AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 22 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
müddətində isə təxminən 65 min manatdır. Bəhs etdiyimiz praktiki
misaldan da aydın olur ki, maliyyə imkanlarının və zamanın
dəyərləndirilməsi baxımından ipoteka krediti ilə mənzil almaq,
illərlə vəsait toplayaraq bu məqsədə nail olmaqdan daha
məqsədəuyğun və sərfəlidir.
Göründüyü kimi, ipoteka krediti istiqamətində aparılan
dövlət siyasəti əhalinin gəlirlərinin səmərəli istifadəsi, mənzil
şəraitinin yaxşılaşdırılması baxımından daim aktuallığını saxlayır.
Doğrudur ki, ipoteka kreditləşməsi sosial aktdır və məqsəd
vətəndaşların həyat şəraitini yaxşılaşdırmaqdır. Lakin, dövlətin
ipoteka proqramı digər yan təsirlərə malikdir. Belə ki, yeni tələbin
yaranması əmlak bazarında canlanmaya səbəb olur, tikinti sektoru
genişlənir və bu sahələrlə əlaqəli digər sub sektorlar inkşaf edir.
Eyni zamanda əgər ipoteka kreditləşməsi mənzil bazarında ciddi
paya sahib olursa, bu zaman proses qiymət artımlarına yol açır.
Dövlətin vəzifəsi düzgün ipoteka siyasəti həyata keçirməklə
mümkün mənfi təsirləri minimuma endirmək və mövcud şərtlər
daxilində yüngül ipoteka şərtləri tətbiq etməkdir.
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 23 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
İpoteka haqqında qanunvericilik
İsətənilən iqtisadi prosesin və ya fəaliyyətin həyata
keçirilməsi üçün ilk və ən vacib faktor hüquqi bazanın
formalaşdırılması hesab edilir. Təbii ki, Azərbaycanda ipoteka
kreditləşməsinin həyata keçirilməsi, prosesin təmin edilməsi və
məqsədliliyi qanunlar, hüquqi aktlar və sərəncamlarda öz əksini
tapıb.
Azərbaycan Respublikasında ipoteka ilə əlaqəli münasibətlər
aşağıdakı qanunlar vasitəsi ilə tənzimlənir.
İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu ;
Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ;
Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan
Respublikasının Qanunu ;
Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının
Qanunu .
Bundan əlavə ipoteka sisteminin təkmilləşdirilməsi haqqında ölkə
prezidentinin fərmanları (Azərbaycan Respublikasında ipoteka
kreditləri
sisteminin
yaradılması
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının
Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında
Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 24 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Prezidentinin fərmanı, Azərbaycan Respublikasında ipoteka
kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan
Respublikasında
güzəştli
ipoteka
kreditlərinin
verilməsi
Qaydalarında dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ), Nazirlər Kabinetinin
qərarları (İpoteka kağızının formasının təsdiq edilməsi barədə
Nazirlər Kabinetinin Qərarı, İpoteka kağızının dövlət qeydiyyatı
Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin
Qərarı) və sair normativ hüquqi aktlarla yanaşı, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ipoteka
qanunvericiliyinin predmeti hesab edilir. Bu qanun və fərmanlarla
yanaşı Azərbaycanda ipoteka kreditlərinin verilmə qaydaları,
yenidən
maliyyələşdirmə,
güzəştli
ipoteka şərtləri, ilkin
qiymətləndirici və sığorta şirkətləri ilə münasibətlər AİF-in
normativ sənədləri və təlimatları ilə tənzimlənir.
Ölkə prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə
qüvvəyə minən “İpoteka Haqqında Azərbaycan Respublikasının
Qanunu” ölkə vətəndaşlarına ilk dəfə ipotek kreditlərindən istifadə
imkanı yaratdı. Bu qanun ipoteka kreditləşməsinin ilkin şərtlərinin
müəyyənləşdirməkdə baza sənədi hesab edilir. Belə ki, qanunda