Azərbaycanda



Yüklə 0,68 Mb.
səhifə2/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

İş üzrə qısa arayış:. Cənab Zeynallı “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildən isə “Xural” qəzetinin təsisçisi və baş redaktorudur. “Xural” qəzeti son dövrlərdə hakimiyyəti və hakim siyasəti tənqid edən az sayda qəzetlərdən biri idi. Bu qəzetdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Aparatın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli barədə tənqidi məqalələr dərc edilirdi. Həbs edilməmişdən az öncə “İlham Əliyev müstəqilliyə qarşı” başlıqlı məqalə ilə baş redaktor Prezident Əliyevi kəskin şəkildə tənqid etmiş və onun xalqdan üzr istəməli olduğunu bildirmişdi14.

Cənab Zeynallı bu tənqidi yazılara görə mütəmadi şəkildə rəsmilər tərəfindən məhkəmələrə cəlb edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Baş redaktorun həbsindən təxminən 1 ay əvvəl hakimiyyətdən asılı olan Mətbuat Şurası “Xural” qəzetini “reket” qəzeti elan edib. Qəzetə qarşı çoxsaylı iddialar qaldırılıb və məhkəmə tərəfindən qəzetin ödəmək imkanı olmadığı yüksək cərimələr müəyyən edilib. Cənab Zeynallının həbsindən bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetini məhkəməyə verib və məhkəmə Mehdiyevin iddiasını təmin edərək qəzeti 10.000 AZN cərimələyib. Qəzet təkzib versə də, PA rəhbəri cərimənin ödənilməsini tələb etməkdə davam edib. “Xural” qəzeti məhz bu kimi cərimələri ödəyə bilmədiyi üçün Ədliyyə Nazirliyinin icraçıları 20 oktyabr 2011-ci il tarixdə (cənab Zeynallının həbsindən 8 gün əvvəl) qəzetin redaksiyasında olan əmlakı müsadirə ediblər ki, nəticədə qəzetin çapı dayandırılıb. Bundan qısa müddət sonra isə baş redaktor Milli Məclisin deputatı Gülər Əhmədovanın (bu vəzifədən uzaqlaşdırılıb) şikayəti əsasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən həbs edilib. Deputat cənab Zeynallının ondan rüşvət istədiyini iddia edib. Sonradan cənab Zeynallıya qarşı istintaq yeni maddələr üzrə də ittihamlar irəli sürüb. Cənab Zeynallı 12 mart 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli, Ali Məhkəmənin isə 11 sentyabr 2013-cü il tarixli qərarları ilə əvvəlki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Jurnalistin həbsinə səbəb olmuş deputat Əhmədova özü 2013-cü ilin fevralında həbs edilib. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev (Fransada mühacirət həyatı yaşayır) xanım Əhmədovanın ondan deputat ola bilməsi üçün 1 milyon ABŞ dolları istədiyini göstərən video15 yayıb. Bu video əsasında deputata dələduzluq ittihamı irəli sürülüb və o, məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunandan sonra xanım Əhmədova mətbuata verdiyi açıqlamalarda16 cənab Zeynallının onun tərəfindən həbs etdirilmədiyini söyləyərək, faktiki olaraq sifarişi icra etdiyini etiraf edib.

Cənab Zeynallının məhkəməsində dindirilən şahidlər ziddiyyətli ifadələr veriblər, jurnalistin və vəkillərin suallarını cavablandırarkən istintaqın mövqeyinə zidd olan ifadələr səsləndiriblər. Eyni zamanda jurnalistin rüşvət istədiyinin sübutu kimi təqdim edilən audio yazının (baş redaktorla sabiq deputat arasında) məhkəmədə dinlənilməsi zamanı orada baş redaktorun heç bir hədə-qorxu gəlmədiyi və rüşvət istəmədiyi aydın olub. Bundan əlavə, gizli şəkildə aparılan audio yazının istintaq tərəfindən sübut kimi təqdim edilməsi də ittihamım əsassız olduğunun göstəricisidir (Konstitusiyaya görə gizli şəkildə edilmiş səs yazıları sübut kimi qəbul edilə bilməz).

14 avqust 2012-ci ildə baş redaktor Zeynallının qanunsuz həbs olunması, haqqında seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması, telefon danışıqlarının dinlənilməsi, evində və avtomobilində axtarışın aparılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Eyni zamanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Avropa Şurasının İnsan Haqları Komissarı öz hesabatında cənab Zeynallının qondarma ittihamlarla həbs edildiyini qeyd edib17.




  1. Hüquq müdafiəçiləri




  1. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin işi

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDT) İctimai Birliyi partnyor olduğu Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) ilə 2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqini aparmış və səsvermə günündən 1 gün sonra, yəni oktyabrın 10-da seçkinin nəticələri barədə ilkin rəy18 təqdim etmişdir. Rəydə azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan seçkiqabağı şəraitin olmadığı və səsvermənin ciddi qanun pozuntuları ilə keçirildiyi qeyd olunub. ATƏT İnsan Haqları və Demokratik Təsisatlar Bürosu da Azərbaycanda keçirilən seçkilərlə bağlı verdiyi ilkin tənqidi Rəyində öz müşahidələri ilə yanaşı SMDT-nin rəyindən də istifadə edib.



Bu rəyin açıqlanmasından qısa müddət sonra, oktyabrın 31-də SMDT-nin ofisində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən axtarış aparılıb, SMDT-yə və partnyor təşkilatlara aid olan maliyyə və hüquqi sənədlər və iki ədəd kompüter götürülüb. Baş Prokurorluq açıqlama yayaraq, SMDT-də yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müvafiq araşdırmalara başlanıldığını bəyan edib. Cənab Məmmədlinin, o cümlədən SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və partnyor təşkilat olan KBƏİB-nin rəhbəri Elnur Məmmədovun ölkədən çıxması qadağan edilib.

SMDT təkcə 2013-cü il prezident seçkiləri zamanı deyil, ondan qabaq da Azərbaycanda keçirilmiş seçkilər zamanı bütün ölkə boyu müşahidələrin aparılmasını təşkil etmiş, yol verilmiş nöqsan və saxtakarlıqlar barədə yerli və beynəlxalq ictimaiyyəti mütəmadi şəkildə məlumatlandırmışdır. Hökumətyönlü mətbuatda SMDT-yə və onun aparıcı şəxslərinə qarşı mütəmadi şəkildə qarayaxma kampaniyaları aparılmış, onlar xain adlandırılmışlar. SMDT 2012-ci ilin mayında Bakıda keçirilmiş Avroviziya mahnı yarışması ərəfəsində keçirilmiş Sing for Democracy kampaniyasının təşəbbüskarlarından və fəal iştirakçılarından biri olmuşdur.


  1. Məmmədli Anar Asəf oğlu


Saxlanma tarixi: 16 dekabr 2013-cü il

İttiham: CM-nin 179.3.2 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri və ya  məcburi dövlət  sosial  sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri  

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” İctimai Birliyinin (SMDT) sədri olan Anar Məmmədli yerli və beynəlxalq ictimaiyyət arasında tanınan hüquq müdafiəçisi, seçkilər və siyasi azadlıqlar üzrə ekspertdir. SMDT işi üzrə açılmış cinayət işinin nəticəsində cənab Məmmədli bir sıra beynəlxalq tədbirlərə, xüsusən 2013-cü ilin noyabrında Vilnüsda keçirilmiş Avropa Birliyi Şərq Tərəfdaşlığı Sammitinə qatıla bilməyib.

Cənab Məmmədli oktyabrın sonlarından (cinayət işinin açıldığı vaxtdan) mütəmadi olaraq istintaqa çağırılıb və ifadə vermək üçün hər dəfə istintaqa gedib, bununla belə dekabrın 16-da növbəti dindirilmədən sonra cənab Məmmədli İstintaq İdarəsi tərəfindən saxlanılıb və elə həmin gün Nəsimi rayon Məhkəməsi cənab Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2014-cü il martın 6-da Nəsimi rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edərək cənab Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtını 2014-cü il iyunun 16-dək artırıb. Martın 19-da isə cənab Məmmədliyə qarşı iki yeni ittiham – mənimsəmə və ya israf etmə və vəzifə saxtakarlığı irəli sürülüb.

Cənab Məmmədlinin həbsindən dərhal sonra Amnesty İnternational təşkilatı onu vicdan məhbusu kimi tanıyıb19, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri cənab Məmmədlinin həbsi ilə bağlı narahatçılıqlarını ifadə ediblər və onun azad edilməsinin zəruriliyini vurğulayıblar20.



Cənab Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.


  1. Süleymanlı Bəşir Süleyman oğlu


Saxlanma tarixi: 26 may 2014-cü il

İttiham: CM-nin 179.3.2 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri və ya  məcburi dövlət  soial  sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri  

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: SMDT-nin icraçı-direktoru vəzifəsində çalışan cənab Süleymanov həm 2013-cü il prezident seçkiləri, həm də əvvəlki seçkilər dövründə müşahidənin təşkilində və təşkilatın ümumi fəaliyyətində yaxından iştirak etmişdir. Cənab Süleymanlı barədə həbs qətimkan tədbiri seçilməsə də, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalından həbsə alınmışdır.


  1. Digər işlər



  1. Hüseynli Həsən Yəhya oğlu


Saxlanma tarixi: 14 iyul 2014-cü il

İttiham: CM-nin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri

Saxlandığı yer: Gəncə İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Cənab Hüseynli uzun illər ərzində Gəncə şəhərində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib, maarifləndirmə, gənclərin xaricdə təhsil alması, vətəndaş fəallığı və s. kimi əhəmiyyətli və uğurlu layihələrə rəhbərlik edib. “Kamil Vətəndaş” təşkilatı 2004-cü ildə yaradılıb və 2009-cu ildə dövlət qeydiyyatına alınıb, əsas məqsədi Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdən ibarətdir. Cənab Hüseynli Azərbaycanda, o cümlədən ölkə xaricində hörmət edilən və prinsipial mövqeyi ilə fərqlənən hüquq müdafiəçisi və maarifçi kimi tanınıb.

Cənab Hüseynli 31 mart 2014-cü il tarixdə Gəncə sakini Arzu Qəhrəmanovun şikayəti əsasında polis tərəfindən saxlanılıb, şikayətçi yaranan mübahisə nəticəsində Hüseynli tərəfindən bıçaqlandığını və xəsarət aldığını iddia edib. Nəticədə, xuliqanlıq ittihamı ilə cinayət açılmış, cənab Hüseynli 2 gün polisdə saxlandıqdan sonra aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılmışdı. Bu zaman istintaq cənab Hüseynlinin vəkilinə araşdırma ilə bağlı ilkin sənədləri verməkdən imtina etmişdir. Vəkilə yalnız tutulma haqqında qərar verilmişdir ki, bu qərarda tutulma əsaslandırılmamış, kimə və hara şikayətetmə hüququ və qərarın qeydiyyat nömrəsi belə göstərilməmişdir. Bununla belə, istintaq davam etdirilmiş və iş məhkəməyə göndərilmişdir.

Məhkəmə prosesləri zamanı cənab Hüseynlinin və müdafiəçilərinin işin mahiyyəti ilə bağlı zəruri vəsatətləri təmin edilməmiş, bıçaqlandığını iddia edən Arzu Qəhrəmanov hansı səbəbdən cənab Hüseynlinin onu bıçaqladığını izah edə bilməmiş, bu suala cavabında “bəlkə xaricdən göstəriş alıb, ona görə” cavabını vermişdir. İstifadə edildiyi iddia edilən bıçaqda əl izlərinin kimə məxsusluğu nə istintaqda, nə də məhkəmədə müəyyən edilməmişdir. Bununla belə iyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsi hüquq müdafiəçisinin 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb və o məhkəmə zalında həbs edilib.

Hökmdən sonra ABŞ-ın Bakıdakı səfirliyi, Avropa Birliyinin Xarici Əlaqələr Komissarının sözçüsü, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu cənab Hüseynlinin həbsindən narahatçılıqlarını ifadə etmiş və ya hökmü pisləmişlər.




  1. Məmmədov Emil Balamirzə oğlu


Saxlanma tarixi: 13 may 2014-cü il

İttiham: CM-nin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, təkrar törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Cənab Məmmədov Salyanda fəaliyyət göstərənDemokratiyaya yardım” İctimai Birliyinin rəhbəridir. Təşkilat 2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və insan hüquqlarının müdafiəsi ilə məşğuldur. Cənab Məmmədov həmçinin Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan rayon üzrə əlaqələndiricisidir.

Cənab Məmmədov Azərbaycan regionlarında fəal olan vətəndaş cəmiyyəti nümayəndələrindən biridir. O, Salyan və ətraf rayonlarda olan korrupsiya hallarının, konkret olaraq rayon icra hakimiyyətləri və digər icra strukturları tərəfindən elan edilmiş tenderlərdəki qeyri-şəffaflığın ictimailəşdirilməsi ilə tanınmışdır. Məhz bu fəaliyyətinə görə cənab Məmmədov dəfələrlə Salyan Rayon İcra hakimiyyətini başçısı Tahir Kərimov və rayondakı digər məmurlar tərəfindən təzyiqlərə məruz qaldığını, polisə çağırılaraq onunla profilaktik söhbətlər aparıldığını ictimaiyyətə açıqlamışdı.

Cənab Məmmədov Salyanda baş verən qanunsuz hallarla bağlı 2013-cü ilin dekabr və 2014-cü ilin fevral aylarında prezident İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yazılı şəkildə müraciət ünvanlamışdır.

Cənab Məmmədov faktiki fəaliyyətlərini tənqid etdiyi şəxslərin – Salyan rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimovun və Salyan rayon Telekommunikasiya Qovşağının müdiri Faiq Nəcəfovun şikayətləri əsasında həbs edilib. Cənab Məmmədovun özünün həbsindən əvvəl “Demokratiyaya yardım” İB-nin əməkdaşı Tofiq Qasımov həbs edilib. Belə ki, Tofiq Qasımov 2014-cü il aprelin 4-də xırda xuliqanlıq ittihamı ilə 10 sutka inzibati qaydada həbs edilib, aprelin 14-də isə ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cənab Məmmədov əməkdaşı olmuş Tofiq Qasımovdan polisdə onun əleyhinə ifadənin alınmasına cəhdlərin olduğunu mətbuat vasitəsilə yerli ictimaiyyətin diqqətinə çatdırmışdır.

Cənab Məmmədov saxlanılan zaman yaxınları ilə əlaqə saxlamağa və görüşməyə icazə verilməyib. Saxlanılarkən cənab Məmmədov dövlət tərəfindən təyin edilən vəkildən imtina etsə də onun dərhal müstəqil vəkillə təmin olunmasına şərait yaradılmayıb.


  1. Məmmədov Qurban Cəlal oğlu


Saxlanma tarixi: 5 iyun 2013-cü il

İttiham: CM-nin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 299.1 (şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Azərbaycanda tanınmış hüquqşünaslardan olan cənab Məmmədov hüquq firması olan “Çalxan” MMC-nin rəhbəri kimi və fərdi qaydada hüquq müdafiə fəaliyyəti göstərirdi21. Cənab Məmmədov 2013-cü ilin əvvəllərindən hakimiyyəti və onun apardığı siyasəti sərt və intensiv tənqid etməyə başlamış, eyni zamanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bir sıra müxalifət partiyaların və vətəndaş cəmiyyəti nümayəndələrinin birləşdiyi Milli Şuranın üzvü olmuşdur.

Cənab Məmmədov 2012-ci ildə baş vermiş avtoqəzanın törədilməsində və bunun nəticəsində maşınlar üçün dayanacaqda çalışan gözətçiyə xəsarət yetirməkdə ittiham olunmuş, onun barəsində heç bir əsas gətirilmədən həbs qətimkan tədbiri seçilmişdir. Onun həbsdə olduğu 3-cü ayda cənab Məmmədova qarşı yeni ittiham irəli sürülmüşdür. Cənab Məmmədov Nəsimi rayon Məhkəməsinin 6 dekabr 2013-cü il tarixli qərarı ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi 09 iyul 2014-cü il tarixində bu qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Məhkəmə prosesi zamanı bütün ifadələr və sübutlar, hətta istintaqın əldə etdiyi sübutlar əslində cənab Qurbanovun təqsirsiz olduğunu sübut etsə də, məhkəmə hadisə şahidi kimi təqdim edilən keçmiş polis əməkdaşı İsa Mansurovun ifadəsinə əsaslanaraq hökm çıxarıb. Mansurov hüquq müdafiəçisinin maşınla gözətçinin ayağının üstündən keçdiyini bildirib, amma vəkillərin və cənab Qurbanovun hadisə ilə bağlı verilən digər suallarına “yadımda deyil”, “xatırlamıram” kimi cavablar verib. Məhkəmə hadisə yerinin 3-4 metrliyində olan TŞ3-098 saylı təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərə baxmaqdan və işin mahiyyətinə təsir edəcək digər halların araşdırılmasından imtina edib, müdafiə tərəfinin onlarla vəsatətini təmin etməyib. Cənab Məmmədovun ittiham edildiyi maddələrin heç biri üzrə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli 3 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmadığı halda, dövlət ittihamçısı məhkəmədən cənab Məmmədovun 3 il azadlıqdan məhrum edilməsini istəyib və məhkəmə də bu barədə qərar çıxarıb.


  1. Rüstəmov Əliabbas Fəxrəddin oğlu


Saxlanma tarixi: 28 iyun 2014-cü il

İttiham: CM-nin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış:

Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və tanınmış vəkildir. Həbsindən əvvəl cənab Rüstəmov hakimiyyətin açıq tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Əliabbas Rüstəmov Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində müxalif blok olan Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və marafonlara qatılıb.


Əliabbas Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (SMDT rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati yollarla onun Anar Məmmədlinin müdafiəsində iştirak etməsinə əngəl yaradılıb. Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı ilə təsdiq etməli idi, lakin saxlanıldığı təcridxananın rəhbərliyi ona bu şəraiti yaratmayıb.
17 mart 2014-cü ildə isə Əliabbasov Rüstəmov prezident İlham Əliyevə ölkə ictimaiyyətinin diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb. Müraciət ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb 22
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100 milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını sifarişli və prezidentə müraciətlə bağlı olduğunu düşünür” - Azadlıq qəzetinin müxbiri Vidadi Məmmədov həmin gün BBC Azərbaycancaya vəkilin sözlərini çatdırıb.23

“Vəkilin öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək olar?!” deyə yerli mətbuat Əliabbas Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd” adlandırıb. Əliabbas Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.


  1. Leyla Yunus (Yunusova Leyla İslam qızı )



Saxlanma tarixi: 30 iyul 2014-cü il

İttiham: Cinayət Məcəlləsnin 274 (Dövlətə xəyanət), 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (Vergidən yayınma, külli miqdarda), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2 (saxta sənədlərdən istifadə etmə)

Saxlandığı yer:

İş üzrə qısa arayış:  Yunusova Leyla İslam qızının 58 yaşı var və Bakı şəhərində yaşayır. Tarixçi, elmlər doktorudur. Tanınmış hüquq müdafiəçisidir. Hüquq müdafiə fəaliyyətinə Sovetlər dövründən başlayıb. 1995-ci ildən Sülh və Demokratiya institutunun rəhbəridir.  İnsan hüquqları, siyasi təqiblər, gender məsələləri, korrupsiya, insan alveri, mülkiyyət hüquqlarının pozuntusu, məhkəmələrin monitorinqi, sülh təşəbbüsləri  və digər sahələrdə bir çox layihələr həyata keçirib. Siyasi məhbuslar problemi ilə müxtəlif hesabatlarla çıxış edib. Hüquq müdafiəçi kimi fəaliyyətinə görə Fransa Respublikasının Şərəf Legionu Kavaleri ordeni ilə təltif olunub. Daxili və xarici mətbuatda siyasi hakimiyyəti sərt tənqidlər edir. 2005-ci ildən bəri Xalq diplomatiyası ilə məşğuldur və Ermənistanın Region Araşdırmalar Mərkəzi ilə unikal birgə dialoq layihəsini həyata keçirir.

 28 Aprel 2014-cü ildə saat 22.30-da Leyla Yunus və həyat yoldaşı Arif Yunusov bir beynəlxalq tədbirə qatılmaq üçün Bakı Doha reysi ilə ölkədən uçmaq istəyərkən Binə hava limanında saxlanıblar, pasportları, kompüterləri və digər sənədləri əllərindən alınıb. Bütün bunlar məhkəmənin ölkəni tərk etməyə qoyulmuş qadağa və şəxsi axtarış baxışı haqqında qərarını təqdim edilmədən baş verib. Həmin gün Leyla Yunus qeyri-insani rəftara məruz qalıb, zorlanma ilə hədələnib və diabet xəstəsi olmasına baxmayaraq, uzun müddət tualetə getməsinə, qida qəbul etməsinə imkan verilməyib. Sonrakı günlərdə Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun ofisində axtarış aparılıb və oradan da bütün kompüter və elektron daşıyıcılar götürülüb. Hava limanında, mənzillərdə və ofisdə aparılan axtarışlardan şikayət ərizələri verilsə də, Apellyasiya məhkəməsi bu şikayətləri təmin etməyib.

29 aprel və 30 may 2014-cü ildə Baş Prokurorluq bəyanat yayaraq, Leyla və Arif Yunusovların jurnalist Rauf Mirqədirova qarşı CM 274-cü (dövlətə xəyanət) maddəsi üzrə başlanan cinayət işində şahid qismində dindirilməsinin nəzərdə tutulduğunu, onların istintaqdan yayındığını bildirib. Leyla Yunus ümumvətəndaş pasportunun istintaq tərəfindən girov saxlanmasına etiraz olaraq, dindirilməyə getməkdən imtina edib. O, istintaqla yalnız pasportu qaytarıldıqdan sonra əməkdaşlıq edəcəyini bildirib. Pasportun girov saxlanılması ilə bağlı şikayəti Nəsimi rayon məhkəməsi ümumiyyətlə icraata götürməkdən imtina edib. Apellyasiya məhkəməsi Nəsimi rayon məhkəməsinin qərarından şikayəti təmin etməyib. Hava limanında qanunsuz saxlanma ilə bağlı şikayətlər də təmin olunmayıb.

Bu müddət ərzində Yunusovlar ailəsinin banklardakı hesabları hər hansı məhkəmə qərarına istinad edilmədən, prokurorluğun məktubu əsasında dondurulub. Bununla bağlı məhkəmə şikayəti Nəsimi rayon məhkəməsindən icraata qəbul edilməyib, apellyasiya şikayəti təmin edilməyib.

30 iyul 2014-cü ildə  Leyla Yunusa Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham verilib.

Həmin gün istintaq orqanının vəsatəti əsasında Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı əsasında Leyla Yunus barəsində məhkəməyə qədər 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Leyla Yunusa qarşı 30 iyul 2014-cü ilədək rəsmi ittiham verilməməsinə baxmayaraq, Baş Prokurorluğun və onun vəzifəli şəxslərinin yaydığı bütün bəyanatlarda, Leyla və Arif Ynuslar cinayətkar qismində təqdim edilmiş və bununla da onların təqsirsizlik prezumpsiyası hüququ pozulmuşdur.

Leyla Yunusun bütün məhkəmə şikayətlərinə siyasi motivli ayri-seçkilik qoyulub, onun ərizələri hətta icraata da götürülməyib. Leyla Yunus həbsindən dərhal sonra Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib.

Onun həbsi birbaşa siyasi motivlidir və siyasi məhbus problemini qabartması ilə birbaşa əlaqədardır. O, yüzdən artıq siyasi məhbusun işlərini araşdırıb və onların qanunsuz həbsində siyasi motivlərin olduğunu aşkara çıxarıb. Həbsindən öncəki həftələrdə Leyla Yunus və digər hüquq müdafiəçisi Rəsul Cəfərov bir neçə təşkilatla birgə vahid siyasi məhbus siyahısı üzərində işləyiblər. Hazırkı hesabat onların birgə hazırladığı siyasi məhbus siyahısıdır. Təəssüf ki, siyahının ictimaiyyətə təqdim olunmasına bir neçə gün qalmış həm Leyla Yunus, həm də Rəsul Cəfərov həbs olunmuşlar. Leyla Yunus və Rəsul Cəfərovun adları da onların həbsindən sonra, işçi qrupun digər üzvləri tərəfindən siyahıya əlavə edilmişdir.



  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə