Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə22/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   18   19   20   21   22   23   24   25   ...   189

Pisdir ən şirin bal şirinliyiylə

İştahı öldürür çox yeyiləndə. 

Sən təmkinlə sev ki, sevgi tükənməz, 

Gecikər çox lənglə çox tələsən kəs. 



Cülyetta gəlir. 

Gəl, qızım. Ah, belə incə ayaqlar Hələ 

toxunmayıb bu sərt daşlara. Gözəl yay axşamı 

mehli havada tlçan bir hörümçək toru üstündə 

Aşiq gəzə bilər, yıxılmaz heç vaxt. Cü lye t t a .  

Axşamınız xeyir, ruhani ata! Lo re ns o.  Romeo, 

bizimçün təşəkkür eylə. Cü lye t t a .  

Cİrəkdən gələcək təşəkkür üçün Onun 

da axşamı qoy xeyir olsun. 

R om e o.  

Ah! Qəşəng Cülyetta, nəhayətsizsə 

Sənin səadətin mənimki qədər, 

Onu dillə demək mümkünsə hərgah, 

Havanı məst etsin qoy gül nəfəsin. 

Şirin sözlərinin musiqisiylə Əks elə 

ilahi görüşümüzün Bizə bəxş etdiyi bu 

səadəti. 

Cü ly e t t a .  

Sevgi sözlə deyil, işlə zəngindir, 

Öyünər mənayla, bərbəzəklə yox. 

Dilənçilər saya bilər varını, 

Sonsuz xəzinədir mənim saf eşqim

Mən saya bilmərəm yarısını da. 

Lo re ns o.  

Gedəyin, tezcənə qurtaraq işi. 

Müqəddəs kilsədə ülvi ayinlə İkiniz 

bir canda birləşənədək Sizin 

üstünüzdə göz olum, gərək. 



Gedirlər. 

81 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

ÜÇÜNCÜ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Veronada meydan. 

Merkusio, Benvolio və xidmətçilər daxil olurlar. 

Be nv ol io.  

Gedək, Merkusio, rica edirəm, 

Bu gün çox istidir, yaman bürküdür. 

Gəzirlər hər yerdə Kapulettilər

Onlara biz bu gün əgər rast gəlsək

Davadan yayına bilməyəcəyik. 

Damarda qan coşur bürkü olanda. 

M e rk u s io.  Sən elə bir gəncə bənzəyirsən ki, o, meyxanəyə girən 

kimi  qılıncını  belindən  açıb  stolun  üstünə  qoyaraq  deyir:  “Allah 

eləsin,  mənim  sənə  heç  bir  ehtiyacım  olmasın!”  Fəqət  ikinci  badəni 

ötürəndən sonra, doğrudan da, heç bir ehtiyac olmadan qılıncı sıyırıb, 

qulluqçunun qarnına soxur. 

Be nv ol io.  Məgər mən elə gəncə bənzəyirəm? 

M e rk u s io.  Bəli, bəli, sən İtaliyada ən qızğın gənclərdən birisən. 

Sənə azca toxunan kimi, o saat qızışırsan, qızışan kimi, o saat hamının 

üstünə cumursan. 

Be nv ol io.  A, bu nə deyir? 

M e rk u s io.   Yox,  belə  deyil?  İndi  burda  sənin  kimi  iki  nəfər 

olsaydı, tezliklə ikisini də itirərdik, çünki ikisi də bir-birini öldürərdi. 

Saqqalının tükü sənin saqqalının tükündən bir dənə artıq və ya əskik 

olan  adamla  bu  dəqiqə  döyüşərsən.  Qoz  sındıran  adamla  bu  dəqiqə 

dalaşarsan, nə var ki, sənin gözlərin qoz rəngindədir. Sənin gözündən 

başqa hansı göz döyüş üçün belə səbəb görə bilər? Yumurtanın içi ağ-

sarıyla dolduğu kimi, sənin başın da dava-dalaşla 

82 

downloaded from KitabYurdu.org




dolub.  Ancaq  bu  dava-dalaşdan  sənin  başın  çalxalanmış  yumurta 

kimi  laxlayıb.  Küçədə  öskürüb  sənin  günəqarşıda  yatan itini  oyadan 

adamla  savaşmırdın?  Pasxa  bayramından  qabaq  öz  təzə  köynəyini 

geyinən  dərziylə  sən  döyüşmürdün?  Təzə  ayaqqabısını  köhnə  qay-

tanla bağladığına görə bir başqasıyla vuruşan sən deyildin? İndi gəlib 

mənə dalaşmamaq barədə dərs verirsən!? 

B  e  n  v  o  1  i  o.  Mən  sənin  kimi  dalaşqan  olsaydım,  həyatımın 

sığorta  kağızını  hamı  satın  alardı.  Özü  də  bu  iş  bir  saat  on  beş 

dəqiqəyə başa gələrdi. 

M e rk u s io.  Sığorta kağızı! Ay, ay, başı boş! 

Be nv ol io.  Başıma and olsun, odur, gəldilər. 

M e rk u s io.  Dabanıma and olsun, vecimə deyil. 



Tibalt və başqalan daxil olurlar. 

Tib a lt .  

Siz arxamca gəlin, danışım gərək 

İndi mən onlarla necə lazımdır. 

Cənablar, sizlərə bircə sözüm var. 

M e rk u s io.  

Bircə sözünüz var? Qoy iki olsun. 

Sözü tamamlasın qılınc zərbəsi. 

Tib a lt .   Bunun  üçün  siz  mənə  bir  səbəb  tapsanız,  cənab,  onda 

görərsiniz ki, mən onu da bacarıram. 

M e rk u s io.   Özünüz  bir  səbəb  tapa  bilməzsiniz,  gərək  başqası 

tapsın? 


Tib a lt .   Merkusio,  siz  də  Romeonun  çalğıçılar  dəstəsinə  qoşul- 

musunuz? 

M e rk u s io.   Çalğıçılar  dəstəsi!  Bu  nə  sözdür?  Demək,  siz  bizi 

küçə çalğıçısı elədiniz? İndi ki belə oldu, sizin üçün elə bir hava çalım 

ki,  qiyamətə  qədər qulaqlarınızdan  getməsin.  Bu  da  mənim  skripka-

mın  yayı,  bu  saat  sizi  oynamağa  məcbur  edər.  Lənət  şeytana!  Çalğı-

çılar dəstəsi! 

Be nv ol io.  

Burda adam çoxdur, səs-küy nə lazım? 

Ya gəlin çəkilək bir xəlvət yerə. 

Ya işi çürüdək səssiz-səmirsiz, 

Ya da aynlağın, baxırlar bizə. 



83 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

M e rk u s io.  

İnsana verilib göz baxmaq üçün. 

Baxsınlar, mən burdan gedən deyiləm. 



Romeo daxil olur. 

 

T i b a 11. 



Rahat olun, gəldi mənim adamım. 

M e rk u s io.  

Özümü asaram, belə alçalsa. 

Siz çölə getsəniz, yoldaşlıq edər, 

Hə, o bu mənada adamınızdır. 

T i b a l t .  

Romeo, qəlbimdə sənə bəslənən Sonsuz 

nifrətimi deməyə bundan Yaxşı söz 

tapmıram: sən... sən əclafsan! 

R om e o.  

Tibalt, səni mənə sevdirən qüvvət Sənə 

bağışlayır bu qəzəbini. 

Mən əclaf deyiləm. Odur ki, sağ ol. Görürəm, 

sən məni tanımayırsan. 

Getmək istəyir. 

Tib a lt .  

Sənin dözülməyən təhqirlərini Bu sözlər heç 

cürə əfv edə bilməz. 

Bu saat geri dön, qılıncını çək! 

R om e o.  

Təhqir etməmişəm səni heç vədə, Əksinə, 

hədsizdir könlümdə sevgin. Bunun səbəbini 

sonra bilərsən. 

Ey adı adımtək sevimli olan, 

Əziz Kapuletti, sən buna inan. 

M e rk u s io.  

Ah, miskin, şərəfsiz, alçaq itaət! 

Bu murdar ləkəni qan yuyar ancaq. 



(Qılıncım sıyırır.) 

Siçan tutan Tibalt, rədd olacaqsan? T ib a lt .  

De görüm, sən məndən nə istəyirsən? 

84 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə