Azərbaycan respublġkasi əMƏK



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix26.09.2017
ölçüsü0,58 Mb.
#2136
1   ...   17   18   19   20   21   22   23   24   25

                                        

 

MĠ 65 Providanskorset - Providans korset-korreksiyaedici ortez olub onurğa 

sütununun S formasında əyriliklərində( Skolioz) isitifadə olunur. 

 

                



 

 

M  103  Çənəlikli  Cervical  Ortez  -  müalicəvi  və  ortopedik  texniki  məmulat 

olub,  insanın  dayaq-hərəkət  aparatının  pozulmuş  və  ya  itirilmiş  funksiyasının 

bərpasına  və  hərəkətinə  xidmət  edir.  Onurğa  sütununun  boyun  nahiyəsini 

tənzimləyən  sərt  fiksasiyalı  sarğı  boyun  fəqərələrinin  sabit  sınıqları,  boyun 

fəqərələrinə  cərrahi  müdaxilədən və  boyun  fəqərələrinin  zədələnmələrindən  sonra 

vaxtından əvvəl reabililasiyası; boyuın fəqərəsinin sınığı ehtimalı olduqda nəqliy- 

 

                  



 

yat  vasitəsilə  evakuasiya;  boyun  radikulopatiyası;  nevroloji  əlamətlərlə  kəs-

kinləşən,  boynun  fəqərə  bölməsinin  orta  və  ağır  dərəcəli  qeyri-sabitliyi; 

osteoxondropatiya,  boyun  bölmələrinin  anormallığı,  fəqərə  cisimlərinin  struk-

turunun  müxtəlif  dərəcəli  dəyişikliyi;  daimi  nəzarət  tələb  etməyən  boyun 

strukturlarının  əməliyyatndan  sonra;  kəllə-spinal  və  kəllə-beyin  zədələn-

mələrindən  sonra  bərpa,  manual  terapiyadan  sonra  onurğa  sütununun  boyun 

nahiyyəsinin düzgün vəziyyətdə saxlanılması zamanı istifadə olunur. 



M  300  Clavicula  Bandajı  GücləndirilmiĢ  fiksasiyalı  körpücük  sümüyü 

reklinator - qamət korrektoru, düzgün qamətin formalaşmasını təmin edir, kürəyin 

yuxarı  nahiyəsində  ağrıları  azaldır.  Qozbelliyin  qarşısını  alır.  Korrektorun  üç 

bucaqlı  forması  çiyinlərə  düşən  yüklənməni  paylaşdınr.  Fiksasiya  olunmaq  üçün 

cırt-bantla təchiz olunur. 

 

 



                                            

 

 



M  318  Neopreıı  dirsəkiik  -  bandaj  dirsək  oynağının  zədələnməsi  zamanı, 

artritlər və artrozlar, həmçinin gips sarğısından sonra reabilitasiya dövründə tətbiq 

edilir. 

                          

 

M  403  Diz  sabitləyicisi  -  diz  tutoru  budun  aşağı  üçdə  iki  hissəsinin  və 

baldırın  yuxarı  üçdə  bir  hissəsinin  tutulması  ilə  oynağın  sərt  fiksasiyasını  təmin 

edir ki, bu da dizdə hərəkətlərin məhdudlaşdırılmasını təmin edir. Artrit əlamətləri, 

o  cümlədən  revmatoid  və  podaqralı  artrit  əlamətləri  ilə  artroz  zamanı,  baldırın 

yüngül  valqus  və  yavarus  kənarlaşması  zamanı  aşağı  ətrafların  patoloji 

quruluşunun profilaktikasında istifadə edilir. 

 

                 



 

 

Nəqliyyatın  immobilizasiyası  zamanı,  gipsə  allergiya  mövcudluğu  zamanı, 



dizoynağının  kapsul-bağ  aparatının  müxtəlif  dərəcəli  ağırlıqlı  zədələnmələri 

zamanı,  qamış  sümüyünün  kondilius  arası  hündürlüyünün  yerdəyişməsi  olmadan 

sınıqlar  zamanı,  qamış  sümüyünün  kondilius  arası  hündürlüyünün  və  bud 

sümüyünün  sınıqları  zamanı  gips  immobilizasiyasından  sonra  erkən  reabilitasiya 

dövrü, dizoynağının paralitik qeyri-sabitliyi zamanı şin rolunda istifadə edilir. 

M  419  Maleoi  dəstəkli  ayaq  biləkliyi  -  aşıq  oynağının  kompressiyasını  və 

yumşaq  fıksasiyasını  təmin  etmək  üçün  oynağın  zədələri,  artrozlar,  artritlər, 

bağlarnı  zədələnmələri  zamanı,  o  cümlədən  gips  sarğısından  sonra  reabilitasiya 

dövründə istifadə edilir. 

Həmçinin  idmanla  məşğul  olarkən  burxulmaların  və  ya  zədələnmələrin 

profılaktikası üçün istifadə edilir. 

 

 



                                 

 

 



M  602  Ortopedik  yastıq  -  yastığın  xüsusi  erqonomik  forması  mükəmməl 

dəstəyi təmin edərək, boyun və başın zərif cizgilərinə çox əla uyğunlaşır, boyun və 

çiyin əzələlərini rahatlaşdırır. 

                       

 

 

Xüsusiyyətləri: 



•  yastığınm  xüsusi  erqonomik  forması  mükəmməl  dəstəyi  təmin  edərək, 

boyun  və  başın  zərif  cizgilərinə  çox  əla  uyğunlaşır,  boyun  və  çiyin  əzələlərini 

rahatlaşdırır; 

•  dalğa  formasında  olan  dizayn  boyun  nahiyəsini  düzəldir  və  optimal  qan 

dövranını təmin edir; 

•  forma  təkcə rahat dincəlmək  istəyənlər  üçün deyil,  həmçinin  yuxu zamanı 

terapevtik vəziyyətə ehtiyac duyanlar üçün məsləhət görülür. 

Ortopetik ayaqqabı  - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın 

qısalığı,  ümumiyyətlə  ayaqların  sümük-əzələ  sisteminin  pozulmaları  zamanı 

müalicəvi,  profılaktik  və  reabilitasiya  məqsədi  ilə  istifadə  olunan  xüsusi 

hazırlanmış ayaqqabı. 

                 

 

 



 

Patella  qapalı  dizlik  -  diz  oynaqlarının  zədələnməsi,  bağların  zədələnməsi, 

artrit  və  ya  artrozlar  zamanı,  həmçinin  gips  sarğısından  sonra  reabilitasiya 

dövründə istifadə edilən bandaj. 

 

                                 



 

                 




 

Bandaj  həmçinin  idmanla  məşğul  olan  zaman  alınan  zədələnmələrin 

profılaktikası üçün də istifadə edilir. 

Protez  üçün  ayaqqabı  -  aşağı  ətrafların  protezləri  üzərində  hərəkət  etmək 

üçün xüsusi olaraq dizayn olunmuş ayaqqabı. 

                          

 

 



Reklinator - qaməti korreksiva edən vasitədir. 

 

                          



 

 

 



Su  trenajoru  -  hidravlik  ötürücü-əsaslı  izo-kinestik  hovuz  akvatrenajoru. 

Press və kürək əzələlərinin çalışması üçün istifadə olunur. İki tərəfə fırlanan xüsusi 

hidravlik silindr ilə təchiz olunub. 

Saat  əqrəbi  istiqamətində  və  onun  əksinə  silindrin  fırlanması  zamanı  yük 

yaranır. 

                        

 

 

 



Süd vəzi protezi - amputasiya olunmuş süd vəzilərinin estetik görüntüsünün 

bərpası üçün istifadə olunan məmulat. 

 

                            



 

 

Terapevtik  masa-kürsü  -  terapevtlər,  kinezoterapiya,  manual  terapiya 

mütəxəssisləri  və  masajistlərin  istifadəsi  üçün  nəzərdə  tutulan  vasitədir.  Hərəkət 

edən hissələr hesabına pasientin bədəninə istənilən vəziyyəti vermək olar və zəruri 

nahiyələrdə dartılma yaratmaq olar. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə