ĠĢ qabiliyyətinin itirilməsinə gətirib çıxardan zədələrin, pozuntuların və
xəstəliklərin Beynəlxalq Təsnifatı (International Classification of Impairments,
Disabilities and Handicaps) - Dünya Səhiyyə Təşkilatı tərəfindən işlənib
hazırlanan və reabilitasiya tədbirlərinin müəyyənləşdirilməsi və keçirilməsi üçün
nəzərdə tutulan beynəlxalq təsnifat sistemi. Təsnifat vahidləri kimi pozuntular
(əqli, görmə, eşitmə, nitq, motorika), 9 funksional pozuntu (davranış, kommu-
nikasiya, vərdişlər) və 9 zədə (oriyentasiya, mobillik, sosial inteqrasiya)
müəyyənləşdirilib. Hər bir vahid, öz növbəsində daha aşağı vahidlərə bölünür. Ən
son vahid üçrəqəmli kodlarla təsvir olunan alt kateqoriyalardır.
J
Jest dili (Sign language, finger-speech, kinetic speech) - eşitmə qabiüyyəti
məhdud olan insanların ünsiyətini asanlaşdırmaq üçün istifadə olunan mimika və
əl-qol işarələrinin məcmusu. Hər jest müəyyən bir anlayışı, yəni sözü ifadə edir.
Jest sözlə sıx bağlıdır, fikri əhatə edir.
K
Katatonik oyanma sindromu (Catatonia, catatonic excitement syndrome,
catatonic rage syndrome) - səbəbsiz, məntiqsiz və pərakəndə, bəzən stereotip
formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halı.
Şəxsin xarici görünüşü qeyri-təbii, nitqi isə anlaşılmaz olur. Fikrin əksinə ifadə
edilməsi, həmçinin neqativ mövqeyin nümayiş olunması nəzərəçarpan
əlamətlərindəndir.
KəsilmiĢ sərhəd (Curb cut) - təkərli oturacaq istifadəçisinin səkidən yola keçidinin
asanlaşdırılması üçün sivri bucağı kəsilmiş yol hissəsi.
Kompulsiya (Compulsion) - insanın "qeyri-adi, fövqəltəbii" şəkildə onu qorxudan
hadisənin, sarışan fıkirlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq
üçün etməyə ehtiyac hiss etdiyi fıziki və ya psixi hərəkətlərdir (rituallar).
Korset (bax Bandaj)
Kvota (Quota) - müvafıq icra hakimiyyəti orqanları tərəfmdən işəgötürənlərə
sosial müdafıəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə
təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı.
Q
Qanqrena (Mortifıcation, sphacelation, gangrene) - travma, infeksiya nəticəsində
insan orqanizmində baş verən və toxumanın, orqanın və ya bədənin bir hissəsinin
çürüməsi.
Qayğıya ehtiyac (Care requirement) - insanın xroniki xəstəlik, qocalıq və əlillik
nəticəsində müxtəlif fıziki, ruhi və zehni məhdudiyyətlər və maneələr səbəbindən
öz həyat və fəaliyyət sahəsində başqalarının sosial xidmətinə və dəstəyinə daimi
ehtiyacının olması.
Qayğıya ehtiyac duyan əliliyi olan Ģəxs (Care recipient with disability) - ağır
yaralanma, xəsarət alma, doğuşdan gələn və ya daha sonra ortaya çıxan hər hansı
bir əliliik səbəbilə başqalarının müxtəlif dərəcələrdə və sıxlıqda davamlı olaraq
xidmətinə ehtiyac duyan insan.
Qayğıya ehtiyac riski (Care requirement risk) -insanın əlillik, qocalıq, xəstəlik
kimi səbəblərdən başqalarının fıziki və sosial xidmətinə davamlı olaraq ehtiyac
duyması riskini göstərən həyati təhlükə.
Qayğıya ehtiyacı olan Ģəxs (Care receiving person) - xroniki xəstəlik, qocalıq və
əlillik səbəbilə gündəlik həyatın fəaliyyət sahəsinə aid olan əsas tələblərini
əhəmiyyətli dərəcədə yerinə yetirə bilmədiyi üçün başqalarının sosial nəzarət
xidmətinə və dəstəyinə daim ehtiyac duyan, reabilitasiya xidməti alması vacib olan
insan.
Qeydiyyatdan keçən iĢsiz əlilliyi olan Ģəxs (Registered unemployed person with
disability) -işləmək arzusunda olan, iş axtaran, lakin iş tapmayan və müvafıq icra
hakimiyyəti orqanlarında qeydiyyatda olan əlilliyi olan insan.
Qeyri-könüllü hospitalizasiya (Involuntary admission, coercion hospitalization,
compulsory hospitalization) - ağır psixi və ya fiziki pozuntusu (xəstəlik) olan
şəxsin onun iradəsindən asılı olmayaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında tibbi
müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi.
QIÇS (AIDS) - qazanılmış immunçatışmazlığı sindromu (İİV infeksiyasının son
mərhələsində insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan
xəstəlik).
Qulluğa ehtiyacı olan xəstə (Care patient) -yüksək dərəcəli xroniki xəstəlik
səbəbindən davamlı olaraq sosial və tibbi qulluq xidmətlərinə ehtiyac duyan şəxs.
L
Loqoped (Speech therapist, speech and language pathologist, logopaedist) - həm
uşaqlara, həm də böyüklərə xas olan nitq qüsurlarının aradan qaldırılması
məqsədilə zəruri metodikaları müyyəniəşdirib tətbiq edən mütəxəssis. Loqoped
pasiyentlərə səslərin düzgün tələffüz edilməsində, səslərin fərqləndirilməsində və
loqonevrozdan (pəltəklikdən) müalicədə yardım göstərir.
Loqopediya (Laliatry, logopedia, speech and language therapy, speech training) -
loqopediya yunan sözü olub düzgün nitq tərbiyəsi mənasını bildirir. Nitq
qabiliyyəti məhdud şəxslərin təlim-tərbiyəsi, inkişafı və təhsili ilə məşğul olan elm
sahəsidir. Loqopediya nitq fəaliyyətinin pozulmasının səbəbini, mexanizimini,
simptomatikasını və quruluşunu öyrənir.