Müstəqil ictimai yayım xidməti (teleradio yayımı) yaradılsın;
Həmin yerdə
İctimai yayımın həyata keçirilməsi üçün 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və İctimai
Radio yaradılmışdır. Lakin İTV və İctimai Radio ictimai yayımçıdan daha çox dövlət yayımçısı kimi
fəaliyyət göstərir. Onlar əsasən hökumət nümayəndələrinin fəaliyyətini işıqlandırır, müxalifət
nümayəndələrini isə ya heç işıqlandırmır, ya da neqativ işıqlandırır. Eyni zamanda RATİ qeyd edir
ki, Azərbaycanın dövlət yayımçısını ləğv etmək və ictimai yayımçı yaradaraq onu inkişaf etdirmək
öhdəliyinin mövcud olmasına baxmayaraq, hökumət AZTV-yə əlavə olaraq daha iki yeni dövlət
yayımçısı- Mədəniyyət TV və İdman TV kanallarını açmışdır. Bundan başqa, İctimai TV “İctimai
teleradio yayımı haqqında Qanun”da nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmir. Avropa Yayım
Birliyinin üzvü olan İctimai TV-nin 2013-cü il Avroviziya mahnı müsabiqəsi zamanı Rusiyaya
verdiyi səslərin hesaba alınmaması barədə bəyanatla çıxış etməsi peşəkarlıqdan çox uzaq bir addım
olmuşdur. Həmçinin son baş direktor seçkisi zamanı İctimai TV-nin baş direktoru seçilmiş şəxsin
hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bu televiziyanın hakimiyyətin nəzarət altında
fəaliyyət göstərməsindən xəbər verir.
Məlumat azadlığı haqqında Qanunun lazımi icrası təmin edilsin;
Həmin yerdə
İnformasiya əldə etmək hüququ Azərbaycan Konstitusiyası ilə təmin olunan fundamental
hüquqdur. Konstitusiyanın 50.I maddəsinə görə, “Hər kəsin qanuni yolla istədiyi məlumatı
axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.”
40
Bundan başqa,
Konstitusiyanın 57-ci maddəsi vətəndaşları “dövlət orqanlarına şəxsən müraciət etmək, habelə
fərdi və kollektiv yazılı müraciətlər göndərmək” hüququ ilə təmin edir.
41
Müraciətləri almış dövlət
qurumları hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab
verməlidir.
42
İnformasiya əldə etmək hüququ 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək hüququ
haqqında Qanun”da təsbit olunub. Bu qanunun müəyyən müddəaları vətəndaşların “bilmək
hüququ”nu təmin edir. Lakin 2012-ci ildə parlament bu qanuna, həmçinin “Hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında” və “Kommersiya sirri haqqında” qanunlara bir sıra mürtəce dəyişikliklər
qəbul edib.
2012-ci il iyulun 6-da Prezident Əliyev 12 iyun 2012-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş
və korporativ hüquqi şəxslər tərəfindən informasiyanın açıqlanmasını məhdudlaşdıran
qanunvericilik dəyişikliklərini imzalayıb. Şəffaflıq tərəfdarı olan qruplar tərəfindən ciddi tənqidlə
qarşılanan bu dəyişikliklər kommersiya hüquqi şəxslərin rəhbərləri, onların nizamnamə
kapitalındakı payı və digər oxşar məlumatlara cəmiyyətin çatımlılığını məhdudlaşdırır. Əlavələr
2012-ci ilin oktyabr ayında qüvvəyə minib.
Bundan başqa, 2010-cu ildə informasiya ombudsmanı səlahiyyəti insan hüquqları ombudsmanına
verilib və informasiya ombudsmanı haqqında müddəalar 2012-ci ildə qanundan çıxarılıb.
Vətəndaş cəmiyyətinin və onun təşkilatlanmış formalarının (insan hüquqları sahəsində
fəaliyyət göstərən QHT-lər, birliklər və s.) inkişafı təşviq olunsun. QHT-lərin qeydiyyatı üçün
tələb olunan mövcud mürəkkəb və çətin prosedur asanlaşdırılsın;
40
Azərbaycan Respublikasının Konstitusiyası, maddə 50.I,
http://www.president.az/azerbaijan/constitution
41
Azərbaycan Respublikasının Konstitusiyası, maddə 57.I,
http://www.president.az/azerbaijan/constitution
42
Azərbaycan Respublikasının Konstitusiyası, maddə 57. II,
http://www.president.az/azerbaijan/constitution
Həmin yerdə
Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin inkişafında maraqlı deyil. Avropa Parlamentinin
2013-cü ildə qəbul olunmuş və Azərbaycanda QHT-lərin qeydiyyatından imtina olunduğunu qeyd
edən qətnaməsi
43
Azərbaycan hökumətini Azərbaycan İnsan Hüquqları Evinin yenidən açılmasına
qeyd-şərtsiz icazə verməyə, eyni zamanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzini və İnsan Hüquqları Klubunu təxirə salınmadan və heç bir inzibati problem olmadan
qeydiyyata almağa çağırıb. Azərbaycan hökuməti insan hüquqları sahəsində fəaliyyət göstərən
QHT-lərin fəaliyyətinə maneələr yaradır, onlara əsaslı səbəb olmadan xəbərdarlıq edir və
Azərbaycanın regionlarında onların təşkil etdikləri tədbirlərin keçirilməsinə əngəllər törədir.
Hökumətin “Qeyri-hökumət təşkilatları haqqında Qanun”a etdiyi son məhdudlaşdırıcı dəyişikliklər
rəsmi qrant müqaviləsi olmadan 200 manatdan artıq ianə alan QHT-lər üçün yüksək məbləğdə
cərimələr nəzərdə tutur
44
. Belə ki, qəbul olunmuş ianələri dövlət qeydiyyatına aldırmayan QHT-lər
əmlakı müsadirə olunmaqla 1500 manatdan 15000 manata qədər cərimə cəzası ilə üzləşə bilər.
İcma-əsaslı təhsil, təlim və maarifləndirmə proqramları yolu ilə din və mədəniyyət
müxtəlifliyinə hörmət təşviq olunsun;
Həmin yerdə
Din və vicdan azadlıqlarına Azərbaycanda tam hörmət edilmir. Hicab geyinən qızlar məktəb və
universitetlərdə problemlərlə üzləşir, və buna etiraz edən dindarlar müxtəlif ittihamlarla həbs
olunur. Mədəniyyət xadimləri və incəsənət nümayəndələrinə də hörmət edilmir. Bəstəkar Hüseyn
Abdullayev Azərbaycanda insan hüquqları durumuna toxunan “Susma” mahnısı və klipinə görə
cinayət məsuliyyətinə cəlb olunub. Mahnını ifa edən müğənnilər də polis məntəqəsinə çağırılıblar.
43
Avropa Parlamentinin Azərbaycan üzrə qətnaməsi: İlqar Məmmədovun işi,
http://bit.ly/14TDQ2M
44
Daha ətraflı məlumatı buradan oxuya bilərsiniz:
http://www.icnl.org/research/monitor/azerbaijan.html