AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari


B. İcma Layihəsinin Təsdiq olunması (RQTK)



Yüklə 250,4 Kb.
səhifə7/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

B. İcma Layihəsinin Təsdiq olunması (RQTK)



Regional Qrant Təsdiqi Komissiyası (RQTK)
RQTK rüblük iclaslar keçirən (əgər tələb edilərsə daha tez-tez yığışan) müstəqil orqandır. Onun əsas funksiyası Regional Əməliyyatlar Ofisi tərəfindən göndərilən İcma Layihəsi təkliflərini təsdiq etməkdən və ya imtina cavabı verməkdən ibarətdir. Buraya yalnız tövsiyə olunan İcma Layihələri deyil həmçinin Regional Əməliyyatlar Ofisinin imtina etdiyi təklifləri də daxil olacaq. Tamamlanmamış və ya əsas meyarları ödəməyən və bu səbəbdən Regional Əməliyyatlar Ofisi tərəfindən imtina edilən təkliflər RQTK-ya göndərilməyəcək. Bu baxımdan RQTK:


  1. RƏO-nun maliyyələşdirmə üçün məsləhət gördüyü İcma Layihəsi təkliflərinin təsdiqi və ya imtina edilməsi;

  2. İcma Layihə təkliflərinin qiymətləndirilməsi prosesinin Əməliyyatlar Təlimatına uyğun olaraq aparılıb aparılmadığının müəyyən edilməsi;

  3. Qeydiyyatdan keçmiş bütün İcma Layihəsi təkliflərinin işlənib hazırlanmasının nəzərdən keçirilməsi;

  4. İcma Layihə Dövriyyəsi ilə əlaqədar şikayətlərin baxılması.


(Əlavə 12, Səhifə 82-yə AzKİL, RQTK Nizamnamələrinə və Əməliyyat Qaydalarına bax)

RQTK üzvləri RQTK iclasından bir həftə əvvəl Regional Əməliyyatlar Ofisi tərəfindən göndərilən sənədlərə baxmalıdır. İclasda Regional Əməliyyatlar Ofisinin nümayəndələri hər bir İcma Layihəsi təklifinin güclü və zəif tərəflərini öz tövsiyələri ilə birlikdə RQTK-ya təqdim edəcək. Bundan sonra RQTK iclaslarında qərarların lazımi bilik və şəffaflıqla qəbul olunduğunu təmin etməkdən ötrü sorğu-sual keçiriləcək.


RQTK-nın Gündəliyinə aşağıdakılar daxildir:


  1. Əvvəlki RQTK iclasının protokolunun nəzərdən keçirilməsi / təsdiq olunması;

  2. Qiymətləndirilmiş İcma Layihəsi təkliflərinin müqavilə bağlamaq üçün təsdiq olunması;

  3. RƏO-nun rüblük proqres hesabatlarının nəzərdən keçirilməsi;

  4. İcma Layihəsi Dövriyyəsi ilə əlaqədar müxtəlif tərəflərin bildirdikləri iradların nəzərə alınması;

  5. Başqa mövzular

RQTK qərar qəbul edir və aşağıdakı prinsiplərə uyğun olaraq fəaliyyət göstərir:


  • İcma Layihəsi təklifinin qiymətləndirmə prosesi Əməliyyatlar Təlimatındakı qaydalara uyğun olaraq həyata keçirilmişdirmi;

  • Qiymətləndirmə məqsədəmüvafiq şəkildə həyata keçirilibmi




  1. Verilən iki sualın cavabı müsbətdirsə RQTK İcma Layihəsi təkliflərini “kafi” cavabı ilə təsdiq edəcək;

  2. Verilən iki sualın cavabı mənfidirsə və ya imtina cavabı verilərsə İcma Layihəsi təklifinin təsdiqi ya təxirə salınacaq, ya da, müvafiq qaydada imtina ediləcək;

  3. Əgər RQTK Regional Əməliyyatlar Ofisi tərəfindən təqdim olunan müsbət və ya mənfi cavabı qəbul etməmək qərarına gələrsə, yuxarıda verilmiş prinsiplərə uyğun olaraq öz mövqeyini əsaslandırmalı olacaq.

İcma Layihəsi təkliflərinin hazırlanmasına dair bildirilən iradlara gəldikdə isə RQTK, iradların əsaslı olub olmamasını müəyyənləşdirməyə çalışacaq. RQTK iddiaçıdan sübutların və eləcədə Regional Əməliyyatlar Ofisindən İcma Layihəsi təklifinin hazırlanmasının əsaslarının və qeydlərinin təqdim edilməsini xahiş edə bilər. Nəhayət, RQTK növbəti görüşün keçirilməsi üçün araşdırmaların aparılmasını və hesabatın verilməsini xahiş edə bilər. Saxtakarlığa məruz qalan İcma Layihəsi təklifləri maliyyələşdirilmə üçün təsdiq edilə bilməz. Bununla əlaqədar olaraq Regional Əməliyyatlar Ofisi əlavə tədbirlərin görülməsi üçün LİQ-a hesabat verəcək.


RQTK-nın iclasından sonra Regional Əməliyyatlar Ofisinin Direktoru RQTK-nın qərarları barədə hesabat hazırlayacaq və iclasdan sonra bir həftə ərzində RQTK Sədrinə təqdim edəcək. RQTK iclasına dair Hesabat nəzərdən keçiriləcək, lazımi düzəlişlər ediləcək və növbəti RQTK iclasında təsdiq olunacaq. İcma Layihələri üzrə verilən qərarlar düzəldilə bilməz. İcma Layihə qərarları MİS-ə daxil ediləcək protokol isə yalnız kağız üzərində olacaq.
RQTK-nın bütün qərarları Regional Əməliyyatlar Ofisinin bütün əməliyyatlarında olduğu kimi daxili və xarici auditlə sonradan nəzərdən keçirilir (Regional Ofisin Qiymətləndirmə Vərəqi və RQTK İclası üzrə Hesabat Əlavə 13, Səhifə 83-də yerləşdirilmişdir).
Bəzi hallarda layihələrin həyata keçirilməsi müvafiq dövlət orqanları ilə razılaşdırılmalıdır. Belə olan halda LİQ Mühəndisi müvafiq dövlət orqanı ilə əlaqə yaradacaq.

C. Regional Əməliyyatlar Ofisi (RƏO) İcma Layihəsi Komitəsinə və Bələdiyyəyə və ya QA-ya tövsiyələr verir
RQTK iclasından sonra üç iş günü ərzində Regional Əməliyyatlar Ofisi RQTK görüşündə maliyyələşdirmə üçün nəzərdən keçirilən təkliflərin təsdiqini və ya imtina olunmasını İcma Layihəsi Komitəsinə bildirəcək. (Əlavə 14, Səhifə 84-dəki İL Təklifinə Cavab məktubuna baxın)
MİS, İcma Layihəsi Komitəsinin Sədri üçün aşağıdakıları əks etdirən məktubu hazırlayacaq:


    1. Məbləği 50,000 ABD-dan aşağı olan İcma Layihələri: Bu mərhələdə Əməkdaşlıq Sazişi hazırlanmaqdadır və QA icmanın nəğd pul töhfəsini bank hesabına daxil etməlidir;

    2. Məbləği 50,000 ABD-dan yuxarı olan İcma Layihələri: Bu mərhələdə İcma Layihəsi təklifi təsdiq olunmuş və Dünya Bankına baxılma üçün təqdim olunmuşdur. Regional Əməliyyatlar Ofisi təsdiq olunmuş və məbləği 50,000 ABŞ Dollarından yuxarı olan İcma Layihəsi təkliflərini Layihənin İdarəetmə Qrupuna təqdim edir ki, o da öz növbəsində İşçi Qrupuna və Dünya Bankına təqdim etsin.

    3. İmtina olunmuş İcma Layihəsi: imtina üçün xüsusi səbəblər və növbəti qiymətləndirmə zamanı təklifin yenidən təqdim olunması və müvafiq dəyişikliklər aparıldıqdan sonra təsdiq etmə prosesi necə həyata keçirilə bilər.


D. QA və RƏO-lar üçün Məlumatlar
İLK və Bələdiyyəni müqavilənin şərtləri ilə tanış etməmişdən, şərtləri başa salmamışdan və müqaviləni imzalamamışdan əvvəl oxumaq üçün vaxt veriləcək və məlumatlandırıcı görüş keçiriləcək. İcma Yönümlü İnkişaf üzrə Mütəxəssis verilən tapşırığı 5 iş günü ərzində başa çatdıracaq.


4. ƏMƏKDAŞLIQ SAZİŞİ (ƏS)
RQTK-nın təsdiqindən sonra 5 gün ərzində Regional Əməliyyatlar Ofisi Əməkdaşlıq Sazişini hazırlayacaq və imza üçün LİQ-a təqdim edəcək. Regional Əməliyyatlar Ofisi İcma Layihəsi haqqındakı ƏS məlumatlarını, eləcədə layihənin inkişafını, ödəmələrin həyata keçirilməsini və imzalayan tərəflərin öhdəliklərini də buraya daxil edəcək. (Əməkdaşlıq Sazişinin Forması Əlavə 15 Səhifə 85-də göstərilmişdir)
Əməliyyatlar Sazişi LİQ-in Direktoru, İLK nümayəndəsi tərəfindən imzalanacaq üç-tərəfli hüquqi razılaşmadır (QA İLK-dan ayrı bir qurumdursa onun nümayəndəsi də həmçinin imza atmalıdır).
LİQ-nın Direktoru Əməkdaşlıq Sazişini imzalayır və yenidən Regional Əməliyyatlar Ofisinə göndərir. Bundan sonra Regional Əməliyyatlar Ofisi Əməkdaşlıq Sazişini İcma Layihəsi Komitəsinə göndərəcək. İLK-nın sədri və QA-ın nümayəndəsi (əgər İLK-dan ayrı bir qurumdursa) Əməkdaşlıq Sazişini imzalayırlar.
İcma Müqavilələrinin İmzalanması Mərasimi

Müqavilələrin imzalanması mərasiminin necə təşkil ediləcəyi haqda RƏO İcma İnkişafı işçisi İLK-nə müvafiq göstərişlər və tövsiyələr verir. Bu hadisə icmanın böyük nailiyyəti sayılır və uzun illər icma tarixində və yaddaşlarda qalacaqdır. İcma bütün resurslarından istifadə edərək qonaqların dəvət edilməsi, musiqi və rəqs, çay və digər bənzər xidmətlərin yüksək səviyyədə təşkil edilməsini təmin edəcəkdir. Əməkdaşlıq Sazişi RƏO Baş İcma İnkişafı İşçisinin iştirakı ilə İLK Sədri və Qrant Ötürücüsü tərəfindən imzalanacaqdır. Mərasim zamanı çəkilən fotoşəkillər Regional Əməliyyat Ofislərində Layihə sənədləri tərkibində mühafizə ediləcəkdir.



Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə