Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Kariyera məqsədlərinin müəyyən edilməsində əsas mərhələlər



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix11.12.2023
ölçüsü2,3 Mb.
#146448
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi

 

Kariyera məqsədlərinin müəyyən edilməsində əsas mərhələlər
 
 
 
Ümumi mənada işin nə olması, hansı anlamları daşıması ilə bağlı bilmək faydalı olacaq. 
Kariyeranı İşüzərindən qurduğumuz üçün işin insan həyatında önəmindən də bəhs etmək yerinə düşər.
İş – “digər insanlar üçün məna kəsb edən nəsə istehsal etmə 
fəaliyyəti”-dir. İş üçün əsas üç element lazımdır: 

Yaradıcılıq – düşünmə; 

Fiziki aktivlik – fiziki fəaliyyət; 

Ictimayiləşmək – başqalarına faydalı olmaq, sevinc və kədəri 
İşyoldaşlarıyla bölüşmək. 
İş məhsuldar fəaliyyətdir və nəticədə bir məhsul meydana gəlir; 
bu insanı ifadə edən konkret nəticədir. Işləmək isə şəxsin fiziki və zehni 
güclərini müəyyən bir məqsədə yönləndirib, planlı şəkildə istifadə olunmasıdır.
İşləmək həyatımızda xüsusi yerə sahibdir. Şəxsin işləmək məqsədilə ayırdığı bütün fəaliyyət və 
münasibətləri, şəxsin İşhəyatını formalaşdırır. Bundan başqa makro səviyyədə cəmiyyətdəki 
İşmünasibətləri sistemi də “İşhəyatı” ifadəsi ilə izah edilir. Işləmək işəgötürənə bağlı və ya müstəqil 
olaraq baş verə bilir. Müstəqil işdə şəxs təşəbbüskar şəkildə öz adına çalışır. Şəxsi kariyera baxımından 
işin müstəqil vəya qeyri-müstəqil olması əhəmiyyət kəsb etmir. Bunlar işin formalarıdır və şəxs 
İşhəyatını istədiyi formada davam etdirir.
İşin müstəqil və ya qeyri-müstəqil olması şəxsin imkan və seçimləri ilə əlaqədardır. Şəxs bütün 
İşhəyatı müddətində müstəqil və ya qeyri-müstəqil şəkildə işləyə bilər, həmin formalar arasında 
keçidlər edə bilər. Bir çox qeyri-müstəqil İşxəyalının sonunda “öz işimi qurum” hədəfi gəlir. Şəxslər 
kariyera məqsədlərini təyin edərkən, bu iki İşforması arasında seçimlər edirlər.
İnsanlar əsas üç amilə görə işləmək istəyirlər: 

İqtisadi – maddi baxımdan güclü olmaq, yaxşı şəraitdə yaşamaq; 

Psixoloji – uğur qazanma duyğusunu bir işdə işləmədən qazana bilmərik. İşdə uğur 
qazanaraq mənliyimizə hörmətimiz artır; 

Sosial - Nüfuz qazanmaq. Bizə təqdim edilən rollar vasitəsilə axtarılan insana çevrilirik.


38 
Qəbulediləbilən səviyyədə rollara sahib oluruq.
Şəxs işini iki əsas səbəbə görə seçir: 

Öz keyfiyyətlərinə əsasən

Peşənin keyfiyyətlərinə əsasən. 
Bu ikisi arasında mütləq şəkildə bir əlaqə olmalıdır. Yəni hər ikisi arasında uyğunluğa baxılmalıdır.
“İşləmək həyat , düşünmək işıqdır.” (Viktor Hüqo) 
Şəxsin doğumundan etibarən keçdiyi həyat yolu kariyeranın mərhələləri ilə qarşılıqlı əlaqədədir. 
Həyat yolu ilə bağlı edilən araşdırmalara əsasən, Daniyel Levinson modelinə görə şəxs aşağıdakı 
mərhələlərdən keçir: 

Ailədən ayrılma (16-22 yaş) – şəxsin ailəsiylə ipləri qoparmağa başladığı və özünü tapmağa çalışdığı 
illərdir. Bu mərhələdə (xüsusən maddi və emosianal dəstək axtardığı vaxtlarda) qismən ailəsinə 
bağlıdır. Bu zaman kariyera həyatındakı uğursuzluqlarda ailəsinə müraciətlər edə bilir. 

Yetkinlik dünyasına müvəqqəti qəbul (22-29 yaş) - şəxsin təhsilini başa vuraraq, gələcək haqqında 
arayışlar etdiyi dövrdür. Bu zaman yaşayİşforması və kariyera seçimləri ilə bağlı qərarlar 
verilməkdədir. Düşüncələr dağınıqdır, həyatda və kariyerada tamlıq arayışları davam etməkdədir.

Keçid dövrü (29-32 yaş) – bu mərhələdə şəxs həyata dair inkişafını bundan öncəki mərhələni nəzərə 
alaraq dəyərləndirir. Bu dəyərləndirmənin nəticəsi müsbətdirsə, eynən davam edəcək; yox əgər 
qənaətbəxş deyilsə köklü dəyişikliklər edərək qarışıqlıq yaşayacaqdır. Bu mərhələdə başqa bir 
əraziyə köçmə, işini dəyişmə, boşanma kimi sabit həyatını pozacaq addımlar da ata bilir. 

Stabilləşmə (32-39) – bu dövr D. Levinsona görə şəxsin “əsas adam olmaq” üçün çalışdığı 
mərhələdir. Bu mərhələdə şəxs sosial münasibətlərini ən aza endirir və bütün gücünü işinə verərək 
güclənməyə, özünü rəhbərliyə qəbul etdirməyə çalışır. Müavin kimi rəhbər köməkçilərin əsas 
məqsədi isə arzu etdikləri vəzifəyə çatmaq üçün dəstək görməkdir. 

Potensiyal “orta yaş böhranı” (39-43) – şəxsin ikinci dəyərləndirməni etdiyi mərhələdir. Bu 
dəyərləndirmədə həyatıyla bağlı müsbət nəticəyə sahibdirsə, heçbir problem yaşanmayacaq. Lakin 
nəticə qənaətbəxş deyilsə, onda orta yaş böhranı qaçınılmazdır. Nəticədə şəxs küsgün, kədərli və 
maneələrlə üzləşmİşinsan duyğuları yaşayaraq, ruhi stabilliyini itirə bilər. spirtli içkilərə aludəçilik, 
istefa vermək, ümumilikdə kariyerasını təhlükəyə atmaq kimi davranışlar edərək, öncəki 
vaxtlardakından tamam fərqli birinı çevrilə bilər. 

Yenilənmə (43-50 yaş) – orta yaş böhranını uğurla dəf edən şəxs, tamlıq hissi içində işinə bağlılıqla 
həyata davam edir. kariyerasında doyum nöqtəsinə çatdığı üçün, özünə başqa sferalarda maraqlar 
axtarmağa başlaya bilər.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə