Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 12 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



2005-ci  il  tarixli  fərmanı  ilə  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) yaradıldı. Azərbaycan 

İpoteka Fondunun əsas yaranma məqsədi Azərbaycan Respublikasında 

aztəminatlı 

əhalinin  mənzil  problemini  uzunmüddətli  ipoteka 

kreditləşməsi  vasitəsilə  həll  etmək,  dövlət  büdcəsi  vasitəsi  ilə  sosial 

ipoteka kreditlərinin verilməsi mexanizmini təkmilləşdirməkdir.  

Liberal  iqtisadiyyatın  formalaşması  mərhələsi  ilk  öncə 

islahatların  həyata  keçirilməsini  tələb  edir.  Bu  baxımdan  bank 

sektorunun  ilkin  inkişaf  mərhələsində  dövlət  tərəfindən  bankların  

kapitallaşma prosesini sürətləndirmək üçün, daha yumşaq  tələblər irəli 

sürüldü və  nəticə olaraq özəl  bankların  sayı  artdı.  Lakin,  1996-ci  ildən 

etibarən  Mərkəzi Bank tərəfindən banklardan tələb olunan nizamnamə 

kapitalı 

mərhələli 

şəkildə 


artırılır, 

özəl 


bank 

sektorunun 

möhkəmləndirilməsi  və  rəqabət  qabiliyyətinin  artırılması  istiqamətində 

kompleks  tədbirlər  həyata  keçirilir.  Mərkəzi  Bank  2012-ci  ildə  qəbul 

etdiyi bankların nizamnamə kapitalının 2014-cü ilin yanvar ayına qədər  

minimum  50  milyon  manata  çatdırılması  qərarı  da  bu  qəbildən  olan 

addımlar sırasındadır. Beləliklə, nizamnamə kapitalının həcminin 5 dəfə 

artırlması bank sektorunun möhkəmləndirilməsinə, maliyyə sabitliyinin 

qorunmasına  və  rəqabət  qabiliyyətinin  artırılmasına  müsbət  təsir 

edəcək. Lakin, hazırda fəaliyyət göstərən bankların bəziləri nizamnamə 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 13 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



kapitalını  tələb  edilən  minimum  həddə  qədər  artıra  bilmədiyi  üçün 

onların  fəaliyyətlərinin  dayandırılacağı  ehtimal  edilir.  Bununla  belə 

nizamnamə  kapitalını  50  milyon  manata  çatdıra  bilməyən  banklara 

muflis  olmamaları  üçün  bank  olmayan  kredit  təşkilatı  kimi  fəaliyyət 

göstərmələri təklif olunur. 

Mərkəzin  Bankın  rəsmi  məlumatlarına  əsasən  hazırda  43  bank 

fəaliyyət  göstərir  bunların  1-i  dövlət,  42-si  isə  özəl  banklar  təşkil  edir, 

22 bank isə xarici kapital hesabına formalaşan banklardır. Ümumi bank 

aktivlərinin  strukturuna  nəzər  salanda  2013-cü  il  avqust  ayı  üzrə 

maliyyə sektoruna verilmiş kredit və depozitlər 681.6 mln manat və ya 

3.6 %, müştərilərə verilmiş kreditlər 12,494.4 mln manat və ya 69.3 % 

təşkil edir. 2012-ci il üzrə müqayisədə həmin rəqəmlər maliyyə sektoru 

üzrə 736.4 və  ya 4.6%, müştərilərə təqdim olunan 10.493,3 mln manat 

və ya 66.1 % olmuşdur. 

Bankların  təklif  etdikləri  ümümi  kredit  qoyuluşlarının  38  %-ni 

istehlak  kreditləri  təşkil  edir.  Ümumiyyətlə  son  dövrlərdə  bank 

kreditləşməsində istehlak  kreditlərinin həcmi daha sürətlə artır. Hazırda 

istehlak  kreditlərindən  istifadə  edən  vətəndaşların  sayı  1.6  milyon 

nəfərə  çatır.  Təkcə  2013-cü  ildə  kommersiya  bankları  tərəfindən  5 

milyard manat istehlak krediti verilib. 2013-cü ilin yanvar-avqust ayları 

ərzində  banklar  tərəfindən  73.3  milyon  manat  ipoteka  krediti  verilib. 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 14 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



İpoteka  kreditlərinin  maliyyələşdirilməsi  məqsədi  ilə  dövlət 

büdcəsindən AİF-ə 40 milyon manat vəsait ayrılıb. 

Mərkəzin  Bank  2013-cü  ildə  tətbiq  etdiyi  uçot  dərəcəsi  4.75%-

dir.  Qeyd  etmək  lazımdır  ki,  kommersiya  banklarının  təklif  etdikləri 

faiz  dərəcələri  çox  yüksək  olması  ilə  xarakterizə  olunur,  təxminən  16-

30  %  arasında  dəyişir.  Bunun  nəticəsi  olaraq  bank  kreditlərindən 

istifadə  edən  əhalinin  maliyyə  riski  daha  da  artıb.  Bank  faizlərinin 

yüksəkliyinə  görə  Azərbaycan  MDB  məkanında  öndədir.  Buna  əsas 

səbəb  kimi  ölkədə  inflyasiya  dərəcəsi,  bankların  kredit  almasında 

vasitəçilərə üz tutması və eyni zamanda bankların qısa müddət ərzində 

daha çox gəlir əldə etmək istəyini göstərmək olar. Lakin, digər ölkələrə 

nəzər  saldıqda  müvafiq  göstərici  5-10  %  arası  olur.  Həmçinin,  onu  da 

qeyd  etmək  lazımdır  ki,  kredit  əldə  etmək  istəyənlər  üçün  əlçatanlıq 

problemi  mövcuddur.  Banklar  daha  iri  məbləğdə  kreditlər  verməklə 

riskə getmək istəmir.  

 

 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə