Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə5/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   2   3   4   5   6   7   8   9   ...   190

daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb 

olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı 

ilə etibarlı hesab edilə bilər. 

32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar 

aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. 

Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv 

olunur. (

12



22



Maddə 33. Qəyyumluq və himayəçilik 

33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət 

qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik 

yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik həmçinin onların 

tərbiyələndirilməsi məqsədi ilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun 

hüquq və vəzifələri 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

 ilə müəyyənləşdirilir. 

33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən 

məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət 

almadan müdafiə edirlər. 

33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, 

valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu 

cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o 

cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə 

etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 

33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya 

görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində 

qəyyumluq təyin edilir. 

33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların 

adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 

33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, 

habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə 

etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən 

məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. (

22



33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı 



çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz 

hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları 

üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. 

Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 



34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 

34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin 

məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün 

ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi 

üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat 

verməlidir. 

34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların 

qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. 



Maddə 35. Qəyyumlar və himayəçilər 

35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin 

yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya 

himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. 

Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin 

edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra 

edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə 

etiraz verə bilərlər. 

35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki 

şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum 

və himayəçi təyin oluna bilməzlər. 

35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər 

şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, 

onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, 

mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. 

35.4. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin 

sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə 

yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. 

35.5. Qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, 

əvəzsiz icra edilir. 

35.6. Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz 

qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı 

yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının 

razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və 

mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış 

yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə 

borcludurlar. 



35.7. Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların 

saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil 

alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa 

borcludurlar. 

35.8. Bu Məcəllənin 35.7-ci maddəsində göstərilən vəzifələr məhkəmə tərəfindən 

fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış yetkinlik yaşına çatmış fiziki şəxslərin 

himayəçilərinə həvalə edilmir. 

35.9. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli 

sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda 

və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun 

və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa 

borcludur. 



Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi 

36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam 

verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda 

və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya 

himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri 

üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla 

xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və 

ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri 

qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə 

bilər. 


36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum 

qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən 

dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə 

verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana 

mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan 

payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın 

əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə 

onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi 

qaydası qanunvericiliklə müəyyənləşdirilir. 

36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı 

yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun 

əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla 

əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla 

qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə 

işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. 

Maddə 37. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə