Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   10   ...   164

 
15 
müharibələri,  əhali  haqqında,  əhalinin  qonşu  ölkələrə  qaçması  və  s. 
məsələlər öz əksini tapmışdır. 
İrəvan  xanlığına  aid  bəzi  məsələlər  zəngin  arxiv  materialları  və 
mənbələr  əsasında  1867-ci  ildə  Sankt  Peterburqda  nəşr  olunan  «Qeorqiy 
XIII  posledniy  çar  Qruzii  i  prisoyedineniye  yeya  k  Rossii» 
əsərində 
toplanmışdır  (145).  Qısa  bir  dövrü-  II  İraklinin  ölümündən  Kartli-
Kaxetiyanın  Rusiyaya  birləşdirilməsinə  qədər  dövrü  əhətə  etməsinə 
baxmayaraq, 
əsərdə  İrəvan  xanlığı  haqqında  zəngin  məlumatlar  vardır. 
Burada 
Ağa Məhəmməd şah Qacarın İrəvana yürüşü, irəvanlı Məhəmməd 
xanın tutduğu mövqe, İrəvan-Kartli-Kaxetiya, İrəvan-Rusiya münasibətləri, 
Pəmbək hadisələri təsvir edilmişdir. 
Monoqrafiyanın yazılmasında İrəvan xanlığının işğalını başa çatdıran 
İ.F.Paskeviçin  bioqrafiyasına  həsr  edilmiş  əsərlərdən  də  (64; 78; 416) 
istifadə edilmişdir. Bu əsərlərdə İ.F.Paskeviçin hərbi fəaliyyəti ilə bərabər, 
rus 
qoşunlarının  İrəvan  xanlığına  hücumu,  Hüseynqulu  xanın  və  onun 
qardaşı Həsən xanın başçılığı ilə irəvanlıların qəhrəmanlıtq mübarizəsindən, 
İrəvanın  işğal  olunması  hadisəsi,  müharibənin  gedişində  azəri  türklərinin 
qonşu ölkələrə köçməsi təsvir edilmişdir. 
Rus 
qafqazşünaslarından  V.L.Veliçkonun  (86),  N.N.Şavrovun  (412) 
əsərlərində ermənilərin Azərbaycanın ayrı-ayrı yerlərinə, o cümlədən İrəvan 
xanlığı  ərazisinə  köçürülməsi  məsələsindən  bəhs  edilmişdir.  İrəvan 
xanlığında  erməni  əhalisinin  cüzi  olası,  işğaldan  sonra  onların  rus  hakim 
dairələri  tərəfindən  İran  və  Osmanlı  ərazilrindən  köçürülməsi,  köçürülmə 
nəticəsində əhalinin etnik tərkibində dəyişikliklərin ətraflı təsvir edilməsi bu 
əsərləri mövzumuz üçün daha da  əhəmiyyətli etmişdir. 
İrəvan  xanlığının  hərbi-siyasi  vəziyyəti  ilə  bağlı  bəzi  məsələlər 
«Kavkazskiy  vestnik» (170) «
Oteçestvennıye  zapiski» (224), «Russkaya 
starina» (393) 
jurnallarında əksini tapmışdır. 
A.L.Qizettinin  1901-ci 
ildə  Tiflisdə  nəşr  etdirdiyi  əsərində  (125) 
1801-1855-ci 
illərdə  rus  qoşunlarının  apardığı  Qafqaz  müharibələrində 
məruz  qaldığı  itkilərin  siyahısı  verilmişdir.  Burada  həmçinin  İrəvan 
xanlığında  baş  verən  döyüşlərdə  itki  verən  rus  qoşunlarının  sayı  da 
göstərilmişdir.    
Rus  qafqaz
şünaslarından  M.Vladıkinin  (88),  S.A.Yegiazarovun 
(152),  V.L.Veliçkonun  (86) 
əsərlərində  İrəvan  xanlığının  inzibati  idarə 
sistemi, 
şəhər  həyatı,  əhalisi,  əhalinin  etnik  tərkibi,  sosial-silki  tərkibi, 
məşğuliyyəti və s. haqqında məlumatlara rast gəlmək olar. 
S.Esadzenin 1907 
və 1908-ci illərdə nəşr etdiyi əsərlərində (417; 418) 
Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ön plana çəkilsə də, 


 
16 
burada 
Azərbaycan  xanlarının,  həmçinin  İrəvan  xanlığının  hərbi-siyasi 
vəziyyətinə, aqrar məsələlərinə də yer verilmişdir.   
Slujevinin  (398),  P.
İ.Kovalevskinin  (182)  əsərlərində  də  İrəvan 
xanlığı ilə bağlı məlumatlar vardır.  
Tədqiqata  cəlb  edilmiş  tarixi  əsərlərin  ikinci  qrupuna  Azərbaycan 
Xalq 
Cumhuriyyətində  məsül  vəzifədə işləyən  ziyalıların əsərləri  daxildir. 
Bu 
əsərlər  Azərbaycan  tarixinə  aid  ümümiləşmiş  əsərlərdir.  Qeyd  etmək 
lazımdır  ki,  bu əsərlər sovet  dövründə  nəşr  edilməsinə  baxmayaraq,  sovet 
ideologiyasından  kənar,  milli  ruhda  yazılmışdır.  Vətən  tarixini  öyrənmək 
baxımından cəsarətlə yazılmış bu əsərlər mövzumuz üçün bir neçə səbəbdən 
əhəmiyyətlidir.  Əvvəla,  xanlıqlar  dövrü  tarixindən  bəhs  edən  müəlliflər 
İrəvan  xanlığını  Azərbaycan  ərazisi  kimi  öyrənirlər. İkincisi, bu  əsərlərdə 
əhalinin  sayı  haqqında  konkret  rəqəm,  əhalinin  etnik  tərkibində  Azəri 
türklərinin  çoxluq  təşkil  etməsi  və  ermənilərin  buraya  köçürülməsi  faktı 
ətraflı  təsvir  edilmişdi.  Üçüncüsü  isə  İrəvan  xanlığında  yaşayan  ayrı-ayrı 
Azəri türk tayfalarının adları göstərilmişdi. 
 Bu  qrupa  daxil  olan 
əsərlərdən  1921-ci  ildə  Bakıda  nəşr  olunmuş 
M.
Vəlilinin  (Baharlı) «Azərbaycan  (coğrafi-təbii  etnoqrafik  və  iqtisadi 
mülahizat)» 
əsərini  (54)  qeyd  etmək  olar.  Əsərdə  Azərbaycanın  coğrafi 
vəziyyəti,  etnoqrafiyası,  iqtisadiyyatı  ətraflı  işıqlandırılmışdır.  Müəllifin 
əsərdə  xanlıqlar dövründə torpaqdan  istifadə, torpaq mülkiyyəti  formaları, 
vergi 
və mükəlləfiyyət, əhalinin sayı, etnik və dini tərkibi haqqında verdiyi 
məlumatın  mövzunun  tədqiqində  xüsusi  əhəmiyyəti  vardır.  Onun  İrəvan 
xanlığının  əhalisinin  sayı  haqqında  göstərdiyi  konkret  rəqəm  bu  əsərin 
qiymətini daha da artırır.  
Mövzumuz  üçün  R.
İsmayılovun  1923-cü  ildə  Bakıda  nəşr  olunmuş 
«
Azərbaycan tarixi» (34) əsərindən də istifadə olunmuşdur. Müəllif əsərdə 
qədim  dövrlərdən  AXC-i  yaranana  qədər  Azərbaycanın  coğrafi  vəziyyəti, 
siyasi 
və  iqtisadi  tarixindən  bəhs  edir.  R.İsmayılovun  Azərbaycan 
xanlıqlarının,  o  cümlədən  İrəvan  xanlığının  siyasi  tarixi,  əhalisi,  vergi  və 
mükəlləfiyyəti haqqında verdiyi məlumat bizim üçün daha əhəmiyyətlidir. 
 Mövzu 
ilə  bağlı  1924-cü  ildə  İstanbulda  nəşr  olunan 
C.Zeynal
oğlunun «Müxtəsər Azərbaycan tarixi» (55) əsərlərini qeyd etmək 
olar.  Burada 
Azərbaycan  xanlıqlarının,  eyni  zamanda  İrəvan  xanlığının 
siyasi  tarixi, 
ticarəti,  pul,  ölçü  və  uzunluq  vahidləri,  əhalisi,  vergi  və 
mükəlləfiyyətləri haqqında məlumatlar toplanmışdı. 
Azərbaycanın  məşhur  şərqşünas  alimi  Ə.Ubaydulinin  1928-ci  ildə 
nəşr  olunmuş  əsəri  (131)  də  sovet  ideologiyasından  fərqli  bir  ruhda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə