AzKİl azərbaycan kənd investiSİya layiHƏSİ ƏMƏLİyyatlar təLİmati 2-ci CİLD: ƏMƏLİyyat qaydalari


İcmalara ikinci səfər (əgər lazımdırsa) (RƏO, XT, BƏL)



Yüklə 250,4 Kb.
səhifə3/9
tarix01.11.2017
ölçüsü250,4 Kb.
#7776
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

İcmalara ikinci səfər (əgər lazımdırsa) (RƏO, XT, BƏL)


Əgər birinci səfər zamanı səfərbərlik üzrə heç bir razılıq əldə edilməmişdirsə Regional Əməliyyatlar Ofisi (RƏO) Xidmət Təchizatçıları ilə birlikdə icma və bələdiyyə nümayəndələri ilə ikinci dəfə görüşəcəklər. Əgər bu zaman da heç bir razılıq əldə edilməyəcəksə icma səfərlik prosesinə qatıla bilməz. Xidmət Təchizatçıları Regional Əməliyyatlar Ofisinə (RƏO) qısa hesabat verir.

Səfərbər Olunacaq İcmalar

İnfrastruktur indeksinə və Çevik İcma Qiymətləndirilməsinin nəticələrinə əsasən mümkün texniki maneələri nəzərə alaraq RƏO / XT səfərbər olunacaq icmaları müəyyən edir, lakin buna baxmayaraq son qərarı Regional Əməliyyatlar Ofisi verir.


Regional Əməliyyatlar Ofisi icmaların AzKİL əsasında səfərbər edilib edilməməsi barədə onlara rəsmi xəbər verəcək. Onlar qəbul etdikləri qərarı rayonun icra hakimiyyətinə də bildirəcəklər. Bundan sonra xidmət təchizatçıları seçilmiş icmaya onların səfərbərliyə olan marağını müəyyən etmək üçün bir daha səfər edəcəklər. Onlar – yaşlılar, qadınlar və gənclər, Məcburi Köçkünlər və Bələdiyyə və İcra Hakimiyyəti nümayəndələri ilə görüşəcəklər.
Səfərbərliklə əlaqədar olan ilk səfər icmanın səfərbər olunması barədə qərar verildikdən sonra 10 gün ərzində həyata keçiriləcək.

Mərhələ 2

İcmanın Səfərbər Olunması




MƏQSƏDLƏR

İcmanın Səfərbər olunmasının ümumi məqsədi layihənin əhatə etdiyi üç iqtisadi zonada icmaların və yerli idarəetmə orqanlarının (Bələdiyyə və yerli İcra Hakimiyyətləri) bacarıqlarının artırılması, onların ehtiyaclarının və resurslarının uğurla qiymətləndirilməsi və İcma Layihələrinin vaciblik amilinə görə seçilməsi, planlaşdırılması, həyata keçirilməsi və istismarından ibarətdir.


İcma Səfərbərliyinin təsiri aşağıdakı kimi olmalıdır:


  • İcmada İcma Layihəsinə görə tam cavabdehlik yaranacaq

  • Heç kəs və ya qrup öz şəxsi mənafeyinə xidmət edən qərarla icmaya təsir göstərə bilməyəcək

  • Bütün təbəqələr – qadınlar, gənclər və aztəminatlılar səfərbərlik prosesində mühüm rol oynayacaqlar

  • İştirak, şəffaflıq və dayanıqlıq prinsipi layihə boyunca qorunacaq və icmanın düşüncə tərzinə çevriləcək

  • İcma qarşıya çıxan problemi həll edə biləcək, ən vacib ehtiyaclarını seçəcək və onları qiymətləndirəcək, İcma Layihə planını hazırlayacaq, təklif yazacaq, lazım olan malları tədarük edəcək, İcma Layihəsinin monitorinqini və qiymətləndirilməsini yerinə yetirəcək.

  • İcma, infrastrukturun istismar müddətində bələdiyyələrlə və ya infrastrukturun təhvil verildiyi əlaqədar dövlət agentlikləri ilə əməkdaşlıq nəticəsində infrastrukturu istismar edəcək

  • İcmalar və bələdiyyələr eyni prinsiplərdən və qaydalardan istifadə etməklə öz vəzifələri və öhdəlikləri barədə daha aydın təsəvvürə malik olacaqlar

  • İcma, bələdiyyə və yerli İcra Hakimiyyəti eyni prinsiplərdən və qaydalardan istifadə etməklə birgə işləyəcəklər.

İcmanın Səfərbər Olunması
Buraya aşağıdakılar daxildir:


1

İlkin Səfər (1 günlük məlumatlandırıcı görüş)

2

Növbəti səfər (1 günlük nəzərdən keçirmə)

3

Səfərbərlik Seminarı

4

İcmanın Səfərbərliyinin Qiymətləndirilməsi və Hesabat



İLKİN SƏFƏR (1 GÜNLÜK MƏLUMATLANDIRICI GÖRÜŞ)

İcmanın Səfərbər olunması prosesi ilkin icma səfəri ilə başlayır. Xidmət Təchizatçısı (XT) və Regional Əməliyyatlar Ofisindən olan İcma Səfərbərliyi üzrə Mütəxəssis icmanın ağsaqqalları, qadınlar və cavanlar, Məcburi Köçkünlər və Bələdiyyə nümayəndələri ilə görüşəcək.


İlk icma səfərində müzakirə olunacaq mövzular:


  • AzKİL-in məqsədləri və əsas prinsipləri

  • AzKİL meyarlarına görə seçilə bilən və seçim meyarlarına uyğun gəlməyən İcma Layihələri (seçilmə üçün məqsədəuyğun olmayan icma layihələri aşağıdakı 1-ci cədvəldə göstərilmişdir)

  • AzKİL-dən maliyyələşən layihələrdə icma payı

  • İcma Layihəsinin maliyyələşdirilməsi şərtlərinə görə – nəğd pul şəklində olan 5% icma töhfəsinin layihə başlamazdan əvvəl ödənilməsi

  • Layihənin dayanıqlığını və eləcədə layihə başlamazdan əvvəl icma nümayəndələrindən toplanmalı olan töhfələrin təminatı üçün istismar planı

  • Səfərbərlik prosesinin işləmə mexanizmi

  • AzKİL Məlumat Materialının Paylanması: AzKİL nədir və icmalar AzKİL maliyyələşdirmə mənbəyinə hansı yolla çıxa bilər?

  • Əgər icmada səmimi marağın olması müşahidə edilərsə tərəflər bütün icma nümayəndələri ilə ikinci görüşün keçirilməsinə razılıq verir və görüşün tarixi müəyyən edilir.

CƏDVƏL 1
AzKİL-in SEÇİM MEYARLARINA UYĞUN GƏLMƏYƏN İCMA LAYİHƏLƏRİ
İcma Layihələrinin çeşidliyi icmalara geniş seçim etmə imkanı verir. Aşağıda verilənlər AzKİL meyarlarına uyğun gəlməyən İcma Layihələridir:


Növü

Təsviri

İnzibati və ya dini infrastrukturlar və xidmətlər

  • Bələdiyyə Binalarının bərpası

  • Sindikatların və ya siyasi partiya ofislərinin bərpası;

  • Kooperativlərin və ya başqa qurumların qərargahlarının bərpası;

  • Məscidlərin, kilsələrin, dinə qulluq edən başqa binaların bərpası;

  • Dövlət və ya özəl xidmətlər üçün avadanlıqların və ya nəqliyyatın, motosikletin tədarük edilməsi.

Özəl ticarət müəssisələrinə investisiya

  • Özəl maraqlara xidmət edən nəqliyyat vasitələrinin və ya başqa avadanlıqların tədarük edilməsi

  • Özəl əyləncə məkanları (barlar, rəqs zalları, və s.)




Başqaları


  • Müəyyən sosial və ya irqi qrupun sıxışdırılmasına gətirib çıxaran istənilən fəaliyyət növü;

  • Başqa qurumların sponsorluğu altında olan layihələri və ya fəaliyyətləri təkrarlayan İcma Layihələri ;

  • Milli qanunvericiliyə və ya regional inkişaf planına uyğun gəlməyən istənilən İcma Layihəsi;

  • AzKİL qarşısında götürdüyü öhdəlikləri təmin edə bilməyən icma komitəsinin istənilən fəaliyyət növü;

  • ƏT-nın (Cild III, Bölmə 6) Təhlükəsizlik bölməsində göstərilən Ətraf Mühit üzrə İdarəetmə Planına uyğun gəlməyən istənilən fəaliyyət növü;







Yüklə 250,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə