Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə102/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

530

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ROBERT ROJDESTVENSKİ

AYRILIQ ƏRƏFƏSİNDƏ

Gələndə qatarla gələcəyəm mən,

Telsiz, teleqramsız, xəbər­ətərsiz.

Gözlərin güləcək gözlənilmədən,

Qəfildən vüsala qovuşanda biz.

Gündüzlər yolumu gözləmə naçar,

Axşam gələcəyəm, ilk axşam ancaq.

Ayağım altında ağ tikanlı qar

Günəş batanacan xarıldayacaq.

Qaranlıq düşəndə... tək gələcəyəm,

Yavaş addımlarla, sakit, ahəstə.

Səni pəncərədən səsləyəcəyəm,

Qədəm qoyacaqsan gözlərim üstə.

Saxlaya bilərmi boran, qar məni

Vüsal yollarında dönsəm ağ yelə.

Yox, gətirə bilməz qatarlar məni,

Gülüm, gələcəyəm təyyarələrlə.

Qanad istəyirəm oddan, küləkdən,

Yolda yubanmayım bir saat, bir dəm.

Düşüb Şeremetyev meydanında mən

Elə oradaca zəng edəcəyəm,

Bu qəfil sevincdən olarkən dəli,

Dəstək əlimizdə bəlkə əsəcək.

­ Ah, sənsənmi?

­ Mənəm.

­ İndicə?

­ Bəli.

­ Heç nə anlamıram.



­ Di, tez gəl, görək.


531

Maşın tutacağam, təzə, qət əcər.

Könül can atacaq vüsal yerinə.

Meşələr, cığırlar, güllər, çiçəklər

Düşəcək mübarək qədəmlərinə.

Relslərin üstündə işıq yol salıb,

Qatar nəfəs alıb fit verir tez­tez.

Hələ ayrılmağa bir saat qalıb.

İşə bax görüşdən danışırıq biz.

YADDAŞ

Söylə, harda yaralandın, mənim yaddaşım?

Nə tez, nə tez unutdun sən yarı, yoldaşı?

Yoxsa qalıb xatirində o əziz adlar?

Qız adları... o işıqlı, o təmiz adlar.

Axı onlar bir şəhərin yaraşığıydı,

Ay işığı, gün işığı, göz işığıydı.

Uca boylu... qızıl saçlı... ala gözlülər,

Göyçək qızlar... kifir qızlar... gül bənizlilər.

Biz ki, o gül dodaqlara gülüş verərdik,

Omka çayı sahilinə görüş verərdik.

İtirərdik özümüzü qız görüşündə,

Taleyimiz o qızların bir gülüşündə.

Pis uşaqlar pis mahnılar oxuyardılar,

O sözlərə qulaq asmaq ar gələrdi, ar.

Biz onları tin başında yaxalayardıq,

Biz onların neçə kərə bağrını yardıq.



532

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ədalətli məhkəmənin cəsur qərarı

Cilovlardı, boğazlardı boşboğazları.

O aylarda, o illərdə bəxtəvər idik,

O qızların yanında biz kişilənərdik.

Aparardıq özümüzü kiçik ər kimi,

Papiros da çəkərdik biz böyüklər kimi.

O qızlara yasəmənlər bəxş eləyərdik,

Ancaq fürsət düşən kimi nabat yeyərdik.

Günlərimiz əfsanəli, nağıllı idi,

Yox, bu roman deyildi, yox, novella idi.

Söylə, harda yaralandın, mənim yaddaşım?

Nə tez, nə tez unutdun sən yarı, yoldaşı?

Onlar sənin sevincindi, səadətindi,

Sən onların adını da bilmirsən indi.



***

A.Flyarkovskiyə

Məni hey haraylar çağlar, o çağlar –

O hərbi orkestr, o şux mis səsi.

Orda ələk­vələk bağçalar, bağlar,

Orda uşaqların şən qəhqəhəsi.

Orda alay keçər şəhər qoynundan,

Hələ də qandadır o səs, o səda.

Əsgər çəkməsindən qopan toz, duman

Saralır hələ də daşda, qayada.



533

Aşıb hasarları, bağça­bağları,

Yetərdik yol gedən bəxtiyarlara.

Çırpıb bir­birinə mis qapaqları

Oxudan döyüşçü musiqarlara.

Biz elə bilərdik allahdır onlar,

Bu nəğmə yerlərə göylərdən gəlir.

Bizi qovmazdılar, qınamazdılar,

Yüyürüb cərgəyə çatsaq arabir.

Sonuncu cərgədə sonuncu əsgər

Necə də şəst ilə addımlayardı.

Heç nəyi yoxsa da, nişanlısı tək

Sevdiyi musiqi aləti vardı.

Həmahəng olardıq hərbi dəstəyə,

Gedərdik şəhərdən kazarmayadək.

Günəşlə dolardı pəncərə gözlər,

Sevinclə yanardı yaşaran bəbək.

Sonralar... zamanın təlatümləri

Ürəyə nə qədər şırımlar saldı.

O mis qapaqların ahəngi altda

Neçə yoldaşımız qəbrə yol aldı.

Fit verdi qatarlar. Qüdrət sədası

Doldu vaqonlarda ürəyimizə.

Perronda dayanan əzizlərimiz

Gözdən itənəcən əl etdi bizə.

Tale nə göstərər? Demək çətindir.

Ancaq bulanarsa bir gün axar su,

Gurlarsa dünyanın başı üstündə

Həyəcan borusu, döyüş borusu.



534

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qaşımda, saçımda qar sırğaları,

Yarıb tufanları, qasırğaları,

Mən sənin ardınca gedəcəm, şəksiz

Hərbi orkestrdə cingildəyən mis!



ÇİYƏLƏKLƏR

Əfsanəli bir kitabdır uşaqlıq çağı,

Könlüm yenə seyrə çıxdı o ilk oylağı.

Arxadakı tər meşələr – qanadım­qolum,

Qarşıdakı açıq tala məskənim, yolum.

O talanın qucağında bilsən nə qədər,

Çiyələklər yetişərdi, tər çiyələklər.

Gün vurduqca, alov tutar, allanardılar,

Ətirlənər, şirələnər, ballanardılar.

Sərin... sulu... şəfəq dolu zərif çiyələk –

Göy yarpaqlar arasında titrək alov tək.

Heç bilməzdim mən onlara qızıl şar deyim,

Yoxsa körpə qönçə tutan laləzar deyim.

Sağa... sola... hara baxsan – al çiyələklər,

Yol üstündə, kol dibində ulduzlar qədər.

Ağır, qara pıspısalar avqust ayında

Çimərdilər gül şehində, yağış suyunda.

Qızıl günəş yandıranda yal­yamacları,

Millənərdi səmalara şam ağacları.

Düşdü bir gün o yerlərə güzarım mənim,

Elə bil ki, gül açmışdı gülzarım mənim.



535

Al­qırmızı çiyələklər yamacda dən­dən,

Çiyələklər çəkinirdi yanar günəşdən.

Tutub sərin yarpaqları başları üstə

Çiyələklər al günəşdən gizlənmək istər...

O yamacda çox süründüm mən dizin­dizin,

Ha dərsəm də, ha yesəm də, doymadı gözüm.

Bu nemətə, bu sərvətə heyran kəsildim,

Al boyanan əllərimi otlara sildim.

Düşündüm ki, bu göy tala, bu barlı torpaq

Bu gündən heç kimin deyil, mənimdir ancaq.

Dönüb gəldim düşərgəyə, ürəyimdə sirr,

Gördüm günlər sovuşduqca, ürək tələsir.

Düşərgədən qayıdanda dözmədi könlüm,

Dedim: bir də o talanı qoy gedim görüm.

Tərbiyəçi müəllimə güldü mehriban:

­ O talada heç nə – dedi, ­ tapmayacaqsan.

Yay sovuşub... çiyələyin keçib mövsümü,

Sanki qəfildən qırıldı könlümün simi.

Kola­kosa ilişsəm də toğaylar keçdim,

Buza dönmüş bulaqların gözündən içdim.

İçdim payız günəşinin qızıl nurunu,

Sökdüm neçə hörümçəyin gümüş torunu.

Axır çatdım o talaya, budur həmən yer,

Yenə xallı kəpənəklər öz işindədir.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə