Azərbaycanda


Məmmədli Üzeyir Məhəmməd oğlu



Yüklə 0,68 Mb.
səhifə4/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Məmmədli Üzeyir Məhəmməd oğlu


Saxlanma tarixi: 30 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barədə qısa arayış: Cənab Məmmədli orta təhsili Bərdə şəhərində alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Cənab Məmmədli 2011-ci ildə NİDA-nın yaranmasında iştirak edib və təsisçilərdən biri olub. Elə həmin il də təşkilatın idarə heyətinə üzv seçilib. Gənc fəal NİDA-nın GHMK-də nümayəndəsi olub.



  1. Novruzlu Şahin İbrahim oğlu


Saxlanma tarixi: 7 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barədə qısa arayış: Cənab Novruzlu orta təhsilini Bakıda alıb, 2012-ci ildən həbs edilənədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alırdı. Cənab Novruzlu həbs edilərkən onun 18 yaşı hələ tamam olmamışdı.



  1. Rüstəmzadə İlkin Bakir oğlu


Saxlanma tarixi: 17 may 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq) və 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilən xuliqanlıq) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Cənab Rüstəmzadə ictimai-siyasi proseslərdə fəal olan “Azad Gənclik” təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti təşkilatlarının birləşdiyi Milli Şuranın üzvüdür. “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulmuşdur. Həbsinə qədər Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.

12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusunda baş almış özbaşınalıq və qanunsuzluqlara, habelə dinc şəraitdə əsgərlərin ölümlərinə etiraz olaraq Facebook vasitəsilə Bakı şəhərinin mərkəzində “Əsgər ölümlərinə son” aksiyasını təşkil etmiş, nəticədə bu aksiyalara çoxsaylı etirazçı qatılmışdır. Məhz bu aksiyalar təşkil etdiyi üçün ona qarşı təzyiqlər başlamış, o polisə çağırılmış, bir neçə dəfə barəsində inzibati həbs seçilmişdir. İlkin Rüstəmzadə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin anım günü - 2013-cü il 30 aprel tarixində gənclər tərəfindən təşkil edilən “Terrora yox” aksiyasında saxlanılaraq 15 sutka inzibati həbs cəzası almışdı. Bu həbs müddəti bitdikdən bir neçə gün sonra isə Rüstəmzadə Bakıda Dənizkənarı Parkda “Harlem Shake” musiqisi altında rəqsin videoçəkilişlərini apararaq və Youtube-da yerləşdirərək xuliqanlıq törətməkdə ittiham edilmiş və həbs edilmişdir. Sentyabrın 12-də həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvləri ilə bərabər ona qarşı da iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülmüş və onun işi “NİDA” Hərəkatının fəallarının cinayət işinə birləşdirilmişdir.

Cənab Rüstəmzadə Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb27.


  1. Digər gənc fəallar



  1. Eyyubzadə Orxan İbrahiməjdər oğlu


Saxlanma tarixi: 26 may 2014-cü il

İttiham: CM-nin 315.1-ci maddəsi (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: “NİDA” Vətəndaş Hərəkatının üzvü olan cənab Eyyubzadə hərəkatın idarə heyətinin üzvləri və fəallarına oxunan ədalətsiz hökmə etiraz olaraq 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilmiş aksiya zamanı saxlanılaraq 20 sutka inzibati həbs cəzası almışdı və mayın 26-da azadlığa çıxmalı idi. Lakin inzibati həbs müddəti bitdiyi gün ona qarşı yeni ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsi fəal barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib. İttihamın əsası kimi cənab Eyyubzadənin saxlama məntəqəsinin əməkdaşlarına qarşı kobud davranması, onlara zor tətbiq etməklə müqavimət göstərərək əlbəyaxa olması göstərilir. Ona qarşı ittiham qapalı olan müvəqqəti saxlanma təcridxanasının əməkdaşlarının iddiaları əsasında sürülüb, cinayət materiallarında hər hansı bir başqa sübut yoxdur.

Gənc fəal saxlandığı təcridxanada pis, qeyri-insani rəftara məruz qalıb. Cənab Eyyubzadə ekspertizadan keçib, onun bədənində xəsarət izlərinin olduğu təsdiqlənib. O, qıcolma xəstəliyindən əziyyət çəkdiyi üçün təcridxanada olarkən onun üçün 24 dəfə təcili tibbi yardım çağırılıb. Həbs qətimkan tədbirinin seçilməsi təqdimatına baxan məhkəmə gənc fəalın bu xəstəlikdən əziyyət çəkməsi barədə həkim rəyini nəzərə almayıb.

19 yaşlı gənc fəal Ukraynada təhsil alır. O, Facebook sosial şəbəkəsində tənqidi statusları və paylaşmaları ilə tanınan fəal gənclərdəndir.
D. Müxalif siyasətçilər


  1. Məmmədov İlqar Eldar oğlu


Saxlanma tarixi: 4 fevral 2013-cü il

İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə mövcud olan və Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının üzvüdür28.

Cənab Məmmədov 2009-cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif qüvvə kimi populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. Hərəkatın əsas məqsədi Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək, parlamentli respublikaya keçid, effektiv hökumət qurmaq, hüquq və azadlıqların birmənalı təminat etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən prezident İlham Əliyevi tənqid etməklə yanaşı, həm də alternativ proqramlar təklif edib.

Cənab Məmmədov 2009-cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı yayımında bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham etmişdi. 2010-cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz siyasət aparmaqda ittiham etmişdi. Cənab Məmmədov 2012-ci il martın 1-də Quba şəhərində yerli icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 2012-ci ilin noyabrında cənab Məmmədov parlamentin qeyri-effektiv fəaliyyət göstərdiyini və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti zooparka bənzətmişdi. Bundan sonra parlamentin üzvü və hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov barəsində verdiyi müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən imzalanma prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə müraciət edilmədi). 2013-cü il yanvarın 19-da Bakıda yerləşən Binə Ticarət Mərkəzində çalışan şəxslər sosial tələblərlə etiraz aksiyası keçirmişlər, nəticədə polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş, tələblərin tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında maraqlı olmamaqda günahlandırmışdı.

2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab Məmmədov hadisədən bir gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, rayon mərkəzində jurnalistlər və bəzi sakinlərlə söhbət etdikdən sonra Bakıya qayıtmışdır. Bakıya qayıdarkən cənab Məmmədov Azadlıq Radiosuna müsahibə vermiş və etirazların haqlı olduğunu bildirmişdir, eyni zamanda öz bloqunda insanların səbrinin tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid etmişdir. Bundan əlavə, cənab Məmmədov hadisələrin baş verməsinə səbəb olmuş şəxslərin kimliyini dəqiqləşdirərək onların Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun (hazırda vəzifədən uzaqlaşdırılıb) qohumları və yaxınları olduğunu müəyyən etmiş, hadisənin baş verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin oğluna məxsus olduğunu göstərən rəsmi sənədləri taparaq yaymışdır (həmin vaxt otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına məxsus olmaması ilə bağlı yerli icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).

Cənab Məmmədov REAL Hərəkatının 2013-cü il prezident seçkilərinə namizəd idi və bu barədə onun həbsindən qabaq təşkilat daxilində razılıq əldə edilmişdi. Həbsdə olmasına baxmayaraq, cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan ciddi maneələrə rəğmən namizədliyi ilkin olaraq qeydə alınmış, xeyrinə 40000-dən çox imza toplanaraq təqdim edilmişdir. Lakin Mərkəzi Seçki Komissiyası əsassız şəkildə imzaların saxta olduğunu iddia edərək, onun namizədliyini qeydə almamışdır.

Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edildi. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Məmmədovu cinayətkar adlandırmışlar.

Yanvarın 29-da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra, o, sərbəst buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qət-imkan tədbiri seçilib, bu həbs indiyə qədər davam edir.

Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün sonra gedib və İsmayıllıda şəhərin mərkəzi hissəsində cəmi 45-50 dəqiqə çoxsaylı jurnalistlərin və İsmayıllıya birlikdə getdiyi REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin yanında olub. Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu bir daha təsdiq etmişlər, o cümlədən cənab Məmmədovun şəhər mərkəzində olmasını və heç bir iğtişaşa çağırmadığını, sadəcə jurnalistlərlə söhbət etdiyini və bu vaxt ümumiyyətlə heç bir aksiyanın, yaxud zorakılığın olmadığını göstərən videomaterial da nümayiş etdirilmişdir.

Mobil telefon danışıqları üzrə əldə edilən çıxarışlardan görünür ki, istintaqın cənab Məmmədovun qanunsuz hərəkətlər etdiyi iddia edilən saatlarda o artıq İsmayıllı rayonu ərazisində olmamışdır.

Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Məmmədovu tanımadıqlarını məhkəməyə bildiriblər. Prosesə şahid kimi cəlb edilmiş 2 İsmayıllı sakini - İsrafil Verdiyev və Rövşən Novruzov cənab Məmmədovu gördüklərini və onun gəncləri polisə müqavimət göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər vəkillərin suallarını cavablandırarkən çoxsaylı ziddiyyətlər ortaya çıxmış, şahidlər cənab Məmmədovun istintaqın iddia etdiyi yerdə deyil, başqa yerdə olduğunu bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir, lakin cinayət işinin materiallarından məlum olmuşdur ki, Mehdiyev artıq yanvarın 23-dən həbs edilən şəxslərə qarşı ifadələr vermişdir.

Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.

Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Cənab Məmmədovun həbsi Amnesty İnternational təşkilatı tərəfindən siyasi motivli təqib adlandırılıb29 və o vicdan məhbusu kimi tanınıb30. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri cənab Məmmədovun həbsi barədə narahatlıqlarını ifadə ediblər, Bakıya səfərləri zamanı onunla görüşüblər. Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycana səfəri ilə bağlı hesabatında cənab Məmmədovun azad edilməsinin vacibliyini vurğulayıb31. Avropa Parlamenti onun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün 2 qətnamə qəbul edib. Avropa İnsan Haqları Məhkəməsi 22 may 2014-cü il tarixində cənab Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı göndərilmiş şikayət üzrə öz qərarını açıqlayaraq, Avropa İnsan Haqları Konvensiyasının 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası) və 5-ci maddə ilə əlaqədar 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını, nəticə etibarilə cənab Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsini və bu tədbirin müddətinin artırılmasını əsassız hesab edib. Məhkəmə qərarın 143-cü bəndində qeyd edir ki, cənab Məmmədov tənqidi siyasi mövqeyinə görə cəzalandırmaq məqsədilə həbsə atılıb.



  1. Sadıqov Yadigar Sadıq oğlu


Saxlanma tarixi: 27 iyun 2013-cü il

İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Müxalifətdə olan Müsavat Partiyasının Başqanının müşaviri olan cənab Sadıqov həm partiya fəaliyyəti, həm də sosial şəbəkələrdə aktivliyi, konkret olaraq hakimiyyətə qarşı sərt tənqidi fikirləri ilə fərqlənib. Cənab Sadıqov cənub bölgəsində yerləşən Lənkəranda yaşadığı üçün partiyanı bu bölgədə təmsil edib. Cənab Sadıqov 2013-cü ilin yanvar ayında Müsavat Partiyasının Başqanını Lənkərana dəvət etmiş və bu səfərin təşkilatçılığında fəal rol oynamış (təşkil edilmiş təxribatlar və maneələr nəticəsində İsa Qəmbər Lənkərana buraxılmamışdır), ümumiyyətlə, həm cənub bölgəsində, həm də digər regionlarda insan haqlarının pozulması faktlarının yayılmasında və hüquqların müdafiə edilməsində fəal iştirak etmişdir.

Cənab Sadıqov Lənkəranda çayxanada mobil telefonla həmin rayonun sakini Rəşid Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edilib, onun şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Cənab Sadıqov 13 yanvar 2014-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi 22 iyul 2014-cü il tarixdə bu müddəti azaldaraq cəza müddətini 4 ilə endirib.

Sadıqovun döydüyü iddia edilən şəxsin şikayət ərizəsi polis tərəfindən verilən açıqlamadan da əvvəl dövlət informasiya agentliyi olan AzərTac-da yayımlanıb. Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən cənab Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir edib və sonradan hər kəsin gözü qarşısında təpikləyiblər. Bununla belə şikayətçi istintaqa fərqli ifadə verərək onu ancaq cənab Sadıqovun döydüyünü bildirib, məhkəmə istintaqı zamanı isə vəkillərin suallarına əsasən “xatırlamıram” cavabını verib. Bundan əlavə, hadisənin şahidləri kimi təqdim edilmiş şəxslər hadisə yeri kimi istintaqın qeyd etdiyi çayxananı deyil, yaxınlıqda olan digər çayxananı qeyd ediblər ki, bu da həmin şahidlərin səhv təlimatlandırıldığını göstərir. Hadisənin baş verdiyi iddia edilən çayxananın sahibi məhkəmədə ifadəsi zamanı hadisəni tam görmədiyini bildirib, şikayətçini sonradan artıq polislərlə çayxanaya gələndə gördüyünü, amma onun üzündə heç bir xəsarət görmədiyini söyləyib.

Müdafiə tərəfinin xəsarətin yetirildiyi barədə rəy vermiş ekspertin məhkəməyə gətirilərək dindirilməsi, yeni ekspertizanın təyin edilməsi, ittiham tərəfinin şahidlərinin hadisə yerində olub-olmadığını dəqiqləşdirmək üçün məlumatlarının əldə edilməsi və cənab Sadıqovun təqsirsizliyini sübut edə biləcək bu kimi digər vəsatətləri hakim tərəfindən təmin edilməyib. Dövlət ittihamçısı isə məhkəmədən bu maddə ilə nəzərdə tutulan ən maksimum cəzanı – 7 il azadlıqdan məhrum etmə cəzasını istəyib (minimum cəza 3 ildir).

E. İnanclı fəallar



  1. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi

Cənab Dadaşbəyli Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və istehsalın idarə olunması” ixtisası üzrə təhsil alıb. 1992-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1998-ci ildən “Azəri EM-AY Drillinq Flyuids” Azərbaycan-ABŞ birgə müəssisəsində material-texniki təchizat üzrə koordinator vəzifəsində çalışıb. Kanada hökuməti mütəxəssis fəaliyyəti ilə əlaqədar olaraq ona daimi yaşayış haqqında pasport təqdim etmişdir. Evlidir, 2 azyaşlı uşağı var.


13-18 yanvar 2007-ci il tarixlərində “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib. Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıb. Həbslərin ilkin mərhələsindən etibarən ciddi qanun pozuntularına yol verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları olmadan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək mənzillərə daxil olub. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN əməkdaşları nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün silah və lazım olan digər "maddi sübut"ları mənzillərə qoyublar. Baş verən hərəkətlər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə yaratmaq imkanı verilməyib.

İstintaqın ilk yeddi ayı ərzində ittiham olunanlardan heç biri məhkəmə önünə çıxarılmayıb. Onların istintaq dövründə həbs edilmələri barədə məhkəmə qərarları qəbul edilməyib və həbslər qanuni şəkildə rəsmiləşdirilməyib. İttiham olunan şəxslər həbsdən 8 ay sonra 17 sentyabr 2007-ci il tarixində Ağır Cinayətlərə Dair Məhkəməyə gətirilib. Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər - 13 yanvar 2007-ci il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında tək adamlıq kameralarda saxlanılıblar. Onlar mütəmadi olaraq döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs edilənlərə psixotrop maddələr verilib. Həbs edilənləri istintaqa lazım olan etiraf izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər.
2007-ci ilin mart ayında vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı məhbus dünyasını dəyişib. Emin Məmmədovun ölümünün səbəbləri barədə tibbi arayış var. Bir neçə ay ərzində Emin Məmmədovun ölümü valideynlərindən və ictimaiyyətdən gizlədilib. Onun ailəsi hüquq müdafiəçilərinə Emin Məmmədovun ölümü ilə bağlı müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi ilə bağlı məsələ qaldıracaqları təqdirdə yeni repressiyalara məruz qalacaqları ilə hədələnib. Vəkilin məhbus E. Məmmədovun saxlandığı yer barədə verdiyi sorğusuna cavab verən MTN bildirilib ki, bu adam haqqında heç bir məlumata malik deyillər və E. Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə məruz qalaraq həyatını itirən E. Məmmədov məhkəmə prosesləri zamanı xatırlanmayıb. E. Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz olaraq yoxa çıxıb.
Məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə buraxılmayıb. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 200-cü maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı bir qeyd yoxdur və CPM-nin 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin qapalı keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər, onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər. Eyni zamanda həbs müddətində işgəncələrə və digər qanuna zidd hərəkətlərə məruz qaldıqlarını bəyan ediblər. Məhkəmə prosesi zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birlərini tanımayıblar. Eyni zamanda irəli sürülən ittihamların heç birini məhkəmə zamanı sübuta yetirmək mümkün olmayıb. Məhkəmə prosesi ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb.


  1. Ağayev Fərid Nadir oğlu


Saxlanma tarixi: 15 yanvar 2007-ci il

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə