olar  ki,  xanlığın  tarixindən 
çox 
Eçmiədzin  kilsəsinin  tarixinə  toxunulmuş  və  ayrı-ayrı  erməni 
xadimlərinin casusluq və mədəni fəaliyyətindən bəhs edilmişdir. 
İrəvan xanlığının tarixinin təhrif edilməsi 1980-ci ildə İrəvanda nəşr 
olunmuş  «Erməni  xalqının  tarixi»  adlı  ümumiləşdirilmiş  əsərdən  də  yan 
keçməmişdir  (167).  Bu  əsərin  üçüncü  fəsilində  İrəvan  xanlığından  bəhs 
edilir. 
Hadisələr XIX yüzilliyin əvvəllərindən xanlıq işğal olunana qədər bir 
dövrü 
əhatə  edir.  Burada  da  İrəvan  xanlığı  Şərqi  Ermənistan  ərazisi  kimi 
göstərilir,  qısa  da  olsa  onun  siyasi,  sosial-iqtisadi  və  əhali  məsələlərinə 
toxunulur. 
Erməni  müəlliflərinin  digər  əsərlərində  olduğu  kimi  burada  da 
xan 
başda olmaqla idarə orqanlarının və əhalinin əksəriyyətini təşkil edən 
Azəri türklərinin fəaliyyəti kölgədə qalır və Rusiya dövlətinə cəsusluq edən 
ayrı-ayrı erməni xadimlərinin fəaliyyəti isə həddən artıq şişirdirilir.  
Qeyd 
etmək  lazımdır  ki,  bütün  erməni  müəllifləri  İrəvan  xanlığını 
Ermənistan dövləti kimi qələmə almasına baxmayaraq, bu xanlığın tarixinin 
bütövlükdə tədqiq olunmasından qaçırlar. Onların əsərlərinə diqqət etdikdə 
görmək olar ki, İrəvan xanlığının tarixi XVIII yüzilliyin 80-ci illərindən və 
əsasən də XIX yüzilliyin əvvəllərindən təsvir edilir. İşğal olunduğu dövrdən 
bu 
günə  qədər  İrəvan  xanlığını  Ermənistan  dövləti  hesab  edən  erməni 
müəllifləri  xanlığın  tarixini  ətraflı  tədqiq  etməkdən  çəkinmiş  və  bu 
məsələdə  bitərəfli  xətt  götürmüşlər.  Bu  bir  daha  sübut  edir  ki,  İrəvan 
xanlığının  tarixinin  hərtərəfli  tədqiqi  əsl  sahibinin-  Azərbaycan 
tədqiqatçısının işidir. 
Mövzumuzla 
bağlı  bəzi  məsələlərə  gürcü  sovet  tarixçilərinin 
əsərlərində və dərsliklərində də rast gəlmək mümkündür. Məsələn, 1946-cı 
ildə  nəşr  edilmiş  «Gürcüstan  tarixi»  adlı  dərslik  kitabında  (168)  İrəvan 
xanlığının siyasi vəziyyəti ilə bağlı bəzi məqamlar öz əksini tapmışdı. Lakin 
əsərin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  burada  İrəvan  xanlığı  Azərbaycan 
xanlığı kimi təqdim olunur. 
Gürcü  sovet 
tarixçilərindən  G.Kikodzenin  «II  İrakli»  əsərində  də 
İrəvan xanlığı ilə bağlı bəzi məsələlərə toxunulmuşdur (179). Əsər Kartli-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə