Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə53/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   48   49   50   51   52   53   54   55   56

138 
 
müxtəlif  cəhətlərinin  sınaqdan  keçirilməsi  vasitəsilə  onun  quruluĢuna  dəyiĢiklik  edilməsi  və  zaman 
keçdikcə  effektivliyinin  artırılması  üçün  nəticələrə  əsasən  idarəetmə  aləti  kimi  dəqiq  monitorinq  və 
qiymətləndirmədən istifadə etmək niyyətindədir. ƏƏSMN buna nail olmaq üçün Dünya Bankı ilə birlikdə 
2008-ci  ilin  birinci  rübündə  ölkə  üzrə  reprezentativ  YaĢayıĢ  Standartlarının  Qiymətləndirilməsi 
Sorğusunu (YSQS) həyata keçirmiĢdir. 2008-ci ildə keçirilmiĢ YSQS 6600 ev təsərrüfatını əhatə etmiĢdir 
və 
ÜSY-nin 
qiymətləndirilməsinə 
imkan  verir.  Sorğu  ÜSY-nin  müxtəlif  aspektlərinin 
qiymətləndirilməsinə imkan verəcək Ģəkildə formalaĢdırılmıĢdır: (a) əhatə dairəsi (ÜSY alan ünvanlanmıĢ 
əhalinin – çox yoxsul olanların – nisbəti), (b) ünvanlılığın icra olunması, (c) icra mexanizmi və onun necə 
iĢləməsi,  (d)  ÜSY-nin  ev  təsərrüfatlarının  rifahına  təsiri.  YSQS  proqramın  benefisiarlarının  və  qeyri-
benefisiarlarının üst-üstə düĢən seçməsini əhatə etmiĢdir. 
 
6.
 
YSQS hazırkı hesabatın əsas məlumat mənbəyini formalaĢdırmıĢdır. Azərbaycanda hər il həyata 
keçirilən  Ev  təsərrüfatı  büdcəsinin  müayinəsi  (EBM)  ölkədəki  yoxsulluğun  təhlil  edilməsi  üçün  yeganə 
məlumat mənbəyidir. YSQS bir çox cəhətlərinə görə EBM-dən fərqlənir ki, bu da iki mənbəyə əsaslanan 
nəticələrin  ümumi  müqayisəsini  praktiki  olaraq  qeyri-mümkün  edir.  Birincisi,  EBM  il  ərzində  həyata 
keçirildiyi  halda,  YSQS  yalnız  2008-ci  ilin  ilk  rübü  ərzində  aparılmıĢdır.  Ġstehlak  xüsusiyyətlərində, 
qiymətlərdə və gəlir əldə etmək imkanlarında mövsümi fərqlər iki mənbə arasında əhəmiyyətli fərqlərdir. 
 
7.
 
Sorğu  vərəqəsi.  ƏƏSMN  və  Dünya  Bankının  birgə  komandası  YSQS  üçün  sorğu  aləti 
hazırlamıĢdır.  Sorğu  vərəqəsinə  bir  çox  modullar,  o  cümlədən  ev  təsərrüfatlarının  demoqrafiyası,  gəlir, 
xərc,  istehlak,  əmək  bazarı,  vəsaitlər,  mənzil  Ģəraiti,  səhiyyə,  təhsil,  sosial  müdafiə,  mənzil  Ģəraitinin 
subyektiv  qiymətləndirilməsi,  mübarizə  strategiyaları  və  YSQS  standartları  üçün  xarakterik  digər 
modullar  daxil  olmuĢdur.  ÜSY  proqramı  üzrə  ayrıca  modul  daxil  edilmiĢdir  ki,  burada  onun  struktur 
xüsusiyyətləri,  icrasının  təĢkili,  ünvanlılıq  mexanizmləri,  əhatə  dairəsi,  müavinətlərin  həcmi,  müraciət 
prosesi,  məlumatlandırma  kampaniyası  və  proqramın  dəqiq  monitorinqi  və  qiymətləndirilməsinə  Ģərait 
yaradan digər aspektlər üzrə suallar öz əksini tapmıĢdır. 
 
8.
 
Seçmə.  Ümumi  seçmə  üçün  seçmə  çərçivəsi  əhalinin  1999-cu  il  siyahıya  alınması  əsasında 
hazırlanmıĢdır.  Ġlkin  seçmə  vahidlərinin  (ĠSV)  seçilməsindən  sonra,  Son  seçmə  vahidlərinin  (SSV) 
seçilməsindən  əvvəl  seçilmiĢ  ĠSV-lərdəki  ev  təsərrüfatlarının  siyahısının  hazırlanması  həyata 
keçirilmiĢdir.  Ümumi  seçmə  aĢağıdakı  çıxıĢ  sahələri  üçün  reprezentativ  olmuĢdur:  (a)  Ģəhər  və  kənd 
əraziləri, (b) Azərbaycanın iqtisadi rayonları və Bakı Ģəhəri, (c) iqtisadi zonalar daxilində Ģəhər və kənd 
əraziləri.  Ölkə  üzrə  5500  ev  təsərrüfatı  təsadüfi  seçilmiĢdir.  Əlavə  500  ev  təsərrüfatı  Qaçqınların  və 
məcburi  köçkünlərin  iĢləri  üzrə  Dövlət  Komitəsindən  alınmıĢ  məcburi  köçkünlərin  (MK)  siyahısından 
seçilmiĢdir. 
 
9.
 
ÜSY  seçməsi.  ÜSY  benefisiarı  olan  ev  təsərrüfatlarının,  eləcə  də  müraciət  etmiĢ,  lakin  ÜSY 
müavinəti  almaq  hüququnun  olmadığı  hesab  olunmuĢ  ev  təsərrüfatlarının  reprezentativ  seçməsini  əldə 
etmək  üçün  ƏƏSMN  tərəfindən  verilmiĢ  ÜSY  müavinətinə  müraciət  edənlərin  və  benefisiarların 
siyahısından bu iki qrup ev təsərrüfatlarının üst-üstə düĢən seçməsi hazırlanmıĢdır. ÜSY benefisiarlarının 
və  müavinət  almaq  hüququ  olmayan  ev  təsərrüfatlarının  daxil  olduğu  ümumi  seçmə  təqribən  1000  ev 
təsərrüfatını  əhatə  etmiĢdir,  bunlardan  700-ü  benefisiar  ailələrdən,  300-ü  isə  qeyri-benefisiar  ailələrdən 
olmuĢdur. 2008-ci il üzrə YSQS-nin ümumi seçməsi 7000 ev təsərrüfatını əhatə edir. Effektiv seçmə 6600 
ev təsərrüfatını əhatə etmiĢdir. Çünki Naxçıvan iqtisadi rayonunda sorğunun həyata keçirilməsi mümkün 
olmamıĢdır. 
 
 


139 
 
ƏLAVƏ B: MƏLUMATLARIN MÜQAYĠSƏLĠLĠYĠ  
 
 
1.
 
Yuxarıda Əlavə A-da təsvir edildiyi kimi, 2001-ci il EBM və 2008-ci il YSQS müxtəlif səbəblər 
üçündən  birbaĢa  müqayisə  oluna  bilmir.  Birincisi,  ərzaq  və  kiçik  qeyri-ərzaq  mallarına  çəkilən  xərclər 
2001-ci  il  sorğusunda  gündəlik  qeydiyyat  vasitəsilə  izlənilmiĢdir,  2008-ci  il  YSQS-də  isə  30  günlük 
xatırlama  dövrü  istifadə  edilmiĢdir.  Ġkincisi,  əsas  qeyri-ərzaq  malları  və  ev  təsərrüfatının  uzunmüddətli 
istehlak  malları  üçün  2001-ci  il  EBM-də  üç  aylıq  xatırlama  dövrü,  2008-ci  il  YSQS-də  isə  12  aylıq 
xatırlama  dövrü  istifadə edilmiĢdir.  Bundan  baĢqa,  2001-ci  il  EBM rüb  ərzində ölkə  üzrə  reprezentativ 
2000  ev  təsərrüfatı  seçməsi  əsasında  rüblük  rotasiya  ilə  il  ərzində  həyata  keçirilmiĢdir  ki,  bu  da 
ümumilikdə  8000  ev  təsərrüfatı  seçməsi  deməkdir.  Digər  tərəfdən,  2008-ci  il  YSQS  Naxçıvan  Muxtar 
Respublikası  istisna  olmaqla,  Azərbaycanın  əsas  hissəsində  ölkə  üzrə  reprezentativ  5600  ev  təsərrüfatı 
seçməsi  üzrə  2008-ci  ilin  birinci  rübü  ərzində  həyata  keçirilmiĢdir.  Sorğu  vərəqəsi  və  sorğunun 
qurulmasında  bu  fərqlər  yoxsulluğun  qiymətləndirməsində  xeyli  fərqli  nəticələrə  gətirib  çıxara  bilər 
(Lancov  və  Lancov,  2001-ci  il).  Bundan  əlavə,  istehlak  qiyməti  deflyatorları  çox  zaman  yalnız  Ģəhərə 
məxsus  istehlak  səbətlərindən  istifadə  edilməklə  hesablanır  ki,  bu  da  kənd  yerləri  üçün  xarakterik  olan 
istehlak  xüsusiyyətlərindən  fərqlənə  və  2001-2008-ci  illər  arasında  onların  izlənilməsini  qeyri-mümkün 
edə bilər. 
 
2.
 
Zamana  görə  məlumatların  müqayisəliliyinin  mümkün  olmamasını  aradan  qaldırmaq  üçün 
yoxsulluğun  proqnozlaĢdırılmasının  müxtəlif  metodları  vardır  (Ravallion,  1996-cı  il;  Sahn  və  Stifel, 
2000-ci il; Kicima və Lancov, 2003-cü il; Azzari və b., 2006-cı il; Luoto, 2006-cı il; Stifel və Kristiansen, 
2007-ci il). Bu metodlar istifadə olunan məlumat mənbələri və proqnozlaĢdırma üsulları, eləcə də onların 
əsasında duran fərziyyələr baxımından fərqlənir (müxtəlif metodlara malik yaxĢı sorğu üçün Kristiansen, 
Lancov, Luoto və Stifel, 2008-ə baxın). 
 
3.
 
Biz  istehlak  anlayıĢını  ev  təsərrüfatları  üzrə  bir  sorğudan  digərinə  daxil  etmək  məqsədimizə 
çatmaq  üçün  Elbers,  Lancov  və  Lancov  (2003-cü  il)  tərəfindən  iĢlənib-hazırlanmıĢ  kiçik  ərazi 
qiymətləndirməsi (KƏQ) metodunun uyğunlaĢdırılmıĢ versiyasından istifadə etmiĢik. Kicima və Lancov 
(2003),  Stifel  və  Kristiansen  (2007-ci  il)  bu  üsuldan  müvafiq  olaraq  Hindistan  və  Keniyada  istifadə 
etmiĢlər.  Ədəbiyyatda  KƏQ  üsulu  istehlakın  daha  çox  standart  proqnozlaĢdırılmasından  üstün  tutulur 
(məsələn  baxın:  Azzari  və  b.,  2006-cı  il),  çünki  o,  həm  orta  istehlak,  həm  də  istehlakın  dəyiĢməsi  üzrə 
uyğun  qiymətləndirmələr  və  beləliklə  də  yoxsulluğun  zamana  görə  dəyiĢməsi  uyğun  qiymətləndirmə 
aparmağa imkan verir. Bir-birindən tamamilə fərqli üç ərazidə: Vyetnam, Rusiya və Keniyada təkrarlanan 
ölkə üzrə reprezentativ və zamana görə müqayisəli ev təsərrüfatları müayinələrindən istifadə edilməklə bu 
üsul empirik olaraq öz təsdiqini tapmıĢdır (baxın: Kristiansen, Lancov, Luoto və Stifel, 2008-ci il). 
 
4.
 
KƏD  metodologiyasından  2008-ci  ildə  ev  təsərrüfatları  səviyyəsində  adambaĢına  istehlakın 
proqnozlaĢdırılmasında  istifadə  edilmiĢdir.  Burada  ev  təsərrüfatları  üzrə  2008-ci  ilin  mövcud 
məlumatlarından  (məs.,  əmlak  və  mənzil  Ģəraiti),  eləcə  də  2001-ci  ilin  məlumatları  əsasında 
qiymətləndirilmiĢ  istehlak  modelindən  çıxarılan  parametr  qiymətləndirmələrindən  (o  cümlədən,  xəta 
həddinin bölgüsü ilə bağlı olanlardan) istifadə edilmiĢdir. Ġzahedici dəyiĢənlərin iki sorğu üzrə müqayisə 
edilə bilənlərlə məhdudlaĢdırılması vasitəsilə bu metod iki sorğu üzrə istehlakın (rifahın) eyni anlayıĢını 
təmin edir, qiymət deflyatorlarına olan ehtiyacdan yan keçir, lakin istehlak və onun korelyatları arasındakı 
əlaqənin zamana görə sabit olmasını fərz edir.  
 
5.
 
ġərti  olaraq  qəbul  edək
38
  ki,  H  ev  təsərrüfatı  səviyyəsində  adambaĢına  istehlak  (y
h
)  əsasında 
yoxsulluq  səviyyəsini  əks  etdirir.  T=2001  məlumatından  istifadə  edərək,  ev  təsərrüfatı  h  üçün  y
ht
 
istehlakının t-yə görə loqarifmini quraq: 
(1) 
,
ln
ht
ht
ht
y




x
 
                                                 
38
 Yoxsulluğun zamana görə proqnozlaĢdırılmasında KƏD metodunun tətbiqinin daha detallı müzakirəsi üçün baxın: 
Kicima və Lancov (2003-cü il), Stifel və Kristiansen (2007-ci il).  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə