Azərbaycan respublġkasi əMƏK


Xüsusi   təhsilə   ehtiyacı   olan   uĢaqlar



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

Xüsusi   təhsilə   ehtiyacı   olan   uĢaqlar (Children in need for special education) 

fərqli zehni xüsusiyyətləri və bacarıqları səbəbindən xüsusi təhsilə ehtiyacı olan 

uşaqlar. 

 

Ġ 

 

ĠCF  -  "International  Classification  of  Functioning,  Disability  and  Health" 

operativliyin,  çatışmazlığın  və  sağlamlığın  beynəlxalq  təsnifatı.  Dünya  Səhiyyə 

Təşkilatı  tərəfindən  2000-ci  ildə  əlilliyin  təsnif  edilməsi,      reabilitasiya  

xidmətlərinin      fəallığının  artırılması  istiqamətində  inkişaf  etdirilən,  ictimai 

baxımdan çox ölçülü bir təyin etmə və kodlama sistemi. İCF beş əsas elementdən 

və bunların təzahürlərindən ibarətdir: 1) bədən quruluşu və bundan doğan əlillik; 2) 

bədən  funksiyası  və  bundan  doğan  funksional  pozğunluqlar  (disorder);  3)  fəallıq 

(hərəkət)  vəziyyəti  və  bundan  doğan  narahatlıqlar;  4)  sosial  fəaliyyətin  vəziyyəti 

və  bundan  doğan  əlillik;  5)  mürəkkəb  amillər  (ətraf  mühit,  ailə,  insan  və  bundan 

doğan şəxsi, ailəvi və ekoloji problemlər). İCF və ICIDH-10 arasında üç mühüm 

fərq  var:  1)  əlillik  (impairment.)  əvəzinə  bədən    quruluşu    və    funksiyası;    2)  

çatışmazlıq  (disability)  əvəzinə  fəallıq;  3)  sosial  və  ekoloji  əlillik  yerinə  ictimai  

işlirak    anlayışları    istifadə  edilir.  Beləliklə,  İCT  modelində  əlilliyinin  əsas 

istiqamətlərini      müəyyənləşdirməkdən      daha    çox  mövcud  potensialları    (güc  

mənbələri)  və  bu potensialların    sosial    və    ekoloji    aspektləri  vurğulanır. 

ĠCĠDH-10  -  "İnternational  Classifıcation  of  Ipairments,  Disabilities  and  Handi 

caps"əlililliyin,  sağlamlıqda  çatışmazlıqların  BeynəlxalqTəsnifatı.  Dünya  Səhiyyə 

Təşkilatı  tərəfındən  1980-Cİ  ildə  əlilliyin  qiymətləndirilməsinə  yönəlik  sınaq 

məqsədilə yaradılan bir təyin etmə və kodlama sistemi. 



Ġflic  (Palsy,  paralysis,  apoplexia)  -  beyin,  mərkəzi  və  periferik  sinir  sisteminin 

hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi. İflic keçirən 

insanların  təqribən  üçdə  biri  adatən  bir  aya  sağalır,  lakin  iflic  keçirən  xəstələrin 

əksəriyyəti  uzun  müddətli  problemlərlə  üzləşir.  Səhhətlərində  əhəmiyyətli 

dərəcədə  yaxşılaşma  müşahidə  olunması  üçün  bir  il  və  daha  artıq  müddət  tələb 

oluna  bilər.  Təəssüf  ki,  əksər  kəskin  hallarda  iflic  ölümcül  ola  bilər  və  uzun 

müddətli əlilliklə nəticələnə bilər. 

ĠĠV (HIV) - insanın immunçatışmazlığı virusu. 

ĠĠV infeksiyası (HIV infection) - İİV-in törətdiyi xəstəlik. 

ĠĠV/QĠÇS-lə  yaĢayan  Ģəxslər  (People  living  with  HIV/AIDS)  -  İİV-ə  yoluxmuş, 

yəni xəstəliyin əlamətləri olmadığı ilkin mərhələsində, həmçinin immun sisteminin 

dərin zədələnməsi mərhələsində olan insanlar. 

ĠĠV-in  anadan  uĢağa  ötürülməsinin  profilaktikası  (Prevention  of  mother-to-

child  trans-mission  of  HIV)  -  hamiləlik  dövründə,  doğuş  və  ana  südü  ilə 

qidalandırma  zamanı  İİV-in  anadan  uşağa  keçməsinin  qarşısnın  alınmasına 

yönəldilmiş kompleks profılaktik tədbirlər sistemi. 

ĠĠV-in  anonim  müayinəsi  (Anonymous  HIV  testing)  -  şəxsiyyəti  təsdiq  edən 

sənədi  təqdim  etmədən  və  ya  şəxsi  məlumatları  bildirmədən  tibbi  diaqnostikanın 

aparılması. 



ĠĠV-in  konfidensial  müayinəsi  (Confıdential  HIV  testing)  -  müayinə  və  onun 

nəticələri  barədə  məlumatın  məxfı  saxlanılmasına  zəmanət  verməklə  tibbi 

diaqnostikanın aparılması. 

ĠĠV-müsbət  status  (HlV-positive  status)  -  insan  orqanizmində  yoluxma  faktını 

təsdiq edən İİV-in və ona qarşı anticisimlərin olması. 



Ġkinci  qrup  əlillik  (Disahility  group  II)  -xəstəük,  travma  və  ya  anadangəimə 

məhdudiyyətlər  nəticəsində  orqanizmin  həyat  fəaliyyətinin  (təhsil-alma,  ünsiyyət, 

uyğunlaşma, öz davranışna nəzarət etmə, hərəkət etmə, özünə xidmət etmə, əmək 

fəaliyyəti)  kəskin  məhdudlaşması  və  ya  əmək  fəaliyyətinin  mümkün  olmaması.   

Eyni  zamanda  əlilliyi  olan  şəxs  digər  insanın  yardım  və  ya  qulluğuna  ehtiyac 

duymur. 


Ġlkin əlillik (Primary disability) - müəyyən inzibati ərazidə təqvim ili ərzində ilk 

dəfə rəsmən əlil kimi qeydə alnan şəxslərin sayının ümumi əhalinin sayına nisbəti. 



Ġmmobilizasiya  (Immobilization,  fixation,  bracing)  -  bədənin  hər  hansı  bir  xəstə 

və  ya  zədələnmiş  hissəsinin  hərəkətsizliyinin  təmin  olunması.  İmmobilizasiya 

zamanı  zədələnmiş  və  yaralanmış  ətraflar  ağrısızlaşdırılır,  şokun  və  infeksiyanın 

qarşısı alınır. 



Ġnfrastruktur (infrastructure)-sistemin fəaliyyəti    üçün    bir-biri    ilə    bağlı 

olan struktur və obyektlərin məcmusu. 

Məsələn, təhsildə-  tədrisi təşkil  edən  idarə  və təşkilatlar; hərbidə  - hərbi  qüvvələr 

və onların fəaliyyətini təşkil edən idarə və təşkilatların birgə sitemi. 



Ġnklyuziv  qərar  qəbul  etmə  (Inclusive  deci-sion-making)  -  qərarın  birbaşa  təsir 

etdiyi  şəxslərin  fəal  şəkildə  iştirakı  ilə  seçimlərin  nəzərdən  keçirilməsi  və  qərar 

verilməsi üsulu. 

Ġnklyuziv  təhsil  (Inclusive  education)  -  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqların 

ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə bilik və vərdişlərin qazanılması 

prosesi. 

Ġnklyuzivlik  (Inclusion)  -  əlilliyinin  növündən,  formasından  və  ağırlıq 

dərəcəsindən  asılı  olmayaraq,  yaşadığı  yerdə  layiqli  həyat  sürməsi  üçün  iş,  təhsil 

və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin 

edilməsi. 



Ġnsan  orqan  və  (və  ya)  toxumalarının  transplantasiyasi  (human  organ  and 

tissue  transplantation)  -  insan  həyatının  xilas  edilməsi  və  sağlamlığının  bərpası 

üçün  cərrahiyə  əməliyyatı  aparmaqla  xəstədə  olmayan  və  ya  zədələnən  orqan  və 

(və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə 

əvəz edilməsi. 



Ġnteqrasiya (Integration) - əlilliyi olan şəxslərin cəmiyyətin həyatında iştirakı və 

qəbulu.  Əliliyin  növündən,  formasından  və  ağırlıq  dərəcəsindən  asılı  olmayaraq 

əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və 

səmərəlı  iştirakı,  onların  cəmiyyətə  inteqrasiya  etməsinə  şərait  yaradılmasını 

nəzərdə  tutur.  İnklyuziyadan  fərqli  olaraq,  əlilliyi  olan  şəxsiərin  "qarışıq"  şəkildə 

deyil, digər insanlarla paralel inkişafını nəzərdə tutur. 



Ġnteqrasiya    təlimli    təhsil    müəssisəsi (Integrative educational institution) 

sağlamlıq  imkanları  məhdud  şəxslərlə  sağlam  şəxslərin  birgə  təhsil  alması  üçün 

xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil qurumları. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə