Giriş
“Azərbaycan, əlbəttə ki, bizim tərəfdaşımızdır. Mən, hesab edirəm ki, bütün mümkün vasitələrin
cəlb olunması ilə aparılan açıq müzakirələr problemləri həll etmək üçün ən yaxşı yoldur. Əlbəttə ki,
demokratik islahatlara dəstək vermək vacibdir. Mən şəxsən düşünürəm ki - bu mənim şəxsi
baxışımdır - prezident Əliyev, suveren Azərbaycanın başçısı olaraq, ölkənin demokratikləşdirilməsi
yoluna sadiqdir. O, ölkənin imici və etibarlılığına xüsusi diqqət yetirir.”
-
Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo
3
“Cənab prezident, demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi və siyasi islahatlar sahəsində
Azərbaycana verdiyiniz davamlı dəstəyə görə mən şəxsən sizə və sizin Komissiyaya öz
təşəkkürümü bildirirəm. Sizin təklifləriniz və tövsiyələriniz, həmçinin bizim aramızda başlanmış
sazişlər həddən artıq mühümdür. Onlar Azərbaycanda dəyişikliklərə öz töhfəsini verir.”
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
4
Azərbaycanla AB arasında əlaqələrin başlanğıcı 1990-cı illərin əvvəlinə təsadüf edir. Həmin vaxtlar
Avropa Komissiyası “Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım” (TACIS) proqramı çərçivəsində
Müstəqil Dövlətlər Birliyinə (MDB) dəstək göstərib.
5
1999-cu və 2003-cü illərdə qüvvəyə minmiş
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) vasitəsi ilə, Avropa Birliyi Avropa
Qonşuluq Siyasəti
çərçivəsində Azərbaycan ilə əlaqələri daha da genişləndirdi.
6
2009-cu ilin mayında Azərbaycan
Şərq Tərəfdaşlığına qoşulduqda bu əlaqələr daha da gücləndi.
7
Enerji sektorunda Azərbaycan AB üçün həm istehsalçı, həm də tranzit ölkə olaraq mühüm strateji
tərəfdaşdır. 2006-cı il 7 noyabrda Brüsseldə imzalanmış və Azərbaycanla Avropa Birliyi arasında
enerji üzrə tərəfdaşlıq yaradılmasına yönəlmiş Anlaşma Memorandumunda (AM) aydın qeyd
olunduğu kimi, “Enerji sektoru AB-Azərbaycan ikitərəfli münasibətlərində mühüm elementlərdən
biri olaraq qalır”.
8
Sözügedən Anlaşma Memorandumunda insan hüquqları barədə heç bir qeyd
yoxdur. AB və Azərbaycan arasında əməkdaşlığın əsas məqsədi ölkədə islahatların həyata
keçirilməsini dəstəkləmək və əsasən 1999-cu il iyun tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində
9
(TƏS) və 14 noyabr 2006-cı il tarixli AB-Azərbaycan AQS Fəaliyyət Planında
10
müəyyən edilmiş
siyasət məqsədləri çərçivəsində getdikcə daha yaxın əlaqələr qurmaqdır.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən sorğu olan AB-nin Qonşuluq Barometrinə
11
əsasən, azərbaycanlılar Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətini əsasən
yetərli hesab edir. Rəy sorğusunda iştirak edənlərdən əksəriyyəti AB-nin demokratiya (59%) və
insan haqları (51%) sahəsində, daha az qismi isə iqtisadi inkişaf (48%) və ticarət (47%) sahəsində
rolunun daha da artırılmasına istəklərini ifadə ediblər.
3
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozonun
birgə mətbuat konfransı, Brüssel, 21 iyun 2013,
http://bit.ly/18dRj5s
4
Həmin yerdə
5
Tacis proqramı (2000-2006),
http://bit.ly/1dcvXe2
6
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
http://eeas.europa.eu/enp/index_en.htm
7
Əlavə məlumat üçün:
http://bit.ly/17Wcb52
8
Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu:
http://ec.europa.eu/energy/international/doc/mou_azerbaijan_en.pdf
9
Avropa Birliyi və ona üzv dövlətlərlə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi:
http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf
10
AB-Azərbaycan münasibətlərinin icmalı:
http://bit.ly/163TQi2
11
AB Qonşuluq Barometri AB tərəfindən maliyyələşən Regional Kommunikasiya proqramı çərçivəsində fəaliyyət
göstərən, və AB Qonşuluq Siyasəti və onun əməkdaşlıq fəaliyyəti və proqramları barədə bilik və qavrayışı qiymətləndirən
rəy sorğusu və media monitorinqi alətidir.
http://eastbook.eu/en/2013/05/country-en/poland-en/enpi-barometer-
taking-the-eu-pulse-in-the-eastern-neighbourhood/
Avropa Komissiyasının illik “qonşuluq paketi” olan və AB-yə qonşu dövlətlərin hər birində AB ilə
razılaşdırılmış islahatların həyata keçirilməsi istiqamətində əldə etdiyi inkişafı qiymətləndirən
“Daha Güclü Tərəfdaşlıq Naminə”
12
nəşrinin bildirdiyinə görə, Azərbaycan “əsas tövsiyələrdən
yalnız az bir qisminə diqqət yetirib”. Hesabatda Azərbaycan tərəfinin siyasi məhbus məsələsini
müzakirə etmək niyyətində olmaması, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının təqib olunması,
söz azadlığı və seçki ilə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğun olmaması və
məhkəmə sisteminin müstəqil olmaması qeyd olunur.
AB-nin Azərbaycanla bağlı qərarlarına ən çox təsir edən faktorlar- iqtisadi tərəqqi və nisbi sabitlik
Azərbaycanın getdikcə pisləşən insan hüquq durumuna diqqət yetirilməsi və vətəndaşlar üçün
fundamental azadlıqların təmin olunması məsələlərini arxa plana keçirib. Vəd olunmuş islahatları
yerinə yetirməyin əvəzinə, Əliyev rejimi sərt qanunlar qəbul etməklə və tənqidi fikirlər
səsləndirməyə cəsarət edən şəxsləri təqib etmək və qorxutmaq üçün yeni tədbirlərə əl atmaqla
ictimai həyata öz avtoritar nəzarətini daha da gücləndirib.
Bu hesabat AB-nin Azərbaycanda demokratiyanın təşviqi prosesindəki rolunu, xüsusilə də avtoritar
kontekstdə enerji resursları və insan haqları məsələlərini nəzərdən keçirir. Hesabat Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişində (TƏS) və AQS Fəaliyyət Planında yer alan AB öhdəliklərinin statusunu
araşdırır. Bu isə öz növbəsində Azərbaycanda demokratik təcrübənin və insan haqlarının
təşviqində AB-nin necə fəal rol oynaya biləcəyi barədə təsəvvür yaradır.
12
“Avropa Qonşuluq Siyasəti: Daha Güclü Tərəfdaşlıq Naminə İş”, Avropa Komissiyası və Avropa Birliyinin Xarici Əlaqələr
və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, 20 mart 2013-cü il:
http://ec.europa.eu/world/enp/docs/2013_enp_pack/2013_comm_conjoint_en.pdf