Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Müasir işaxtarma və müraciət üsullarından istifadə edir”



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   ...   27   28   29   30   31   32   33   34   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

“Müasir işaxtarma və müraciət üsullarından istifadə edir” 

Müasir işaxtarma üsulu dedikdə nə başa düşürsünüz? 

CV yazılmasında ən əsas şərtlər hansılardır? 

İşə müraciət mərhələləri hansılardır? 

Müsahibədə verilən sualların mahiyyəti nədən ibarətdir? 

Təhsillə bağlı sualların verilməsində müsahibin məqsədi nədir? 
 


45 
3.4.1. Peşəkar inkişafın üsul və mərhələlərini tətbiq edir

Peşəkar inkişaf nədir? 
Peşəkar inkişaf işçinin potensiyal kariyera dəyişimi və irəliləməsini əsas 
götürən sistemli şəkildə təşkil olunmuş inkişaf prosesidir. Peşəkar inkişafda bir sıra 
ünsürlər rol oynayır. Rəhbərliyin cəhdləri, ünsiyyət, diqqətli planlaşdırma, təhsil və 
inkişaf, daxili vəzifə artımı siyasəti, rəhbərliyin təlimi və s.
Müəssisələr və işçilər peşəkar inkişafda bir-birləriylə qarşılıqlı əməkdaşlıq içindədirlər. Burada 
işçilərin üstünə düşən əsas məsuliyyət bacarıq və potensiallarının nə olduğu və özlərinə hansı yeni 
öhdəliklər qazandırdığıdır. Hərbir işçi üçün 
müəssisənin üstünə düşən ən böyük vəzifə şəxsə iş 
bacarığı haqqında düzgün məlumatı bildirməkdir. 
Hər işçi öz peşəkar inkişafının məsuliyyətini daşıyır. 
Daha sonra isə müəssisənin dəstəyi gözlənilir. Şəxs 
kariyerası boyunca davam edən və məqsədlərinə 
çatmaq üçün nəzərə aldığı bütün fəaliyyət və 
proqramların məsuliyyətini daşıyır. 
Şəxs üçün peşəkar inkişaf özünün gələcəyini, 
kariyera planlarını həyata keçirməsinə şərait 
yaradacaq şəkildə motivasiya formalaşdırmaqdır. 
Müəssisə baxımından isə işçinin İşdoyumu və 
təşkilata 
sədaqətiylə 
yanaşı, 
bacarıqlarının 
zənginləşməsinə şərait yaradaraq, şəxs üstündə müvəffəqiyyəti və səmərəliliiyi artırmaqdır. Peşəkar 
inkişafa şərait yaradan müəssisə, həm də işçinin başqa müəssisəyə qaçışının qabağını alır. Peşəkar 
inkişafda şəxsin üstünə düşən əsas məsuliyyətləri aşağıdakı şəkildə göstərə bilərik: 

Kariyera planlaşdırmasında aktiv olmaq 

Peşə inkişaf proqramlarında iştirak etmək 

Ehtiyaclarını, dəyərlərini və şəxsi hədəflərini təyin etmək 

Müəssisənin imkanlarından faydalanmaq 

Yeni fürsətlər yaratmaq 
Müəssisənin üzərinə düşən məsuliyyətlərə də nəzər yetirək: 

İşçilərin peşə ehtiyaclarını düzgün şəkildə təyin etmək 

Müəssisənin fürsətlərini peşə ehtiyaclarına uyğunlaşdırmaq 

Daxili vəzifə artımı siyasətini həyata keçirmək 

İşçilərə kariyera məsləhəti xidməti göstərmək 

İş görənlərə təhsil imkanları verərək, cəhdlərini qiymətləndirmək. 
Peşəkar inkişaf hərbir şəxsin ən böyük hədəflərini təyin etmək və işdəki kariyerasıyla yanaşı 
təşkilatdan kənardakı həyatındakı yaşam tərzini də əhatə etməkdədir. Müəssisə və şəxsi kariyera 
inkişafı bir-birilə uyğunlaşdığı təqdirdə işdən ayrılmalar da azalaraq, işçinin müəssisəyə bağlılığı və 
səmərəliliyi artacaqdır.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə