Azərbaycanda

Yüklə 0,68 Mb.
səhifə7/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi, 04 iyul 2014-cü il tarixində isə Ali Məhkəmə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Əliyev Nicat Yasər oğlu

Saxlanma tarixi: 18 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Kazımov Xalid Nofəl oğlu

Saxlanma tarixi: 14 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Kişiyev Namiq Əlisa oğlu

Saxlanma tarixi: 18 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Tahirov Ziya İbrahim oğlu

Saxlanma tarixi: 9 sentyabr 2012

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə tutulan şəxslərin işi

2010-cu ilin payızında Azərbaycan Respublikasının Təhsil Nazirliyi hicablı məktəblilərin dərslərə buraxılmasına qadağa qoydu. Bu addım Azərbaycanda olan dindar kəsimin etirazına səbəb olmuş, buna qarşı müxtəlif kampaniyaların və etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarmışdır. Qadağanın tətbiqinə qarşı 2010-cu ilin dekabrında keçirilmiş kiçik etiraz aksiyasından sonra ilk kütləvi etiraz aksiyası 6 may 2011-ci ildə qadağanı tətbiq etmiş Təhsil Nazirliyinin qarşısında təşkil edilmişdi. Dinc xarakter daşıyan həmin aksiya polislərin və mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi ilə dağıdılmış, nəticədə çox sayda aksiya iştirakçısı saxlanılmış və onlardan 12 nəfər qanunsuz olaraq sübut edilməyən xuliqanlıq və ictimai qaydanın pozulması ittihamları ilə 1 il 6 aydan 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmişdilər. Bu aksiyaya görə saxlanılanların bir qismi azadlıqdan məhrum etmə müddətini başa vurduğundan, kiçik bir qismi də vaxtından əvvəl azadlığa buraxıldığından siyahıda adları yer almayıb. Bununla belə həmin şəxsləri keçmiş siyasi məhbuslar hesab edirik və maraqlanan şəxslərə əlavə zəruri məlumatları verməyə hazırdır.

İkinci kütləvi etiraz aksiyası 5 oktyabr 2012-ci il tarixində (Azərbaycanda Müəllimlər Günü kimi qeyd edilir və bu tarix mövcud olan problemə diqqəti daha da artırmaq üçün simvolik olaraq seçilmişdi) yenə də Təhsil Nazirliyinin qarşısında təşkil edilmişdir. Dinc şəkildə təşkil edilmiş aksiyanın polisin güc işlədərək dağıtması ciddi qarşıdurmaya səbəb olmuşdur, nəticədə 6 may 2011-ci il tarixində keçirilmiş aksiyadan fərqli olaraq daha çox iştirakçı saxlanılmış, həm aksiya iştirakçıları, həm də polis əməkdaşları fiziki xəsarətlər almışlar. Aksiyada iştiraka görə azadlıqdan məhrum edilmiş bütün şəxslər siyahıya daxil edilib.

Aksiyanın müşahidəsi, həmçinin sonradan aksiyadan olan foto və video çəkilişlərin analizi göstərir ki, aksiya dinc qaydada təşkil edilmiş, son ana qədər polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya gedilməmişdir. Yalnız polisin güc tətbiq edərək müdaxiləsi nəticəsində mitinq iştirakçılarından bir neçəsi özlərini müdafiə etmək məqsədilə polislə qarşıdurmada olmuşlar. Video və foto kadrlardan aydın şəkildə görünür ki, aksiya zamanı təxribatçılardan istifadə edilib ki, məhz onlar əllərinə aksiya iştirakçılarının şüarlarının qeyd edildiyi taxta parçalarını almaqla, polisə müqaviməti imitasiya etməklə sonradan aksiyanın tam olaraq qeyri-dinc olduğunu “əsaslandırmaq” üçün fəaliyyət göstəriblər. Kadrlara düşən bu şəxslərin heç biri saxlanılmayıb. Lakin kadrlara yalnız üzləri düşən, amma polisə müqaviməti göstərdikləri əks edilməyən, hətta aksiyaya gecikən şəxslər həbs ediliblər və məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər. Məhkəmə qərarları çıxarılarkən istinad edilən əsas sübut polis əməkdaşlarının ifadələri olub ki, aksiya zamanı qarşı tərəfin polis olduğunu nəzərə aldıqda bu ifadələrin mötəbərliyi şübhə doğurmaya bilmir. Polislərdən başqa şahid kimi dəvət edilmiş Təhsil Nazirliyi ətrafında fəaliyyət göstərən mağaza sahibləri və taksi sürücüləri isə təqsirləndirilən şəxsləri ümumiyyətlə görmədiklərini bildirmişlər. Polislə qarşıdurmada olmuş aksiya iştirakçılarına qeyri-adekvat cəza verilib.

Aksiyada iştiraka görə həbs edilən şəxslər barəsində uzun müddət ictimaiyyətə heç bir məlumat verilməmişdir, onları mühakiməsi qruplar şəklində həyata keçirilmişdir.

  1. Ağadadaşov Tərlan Faiq oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Allahverdiyev Rövşən Hüseyn oğlu

  1. Həsənov Nəsimi Yusif oğlu

Saxlanma tarixi: 6 oktyabr 2012-ci il

İttiham: CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Həsənov faktiki olaraq 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasında iştirakına görə CM-nin digər maddələri ilə həbs edilən şəxsdir. Aksiyada iştirakdan sonra Bərdəyə qayıdan Həsənov barəsində aksiyadan bir neçə gün sonra axtarış verilməsi ilə bağlı məlumatlar yayılıb (halbuki polislər Həsənovun evinə belə getməyiblər), bu məlumatların yayılmasından sonra cənab Həsənov könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə getmiş və Bərdədə olduğunu bildirmişdir. Polis şöbəsində 5 oktyabr aksiyasında iştirakı ilə bağlı dindirilərkən polislər onun atasından Həsənova məxsus maşının açarlarını almaq üçün onların evinə gediblər, atası Həsənovun özünə zəng vurduqdan sonra açarı polislərə verib. Axtarışdan sonra maşından silah, könüllü şəkildə polisə gəlmiş Həsənovun cibindən isə 24 bükülü narkotik maddə aşkarlandığı bildirilib. Məhkəmə prosesində şahidlər qismində yalnız polislər və hal şahidləri çıxış ediblər ki, onların ifadələrində xeyli sayda ziddiyyətli və ilkin ifadələrlə üst-üstə düşməyən məqam olub, məsələn, maşında axtarış zamanı hal şahidi olmuş şəxslərdən biri hakim Əhməd Sarıyevin “maşın nə rəngdə idi?” sualına şahid “yadımda deyil, ya ağ, ya qara idi” cavabını verib, polislərdən biri “Həsənov nə vaxt həbs edilib?” sualına “5 oktyabrda” cavabını verib, halbuki cənab Həsənov aksiyadan sonrakı tarixdə həbs edilib. Bununla belə, o, Bərdə rayon Məhkəməsinin 27 iyul 2013-cü il qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

1977-ci il iyulun 2-də anadan olan cənab Həsənov ailəlidir, 1 qız övladı var, qızı anadangəlmə iflicdir.

  1. Hətəmov İlham Bəhmən oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Kərimov David Tərlan oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Qasımlı Anar Əsgər oğlu

  1. Qəhrəmanov Nahid Nəsib oğlu

Saxlanma tarixi: 05 iyun 2013-cü il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 21 oktyabr 2013 cü il qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cənab Qəhrəmanov həbs edilərkən valideynlərinə məxsus torpaq sahəsini sataraq əldə etdiyi 17000 AZN də ittihama heç bir aidiyyəti olmadan götürülüb və indiyə qədər ailəsinə qaytarılmayıb.

  1. Quliyev Ceyhun Qaryağdı oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Quluyev Muraday Mürsəl oğlu

Saxlanma tarixi: 05 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Məmmədov Aydın Canbaxış oğlu

Saxlanma tarixi: 05 oktyabr 2012-ci il

İttiham: CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2013-cü ilin iyulunda bu qərarı qüvvədə saxlayıb.

  1. Rzayev Elşad Fikrət oğlu

Saxlanma tarixi: 23 fevral 2013-cü il

İttiham: 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı 2013-cü ilin avqustunda qüvvədə saxlayıb.

  1. Şirəliyev Telman Şirəli oğlu

Saxlanma tarixi: 05 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Vəliyev Ramil Rəhim oğlu

Saxlanma tarixi: 05 oktyabr 2012-ci il

İttiham: CM-nin 167.2.1 (müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı 2013-cü ilin avqustunda qüvvədə saxlayıb.

  1. Abbasov Ruhid Nəriman oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi

İş üzrə qısa arayış: Ruhid Abbasov 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında hicablı qızların məktəbə getməsinə qoyulan qadağaya etiraz mitinqində həbs olunub. Nərimanov rayon Məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il oktyabrın 10-da bu qərarı qüvvədə saxlayıb.

  1. Abdullayev Xudaverdi Yaşar oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi

İş üzrə qısa arayış: Xudaverdi Abdullayev 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında hicablı qızların məktəbə getməsinə qoyulan qadağaya etiraz mitinqində həbs olunub. Nərimanov rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir.

  1. Fətəliyev Arif Böyükağa oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi

İş üzrə qısa arayış: Arif Fətəliyev 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında hicablı qızların məktəbə getməsinə qoyulan qadağaya etiraz mitinqində həbs olunub. Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir.

  1. Vəlişov Bayraməli Qurbanəli oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi

İş üzrə qısa arayış: Xudaverdi Abdullayev 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında hicablı qızların məktəbə getməsinə qoyulan qadağaya etiraz mitinqində həbs olunub. Nərimanov rayon Məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir.

  1. İlahiyyatçılar

  1. Bağırov Tale Kamil oğlu

Saxlanma tarixi: 31 mart 2013-cü il

İttiham: CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Tanınmış ilahiyyatçı olan cənab Bağırov Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən biri kimi tanınır, o, təkcə dini sahədə olan məhdudiyyətləri deyil, həm də digər neqativ hallara görə hakimiyyəti tənqid etmişdir. Tutulmamışdan 1 həftə əvvəl, yəni martın 24-də, o, məsciddə xütbə söyləmiş, xütbə zamanı hakimiyyəti korrupsiyada, saxta ittihamlarla həbslərin aparılmasında ittiham etmiş, möminləri diktatorun zülmündən qorxmamağa çağırmışdır. Bu xütbənin videosu cənab Bağırovun özü tərəfindən martın 25-də “Hacı Tale hakimiyyətdən gələn təhdidlərə cavab verdi” adı ilə Youtube-da33 və sosial şəbəkələrdə yayılmışdır. İlahiyyatçı bu çıxışından sonra mülkigeyimlilər tərəfindən saxlanılmış, onun barəsində bir neçə gün ərzində məlumat verilməmiş, yalnız sonradan cənab Bağırovdan narkotik maddənin tapıldığı iddia edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cənab Bağırov Sabunçu rayon Məhkəməsinin 01 noyabr 2013-cü il qərarı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 5 may 2014-cü il tarixdə bu qərarı olduğu kimi qüvvədə saxlamışdır.

Cənab Bağırov məktəblərdə hicab qadağasına qarşı 2011-ci ildə keçirilən dinc aksiyada iştirakına görə qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri üzrə həbs olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, bu müddət başa çatdıqdan sonra 06 noyabr 2012-ci ildə, yəni yenidən həbs edilməmişdən 4 ay qabaq azadlığa buraxılmışdı. Cənab Bağırovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013-cü ildə insan haqları üzrə hesabatına daxil edilib34.

  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə