AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari


Qeydiyyat, Qiymətləndirmə, Təsdiq və Əməkdaşlıq Sazişi



Yüklə 250,4 Kb.
səhifə6/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

Qeydiyyat, Qiymətləndirmə, Təsdiq və Əməkdaşlıq Sazişi

Bu proses aşağıdakı fəaliyyətlərdən ibarətdir:




1

İcma Layihəsi Təkliflərinin Qeydiyyatı və Nəzərdən Keçirilməsi

2

İcma Layihə Təklifinin Qiymətləndirilməsi (Ofisdə nəzərdən keçirmə və Sahədə Qiymətləndirmə)

3

İcma Layihə Təklifinin Təsdiqi

4

Əməkdaşlıq Sazişi

5

İcma Töhfəsi


İcma-layihəsi Təkliflərinin Qeydiyyatı və Nəzərdən Keçirilməsi


Regional Əməliyyatlar Ofisi İcma Layihələrinin lazımi qaydada baxılması üçün onların hər birini qeydiyyatdan keçirəcək. Regional Əməliyyatlar Ofisinin müvafiq heyəti təklif formasının tam doldurulmasını müəyyən etməkdən ötrü İcma Layihəsini qeydiyyatdan əvvəl nəzərdən keçirəcək. İcma Layihəsi təklifi təqdim olunan kimi dərhal qeydiyyatdan keçirilməlidir (yaxşı olar ki, qeydiyyat təmsil edən tərəfin iştirakı ilə aparılsın) vacibdir.
Qeydiyyat İcma Layihəsi təklifini Məlumat İdarəetməsi Sisteminə daxil etməklə aparılır. Bu Sistem, İcma Layihəsini müvafiq nömrə ilə mexaniki qaydada işarələyəcək və onun qəbul olunma tarixini qeyd edəcək. Regional Əməliyyatlar Ofisi təklifi təqdim edənlərin imzaladığı qəbul sənədini və bildiriş məktubunu İLK-yə göndərəcək. Burada, təklifin həqiqətən də qəbul olunması və İcma Layihəsinin nömrəsi göstəriləcək. İcma Komissiyası İcma Layihəsi təklifinin işlənib hazırlanması üçün nəzərdə tutulan yoxlama qrafikini İcma Layihəsinin qeydiyyat formasında qəbul edəcək. (Təklifin Qəbul Məktubu, Əlavə 9, Səhifə 73 bax).
İcma Layihəsinin Qiymətləndirilməsi

İcma Layihəsinin Qiymətləndirilməsində Məqsəd:

  • İcma Layihəsinin ətraflı şəkildə təklif olunan icmada üstünlük təşkil edən şəraitə uyğun olaraq hazırlandığını təmin etmək;

  • İcma Layihəsi təklifi üzrə məlumatları təsdiq etmək;

  • Təklifin məqsədəmüvafiqliyi; və

  • Texniki layihənin nəzərdən keçirilməsi.

İcma Layihəsinin Qiymətləndirmə Qrupuna aşağıdakılar daxildir:


  • Baş İcma İnkişafı İşçisi

  • İcma İnkişafı İşçisi (RƏO)

  • Mühəndis (RƏO)

  • Mühasib / Maliyyəçi (RƏO)

  • Əgər ehtiyac olarsa Xüsusi Mühəndis Məsləhətçini də əlavə etmək olar

Regional Əməliyyatlar Ofisinin Mühəndisi Xüsusi Məsləhətçinin qiymətləndirməyə cəlb edilməsinin zəruri olub olmamasını araşdıracaq və Texniki Tapşırığın ilkin versiyasını hazırlayacaq. Regional Əməliyyatlar Ofisinin Direktoru Texniki Tapşırığı təsdiq edəcək. Xüsusi Məsləhətçi Əməliyyatlar Təlimatının Cild III, Bölmə V-dəki satınalma qaydalarına uyğun olaraq Regional Əməliyyatlar Ofisi tərəfindən işə götürüləcək. Xüsusi Məsləhətçinin əmək haqqı Regional Əməliyyatlar Ofisinin büdcəsindəki nəzərdə tutulmayan xərclər hissəsindən ödəniləcək.


İcma Layihəsinin Qiymətləndirmə Qaydaları aşağıdakılardan ibarətdir:


  1. Ofis Qiymətləndirməsi

  2. Sahə Qiymətləndirməsi (Qiymətləndirmə başa çatdırılır)

  3. Qiymətləndirmənin Nəticələri

(Ofisdə və Sahədə Qiymətləndirmə Qaydaları Əlavə 6, Səhifə 70-də verilmişdir)

A. Ofisdə Qiymətləndirmə

İcma Layihəsinin ofisdə qiymətləndirilməsi aşağıdakı vaxt cədvəli çərçivəsində, ləngimədən həyata keçirilməlidir:


Ofisdə Qiymətləndirmə Formasından istifadə etməklə (İcma Layihəsinin Ofisdə və Sahədə Qiymətləndirmə Forması Əlavə 11, Səhifə 75-də verilmişdir) İcma Əsaslı İnkişaf üzrə Mütəxəssis İcma Layihəsi təklifini təhlil edəcək. Bu təhlil zamanı aşağıdakı xüsusiyyətlərə diqqət yetiriləcək:


  1. Təklif seçim meyarlarına uyğun olaraq AzKİL vasitəsilə maliyyələşdirilə bilərmi;

  2. Bütün əlaqədar məlumatlar əldə oluna bilərmi (təklif lazımi formada olmaya da bilər; belə ki, qiymətləndirmənin funksiyalarından biri onun yaxşılaşdırılmasından ibarətdir);

  3. İcma Layihəsi təklifinin güclü və zəif tərəfləri. Zəif tərəflərin aradan qaldırılması üçün potensial yolların araşdırılması; və

  4. Qiymətləndirmədə iştirak etmək üçün mütəxəssis məsləhətçilərdən istifadənin zəruriliyi.


İcma Layihəsinin Ofis Qiymətləndirməsinin Müxtəlif Nəticələri


  • İcma Layihəsi təklifi ya natamamdır, ya da seçim üçün yararlı deyil

Məlumat İdarəetmə Sistemi qeydiyyat nömrəsini, qəbul tarixini və İcma Layihəsi təklifinə etiraz cavabını və bu cavabın səbəblərini əks etdirən məktubu İcma Layihəsi Komitəsinin Sədrinə çatdırır.




  • Xüsusi bəndlər üzrə əlavə məlumatlar təmin edilməlidir

Müəyyən məsələlərə aydınlıq gətirmək üçün xüsusi xahiş Məlumat İdarəetmə Sisteminə daxil edilir. MİS qeydiyyat nömrəsini, qəbul tarixini və müəyyən məsələlərə aydınlıq gətirmək üçün xahişi əks etdirən məktubu hazırlayır və İcma Layihəsi Komitəsinə təqdim edir.




  • İcma Layihəsi təklifi tamdır və seçim üçün yararlıdır

Regional Əməliyyatlar Ofisi (RƏO), İcma Yönümlü İnkişaf üzrə Mütəxəssis və Regional Əməliyyatlar Ofisinin Mühəndisi İcma Layihəsi təklifinin tam hazırlandığını və seçim üçün yararlı olduğunu qiymətləndirir. Regional Əməliyyatlar Ofisi İLK-nın Sədrini sahə səfərinin tarixini müəyyənləşdirməyə dəvət edir. Səfərin müəyyənləşdirilmiş tarixi MİS-yə daxil edilməlidir. MİS vasitəsilə çıxarılmış sənədə qeydiyyat nömrəsi, qəbul tarixi və sahə səfərinin tarixi daxil edilir.




B. İcma Layihəsinin Sahədə Qiymətləndirilməsi

Sahədə Qiymətləndirmə zamanı Qiymətləndirmə Qrupu İcma Layihəsi Komitəsi, Bələdiyyə və QA (əgər İLK-dən ayrıdırsa) ilə birlikdə İcma Layihəsi təkliflərinin müəyyən edilmiş zəif tərəfləri üzərində işləyir. Sahə Qiymətləndirməsindən sonra İcma Layihəsi təklifinə ediləcək istənilən dəyişikliklər İcma Layihəsi Komitəsi tərəfindən tam təsdiq edilməlidir. Sahədə qiymətləndirmənin məqsədi İcma Layihəsi təklifində verilən məlumatların təsdiq olunmasından ibarətdir.




  • İcma Layihəsinin Sahədə Qiymətləndirməsi 10 gün ərzində həyata keçirilməlidir.


C. İcma Layihəsinin Qiymətləndirilməsinin Yekunlaşdırılması

Sahədə qiymətləndirmə başa çatdıqdan sonra Qiymətləndirmə Qrupu iki iş günü ərzində sahə qiymətləndirmə əməliyyatını başa çatdırmalı və qiymətləndirmə hesabat MİS mütəxəssisi tərəfindən MİS-ə daxil edilməlidir.


Sahədə qiymətləndirmə başa çatdıqdan sonra Regional Əməliyyatlar Ofisinin Mühəndisi İcma Layihəsi təklifi üzrə məlumatı, büdcəni və tədarük planını iki iş günü ərzində MİS-də yeniləşdirir (əgər tələb olunarsa).


D. İcma Layihəsi təkliflərinin qiymətləndirilməsi və vacibliyinə görə sıralanması (RƏO)
Qiymətləndirmə sahə baxışı başa çatdırıldıqdan sonra 2 iş günü ərzində yerinə yetiriləcək.
Qiymətləndirmə zamanı İcma Layihəsi təklifinin hər meyar üzrə minimal tələbatları nə dərəcədə ödəyə bilməsi müəyyən edilir. Yalnız bütün seçim meyarlarına cavab verə bilən İcma Layihələri qiymətləndirilə bilər. Qiymətləndirmə ofisdə və sahədə qiymətləndirmə nəticələrinə əsasən aparılır. Bu əməliyyatlar qiymətləndirmədən əvvəl keçirilmiş qüvvətli və zəif tərəflərin təhlilini nəzərə almaqla icra olunur.
70%-dən az qiymət alan İcma Layihələri imtina cavabı ilə İcma Layihəsi Komitəsinin sədrinə qaytarılacaq. İcma Layihəsinin 70%-dən çox qiymət alması üçün minimal tələblər İcma Layihəsi Komitəsinə təqdim olunur. İcma Layihəsi Komitəsi bu səbəbləri nəzərə alaraq təklifi yenidən təqdim edə bilər.
Regional Əməliyyatlar Ofisi MİS vasitəsilə Regional Qrant Təsdiqi Komissiyasının rüblük yığıncağından iki həftə əvvəl İcma Layihəsi təkliflərini qiymətləndirir və qiymətləndirmə hesabatını hazırlayır. Qiymətləndirilən bütün İcma Layihələri Yekun Qiymətləndirmə Formasına daxil edilməlidir (Qiymətləndirmə forması Əlavə 13, Səhifə 83-də verilmişdir). RƏO ən az 70% səviyyəsində qiymətləndirilən İcma Layihələrinin maliyyələşdirilməsini təklif edir. Buna baxmayaraq, başqa meyarlara görə yüksək qiymət alan lakin Təhlükəsizlik meyarına cavab verməyən İcma Layihəsi maliyyələşdirilə bilməz. İcma Layihələrinin Ətraf Mühit üzrə əməliyyat qaydaları Əməliyyatlar Təlimatının III-cü Cildi, 6-cı Bölməsində işıqlandırılmışdır.

Balların hesablanması qiymətləndirmə meyarı əsasında aşağıdakı kimi aparılacaq:




İCMA LAYİHƏSİNİN QİYMƏTLƏNDİRMƏ VƏRƏQİ:

Qiymətləndirmə Meyarı

Qiymətləndirmə

Minimal

Maksimal

Mövcud

1

Sosial Meyar

5

15

 

2

Texniki Meyar

5

15

 

3

Maliyyə Meyarı

3

10

 

4

İqtisadi Meyar

3

10

 

5

Təşkilati Bacarıqlar Meyarı

5

15

 

6

Dayanıqlıq Meyarı

5

15

 

7

Təhlükəsizlik Meyarı

5

10

 

8

Detallı Layihələndirə bilmə Meyarı

3

10

 

Cəmi




100

 

Minimal tələbat 70%-dir

 

Regional Əməliyyatlar Ofisi Regional Qrant Təsdiqi Komissiyalarına tövsiyə edir ki, 70%-dən çox xalla qiymətləndirilmiş İcma Layihələri maliyyələşdirilsin.


Aşağıdakı dörd halın baş verməsi mümkündür:


  1. Büdcə çərçivəsində olan bütün İcma Layihələrini təsdiq etmək. Əməliyyatlar əlavə xərclərə ehtiyac duymadan davam etdirilir.




  1. Büdcədən kənara çıxan bütün İcma Layihələrinin təsdiq olunması. LİQ-nın nəzərdə tutulmayan xərclərinin 20%-ni istifadə etmək (LİQ tərəfindən təsdiq edilməlidir).




  1. 20% əlavə ödəmə ilə birlikdə büdcədən kənara çıxan bütün İcma Layihələrinin Təsdiq olunması. Əgər nəzərdə tutulmayan məbləğdən ayrılan 20% kifayət deyilsə, 20% istifadə olunacaq və ödəmə sürətləndiriləcək (bu qərar İşçi Qrupu və Dünya Bankı tərəfindən təsdiq edilməlidir).




  1. Büdcə çərçivəsində olan bütün İcma Layihələrinin təsdiq olunması. Potensial İcma Layihələri üçün icmanın səfərbərlik prosesini sürətləndirmək (4-cü mərhələdən başlayaraq).


İcma Layihəsinin Təsdiq olunması
İcma Layihəsinin təsdiq olunma mərhələləri aşağıdakılardır:


    1. Təsdiq Paketinin Hazırlanması

    2. İcma Layihəsinin Təsdiq olunması (RQTK)

    3. Regional Əməliyyatlar Ofisi İcma Layihəsi Komitəsinə və Bələdiyyəyə və ya QA-ya İcma Layihəsi ilə əlaqədar məsləhətlər verir

    4. QA və Regional Əməliyyatlar Ofisi üçün Məlumatlar



A. Təsdiq Paketinin Hazırlanması

Regional Əməliyyatlar Ofisi təsdiq paketini və məlumat paketini hazırlayır və növbəti görüş üçün onu RQTK-ya göndərir.


1. Təsdiq paketinə aşağıdakılar daxildir:


  • Yekun qiymətləndirmə və qiymətləndirmə vərəqi

  • Büdcə və tədarük planı da daxil olmaqla bütün İcma Layihəsi təklifləri MİS vasitəsilə çap olunur

  • MİS ofisdə qiymətləndirmənin nəticələri

  • MİS sahədə qiymətləndirmənin nəticələri

  • Maliyyələşdirmə üçün məsləhətlər

  • Əlavə vəsaitlərə ehtiyac duyularsa hansı vasitələrə əl atmaq məsləhətdir (aşağıya bax).


2. Məlumat paketinə aşağıdakılar daxildir:


  • RQTK-nın əvvəlki iclasının protokolu. Bu protokola icma layihəsi mərhələlərinin həyata keçirilməsi barədə kənar tərəflərin RQTK-ya göstərdikləri iradlar barədə keçmiş iclasın müşahidələri və Regional Əməliyyatlar Ofisinə (RƏO) verdiyi tövsiyələri daxildir;




  • İcma Layihəsi Dövriyyəsində gecikdirilməyən bütün İcma Layihələrinin siyahısı; onların İcma Layihəsi Dövriyyəsinin hansı mərhələsində olması barədə məlumatlar da buraya daxildir;




  • Gecikdirilən bütün İcma Layihələrinin siyahısı; onların İcma Layihəsi Dövriyyəsinin hansı mərhələsində olması, gecikdirmə halının İcma Layihəsi Dövriyyəsinin hansı mərhələsində meydana gəlməsi və gecikdirmənin səbəbləri barədə məlumatlar buraya daxildir;




  • İcma Layihə Dövriyyəsinin hansısa mərhələsində imtina edilən İcma Layihəsi təkliflərinin siyahısı və imtina cavabının səbəbləri;




  • Əvvəlki RQTK iclasları əsasında edilən müşahidələri və məsləhətləri nəzərə alaraq Regional Əməliyyatlar Ofisinin atdığı addımları əks etdirən hesabat;

Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə