Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə12/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   8   9   10   11   12   13   14   15   ...   190

77.2. İştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik çıxmasına ən 

geci altı ay qalmış bildirməlidir. 

77.3. Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında ortaqlıq iştirakçıları arasında 

razılaşma əhəmiyyətsizdir. 



Maddə 78. İştirakçının tam ortaqlıqdan çıxmasının nəticələri 

78.1. Tam ortaqlıqdan çıxmış iştirakçıya, əgər nizamnamədə ayrı qayda nəzərdə 

tutulmayıbsa, həmin iştirakçının şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı 

hissəsinin dəyəri ödənilir. Çıxan iştirakçı ilə qalan iştirakçılar arasında razılaşmaya 

əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Çıxan 

iştirakçıya ortaqlıq əmlakından çatası hissə və ya onun dəyəri, bu Məcəllənin 80-ci 

maddəsində nəzərdə tutulan hal istisna olmaqla, onun çıxdığı məqamda tərtib edilən 

balans üzrə müəyyənləşdirilir. 

78.2. Tam ortaqlığın iştirakçısı öldükdə onun vərəsəsi tam ortaqlığa, əgər ortaqlığın 

nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız digər iştirakçıların razılığı ilə 

daxil ola bilər. Tam ortaqlıqda iştirak etmiş və yenidən təşkil edilmiş hüquqi şəxsin 

hüquq varisi olan hüquqi şəxs, əgər ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə 

tutulmayıbsa, ortaqlığa onun digər iştirakçılarının razılığı ilə daxil ola bilər. Ortaqlığa 

daxil olmayan vərəsə (hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin 78.1-ci maddəsinə 

uyğun aparılır. Tam ortaqlıq iştirakçısının vərəsəsi (hüquq varisi) bu Məcəllənin 75.2 və 

75.3-cü maddələrinə uyğun olaraq, çıxan iştirakçının üçüncü şəxslər qarşısında cavab 

verməli olduğu ortaqlığın öhdəlikləri üzrə ortaqlığın çıxan iştirakçısından ona keçmiş 

əmlak həddində məsuliyyət daşıyır. 

78.3. Əgər iştirakçılardan biri ortaqlıqdan çıxırsa, ortaqlığın şərikli kapitalında qalan 

iştirakçıların payları, əgər nizamnamədə və ya iştirakçıların başqa razılaşmasında ayrı 

qayda nəzərdə tutulmayıbsa, müvafiq surətdə artır. 

Maddə 79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının verilməsi 

79.1. Tam ortaqlığın iştirakçısı onun qalan iştirakçılarının razılığı ilə şərikli kapitaldakı 

payını və ya onun bir hissəsini ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə 

bilər. 


79.2. Pay (pay hissəsi) başqa şəxsə verildikdə payı (pay hissəsini) vermiş iştirakçıya 

mənsub hüquqların hamısı və ya müvafiq hissəsi ona keçir. Pay (pay hissəsi) verilmiş 

şəxs bu Məcəllənin 75.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada ortaqlığın 

öhdəlikləri üzrə məsuliyyət daşıyır. 

79.3. Ortaqlıq iştirakçısının özünün bütün payını başqa şəxsə verməsi onun ortaqlıqda 

iştirakına xitam verir və bu Məcəllənin 75.2 və 75.3-cü maddələrində nəzərdə tutulan 

nəticələrə səbəb olur. 



Maddə 80. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına tutmanın yönəldilməsi 

80.1. İştirakçının ortaqlıqda iştirakla bağlı olmayan borcları (şəxsi borcları) üzrə tutmanın 

iştirakçının tam ortaqlığın əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa 

əmlakının borcları ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının 

kreditorları tam ortaqlıqdan tutmanın borclunun şərikli kapitaldakı payına uyğun ortaqlıq 

əmlakı hissəsinə yönəldilməsi məqsədi ilə həmin hissəni ayırmağı tələb edə bilərlər. 

Ortaqlığın əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların ayırma tələbini irəli 

sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir. 

80.2. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına uyğun əmlaka tutmanın 

yönəldilməsi onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.3-cü maddəsində 

nəzərdə tutulan nəticələrə səbəb olur. 

Maddə 81. Tam ortaqlığın ləğvi 

81.1. Tam ortaqlıq bu Məcəllənin 59-cu maddəsində göstərilən əsaslar üzrə, habelə 

ortaqlıqda yeganə bir iştirakçının qaldığı halda ləğv edilir. Həmin iştirakçının ixtiyarı var 

ki, ortaqlıqda yeganə iştirakçı kimi qaldığı andan altı ay ərzində ortaqlığı bu Məcəllədə 

müəyyənləşdirilmiş qaydada təsərrüfat cəmiyyətinə çevirsin. 

81.2. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulan hallarda da tam ortaqlıq, əgər 

ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında ortaqlığın öz 

fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulmayıbsa, ləğv edilir. 



Maddə 82. Kommandit ortaqlığı 

82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq 

fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan 

iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları 

mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak 

etməyən bir və ya bir neçə iştirakçısı—maya qoyanı (kommanditçi) vardır. 

82.2. Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi vəziyyəti və ortaqlığın 

öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları haqqında 

qaydaları ilə müəyyənləşdirilir. 

82.3. Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam ortaqlığın 

iştirakçısı kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam 

ortaq tam ortaqlığın iştirakçısı ola bilməz. 

82.4. Kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları ilə «kommandit 

ortaqlığı» sözləri və ya «və ortaqları» və «kommandit ortaqlığı» sözləri əlavə edilməklə 

azı bir tam ortağın adı göstərilməlidir. 



82.5. Əgər kommandit ortaqlığının firma adına maya qoyanın adı daxil edilərsə, həmin 

maya qoyan tam ortağa çevrilir. 

82.6. Bu Məcəllənin tam ortaqlıq haqqında qaydaları kommandit ortaqlığına bu şərtlə 

tətbiq edilir ki, həmin qaydalar bu Məcəllənin kommandit ortaqlığı haqqında qaydalarına 

zidd olmasın. 

Maddə 83. Kommandit ortaqlığının nizamnaməsi 

Kommandit ortaqlığının nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş 

məlumatlardan savayı, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; tam 

ortaqlardan hər birinin şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası 

haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında; maya 

qoyulması üzrə vəzifələri pozmağa görə onların məsuliyyəti haqqında; maya qoyanların 

verdikləri mayaların məcmu miqdarı haqqında şərtlər göstərilməlidir. 

Maddə 84. Kommandit ortaqlığında idarəetmə və onun işlərinin aparılması 

84.1. Kommandit ortaqlığında idarəetməni tam ortaqlar həyata keçirirlər. Onun tam 

ortaqlar tərəfindən idarə edilməsi və işlərinin aparılması qaydasını tam ortaqlar bu 

Məcəllənin tam ortaqlıq haqqında qaydalarına əsasən müəyyənləşdirirlər. 

84.2. Maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və işlərinin 

aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur. 

Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması üzrə tam ortaqların hərəkətləri 

barəsində mübahisə edə bilməzlər. 



Maddə 85. Kommandit ortaqlığına maya qoyanın hüquq və vəzifələri 

85.1. Kommandit ortaqlığına maya qoyan şərikli kapitala maya qoymağa borcludur. 

Mayanın qoyulması maya qoyana ortaqlıq tərəfindən verilən iştirak şəhadətnaməsi ilə 

təsdiqlənir. 

85.2. Kommandit ortaqlığına maya qoyanın aşağıdakı hüquqları vardır: 

85.2.1. ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini 

nizamnamədə nəzərdə tutulan qaydada almaq; 

85.2.2. ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq; 

85.2.3. maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə 

tutulan qaydada öz mayasını almaq; 

85.2.4. şərikli kapitaldakı payını və ya onun hissəsini digər maya qoyana və ya 

üçüncü şəxsə vermək. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə