Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   48   49   50   51   52   53   54   55   56

136 
 
iki dəfədən çox geniĢləndiyini nəzərə alaraq ünvanlılığın oxĢar olduğunu fərz etsək, çox yoxsul əhalinin 
əhatə olunması ən yaxĢı halda 50 faizə, ümumi yoxsulların əhatə olunması isə üçdə birə çatmalı idi. 
 
8.26
 
Azərbaycanda  sosial  transferlər  sistemi  maliyyə  böhranının  təsirinin  yumşaldılmasında 
əhəmiyyətli  rol  oynamaq  baxımından  yaxşı  qurulmuşdur.  Buraya  müxtəlif  proqramlar  daxildir,  onun 
yaxĢı inzibati gücü var və o, özünün yoxsulluğun azaldılması üzrə təyinatı üzrə həyata keçirilir. Bununla 
əlaqədar iki proqram daha əhəmiyyətlidir: ünvanlı sosial yardım (ÜSY) və baza pensiyası. Ünvanlı sosial 
yardımın çox yoxsul və yoxsul əhali qrupunu yaxĢı əhatə etməsi praktik cəhətdən sübut edilmiĢdir – ÜSY 
resurslarının 51 faizini alan 49 faiz benefisiar əhalinin ən aĢağı desilini təmsil edir. ÜSY-nin demək olar 
ki, 90 faizini alan əksər benefisiarlar (86 faiz) əhalinin ən aĢağı 40 faizlik hissəsinə aiddir. ÜSY səmərəli 
idarəetmə  strukturuna  və  ölkənin  bütün  ərazisini  əhatə  edən  avtomatlaĢdırılmıĢ  sistemə  malikdir.  Baza 
pensiyası  sosial  sığorta  müavinətləri  alanlar  üçün  minimum  gəlir  təminatı  rolunu  oynayır.  O,  orta 
pensiyanın  80  faizə  qədərini  təĢkil  edir,  bununla  da  pensiyaların  bu  və  ya  digər  dərəcədə  yoxsullara 
istiqamətlənmiĢ  (proqressiv)  paylanması  və  onların  Azərbaycanda  yoxsulluğun  azaldılmasındakı  çox 
əhəmiyyətli  roluna  həlledici  töhfə  verir.  Burada  böhranın  təsirinin  yumĢaldılması  sahəsində  əsas  tədbir 
baza pensiyanın real səviyyəsinin aĢağı sürüĢməsinə imkan verməmək və beləliklə də yaĢlıların, əlillərin 
və ailə baĢçısının itirilməsinə görə pensiya alanların gəlirlərinin qorunması ola bilər. 
 
8.27
 
Qlobal maliyyə böhranı daha çox insanı yoxsulluğa sürükləyə, eyni zamanda daha çox insanın 
yoxsulluğunun  dərinləşməsinə  və  kəskin  yoxsul  əhalinin  sıralarına  qoşulmasına  yol  aça  bilər.  Buna 
görə də Azərbaycan kəskin yoxsul əhaliyə yardım göstərilməsi sahəsindəki səylərinə diqqət yetirməlidir. 
Bu,  sosial  yardıma,  xüsusilə  də  ÜSY-yə  ayrılan  vəsaitlərin  tədricən  artırılmasını  tələb  edə  bilər.  Kiçik 
sosial yardım proqramlarının bəziləri ÜSY-yə birləĢdirilə bilər. 
 
8.28
 
Ümumiyyətlə, 
sosial 
transferlərin 
Azərbaycan 
əhalisinin 
maddi 
durumunun 
yaxşılaşdırılmasında  mühüm  rol  oynadığını  nəzərə  alaraq,  onların  maliyyələşməsinə  ayrılan 
vəsaitlərin ən azı real ifadədə sabit saxlanması zəruridir  (proqramların birləĢdirilməsinin labüd olması 
vəsaitlərə mənfi təsir göstərməməlidir). Daha yaxĢı olar ki, onların ÜDM-ə nisbəti ən azı sabit qalsın və 
ya artırılsın, bununla da daha az uğur əldə edən Ģəxslər təkcə böhranın təsirindən qorunmuĢ olmasın, həm 
də  Azərbaycanın  son  onillikdə  nümayiĢ  etdirdiyi  güclü  iqtisadi  irəliləyiĢdən  müəyyən  fayda  əldə  etmiĢ 
olsun.  
 
 


137 
 
ƏLAVƏ A: 2001-CĠ ĠL EBM və 2008-CĠ ĠL YSQS-NĠN TƏSVĠRĠ 
 
A.1. EBM, 2001-ci il 
 
1.
 
2001-ci il EBM həyata keçirilməsinə 2001-ci ilin yanvarında baĢlanmıĢ və institutlarda olmayan 
bütün  əhalini  əhatə  edən  yeni  ev  təsərrüfatları  büdcə  müayinəsidir.  Seçmədə  (rüblər  üzrə  tam  rotasiya 
vasitəsilə  8000  ev  təsərrüfatı  seçilmiĢdir:  hər  rübdə  sorğuda  2000  yeni  ev  təsərrüfatı  iĢtirak  etmiĢdir) 
Ģəhər  və  kəndyerləri  və  iqtisadi  regionlar  üzrə  ilkin  bölgü  vasitəsilə  üç-mərhələli  seçmə  ehtimalından 
istifadə edilmiĢdir. 
 
2.
 
Sorğu  gündəlik  qeydiyyat  vasitəsilə  doldurulan  dörd  sorğu  vərəqəsi  dəstindən  ibarətdir. 
Ġntervyuerlər  ev  təsərrüfatlarını  rübdə  3-4  dəfə  ziyarət  edirlər.  Ġlkin  (tanıĢlıq  üçün)  müsahibə  rübün 
əvvəlində həyata keçirilir və bundan sonra ev təsərrüfatlarından iki həftəlik xərc və istehlak gündəliyini 
tutmaq xahiĢ edilir. Rübün sonunda ev təsərrüfatlarından rüblük gəlirləri və böyük maddələr üzrə xərcləri 
haqqında  müsahibə  götürülür.  Sorğu  vərəqəsində  yoxsulluğun  monetar  ölçülərini  yaratmaq  üçün  lazım 
olan  məlumatlar  toplanır.  Burada  həmçinin  əsas  vəsaitlər  və  digər  yaĢayıĢ  səviyyəsi  göstəriciləri,  o 
cümlədən: məĢğulluq, mənzil Ģəraiti, torpaq, əsas xidmətlər, səhiyyə, təhsil, maliyyə əməliyyatları, kənd 
təsərrüfatı istehsalı və antropometrik göstəricilər üzrə məlumatlar toplanır. 
 
3.
 
Azərbaycan  ev  təsərrüfatları  büdcə  müayinəsinin  (AEBM)  gücü  cari  istehlakı,  yəni  ev 
təsərrüfatlarının  aldığı  Ģeyləri  və  Ģəxsi  istehlakını  aylar  üzrə  ölçməsidir.  Cari  istehlak  dedikdə  ev 
təsərrüfatının üzvləri tərəfindən müvafiq ayda istehlak edilən ərzaq və qeyri-ərzaq malları və xidmətlərin 
dəyəri  baĢa  düĢülür.  Azərbaycan  EBM-i  ev  təsərrüfatlarının  illik  istehlakını  kifayət  qədər  dəqiqliklə 
müəyyən etməyə imkan vermir. Azərbaycan EBM-i illik istehlakın deyil, aylıq istehlakın qeydə alınması 
ilə  YaĢayıĢ  Standartlarının  Qiymətləndirilməsi  Sorğusundan  (YSQS)  fərqlənir  ki,  bölgü  üzrə 
müqayisələrin etibarlılığını azaldır. Müayinənin xatırlama üçün olan dövrü tez-tez təkrarlanmayan alıĢlar 
və ya mövsümi malların illik istehlakını əhatə etmək baxımından kifayət qədər çevik deyildir. DSK 2001-
ci il EBM-i üçün xatırlama dövrü və gündəliyi praqmatik əsaslarla seçmiĢdir: maraq kəsb edən əsas suala 
cavab  vermək  üçün  sorğu  aparmaq  və  maliyyə  davamlılığını  təmin  etmək.  Gündəlikdən  istifadə  yaxĢı 
seçim  olmaqla,  xatırlama  xətasını  minimuma  endirmiĢdir.  Seçmənin  azalmasını  minimuma  endirmək 
üçün gündəliyin saxlanması dövrü bunu ―dəstəkləyən‖ səviyyələrə uyğunlaĢdırılmalıdır (iki həftə; böyük 
əĢyalar üçün üç ay). 
 
4.
 
Sorğuda böyük yaĢda əhali üçün əmək bazarındakı vəziyyət haqqında məlumatlar, eləcə də əmək 
haqları  və  maaĢlar  haqqında  məlumatlar  toplanır.  Lakin  əmək  haqqı  barədə  məlumatların  etibarlılığı 
formal  və  qeyri-formal  sektorlar  arasında  fərqlənir.  Formal  sektorda  əmək  haqları  sorğuda  yaxĢı  əhatə 
olunmuĢdur.  Bunun  əksinə  olaraq,  özünüməĢğul  Ģəxslərin  əldə  etdikləri  qazanc  qiymətləndirilə  bilmir, 
çünki gəlirlər və xərclər üzrə məlumatların kasadlığı və onların mövsümiliyi buna imkan vermiĢ. 2001-ci 
il  EBM-də  nağd  və  ya  natural  formada  sosial  transferlərin  alınması,  yaxud  köçürmələr  haqda  ətraflı 
məlumatlar toplanır ki, bu da onu faydalılıq təhlilləri üçün əvəzsiz edir. Sorğuda ev təsərrüfatının hər bir 
üzvü  tərəfindən  alınan  sosial  transferlərin  (nağd  müavinətlər),  yaxud  ailə  tərəfindən  alınan  (imtiyazlar) 
sayı və məbləği, eləcə də səhiyyə və təhsil kimi natural formada verilən əsas müavinətlərin həcmi qeydə 
alınır.  
 
 
A.2.  
2008-ci il YSQS (ÜSY-nin Monitorinqi üzrə sorğu) 
 
5.
 
Azərbaycan  təqribən  iki  illik  hazırlıqdan  sonra,  2006-cı  ildə  ünvanlı  sosial  yardım  (ÜSY) 
proqramını  həyata  keçirməyə  baĢlamıĢdır.  ÜSY  almaq  hüququ  vəsaitlərin  qiymətləndirilməsi 
mexanizminə  əsaslanır.  BaĢlanğıcda  təqribən  60000  ailə  yardım  alırdı.  2008-ci  ildə  benefisiar  ailələrin 
sayı  təqribən  170000-ə  qədər  artırıldı  və  2009-cu  ilin  sonuna  qədər  200000-ə  çatdırılması  gözlənilir. 
Azərbaycan  hökuməti  (AH)  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  (ƏƏSMN)  vasitəsilə  ÜSY 
proqramının  tərkib  hissəsinin  monitorinqi  və  qiymətləndirilməsini  həyata  keçirmiĢdir.  AH  proqramın 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə