Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə30/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   26   27   28   29   30   31   32   33   ...   189

Ya da ki, Tibaltın sərdabəsində 

Gəlinlik yatağı düzəldin mənə. Le di 

Ka pu le t t i.  

Danışma, səninlə qurtardım artıq, 

İstəyin nədirsə, onu da elə. 

Cü ly e t t a .  

Da y ə .  

Gedir. 

Aman, ulu tanrı! Oh, əziz dayə! 

Bu işə bir çarə tapmaq olmazmı? 

Ərim yer üzündə, əhdim göylərdə, 

Əhdimi mən yerə necə gətirim? 

Ərim yer üzünü tərk etməyincə 

Mən öz peymanımı necə sındırım? 

Mənə yol göstərin, məsləhət verin, 

Nə üçün o göylər hər cür məkrini 

Mənimtək zəifin üstdə sınayır?! 

Dayə, nə deyirsən? Təsəlli üçün 

Bir sözün yoxdurmu? 

Var, mənim balam. 

Romeo sürgünə gedibdir artıq. 

Dünya dağılsa da, heç vaxt o gəlib 

Səni istəməyə cəsarət etməz. 

Əgər o gəlsə də, aşkara çıxmaz. 

Belə vəziyyətdə qrafa getmək, 

Mənə elə gəlir, ən yaxşı yoldur. 

O elə gözəldir! Romeo onun Yanında 

elə bil qab dəsmalıdır. Qartalın gözü 

də onun gözütək Belə yaşıl, belə iti, 

alıcı, 

Belə qəşəng deyil, sən inan, xanım. 



Cİrəkdən əminəm, ikinci nikah 

Qızıma səadət gətirəcəkdir. 

Çünki çox yaxşıdır o birincidən, 

Yaxşı olmasa da, nə etmək olar? Axı, 

ölüb sənin birinci ərin, 

113 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNY

A ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ah, o ölməsə də, ölü kimidir. 

Onun burda sənə nə faydası var?! 

Cü ly e t t a .  

ürəkdən deyirsən bu sözləri sən? 

Da y ə .  

Hə, hə, lap ürəkdən. Yalan danışsam, 

O bir Allah mənə lənət eləsin. Cü lye t t a .  Amin! 

Da y ə .  Nə?! 

Cü ly e t t a .  

Çox əla təsəlli verdin. 

Get, anama de ki, kilsəyə getdim, Atamın 

sözündən çıxdığım üçün Tövbə edim, 

yuyum günahımı mən. 

Da y ə .  

Yaxşı, bu ağıllı hərəkət oldu. 



Gedir. 

Cü ly e t t a .  

Ey qoca ifritə! Oh, mənfur iblis! 

Əhdin sınmasını belə istəmək, 

Ya da eyni dillə eyni adamı Yüz yol tərif 

edib, belə pisləmək Ən müdhiş, ən qorxunc 

günah deyilmi? Get, get, məsləhətçim, get, 

bundan sonra Bizim aramızda bir uçurum 

var. 

Rahibin yanına gedirəm indi. 



Əgər tapılmasa bu dərdə dərman, 

Ölməyə cürətim çatar o zaman. 



Gedir. 

downloaded from KitabYurdu.org




DÖRDÜNCÜ PƏRDƏ 

BİRİNCİ SƏHNƏ

 

Rahib Lorensonun hücrəsi. 

Lorenso ilə Paris daxil olurlar. 

Lo re ns o.  Mə, cümə axşamı? Vaxt çox azdır ki... 

P a ri s.  

İşi tələsdirən qayınatamdır, 

Ona mane olmaq istəmirəm mən. 

Lo re ns o.  

Siz qızın rəyini bilmirsiniz, hə?! 

Heç belə hərəkət xoşuma gəlmir. 

P a ri s.  

Həmişə ağlayır o, Tibalt üçün. 

Onunla danışmaq mümkünmü, məgər? 

Göz yaşı çağlayan bir ailədə, 

Axı, gülə bilməz eşq ilahəsi. 

Qızın dərdlə bu cür inləməsini Olduqca 

qorxulu sayır atası. 

Elə zənn edir ki, təcili nikah Onun göz 

yaşını saxlayacaqdır. 

Təklikdə sel kimi daşan göz yaşı Birlikdə 

tezliklə quruya bilər. 

Bilin, tələsməyin budur səbəbi. 



L o r e n s o  

{kənara).

 

Kaş ki, ləngiməyin səbəbini mən Heç vaxt 



bilməyəydim. 

(Ucadan)

 

Odur, qız gəlir. 



115 

downloaded from KitabYurdu.org




(Jilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Cülyetta daxil olur. 

P a ri s.  

Xoşbəxtəm mən sizi gördüyüm üçün

Mənim gözəl zövcəm, gözəl xanımım. 

Cü ly e t t a .  

Mən sizin zövcəniz olanda, cənab, 

O vaxt bu xoşbəxtlik baş tuta bilər. 

P a ri s.  

Bu xoşbəxtlik mənə, mənim sevgilim, 

Qismət olacaqdır cümə axşamı. 

Cü ly e t t a .  Olacağa çarə yoxdur. 

L o r e n s o. Düz sözdür. 

P a ri s.  

Müqəddəs ataya günahınızı 

Etiraf etməyə gəlmisiniz, hə? 

Cü ly e t t a .  

Əgər cavab versəm, öz günahımı 

Sizə mən etiraf etmiş olardım. 

P a ri s.  

Siz ona etiraf edin, əzizim, 

Məni sevirsiniz. 

Cü ly e t t a .  

Mən sizə ancaq 

Etiraf edirəm, onu sevirəm. 

P a ri s.  

Ona da etiraf edəcəksiniz, 

Məni sevirsiniz, əminəm buna. 

Cü ly e t t a .  

Sizin üzünüzə deməkdənsə, bu 

Olduqca qiymətli, gözəl olardı. 

P a ri s.  

Gözəl üzünüzü, ah, binəva qız, 

Göz yaşı necə də xarab eləyir! 

Cü ly e t t a .  

Yox, yox, göz yaşının nə təqsiri var? 

üzüm əvvəldən də gözəl deyildi. 

 

116 

downloaded from KitabYurdu.org




P a ri s.  

Sizin bu sözünüz göz yaşlarından Daha 

pis korlayır gül üzünüzü. 

Cü ly e t t a .  

Bu böhtan deyildir, bir həqiqətdir. 

Nə dedim, mən dedim öz üzüm haqda. 

P a r i s. O mənimdir, ona böhtan dediniz. Cü lye t t a .  

Ola bilər, artıq o mənim deyil. 

Boş vaxtınız varmı, müqəddəs ata, 

Yoxsa, gəlim axşam ibadət vaxtı? 

Lo re ns o.  

Mənim dərdli qızım, indi boşam mən. - 

Cənab, tək buraxın bizi, lütf edin! 

P a ri s.  

İbadəti pozmaq, Allah etməsin! Cülyetta, 

sübh tezdən cümə axşamı Sizi 

oyadaram. Hələlik, gülüm, 

Mənim saf busəmi qəbul eyləyin. 



Gedir. 

Cü ly e t t a .  

Ah, qapını bağla, mənimlə ağla! 

Nə ümid var, nə çarə var, nə kömək! 

Lo re ns o.  

Cülyetta, bilirəm sənin dərdini. 

Heç cürə ağlıma yerləşmir mənim; 

Eşitdim, bu gələn cümə axşamı Qrafla 

kəbinin kəsiləcəkdir. 

Deyirlər, təxirə salınmaz bu iş. 

Cü ly e t t a .  

Sən mənə danışma eşitdiyindən, 

Sən mənə danış ki, bu müsibətdən Necə 

xilas olum, necə qurtanm? Hərgah 

birdən kömək edə bilməsən, Onda 

qərarıma xeyir-dua ver. 

O vaxt kömək edər mənə bu bıçaq. 

117 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə