M
Meynstriminq (yanaĢma) (Mainstreaming (approach)) - əlilliyi olan və əlilliyi
olmayan uşaqların sosial və öyrədici yöndən birləşməsinə kömək edən təhsil
strategiyası. Bunun məqsədi uşağın tam sağalması deyil, onun maraq və
qabiliyyətlərini ən yaxşı formada istifadə etməsinə,cəmiyyətdə sərbəst hərəkətinə
kömək etməkdən ibarətdir.
Məcburi hospitalizasiya (tibbi xarakterli məcburi tədbirlər) (Involuntary
admission (coercive medical measures)) — anlaşılmaz vəziyyətdə cinayət törətmiş
və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud psixi pozuntu
vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş
qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə
məqsədi ilə yerləşdirilməsi.
Məsləhət psixologiyası (Counselling psychology) - insanın daha fəal davramşlarla
sosial mühitə uyğunlaşması məqsədi ilə istifadə edilən məlumatları əhatə edən
psixologiya sahəsi.
MəsləhətləĢmə xidməti (Counselling service, consultation service) - psixo-sosial
problemlərlə üzləşən insanlara problemlərin həllində yardımçı olmaq və lazımi
məlumat və çıxış yollarını təqdim etmək məqsədilə həyata keçirilən fəaliyyətlərin
məcmusu.
MəsləhətləĢmə mərkəzi (Counselling center, consultation center) - insanın ictimai
və şəxsi həyatında qarşılaşdığı sosial xarakterli suallarının cavabını tapmaq və ya
problemlərinin həllini axtarmaq üçün müraciət etdiyi mövzu ilə bağlı sosial
məsləhətçilərdən ibarət olan qurum.
Mobillik (Mobility) - əlilliyi olan şəxslərin müstəqilliyinə şərait yarada biləcək
vasitələrə uyğunlaşma və onların köməyilə hərəkət etmə bacarıqların məcmusu.
Məsələn, qoltuq altı.
Monoplegiya (Monoplegia, hemiparaplegia) -insan orqanizminin hər hansı bir
ətraf nayihəsinin iflici.
Motorika (hərəkətlilik) (Motility, movements, motor activity) - orqanizmin
biomexaniki, fenomonoloji və psixoloji aspektlərdən birləşdirən funksiyası.
Mürəkkəb çatıĢmazlıq (Multiple deficiency) -insan orqanizminin fiziki
pozuntuların, əqli və ya psixi ləngimələrin məcmusu.
Müstəqil həyat (Independent living) - əlilliyi olan şəxsin digər insanlarla
münasibətdən, fiziki imkanlardan, ətraf mühitdən və sosial xidmət sahəsinin
inkişafından asılı olan psixoloji oriyentasiyası. Müstəqil həyat əlilliyi olan şəxsin
cəmiyyətin ayrılmaz hissəsini təşkil etmək, cəmiyyətdə cərəyan edən bütün sosial
və siyasi proseslərdə iştirak etmək, seçim müstəqilliyini, yaşayış və digər təyinatlı
binalara, nəqliyyat və kommunikasiya vasitələrinə, əmək bazarına və təhsil
sisteminə çıxışı ehtiva edən insan haqlarıdır.
Müstəqil həyat konsepsiyası çərçivəsində əlilliyi olan şəxs özü qərar çıxarmaq,
seçmək və həyat vəziyyətlərini idarə etmək hüququna malikdir.
Müyəssər (Accessible) - fərdin istifadəsi üçün əlçatan olan ehtiyatların məcmusu,
o cümlədən qurğular, vasitələr, infrastruktur obyektləri, proqramlar və ya fəaliyyət
növləri.
Müyəssər veb səhifələrin dizaynı (Accessible web design) - universal dizayn
qaydalarına uyğun tərtib olunan və məhdudiyyətləri olan insanların həmin
səhifələrdən istifadəsini tam və ya qismən təmin edən dizayn üsulu.
N
Nevroz (Neurosis, neuroticism, neurotic disorder, kakergasia) - insanın sinir
sisteminin geri dönən dönmə ehtimalı olan funksional pozğunluğu. Bu, sinir
sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri
nəticəsində baş verir.
Nitq qabiliyyəti (Vocality, verbal ability) - nitq fəaliyyətində müvafıq dilin
mənimsənilməsi və ondan istifadə etmə bacarığı.
Nitq qabiliyyətinin məhdudiyyəti (Speech impairment) - sadə səslərin təhrifindən
tutmuş dildən istifadə qabiliyyətin tam və ya qismən itirilməsi və funksional nitq
üçün oral-motor mexanizmin pozulması fonunda şəxsin digər şəxslərlə ünsiyyət
imkanlarının məhdudlaşdırılması.
Nitq qabiliyyəti məhdud olan Ģəxslərlə ünsiyyətin etik prinsipləri (Ethical
principles of commımication with persons with speech impairment) - nitq
qabiliyyətinin məhdudiyyətləri və problemləri ilə yaşayan insanlarla ünsiyyət
qurulması qaydaları. Buna əsasən, nitq qabiliyyəti məhdud olan insanlarla
danışarkən etinasız davranmaq olmaz; nitq qabiliyyəti məhdud olan insanın çıxışını
kəsmək olmaz, yalnız onun çıxışı qurtarmasına əmin olduqdan sonra danışmağa
başlamaq olar; söhbətin gedişatını süni şəkildə sürətləndirmək olmaz; danışarkən
həmsöhbətin düz üzünə baxmaq, səbrli olmaq və adi söhbətlə müqayisədə həmin
söhbətin daha çox vaxt aparacağını nəzərə almaq lazımdır və s.
Nitq məlıımatının daxil olması və nitqintanınması (Speech input and speech
recognition) - kompyuter üzərində nəzarət və mətnin kompyuterdə tərtib olunması
üçün istifadə olunan üsul. Nitq məlumatının daxil olması üzrə proqram təminatı
mikrofonla təchiz olunur.
Nozologiya (Nosology) - patologiya və kiliniki tibbin əsas vəzifələrinin həll
olunmasına xidmət edən xəstəliklər haqqında elm. Nozologiya patologiyanın
struktur-funksional əlaqələrinin, habelə xəstəliklərin bioloji və tibbi əsaslarının
tədqiqi ilə məşğuldur. Nozologiyanın tərkibində etiologiya (xəstəliklərin yaranma
səbəblərini öyrənən elm), patogenez (xəstəliklərin yaranma və inkişaf
mexanizmləri), patomorfogenez (xəstəliklərin inkişafı fonunda yaranan morfoloji
dəyişikliklər), xəstəliklərin nomenklaturası və təsnifatı, diaqnoz nəzəriyyəsi,
patomorfoz (müxtəlif amillərin təsiri nəticəsində xəstəliklərin dəyişilməsini tədqiq